a alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 69 (Cild I); 2024, № 1, maddə 126, № 2, maddə 245, № 7, maddə 914; 2025, № 3, maddə 265, № 5, maddə 512) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə "2710 19 210 1" və "2710 19 210 9" alt yarımmövqelərinə aid sətirlərin "Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)" sütunlarında "31.12.2025-ci" sözləri "31.12.2026-cı" sözləri ilə əvəz edilsin.
2. Bu Qərar 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minir.