3.1. 2.1.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
"2.1.2. çətin həyat şəraitində olan şəxslərə, o cümlədən özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllara və 18 yaşdan yuxarı əlilliyi olan şəxslərə gündüz və ya gecə vaxtlarında sosial-məişət, tibbi-sosial, sosial-mədəni və "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər xidmətləri göstərmək və onların münasib əmək fəaliyyətinə cəlb olunması üçün tədbirlər görmək;";
3.2. 2.1.3-cü yarımbənddə "tibbi, mədəni və başqa xidmətlər, sosial-məsləhət yardımı göstərmək, sosial reabilitasiya tədbirlərini həyata keçirmək və onları" sözləri "tibbi-sosial, sosial-mədəni və "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər xidmətləri, sosial-məsləhət yardımı göstərmək və onları münasib" sözləri ilə əvəz edilsin.