1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2019-cu il 24 dekabr tarixli 35/18 nömrəli qərarı ilə təsdiq edilmiş "Müəssisələrdə informasiya və kommunikasiya texnologiyalarından istifadə haqqında" 1 №-li (İKT) illik rəsmi statistika hesabatı forması və "Müəssisələrdə informasiya və kommunikasiya texnologiyalarından istifadə haqqında" 1 №- li (İKT) illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş" yeni redaksiyada verilsin (əlavə olunur).
2. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
3. Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün.
4. Aparatın Xidmət statistikası şöbəsinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin.
5. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinə həvalə olunsun. Sədrin səlahiyyətlərini müvəqqəti icra edən, sədrin birinci müavini Vahab Məmmədov
Əlavə 1 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2025-ci il 02 dekabr tarixli 35/18 nömrəli qərarı ilə təsdiq edilmişdir. 1 №-li forma (İKT) İllik RƏSMİSTATİSTİKAHESABATI Müəssisələrdə informasiya və kommunikasiya texnologiyalarından istifadə haqqında "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hesabat forması üzrə məlumatların konfidensiallığına zəmanət verilir və onlardan yalnız ümumiləşdirilmiş şəkildə istifadə ediləcəkdir. Hesabat sahibkarlıq subyekti olan bütün hüquqi şəxslər (onların filial və nümayəndəlikləri), publik hüquqi şəxslər (onların filial və nümayəndəlikləri), büdcə təşkilatları və büdcədənkənar dövlət fondları, bələdiyyələr, qeyri-hökumət təşkilatları və digər qeyri-kommersiya təşkilatları tərəfindən martın 30-dək Dövlət Statistika Komitəsinin internet səhifəsində (www. stat. gov. az) real vaxt rejimində təqdim edilir. Hesabat təqdim edən statistik vahidin: adı _________________________________ inzibati ərazi vahidinin və yaşayış məntəqəsinin adı göstərilməklə dəqiq ünvanı _____________________________ _______________________________________ _______________________________________ Hesabat formasının kodu Statistik vahidin identifikasiya (statistik) kodu VÖEN
Hesabat formasına və onun doldurulmasına dair rəy və təkliflərinizi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə göndərə bilərsiniz. Elektron poçt ünvanı: hesabat@stat. gov. az 20____ il üzrə
Bölmə 1. Kompüterlərdən və İKT şəbəkələrindən istifadə (hesabat ilinin sonuna) 1.1 Müəssisədə mövcud olan kompüterlərin sayı, ədəd 1.1.1 onlardan:
saz vəziyyətdə olan kompüterlərin sayı.
1.1.2 lisenziyalı proqram təminatı ilə təchiz edilmiş kompüterlərin sayı 1.2 Həftədə ən azı bir dəfə kompüterdən istifadə etmiş işçilərin sayı, nəfər.
1.2.1 onlardan qadınların sayı 1.3 Müəssisədə aşağıda göstərilən şəbəkələrdən hansıları mövcuddur?
(uyğun gələn bir və ya bir neçə xana "√" işarəsi ilə qeyd edilməlidir) 1.3.1 Lokal şəbəkə (LAN)...
1.3.2 Daxili şəbəkə (intranet) 1.3.3 Xarici şəbəkə (ekstranet)...
1.3.4 Yuxarıda sadalananlardan heç biri mövcud deyil.
Bölmə 2. İnternetdən istifadə olunması (hesabat ilinin sonuna) 2.1 Hesabat ilində müəssisənin internetə çıxışı olmuşdurmu? Bəli Xeyr keç 4.1 2.2 Müəssisədə internetə çıxışı olan kompüterlərin sayı, ədəd 2.3 Hesabat ilində müəssisədə işləyənlərin ümumi sayından neçə nəfərinin internetə çıxışı olmuşdur (sabit genişzolaqlı, sabit simsiz genişzolaqlı və ya sellülar (mobil) telefon şəbəkəsi, kosmik-peyk rabitəsi ilə qoşulma da daxil olmaqla), nəfər..
2.3.1 onlardan qadınların sayı.
2.4 İnternetə çıxış üçün hesabat ilində hansı növ qoşulmalardan istifadə edilmişdir? (uyğun gələn bir və ya bir neçə xana "√" işarəsi ilə qeyd edilməlidir) 2.4.1 Asimmetrik rəqəmsal abunə xətti (ADSL) 2.4.2 Simmetrik rəqəmsal abunə xətti (SDSL).
2.4.3 Çox yüksək sürətli rəqəmsal abunəçi xətti (VDSL)
2.4.4 Kabel modem 2.4.5 Fiber-optik kabel 2.4.6 Sabit simsiz qoşulma 2.4.7 Peyk şəbəkəsi (peyk telefonu, peyk şəbəkəsinin abunəçi peyk terminalı, digər kosmik-peyk rabitə vasitələri) 2.4.8 Sellülar (mobil) şəbəkə (mobil telefon, data kart, USB modem vasitəsilə qoşulma) 2.4.9 Digər 2.5 İnternetə qoşulmanın maksimal yükləmə sürəti nə qədərdir? (yalnız bir cavab seçilir) 2.5.1 30 Mbit/s-dən az 2.5.2 30 - 100 Mbit/s.-dək 2.5.3 100 - 500 Mbit/s.-dək 2.5.4 500 Mbit/s. - 1 Gbit/s.-dək 2.5.5 1 Gbit/s. və daha çox 2.6 Hesabat ilində internetdən hansı məqsədlər üçün istifadə olunmuşdur? (uyğun gələn bir və ya bir neçə xana "√" işarəsi ilə qeyd edilməlidir) 2.6.1 Elektron məktubların göndərilməsi və qəbulu.
2.6.1 Elektron məktubların göndərilməsi və qəbulu.
2.6.2 Mal və xidmətlər haqqında informasiya əldə edilməsi 2.6.3 Dövlət orqanlarından (qurumlarından) məlumatların əldə edilməsi 2.6.4 İnternet bankçılıq 2.6.5 Digər maliyyə xidmətləri 2.6.6 Dövlət orqanları (qurumları) ilə interaktiv əlaqə (məlumatların əldə edilməsi istisna olmaqla) 2.6.7 Müştərilərə xidmətlərin göstərilməsi
2.6.8 Mal və xidmətlərin real vaxt rejimində satışı 2.6.9 Videokonfrans və ya IP telefoniya 2.6.10 Onlayn rejimdə yazışma və elanların yerləşdirilməsi..
2.6.11 İşçi heyəti üçün təlimlərin keçirilməsi 2.6.12 Vakant vəzifələrə kadrların cəlb edilməsi 2.6.13 Digər 2.7 Müəssisənin veb-saytı varmı? Bəli Xeyr keç 2.10 2.8 Veb-saytda aşağıdakılardan hansı mövcuddur?
(uyğun gələn bir və ya bir neçə xana "√" işarəsi ilə qeyd edilməlidir) 2.8.1 Mal və xidmətlərin təsviri və ya qiymətlər barədə məlumat 2.8.2 Real vaxt rejimində sifarişlərin qəbulu.
2.8.3 Müştərilər üçün mal və xidmətlərin real vaxt rejimində dizayn imkanları 2.8.4 Sifarişlərin izlənilməsi 2.8.5 Daimi müştərilər üçün fərdi kontent 2.8.6 Müştəri dəstəyi üçün çat xidməti (çatbot, real vaxt rejimində müştərilərin suallarına cavab verən virtual agent və ya şəxs) 2.8.7 Vakansiyalara dair məlumatlandırma, işə qəbul olunmaq istəyənlər üçün onlayn müraciət imkanı 2.8.8 Ən azı iki dildə məzmun (kontent) 2.8.9 Yuxarıdakılardan heç biri 2.9 Müəssisənin veb-saytı ölkə serverlərində yerləşdirilmişdirmi? Bəli Xeyr
2.10 Müəssisə sosial şəbəkələrdən istifadə edirmi? (Facebook, İnstagram, Youtube, X, Tik-tok və s. platformalarında müəssisənin fərdi səhifəsi yaradılıbmı?) Bəli Xeyr
Bölmə 3. Elektron ticarət (hesabat ilində)
3.1 Müəssisə öz veb-saytı və ya tətbiqləri vasitəsilə (ekstranet daxil olmaqla) mal və ya xidmətlərin internet satışını həyata keçirmişdirmi?.......................... Bəli Xeyr
3.2 Elektron ticarət üçün digər veb-saytlardan və tətbiqlərdən (Booking, hotels. com, e Bay, Amazon, Alibaba və s.) istifadə edilmişdirmi?. (Hər iki suala "Xeyr" cavabı verilərsə, 4.1-ə keçin) Bəli Xeyr
3.3 İnternet-satışlardan əldə edilmiş gəlir, manat 3.4 İnternet-satış gəlirinin müəssisənin illik dövriyyəsində xüsusi çəkisi, faizlə 3.4 İnternet-satış gəlirinin müəssisənin illik dövriyyəsində xüsusi çəkisi, faizlə 3.5 İnternet-satış gəlirinin fiziki və hüquqi şəxslər üzrə faiz bölgüsü:
3.5.1 Fiziki şəxslər üzrə 3.5.2 Hüquqi şəxslər üzrə 3.6 Müəssisənin veb-saytı və ya mobil tətbiqləri vasitəsilə sifarişlər haradan qəbul edilmişdir?
3.6.1 Ölkə daxilindən 3.6.2 MDB ölkələrindən 3.6.3 Digər ölkələrdən 3.7 İnternet satışlarının müəssisə üçün daha əhəmiyyətli olduğu istiqamətlər: (uyğun gələn bir və ya bir neçə xana "√" işarəsi ilə qeyd edilməlidir) 3.7.1 İmicin yaxşılaşdırılması.
3.7.2 İstismar xərclərinin azaldılması 3.7.3 Xidmət keyfiyyətinin yaxşılaşdırılması 3.7.4 Yeni müştərilərin cəlb olunması 3.7.5 Yeni növ mal və xidmətlərin istehsalına başlanılması 3.8 Müəssisə elektron məlumat mübadiləsi (EDİ) vasitəsilə mal və xidmətlərin satışını həyata keçirmişdirmi? Bəli Xeyr keç 4.1
3.9 EDİ vasitəsilə satışdan əldə edilmiş gəlir, manat
Bölmə 4. Məlumatların istifadəsi və analitikası (hesabat ilində) 4.1 Müəssisədə aşağıdakı biznes-proqram təminatlarından istifadə edilirmi? (xanalar üzrə "Bəli" və ya "Xeyr" cavabları "√" işarəsi ilə qeyd edilməlidir) Bəli Xeyr 4.1.1 Resursların idarə edilməsi üçün proqram təminatı (ERP və s.) 4.1.2 Müştərilərlə əlaqələrin idarə edilməsi - müştərilərin maraq dairəsinin, alıcılıq vərdişlərinin izlənilməsi və s. (CRM və s.) 4.1.3 Biznes analitika proqramları (hesabatlar, qrafiklər, xəritələr və s.) 4.1.4 Heç birindən istifadə olunmur 4.2 Məlumat analitikası müəssisənin öz işçiləri tərəfindən həyata keçirilmişdirmi? Bəli Xeyr
keç 4.4 4.3 Analitika hansı məlumatlar əsasında həyata keçirilmişdir? ("Bəli" və ya "Xeyr" cavabları "√" işarəsi ilə qeyd edilməlidir) Bəli Xeyr 4.3.1 Tranzaksiya məlumatları (həyata keçirilən satış əməliyyatlarına, ödənişlərə dair qeydlər və s.) 4.3.2 Müştərilər haqqında məlumatlar (satış məlumatları, müştəri rəyləri, seçimləri və s.) 4.3.3 Sosial şəbəkə məlumatları (şəxsi məlumatlar, şərhlər, video, audio, şəkillər).
4.3.4 Veb-sayt məlumatları (axtarış trendi, veb-skrapinq və s.) 4.3.5 Portativ cihazlar vasitəsilə əldə olunmuş yerləşmə (məkan) məlumatları (sellülar (mobil) telefon şəbəkəsi, simsiz qoşulma və ya GPS, Galileo, Glonass, Beidou kosmik naviqasiya istifadə funksiyası olan portativ qurğular) 4.3.6 "Ağıllı" cihazlar və sensorlardan əldə edilən məlumatlar (maşınlararası əlaqədə istifadə olunan M2M texnologiyası, istehsal sensorları, sayğaclar və s.) 4.3.7 Dövlət orqanlarının (qurumlarının) açıq məlumatları 4.3.8 Peyk məlumatları (peyk müşahidə məhsulları, kosmik naviqasiya siqnalları və s.)..
4.4 Məlumat analitikası kənar təşkilat tərəfindən həyata keçirilmişdirmi? Bəli Xeyr
Bölmə 5. Bulud hesablama xidmətlərindən istifadə (hesabat ilində)
5.1 Müəssisə ödənişli bulud-hesablama xidmətlərindən istifadə etmişdirmi? Bəli Xeyr
keç 6.1 5.2 Aşağıdakı bulud-hesablama xidmətlərindən ödənişli əsaslarla istifadə edilmişdirmi? (xanalar üzrə "Bəli" və ya "Xeyr" cavabları "√" işarəsi ilə qeyd edilməlidir) Bəli Xeyr 5.2.1 E-poçt 5.2.2 Ofis proqramları 5.2.3 Maliyyə və ya mühasibatlıq proqramları 5.2.4 Resurs planlaşdırma proqramları 5.2.5 Müştərilərlə əlaqələrin idarə olunması 5.2.6 Təhlükəsizlik proqramları (antivirus və s.) 5.2.7 Məlumat bazalarının yerləşdirilməsi 5.2.8 Fayl saxlanması 5.2.9 Digər
Bölmə 6. Süni intellekt (hesabat ilində) 6.1 Aşağıdakı süni intellekt (AI) texnologiyalarından istifadə olunmuşdurmu? (xanalar üzrə "Bəli" və ya "Xeyr" cavabları "√" işarəsi ilə qeyd edilməlidir) Bəli Xeyr 6.1.1 Yazılı dilin təhlili (mətn analitikası) 6.1.2 Nitqin tanınması 6.1.3 Yazılı və şifahi dilin generasiyası (mətn yaratmaq, nitq sintezi) 6.1.4 Şəkil, video və audio generasiyası 6.1.5 Şəkil və video əsasında obyekt və ya insan tanınması 6.1.6 Maşın öyrənilməsi ilə məlumatların təhlili 6.1.7 İş proseslərinin avtomatlaşdırılması və qərar vermə dəstəyi 6.1.8 Robotlar və pilotsuz vasitələr üçün süni intellekt texnologiyaları 6.2 Süni intellektdən istifadə olunan fəaliyyət sahələri: (xanalar üzrə "Bəli" və ya "Xeyr" cavabları "√" işarəsi ilə qeyd edilməlidir) Bəli Xeyr 6.2.1 Marketinq və satış 6.2.2 İstehsal və xidmət 6.2.3 İdarəetmə prosesləri
6.2.4 Logistika 6.2.5 İKT təhlükəsizliyi 6.2.6 Mühasibat uçotu və maliyyə 6.2.7 Tədqiqat və innovasiya fəaliyyətləri (süni intellekt üzrə tədqiqatlar istisna edilməklə) Bölmə 7. İKT və ətraf mühit (hesabat ilində) 7.1 Enerji istehlakının azaldılması məqsədilə İKT həllərindən istifadə edilmişdirmi? Bəli Xeyr
7.2 Material sərfiyyatının azaldılması və ya təkrar emal materiallarından istifadənin artırılması məqsədilə İKT həllərindən istifadə edilmişdirmi? Bəli Xeyr
Bölmə 8. Kompüter proqram təminatları və İKT avadanlıqları üzrə xərclər (hesabat ilində, manat) 8.1 Lisenziyalar üzrə xərclər:
8.1.1 Əməliyyat sistemləri 8.1.2 Məlumat bazaları 8.1.3 Proqramlaşdırma alətləri 8.1.4 Digər proqram təminatları 8.2 Tətbiqi proqram təminatlarının hazırlanması üzrə xərclər 8.3 Texniki dəstək xərcləri:
8.3.1 Avadanlıqların texniki dəstəyi 8.3.2 Sistem proqram təminatlarının dəstəyi 8.3.3 Tətbiqi proqram təminatlarının dəstəyi 8.4 Əməkdaşların təlimi və yeni tətbiqlərin öyrənilməsi üzrə xərclər 8.5 İKT avadanlıqları üzrə xərclər:
8.5.1 İstifadəçi avadanlıqları
8.5.2 Server avadanlıqları 8.5.3 Şəbəkə avadanlıqları 8.5.4 İKT təhlükəsizliyi avadanlıqları 8.6 İnternetə qoşulma xərcləri 8.7 Texniki vasitələrlə məlumatlandırma (SMS və s.) üzrə xərclər 8.8 Digər sistemlərin hazırlanması (videokonfrans, çağrı mərkəzi, terminallar və s.) üzrə xərclər Bölmə 9. Müəssisə haqqında ümumi məlumat 9.1 Müəssisənin İFNT üzrə əsas fəaliyyət növünün kodu (5 rəqəmli) 9.2 Müəssisədə muzdlu işçilərin sayı, ilin sonuna 9.3 Mal və xidmətlərin satışından əldə olunmuş gəlir, manat (ƏDV və aksiz vergisi çıxılmaqla) Hesabatın tərtib olunmasına sərf edilən vaxt* ________ (adam-saat) * Rəsmi statistika hesabatlarının tərtib olunmasına sərf olunan vaxt adam-saatla ölçülür və hesabatın tərtib olunmasında iştirak edən işçilərin (işçinin) sayı onların (onun) həmin hesabatın tərtib olunmasına sərf etdikləri (etdiyi) vaxta vurulmaqla müəyyənləşdirilir. Rəhbər _________________ ____________ "_____" ______________ 20____ il (adı və soyadı) (imza) Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2025-ci il 02 dekabr tarixli 35/18 nömrəli qərarı ilə təsdiq edilmişdir. "Müəssisələrdə informasiya və kommunikasiya texnologiyalarından istifadə haqqında" 1 №-li (İKT) illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair GÖSTƏRİŞ
1. Ümumi müddəalar
1.1. "Müəssisələrdə informasiya və kommunikasiya texnologiyalarından istifadə haqqında" 1 №-li (İKT) illik rəsmi statistika hesabatı forması (bundan sonra-hesabat forması) müəssisələrdə kompüterlərdən, İKT şəbəkələrindən, internetdən, süni intellekt texnologiyalarından, bulud hesablama xidmətlərindən istifadə, elektron ticarət, məlumatların istifadəsi və analitikası, İKT və ətraf mühit, kompüter proqram təminatları və İKT avadanlıqları üzrə xərclər barədə məlumatların əldə edilməsi üçün nəzərdə tutulmuşdur.
1.2. Hesabat sahibkarlıq subyekti olan bütün hüquqi şəxslər (onların filial və nümayəndəlikləri), publik hüquqi şəxslər (onların filial və nümayəndəlikləri), büdcə təşkilatları və büdcədənkənar dövlət fondları, bələdiyyələr, qeyri-hökumət təşkilatları və digər qeyri-kommersiya təşkilatları (bundan sonra — müəssisə) tərəfindən mart ayının 30-dək elektron formada Dövlət Statistika Komitəsinin www. stat. gov. az internet səhifəsində real vaxt rejimində təqdim edilir.
2. Əsas anlayışlar
2.1. Lokal şəbəkə (LAN — Local Area Network) — ixtiyari sayda müstəqil informasiya qurğularının bir-birilə birbaşa əlaqə qurmasına imkan verən və orta ölçülü coğrafi zona ilə məhdudlaşdırılmış (məsələn, xidməti binanın, zavodun, binalar qrupunun və ya anbar binası hüdudunda) məlumat ötürmə sistemidir.
2.2. İntranet — müəssisə daxilində əlaqəni təmin edən daxili kommunikasiya şəbəkəsidir.
2.3. Ekstranet — təchizatçılar, satıcılar, müştərilər və ya işgüzar tərəfdaşlarla məlumatların təhlükəsiz mübadiləsinin aparılması üçün istifadə olunan məhdud girişli qapalı şəbəkədir.
2.4. İnternet — ümumdünya kompüter şəbəkəsidir. O, ümumdünya şəbəkə də daxil olmaqla, bir sıra kommunikasiya xidmətlərinə çıxışı təmin edir və istifadə edilən qurğulardan (mobil telefon, planşet, rəqəmsal TV və s.) asılı olmayaraq e-poçt, xəbər, əyləncə və məlumat fayllarını ötürür.
2.5. Kabel modem — quraşdırılmış şəbəkə körpüsünə malik modem olub məlumatların ikitərəfli ötürülməsi imkanını verir. Kabel modemlərdən adətən kabel televiziyası şəbəkələrində genişzolaqlı internetə çıxış üçün istifadə olunur.
2.6. Fiber-optik kabel vasitəsilə qoşulma və ya optik lifli qoşulma hazırda informasiyanın ötürülməsi üçün ən sürətli texnologiya hesab edilir. Optik kabel xüsusi örtüklə bir-birindən ayrılan kiçik simlərdən ibarətdir. Hər bir sim üzrə məlumatlar işıq şüaları vasitəsilə ötürülür. Fiber-optik rabitə lazer şüaları vasitəsilə məlumatları uzunluğu yüz kilometrlərlə ölçülən məsafəyə ötürmək imkanını verir.
2.7. Asimmetrik rəqəmsal abunə xətti (ADSL - Asymmetric Digital Subscriber Line) - asimmetrik rəqəmsal abunəçi xətti olub, telefon xətti üzərindən internetə qoşulmaq üçün istifadə olunan texnologiyadır. Asimmetrikdir — yəni yükləmə (download) sürəti, göndərmə (upload) sürətindən daha yüksəkdir.
2.8. Simmetrik rəqəmsal abunə xətti (SDSL - Symmetric Digital Subscriber Line) - simmetrik rəqəmsal abunəçi xəttidir. Simmetrikdir - yəni yükləmə (download) və göndərmə (upload) sürətləri bərabərdir.
2.9. Çox yüksək sürətli rəqəmsal abunə xətti (VDSL - Very-high-bit-rate Digital Subscriber Line) - çox yüksək sürətli rəqəmsal abunəçi xəttidir. Bu texnologiya ADSL və SDSLə nisbətən daha yüksək internet sürəti təqdim edir və mis telefon xətləri üzərindən işləyir.
2.10. Veb-sayt — internetdə yerləşən bir və ya bir neçə bir-biri ilə əlaqəli səhifələr toplusudur. Bu səhifələrdə məlumatlar mətn, şəkil, video və sair məzmunda yerləşdirilə bilər.
2.11. Mobil tətbiq — adətən Android və ya İOS əməliyyat sistemləri ilə işləyən mobil telefonlar üçün proqramlardır. Bu proqramlar eyni zamanda planşetlərə də quraşdırıla bilər.
2.12. Elektron məlumat mübadiləsi (EDİ - Electronic Data Interchange) - müəssisələrin kağız sənədlərdən istifadə etmədən, elektron formada məlumat mübadiləsi aparmasını təmin edən texnologiyadır. Bu zaman mal və ya xidmətlərin satışı adi kağız sənədlərlə deyil, tamamilə elektron sənədlər və sistemlər üzərindən aparılır və aşağıdakılar nəzərdə tutulur: - sifarişlər standart və avtomatik emal üçün uyğun formatda göndərilir; - sifarişlər EDI xidmət provayderi vasitəsilə də göndərilə bilər; - sistemin tələbat əsasında avtomatik yaratdığı sifarişlər də bura daxildir; - sifarişlər birbaşa müəssisənin idarəetmə sisteminə (ERP) daxil ola bilər.
2.13. Məlumat analitikası — məlumatların analizi üçün müxtəlif texnologiyalardan istifadə olunması, istehsalın artırılması, xərclərin azaldılması, gələcək tendensiyaların, qanunauyğunluqların müəyyən olunması üçün əsaslı qərarların qəbul edilməsini nəzərdə tutur. Məlumatlar həm müəssisənin məlumat mənbəyindən, həm də xarici mənbələrdən (məsələn, təchizatçılar, müştərilər, hökumət) əldə oluna bilər.
2.14. Veb-skrapinq (Web scraping) — internetdəki saytların məzmununu avtomatik şəkildə oxuyub toplama prosesidir. Bu proses xüsusi proqramlar vasitəsilə həyata keçirilir və məlumatların əl ilə surətini köçürmək əvəzinə avtomatlaşdırılmış şəkildə çıxarılmasına imkan yaradır.
2.15. Bulud hesablama xidmətləri - proqram təminatına, hesablama resurslarına (serverlər, məlumat bazaları və s.) daxil olmaq üçün internet üzərindən istifadə olunan İKT xidmətləridir. Bu zaman məlumatlar kompüterlərdə deyil, buludda, yəni internet vasitəsilə əldə edilə bilən uzaq serverlərdə yerləşir. Bu xidmətlər aşağıdakı xüsusiyyətlərə malikdir: - kompüterdə yer tutmur və internet olan hər yerdə əlçatandır; - xidmət provayderlərinin serverlərindən təmin olunur; - avadanlıq almağa ehtiyac yoxdur; - asanlıqla miqyaslana (böyüdülə və ya azaldıla) bilər (məsələn, istifadəçilərin sayını artırmaq və ya yaddaş tutumunu dəyişdirməklə); - istifadəçi tələbi ilə istifadə edilə bilər (xidmət provayderi ilə insan əlaqəsi olmadan). Bulud hesablama xidmətlərinə Virtual Özəl Şəbəkələr (VPN) vasitəsilə qoşulmalar da daxil ola bilər.
2.16. Süni intellekt (AI) - mətnin intellektual analizi, kompüter görmə, nitqin tanınması, təbii dilin yaradılması, məlumatların toplanılması, istifadə edilməsi, yaradılması və sair
əməliyyatların həyata keçirilməsi üçün istifadə olunan, müstəqil fəaliyyət göstərən proqramlar və alqoritmlərdən ibarət bir sistemdir. Başqa sözlə süni intellekt - maşınlara insan intellektini təqlid etməyə, yəni düşünmək, öyrənmək, qərar qəbul etmək və problemləri həll etmək imkanı verən texnologiyadır.
3. Hesabat formasının doldurulmasına dair izahlar Hesabat formasında kəmiyyətlə ifadə olunmayan suallar üzrə uyğun gələn cavabların qarşısındakı xanaya "√" işarəsi, kəmiyyətlə ifadə olunan suallar üzrə isə rəqəm qeyd edilir.
3.1. Bölmə 1. Kompüterlərdən və İKT şəbəkələrindən istifadə.
3.1.1. Bu bölmədə müəssisələr tərəfindən kompüterlərdən və İKT şəbəkələrindən istifadə haqqında məlumat verilir.
3.1.2. Bu bölmənin 1.1-ci sualı üzrə müəssisədə mövcud olan bütün kompüterlərin, 1.1.1-ci sualı üzrə müəssisədə saz vəziyyətdə olan, 1.1.2-ci sual üzrə isə lisenziyalı proqram təminatı ilə təchiz edilmiş kompüterlərin sayı barədə məlumatlar qeyd edilir.
3.1.3. 1.2-ci sual üzrə müəssisədə həftədə ən azı bir dəfə kompüterdən istifadə etmiş işçilərin sayı göstərilir. İşçilərin sayına siyahı tərkibində olan işçilərin və əvəzçilik üzrə işləyən şəxslərin sayı daxil edilir. 1.2.1-ci sual üzrə isə kompüterlərdən istifadə edən qadınların sayı göstərilir.
3.1.4. 1.3-cü sualla müəssisədə şəbəkənin növü müəyyənləşdirilir. Lokal şəbəkə (LAN) olduğu halda 1.3.1-ci, daxili şəbəkə (intranet) olduğu halda 1.3.2-ci, xarici şəbəkə (ekstranet) olduğu halda 1.3.3-cü cavab seçilir. Əgər müəssisədə yuxarıda göstərilən şəbəkələrdən heç biri yoxdursa, 1.3.4-cü cavab üzrə "√" işarəsi qoyulur.
3.2. Bölmə 2. İnternetdən istifadə olunması.
3.2.1. Bu bölmədə müəssisədə internetə çıxışın mövcudluğu, internetə qoşulma, internetdən istifadə və bununla bağlı digər məlumatlar əks etdirilir.
3.2.2. 2.1-ci sual üzrə müəssisənin hesabat ilində internetə çıxışının olub-olmaması müəyyənləşdirilir. Əgər hesabat ilində müəssisənin internetə çıxışı olmuşdursa, bu sətir üzrə "Bəli" cavabı qeyd edilir və növbəti 2.2 sualına keçilir, əks halda "Xeyr" cavabı qeyd edilir və 4.1-ci sualına keçid edilir.
3.2.3. 2.2-ci sual üzrə müəssisədə internetə çıxışı olan kompüterlərin sayı göstərilir.
3.2.4. 2.3-cü sual üzrə internetdən istifadə etmiş işçilərin sayı, 2.3.1-ci sual üzrə isə internetdən istifadə etmiş işçilərdən qadınların sayı qeyd edilir.
3.2.5. 2.4-cü sual ilə internetə çıxış üçün hesabat ilində istifadə olunan qoşulma növləri öyrənilir. 2.4.1-2.4.9-cu sual üzrə uyğun gələn cavabların qarşısında "√" işarəsi qoyulur.
3.2.6. 2.5-ci sual ilə müəssisədə internetə qoşulmanın maksimal yüklənmə sürəti müəyyənləşdirilir və uyğun gələn 2.5.1-2.5.5-ci cavablardan yalnız biri qeyd edilir.
3.2.7. 2.6-cı sual ilə müəssisənin internetdən istifadə məqsədləri müəyyən edilir və 2.6.1-2.6.13-cü cavablardan biri və ya bir neçəsi işarələnir. 2.6.12-ci cavabda "Vakant vəzifələrə kadrların cəlb edilməsi" ifadəsi həm müəssisə daxilindən, həm də kənardan işçilərin cəlb edilməsini əhatə edir.
3.2.8. 2.7-ci sual ilə müəssisənin veb-saytının olub-olmaması müəyyənləşdirilir.
Müəssisənin veb-saytı mövcuddursa, "Bəli" cavabı qeyd edilərək növbəti 2.8-ci suala keçilir, mövcud deyilsə, "Xeyr" cavabı qeyd olunur və 2.10-cu suala keçid edilir.
3.2.9. 2.8-ci sual ilə müəssisənin veb-saytının funksional imkanları öyrənilir və 2.8.1- 2.8.8-ci suallarda bir və ya bir neçəsi seçilir. 2.8.1-ci sual üzrə mal və xidmətlərin təsviri və qiymətlərinə, 2.8.2-ci sual üzrə real vaxt rejimində sifarişlərin qəbulu, 2.8.3-cü sual üzrə müştərilər üçün mal və xidmətlərin real vaxt rejimində dizaynının imkanlarına, 2.8.4-cü sual üzrə saytda yerləşdirilmiş sifarişlərin izlənilməsinə, 2.8.5-ci sual üzrə daimi müştərilər üçün fərdi kontentlərin yaradılmasına, 2.8.6-cı sual üzrə müştərilərə dəstək üçün çat xidmətinə (çatbot, real vaxt rejimində müştərilərin suallarına cavab verən virtual agent və ya şəxs), 2.8.7- ci sual üzrə vakansiyalara dair məlumatlandırma, işə qəbul olunmaq istəyənlər üçün onlayn müraciət imkanına, 2.8.8-ci sual üzrə ən azı iki dildə olan məzmunun (kontentin) mövcudluğuna dair qeyd aparılır. Əgər yuxarıda göstərilən funksional imkanlardan heç biri mövcud deyilsə, 2.8.9-cu cavab seçilir.
3.2.10. 2.9-cu sual ilə müəssisənin veb-saytının ölkə serverlərində yerləşdirilibyerləşdirilməməsi müəyyən edilir və uyğun cavab işarələnir.
3.2.11. 2.10-cu sual ilə müəssisənin sosial şəbəkələrdə səhifəsinin olub-olmaması müəyyənləşdirilir və uyğun gələn cavab seçilir.
3.3. Bölmə 3. Elektron ticarət.
3.3.1. Bu bölmədə elektron ticarət, eləcə də elektron məlumat mübadiləsi (EDİ) vasitəsilə mal və xidmətlərin satışının həyata keçirilməsi ilə bağlı suallar cavablandırılır.
3.3.2. Əgər müəssisə öz veb-saytı və ya tətbiqləri vasitəsilə (ekstranet daxil olmaqla) mal və ya xidmətlərin internet satışını həyata keçirirsə 3.1-ci sualda "Bəli" cavabı, həyata keçirmirsə "Xeyr" cavabı qeyd olunur. Əgər müəssisə elektron ticarəti digər veb-saytlar və ya tətbiqlər vasitəsilə (Booking, hotels. com, e Bay, Amazon, Alibaba və s.) həyata keçirirsə 3.2-ci sualda "Bəli" cavabı, həyata keçirmirsə "Xeyr" cavabı qeyd olunur. Əgər müəssisə 3.1-ci və 3.2-ci suallara "Xeyr" cavabı verirsə, 4.1-ci suala keçid edilir.
3.3.3. 3.3-cü sual üzrə hesabat ilində müəssisə tərəfindən internet-satışlardan əldə olunan gəlirin məbləği manatla, 3.4-cü sual üzrə isə müəssisənin illik dövriyyəsində internetsatışlardan əldə olunmuş gəlirin xüsusi çəkisi faizlə göstərilir.
3.3.4. İnternet vasitəsilə həyata keçirilmiş satışlardan əldə edilmiş gəlirin məbləğini göstərmiş müəssisələr, həmin məbləğin fiziki və hüquqi şəxslər üzrə bölgüsünü müvafiq olaraq 3.5.1-ci və 3.5.2-ci suallar üzrə göstərirlər. Hər iki cavab üzrə faizlərin cəmi 100%-ə bərabər olmalıdır.
3.3.5. 3.6-cı sual ilə müəssisənin veb-saytı və ya mobil tətbiqləri vasitəsilə sifarişləri ölkə daxilindən (3.6.1-ci sual), MDB ölkələrindən (3.6.2-ci sual) və ya digər ölkələrdən (3.6.3-cü sual) qəbul edib-etmədiyi müəyyənləşdirilir və müvafiq qeydlər aparılır.
3.3.6. 3.7-ci sual ilə müəssisə üçün internet vasitəsilə həyata keçirilən satışların əhəmiyyəti müəyyənləşdirilir və 3.7.1-ci - 3.7.5-ci cavablar üzrə uyğun gələnlərin qarşısında bir və ya bir neçə "√" işarəsi qeyd edilir.
3.3.7. 3.8-ci sual ilə müəssisə tərəfindən elektron məlumat mübadiləsi (EDİ) vasitəsilə mal və xidmətlərin satışının həyata keçirilib-keçirilməməsi müəyyənləşdirilir və müvafiq olaraq "Bəli" və ya "Xeyr" cavabı qeyd edilir. "Xeyr" cavabı olduğu halda 4.1-ci suala keçid edilir.
3.3.8. 3.9-cu sual üzrə hesabat ilində müəssisənin EDİ vasitəsilə mal və xidmətlərin satışından əldə etdiyi gəlirin məbləği qeyd edilir.
3.4. Bölmə 4. Məlumatların istifadəsi və analitikası.
3.4.1. Bu bölmədə müəssisənin müxtəlif mənbələrdən əldə olunan məlumatların istifadəsi və analitikası ilə bağlı suallar cavablandırılır.
3.4.2. 4.1-ci sual ilə müəssisənin biznes-proqram təminatlarından istifadə edib-etməməsi müəyyənləşdirilir. Müəssisənin müxtəlif funksional bölmələri (məsələn, mühasibat uçotu, planlaşdırma, istehsal, marketinq) arasında məlumat mübadiləsi yolu ilə resursları idarə etmək üçün proqram təminatı (ERP və s.) istifadə olunursa 4.1.1-ci, müştərilərin maraq dairəsinin və alıcılıq vərdişlərinin izlənilməsi və digər buna bənzər məqsədlər üçün müştərilərlə əlaqələrin idarə edilməsi proqramı (CRM və s.) istifadə olunursa 4.1.2-ci, hesabat, qrafik və xəritələrin tərtibi üçün biznes analitika proqram təminatları istifadə olunursa 4.1.3-cü sual üzrə "Bəli" cavabı qeyd edilir. Əgər heç birindən istifadə olunmursa, 4.1.4-cü cavab seçilir.
3.4.3. 4.2-ci sual ilə müəssisənin öz işçiləri tərəfindən məlumat analitikasının həyata keçirilib-keçirilməməsi müəyyənləşdirilir və müvafiq olaraq "Bəli" və ya "Xeyr" cavabı qeyd edilir. Əgər "Xeyr" cavabı verilərsə, sual 4.4-ə keçid edilir.
3.4.4. 4.3-cü sual ilə müəssisədə məlumat analitikasının hansı məlumatlar əsasında həyata keçirildiyi müəyyənləşdirilir. 4.3.1-ci sual üzrə tranzaksiya məlumatlarına (həyata keçirilən satış əməliyyatlarına, ödənişlərə dair qeydlər və s.), 4.3.2-ci sual üzrə müştərilər haqqında məlumatlara (satış məlumatları, müştəri rəyləri, seçimləri və s.), 4.3.3-cü sual üzrə sosial şəbəkə məlumatlarına (şəxsi məlumatlar, şərhlər, video, audio, şəkillər), 4.3.4-cü sual üzrə veb-sayt məlumatlarına (axtarış trendi, veb-skrapinq və s.), 4.3.5-ci sual üzrə portativ cihazlar vasitəsilə əldə olunmuş yerləşmə (məkan) məlumatlarına (sellülar (mobil) telefon şəbəkəsi, simsiz qoşulma və ya GPS, Galileo, Glonass, Beidou kosmik naviqasiya istifadə edən portativ qurğular), 4.3.6-cı sual üzrə "ağıllı" cihazlardan və sensorlardan əldə edilən məlumatlara (maşınlararası əlaqədə istifadə olunan M2M texnologiyası, istehsal sensorları, sayğaclar və s.), 4.3.7-ci sual üzrə dövlət orqanlarının (qurumlarının) açıq məlumatlarına, 4.3.8- ci sual üzrə peyk məlumatlarına (peyk müşahidə məhsulları, kosmik naviqasiya siqnalları və s.) dair qeydlər "Bəli" və ya "Xeyr" cavablarından biri seçilməklə aparılır.
3.4.5. 4.4-cü sual ilə hər hansı kənar müəssisə və ya təşkilat tərəfindən müəssisə üçün məlumat analitikasının həyata keçirilib-keçirilməməsi müəyyənləşdirilir və müvafiq olaraq "Bəli" və ya "Xeyr" cavabı qeyd edilir.
3.5. Bölmə 5. Bulud hesablama xidmətlərindən istifadə.
3.5.1. Bu bölmədə müəssisənin ödənişli bulud xidmətlərindən istifadə etməsi ilə bağlı məlumat verilir.
3.5.2. 5.1-ci sual ilə müəssisənin ödənişli bulud hesablama xidmətlərindən istifadə edibetməməsi müəyyənləşdirilir. Əgər müəssisə bulud xidmətlərindən istifadə edirsə, "Bəli" cavabı qeyd edilir, istifadə etmirsə, "Xeyr" cavabı seçilir və 6.1-ci suala keçid edir.
3.5.3. 5.1-ci suala "Bəli" cavabı vermiş müəssisələr 5.2-ci sualda istifadə etdikləri ödənişli bulud hesablama xidmətlərini göstərirlər. 5.2.1-ci sual üzrə e-poçt, 5.2.2-ci sual üzrə ofis proqramları, 5.2.3-cü sual üzrə maliyyə və ya mühasibatlıq proqramları, 5.2.4-cü sual üzrə resurs planlaşdırma proqramları, 5.2.5-ci sual üzrə müştərilərlə əlaqələrin idarə olunması üçün proqramlar, 5.2.6-cı sual üzrə təhlükəsizlik proqramları (antivirus və s.), 5.2.7-ci sual üzrə məlumat bazalarının yerləşdirilməsi, 5.2.8-ci sual üzrə fayl saxlanması, 5.2.9-cu sual üzrə isə digər xidmətlərlə bağlı "Bəli" və ya "Xeyr" cavabı qeyd edilir.
3.6. Bölmə 6. Süni intellekt.
3.6.1. Bu bölmədə müəssisənin süni intellekt (AI) texnologiyalarından istifadə edibetməməsi müəyyənləşdirilir və süni intellektdən istifadə etdiyi fəaliyyət sahələri ilə bağlı məlumat verilir.
3.6.2. 6.1-ci sual müəssisənin süni intellekt texnologiyalarından istifadə edib-etmədiyini müəyyənləşdirir. 6.1.1-ci sual üzrə yazılı dilin təhlilini həyata keçirən (məsələn, mətnin analitikası), 6.1.2-ci sual üzrə nitqin tanınmasını təmin edən (şifahi dili maşınla oxunan formata çevirən), 6.1.3-ci sual üzrə yazılı və şifahi dili generasiya edən (yarada bilən), 6.1.4-cü sual üzrə şəkil, video və audionu generasiya edən, 6.1.5-ci sual üzrə şəkil və video əsasında obyekt və ya insanları tanınmasını təmin edən (təsvirin tanınması, emalı), 6.1.6-cı sual üzrə maşın öyrənilməsi ilə məlumatları təhlil edən, 6.1.7-ci sual üzrə iş proseslərini avtomatlaşdıran və ya qərar verməyə kömək edən (məsələn, prosesləri avtomatlaşdıran süni intellekt əsaslı proqram təminatı), 6.1.8-ci sual üzrə robotlar və pilotsuz vasitələr üçün (məsələn, ətraf mühitin müşahidəsinə əsaslanan qərarlar vasitəsilə maşınların fiziki hərəkətini təmin edən) süni intellekt texnologiyaları ilə bağlı "Bəli" və ya "Xeyr" cavabı qeyd edilir.
3.6.3. 6.2-ci sual ilə süni intellektdən hansı fəaliyyət sahələrində istifadə edildiyi öyrənilir. 6.2.1-ci sual üzrə marketinq və satışda (müştəri profilinin yaradılması, qiymətlərin optimallaşdırılması, bazarın təhlili və s.), 6.2.2-ci sual üzrə istehsal və xidmət sahələrində (məhsullarda olan nöqsanların kompüter vasitəsilə aşkarlanması, dronlar vasitəsilə istehsala nəzarət və s.), 6.2.3-cü sual üzrə idarəetmə proseslərinin təşkilində (risklərin müəyyən olunması, məlumatların analizi, strateji qərarların qəbul edilməsi və s.), 6.2.4-cü sual üzrə logistikada (məhsulun anbarlarda çeşidlənməsi, qablaşdırılması üçün robotlardan istifadə olunması), 6.2.5-ci sual üzrə İKT təhlükəsizliyində (İKT istifadəçilərinin autentifikasiyası üçün
kompüter görmə əsaslı üz tanınması, maşın öyrənilməsi əsasında kiberhücumların aşkarlanması və qarşısının alınması və s.), 6.2.6-cı sual üzrə mühasibat uçotu və maliyyədə, 6.2.7-ci sual üzrə tədqiqat və innovasiya fəaliyyətlərində (süni intellekt üzrə tədqiqatlar istisna edilməklə) istifadə olunması ilə bağlı "Bəli" və ya "Xeyr" cavabı qeyd edilir.
3.7. Bölmə 7. İKT və ətraf mühit.
3.7.1. 7.1-ci sual ilə müəssisənin enerji istehlakının azaldılması məqsədilə İKT həllərindən istifadə edib-etməməsi müəyyənləşdirilir və "Bəli" və ya "Xeyr" cavablarından biri qeyd edilir. Enerji istehlakını azaltmaq üçün İKT sistemlərindən istifadə nümunələrinə aşağıdakılar aid edilə bilər: - avadanlıqların enerji səmərəliliyinin artırılması üçün avtomatlaşdırılmış sistemlərin mövcudluğu; - enerji istehlakını izləmək, idarə etmək və optimallaşdırmaq üçün "ağıllı" termostatın mövcudluğu; - "ağıllı" işıqlandırma sistemlərinin mövcudluğu; - uzaqdan enerji monitorinqi və ya idarəetmə sistemlərinin mövcudluğu; - anormal enerji istehlakı, gərginliyin dəyişməsi və digər anomaliyaları aşkarlayan sistemlərin mövcudluğu.
3.7.2. 7.2-ci sual ilə müəssisədə material sərfiyyatını azaltmaq və ya təkrar emal materiallarından istifadəni artırmaq üçün İKT həllərindən istifadə olunması müəyyən edilir və "Bəli" və ya "Xeyr" cavablarından biri qeyd edilir (məsələn, avtomatlaşdırılmış tərtibat vasitəsilə materiallardan istifadəni optimallaşdırmaq, 3D çap vasitəsilə material səmərəliliyini artırmaq, tullantıların daha effektiv şəkildə çeşidlənməsi və təkrar emalı üçün avtomatik sistemlər, aktivlərə texniki qulluğun təmin olunması üçün monitorinq sistemləri, su istehlakını azaltmaq üçün sensorlardan istifadə və s.).
3.8. Bölmə 8. Kompüter proqram təminatları və İKT avadanlıqları üzrə xərclər.
3.8.1. Bu bölmədə hesabat ili ərzində proqram təminatları və İKT avadanlıqlarına müəssisə tərəfindən çəkilmiş xərclər manatla göstərilir.
3.8.2. Müəssisə tərəfindən əməliyyat sistemləri, məlumat bazaları, proqramlaşdırma alətləri və digər proqram təminatları üzrə lisenziyalara çəkilmiş xərclərin məbləği müvafiq olaraq 8.1.1- 8.1.4-cü suallar üzrə göstərilir.
3.8.3. 8.2-ci sual üzrə müəssisə tərəfindən hesabat ilində tətbiqi proqram təminatlarının hazırlanmasına çəkilmiş xərclər qeyd edilir.
3.8.4. Avadanlıqların texniki dəstəyi, sistem və tətbiqi proqram təminatlarının dəstəyi üzrə çəkilmiş xərclər müvafiq olaraq 8.3.1-8.3.3-cü suallar üzrə göstərilir.
3.8.5. 8.4-cü sual üzrə əməkdaşların təlimi və yeni tətbiqlərin öyrənilməsinə çəkilmiş xərclər qeyd edilir.
3.8.6. İstifadəçi, server, şəbəkə və İKT təhlükəsizliyi avadanlıqlarına çəkilmiş xərclər müvafiq olaraq 8.5.1-8.5.4-cü suallar üzrə göstərilir.
3.8.7. 8.6-cı sual üzrə müəssisə tərəfindən hesabat ilində internet şəbəkəsinə qoşulmaq üçün çəkilmiş xərclər qeyd edilir.
3.8.8. 8.7-ci sual üzrə müəssisə tərəfindən hesabat ilində SMS və ya digər texniki vasitələrlə məlumatlandırmaya çəkilmiş xərclər qeyd edilir.
3.8.9. 8.8-ci sual üzrə müəssisə tərəfindən hesabat ilində videokonfrans, çağrı mərkəzi, terminallar və s. bu kimi sistemlərin hazırlanmasına çəkilmiş xərclər qeyd edilir.
3.9. Bölmə 9. Müəssisə haqqında məlumat.
3.9.1. Bu bölmədə müəssisə haqqında ümumi məlumatlar qeyd edilir.
3.9.2. 9.1-ci sətirdə müəssisənin "İqtisadi Fəaliyyət Növləri Təsnifatı" üzrə əsas fəaliyyət növünün kodu (5 rəqəmli), 9.2-ci sətirdə hesabat ilinin sonuna muzdlu işçilərin sayı, 9.3-cü sətirdə hesabat ilində mal və xidmətlərin satışından əldə olunmuş gəlirin məbləği (ƏDV və aksiz vergisi çıxılmaqla) manatla qeyd edilir.