Enerji effektivliyi haqqında qanunda yeni tələb əlavə edildi: yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması (sənədləşdirilməsi) məcburi olacaq. Bu tələb müəyyən istisnaları nəzərə almaqla tətbiq ediləcəkdir.
17.3. Aşağıdakı bina və tikililər istisna olmaqla yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburidir: 17.3.1. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmiş binalar (tikililər); 17.3.2. yardımçı və müvəqqəti tikililər; 17.3.3. istixanalar və anbar binaları; 17.3.4. istehsalat binaları; 17.3.5. fərdi yaşayış evləri; 17.3.6. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 81.1-ci və 89.1-ci (89.1.4-cü maddə istisna olmaqla) maddələri ilə müəyyən edilmiş tikinti obyektləri