Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2026-cı il büdcəsini formalaşdırmaq və Fondun valyuta vəsaitinin səmərəli idarə olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2026-cı il büdcəsinin gəlirləri 13 032 340,5 min manat, xərcləri isə 13 016 021,6 min manat məbləğində təsdiq edilsin.
2. Müəyyən edilsin ki:
2.1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2026-cı il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır: Sıra №-si Gəlir mənbələri Gəlirlərin məbləği (min manat) 2.1.1. Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlir (karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) 8 550 990,1 2.1.2. Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlir 3,7 2.1.3. Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlir 4 075 846,5 2.1.4. Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar 1 078,7 2.1.5. Neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı dividend ödənişləri 404 421,5 2.1.6. Cəmi 13 032 340,5
2.2. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2026-cı il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:
Sıra №-si Xərc istiqamətləri Xərclərin məbləği (min manat) 2.2.1. Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinə transfertin yuxarı həddi 12 835 000,0 2.2.2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2019—2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsi 7 095,0 2.2.3. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022—2028-ci illər üçün Dövlət Proqramı"nın maliyyələşdirilməsi 92 729,0 2.2.4. "Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 22 iyul tarixli 673 nömrəli Sərəncamına əsasən beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi 32 832,6 2.2.5. "Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 dekabr tarixli 836 nömrəli Sərəncamının 1-ci hissəsində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi 6 440,0 2.2.6. Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 41 925,0 2.2.7. Cəmi 13 016 021,6
3. "2026-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti" təsdiq edilsin (əlavə olunur).
4. "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2026-cı ildə idarə edilməsi ilə bağlı xərclər smetası" təsdiq edilsin (əlavə olunur). İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 29 dekabr 2025-ci il
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir 2026-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti
1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (bundan sonra — Fond) vəsaitinin xərc istiqamətləri:
1.1. Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinə transfertin yuxarı həddi;
1.2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2019—2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsi;
1.3. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022—2028-ci illər üçün Dövlət Proqramı"nın maliyyələşdirilməsi;
1.4. "Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 22 iyul tarixli 673 nömrəli Sərəncamına əsasən beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi;
1.5. "Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 dekabr tarixli 836 nömrəli Sərəncamının 1-ci hissəsində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi.
2. Fondun 2026-cı il üçün investisiya siyasəti
2.1. Fondun investisiya siyasətinin məqsədi:
2.1.1. 2026-cı ildə Fond əsas kapitalın itirilməsi riskinin aşağı olması şərtilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasəti həyata keçirəcəkdir.
2.2. Fondun investisiya portfeli:
2.2.1. investisiya portfelinin proqnozlaşdırılan həcmi:
2.2.1.1. 2026-cı il üzrə Fondun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (ortaçəkili həcmi) 64,8 milyard ABŞ dollarına bərabər götürülür;
2.2.2. investisiya portfelinin valyuta tərkibi və bölgüsü:
2.2.2.1. Fondun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən edilir.
İnvestisiya portfelinin məcmu dəyərinin minimum 85 faizi, nəzərdə tutulmuş illik bölgüsü Fondun Müşahidə Şurasına təqdim edilməklə ABŞ dolları, avro və İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə yerləşdirilir;
2.2.3. investisiya portfelinin altportfelləri:
2.2.3.1. Fondun investisiya portfeli aşağıdakı altportfellərdən ibarətdir:
2.2.3.1.1. borc öhdəlikləri altportfeli — aşağı uzaqlaşma intervalı maksimum 10 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 30 faizi;
2.2.3.1.2. səhm (pay) altportfeli — yuxarı uzaqlaşma intervalı maksimum 3 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 25 faizə qədəri;
2.2.3.1.3. daşınmaz əmlak altportfeli — yuxarı uzaqlaşma intervalı maksimum 3 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 10 faizə qədəri;
2.2.3.1.4. qızıl altportfeli — yuxarı uzaqlaşma intervalı maksimum 4 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 35 faizə qədəri;
2.2.3.2. investisiya portfelinin altportfellərinin tərkibi:
2.2.3.2.1. Fondun borc öhdəlikləri altportfeli pul bazarları alətlərindən, mərkəzi (milli) banklardakı əmanətlərdən və borc öhdəliklərindən ibarətdir;
2.2.3.2.2. səhm (pay) altportfeli yalnız beynəlxalq nüfuzlu səhm bazarı indekslərinə daxil olan səhmlərdən, habelə maksimum həcmi investisiya portfelinin məcmu dəyərinin 7 faizindən artıq olmamaqla səhmlərə və kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya edən pay fondlarında, o cümlədən müştərək investisiyalarda iştirak paylarından ibarətdir;
2.2.3.2.3. daşınmaz əmlak altportfeli yalnız daşınmaz əmlaka, infrastruktura, daşınmaz əmlak və infrastruktur üzrə kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondlarında, müştərək investisiyalarda iştirak paylarından, o cümlədən daşınmaz əmlaka birbaşa investisiyalardan ibarətdir;
2.2.3.2.4. qızıl altportfeli yalnız London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyası tərəfindən tətbiq edilən tələblərə uyğun olan qızıl külçələrdən ibarətdir;
2.2.4. investisiya portfelinin hədəf gəlirliliyi:
2.2.4.1. Fondun borc öhdəlikləri altportfelinin idarə edilməsinin hədəf gəlirliliyi (bençmark) kimi müvafiq valyuta üzrə "ICE BofA Fixed Income Indices" əsas götürülür;
2.2.4.2. səhm (pay) altportfelinin hədəf gəlirliliyi (bençmark) kimi "MSCI Stock Market Indexes" əsas götürülür;
2.2.4.3. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"ın (bundan sonra — Qaydalar) 4.2-ci bəndinə əsasən, qızıl altportfelinə hədəf gəlirliliyi (bençmark) tətbiq edilmir.
2.3. İnvestisiya portfelinin risklərinin idarə edilməsi üzrə tələblər:
2.3.1. faiz dərəcəsi riski:
2.3.1.1. Fondun borc öhdəlikləri altportfelinin faktiki ortaçəkili investisiya müddətini (durasiya) dünya bazarındakı cari vəziyyətdən asılı olaraq Fond müəyyən edir və bu müddət müvafiq bençmarkın ortaçəkili investisiya müddətindən maksimum altı ay olmaqla kənarlaşa bilər;
2.3.2. kredit riski:
2.3.2.1. depozitar banklar və bençmarka daxil olan dövlətlərin borc öhdəlikləri istisna olmaqla, bir maliyyə qurumunun və ya bir investisiya aktivinin investisiya portfelindəki maksimal xüsusi çəkisi investisiya portfelinin məcmu dəyərinin 10 faizi həddində müəyyən edilir;
2.3.2.2. Fondun valyuta vəsaitinin yerləşdirildiyi investisiya aktivlərinin kredit reytinqi:
2.3.2.2.1. Qaydaların 3.3.1.7-ci abzasında nəzərdə tutulmuş qeyri-investisiya reytinqinə malik borc öhdəlikləri və ya pul bazarları alətləri üzrə 5 faizlik xüsusi çəkinin yuxarı həddinə dair tələblər Azərbaycan Respublikası Prezidentinin aktları ilə nəzərdə tutulan tədbirlərin icrası məqsədilə həyata keçirilən investisiya qoyuluşları nəticəsində Fondun investisiya portfelinə daxil olan aktivlərə tətbiq edilmir;
2.3.3. likvidlik üzrə tələblər:
2.3.3.1. Fondun vəsaitinin likvidlik dərəcəsi Fondun büdcə xərcləri üzrə planlaşdırılan pul köçürmələrinin və digər köçürmələrin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli səviyyədə olmalıdır. Bu səviyyəni təmin etmək məqsədilə Fondun vəsaitinin 100 milyon ABŞ dollarından az olmayan hissəsi yüksək likvidliyə malik qısamüddətli pul bazarları alətlərində saxlanılmalıdır. Bu vəsaitin göstərilən məbləğdən az olması halı 7 (yeddi) iş günündən çox davam etməməlidir;
2.3.4. xarici menecerlər üzrə tələblər:
2.3.4.1. cəlb edilən xarici menecerin özünün və ya onun əsas təsisçisinin kredit reytinqi beynəlxalq kredit agentliklərinin (Standard & Poor's, Fitch və ya Moody's) investisiya dərəcəli kredit reytinqindən aşağı olmamalı və ya onun aktivlərin idarə edilməsində ən azı 5 il müsbət təcrübəsi, yaxud dəyəri 1 (bir) milyard ABŞ dolları məbləğindən az olmayan aktivlərin idarə edilməsində səriştəsi olmalıdır;
2.3.4.2. xarici menecerlərə idarəetməyə verilən vəsaitin ümumi həcmi investisiya portfelinin məcmu dəyərinin 60 faizindən, bir xarici menecerə idarəetməyə verilən vəsaitin maksimum həcmi investisiya portfelinin məcmu dəyərinin 5 faizindən artıq olmamalıdır;
2.3.4.3. Fondun vəsaitinin idarə olunmasına cəlb edilən xarici menecerlərin səlahiyyətləri və idarəetməyə verilmə müddəti Fondla həmin menecerlər arasında bağlanılan sazişdə göstərilməlidir.
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2026-cı ildə idarə edilməsi ilə bağlı xərclər smetası Sıra №-si Xərclər Kod Məbləğ (manat)
1. Əməyin ödənişi 210000 17 138 000,0
2. Malların (işlərin və xidmətin) satın alınması 220000 21 777 572,0
2.1. malların satın alınması 221000 535 000,0
2.2. iş və xidmətlərin alınması 222000 20 078 572,0
2.3. beynəlxalq təşkilatlara üzvlüklə bağlı ödənişlər 223000 814 000,0
2.4. təmsilçilik və təşviqat xərcləri 224000 350 000,0
3. Sosial ödənişlər 270000 100 000,0
4. Qeyri-maliyyə aktivləri 310000 2 909 428,0
5. Cəmi 41 925 000,0