Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilsin:
"general-leytenant" ali hərbi rütbəsi general-mayor Adil Ələsgər oğlu Abdullayevə "general-mayor" ali hərbi rütbəsi polkovnik Fərhad Nəriman oğlu Səmədova polkovnik Seymur Taleh oğlu Qaraşova "daxili xidmət general-mayoru" ali xüsusi rütbəsi daxili xidmət polkovniki Vaqif Tofiq oğlu İbrahimova.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 15 dekabr 2025-ci il