Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri adından Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan şərəf duyuruq.
Uzaqgörən liderliyiniz, Azərbaycanın inkişafına sarsılmaz sadiqliyiniz və beynəlxalq arenada prinsipial mövqeyiniz dünyada Sizə dərin hörmət və rəğbət qazandırıb. Sizin rəhbərliyinizlə Azərbaycan suverenliyini möhkəmləndirib, inklüziv iqtisadi artımı təmin edib, dialoq, çoxtərəfli əməkdaşlıq və regional əlaqələrin təşviqində etibarlı tərəfdaş kimi tanınıb.
Sülhə, sabitliyə və davamlı inkişafa sadiqliyinizi, eləcə də Azərbaycanın qlobal gündəmlərə, xüsusən də enerji keçidi, iqlim tədbirlərinə və mədəniyyətlərarası dialoqa verdiyi konstruktiv töhfələri yüksək qiymətləndiririk. Bu işlər Nizami Gəncəvinin humanizmi və müdrikliyindən ilhamlanan Mərkəzimizin missiyası ilə tam şəkildə uyğundur.
Bu əlamətdar gündə Sizə cansağlığı, davamlı uğurlar və firavanlıq arzulayırıq. Azərbaycan xalqına xidmət etməyə, qlobal sülhə və əməkdaşlığa töhfə verməyə davam edəcəyiniz qarşıdakı illərdə Sizə güc-qüvvət, tükənməz enerji diləyirik.
2026-cı ilin mart ayında XIII Qlobal Bakı Forumunda Sizinlə görüşməyi səbirsizliklə gözləyirik.
Zati-aliləri, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik.
Vayra Vike-Freyberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti İsmail Serageldin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti Mariya Fernanda Espinoza BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri, 2017-2018-ci illərdə Ekvadorun xarici işlər naziri Tarya Halonen 2000-2012-ci illərdə Finlandiyanın Prezidenti Boris Tadiç 2004-2012-ci illərdə Serbiyanın Prezidenti Rosen Plevneliyev 2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti İv Leterme 2008, 2009-2011-ci illərdə Belçika Krallığının Baş naziri Əmr Musa 2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının Baş katibi İvo Yosipoviç 2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti Zlatko Laqumciya 2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri Petar Stoyanov 1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti Tzipi Livni 2006-2009-cu illərdə İsrailin xarici işlər naziri Jan Baderşneyder "Fortescue Ltd" şirkətinin Direktorlar Şurasının üzvü, "Exxon Mobil" şirkətinin sabiq vitse-prezidenti Filip Vuyanoviç 2003-2018-ci illərdə Monteneqronun Prezidenti Eka Tkeşelaşvili 2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini David Pan Çinin Tsinxua Universiteti Şvarzman kollecinin baş dekanı Suzan Elliot Amerika Xarici Siyasət üzrə Milli Komitəsinin prezidenti və baş icraçı direktoru