Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Ehtiyac meyarının həddi Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq edilsin.
Maddə 2. Bu Qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 9 dekabr 2025-ci il