a alır:
1. "Lisenziya blanklarının və əlavələrinin hazırlanmasına sifarişin verilməsi, onların bölgüsünün həyata keçirilməsi, blanklardan istifadənin uçotunun və hesabatının aparılması Qaydası"nın və lisenziya, ümumi lisenziya, xüsusi lisenziya blanklarının və əlavələrinin formalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 avqust tarixli 295 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1433 (Cild I) aşağıdakı məzmunda 9-11-ci hissələr əlavə edilsin:
"9. "Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarına ümumi lisenziya" blankının forması təsdiq edilsin ( 10 nömrəli əlavə ).
10. "Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılmasına xüsusi lisenziya" blankının forması təsdiq edilsin ( 11 nömrəli əlavə ).
11. "Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına xüsusi lisenziya" blankının forması təsdiq edilsin ( 12 nömrəli əlavə ).".
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 6 fevral tarixli 36 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 2, maddə 299 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 9 oktyabr tarixli 296 nömrəli Qərarı) ilə təsdiq edilmiş "Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair Tələblər"in 2.4-cü bəndində "təbii qaz təsərrüfatı" sözləri "qaz təchizatı" sözləri ilə əvəz edilsin.