Maddə 1 . Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 107 (Cild I); 2024, № 11, maddə 1188) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"nin 21-1-ci maddəsinin birinci hissəsinə "il" sözündən sonra "martın 31-dək" sözləri əlavə edilsin və həmin hissədə "sessiyasının beşinci iclasında" sözləri "sessiyasında" sözü ilə əvəz edilsin.
Maddə 2. Bu Qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.