Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026—2029-cu illər üçün STRATEGİYA
1. Qısa xülasə "Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026—2029-cu illər üçün Strategiya" (bundan sonra — Strategiya) Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022—2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın "7. Tədbirlər planı" hissəsinin 1.1.8-ci yarımbəndinin 1-ci abzasının icrası məqsədilə hazırlanmışdır. Strategiyanın əsas hədəfləri ölkədə sahibkarlıq sahəsində rəqəmsal infrastrukturun genişləndirilməsi və transformasiyanın sürətləndirilməsi, iqtisadiyyatın rəqabətliliyinin yaxşılaşdırılması, innovasiya əsaslı inkişafın təşviqi, rəqəmsal bacarıqların gücləndirilməsi, eləcə də rəqəmsal iqtisadi fəaliyyətlərin dayanıqlığının artırılmasıdır. Strategiya informasiya texnologiyalarının və 4-cü Sənaye İnqilabının əsas texnologiyalarının (süni intellekt, böyük verilənlər, blokçeyn, bulud texnologiyaları, "ağıllı şəhər" həlləri və s.) sürətli inkişafı şəraitində rəqəmsal iqtisadiyyat ekosisteminin formalaşdırılması, onun dayanıqlığının təmin edilməsi və bütün iqtisadi sahələrdə rəqəmsal transformasiyanın geniş tətbiqi prinsiplərinə əsaslanır. Strategiya çərçivəsində iqtisadiyyatın inkişafı üçün rəqəmsal infrastrukturun müasirləşdirilməsi, yeni rəqəmsal bizneslərin inkişafının təşviqi, startap və innovasiya yönümlü ekosistemin dəstəklənməsi, iqtisadi qərarvermədə data əsaslı analitikanın tətbiqi, beynəlxalq rəqəmsal inteqrasiya və standartlaşdırmanın tətbiqi, həmçinin yaşıl və dayanıqlı rəqəmsal iqtisadiyyatın inkişafı prioritet istiqamətlər kimi müəyyən edilmişdir. Strategiyanın icrası nəticəsində iqtisadiyyatın rəqəmsal sektorunun ÜDM-də payının artırılması, rəqəmsal xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsi, iqtisadi sahələrdə rəqəmsal texnologiyaların tətbiq səviyyəsinin genişləndirilməsi, rəqəmsal bacarıqlara malik ixtisaslı kadrların sayının artırılması, eləcə də Azərbaycan Respublikasının regional rəqəmsal mərkəzə çevrilməsi hədəflənir.
2. Qlobal trendlər Dünya artıq 4-cü Sənaye İnqilabı mərhələsinə daxil olmuş, son illərdə isə bu transformasiya daha da dərinləşmişdir. Rəqəmsallaşma iqtisadi artımın, idarəetmə mexanizmlərinin və sosial münasibətlərin əsas müəyyənedici amilinə çevrilmişdir. Beynəlxalq təşkilatların son hesabatları bu reallığı təsdiq edir. BMT-nin "Rəqəmsal İqtisadiyyat Hesabatı 2024"ə görə, rəqəmsal texnologiyalar qlobal iqtisadi inkişafda həlledici rol oynayır, lakin ekoloji və sosial aspektlər nəzərə alınmadıqda yeni risklər yaradır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) "Rəqəmsal İqtisadiyyat İcmalı 2024" hesabatına əsasən, üzv ölkələrdə İKT sektoru 2013—2023-cü illərdə orta hesabla illik 7,6 faiz böyümüş və bu göstərici ümumi iqtisadi artımı üç
dəfədən çox üstələmişdir. Dünya İqtisadi Forumu isə göstərmişdir ki, 2027-ci ilə qədər mövcud bacarıqların 44 faizi yenilənməlidir. Stanford Universitetinin "AI Index Report 2025" sənədinə görə, 2024-cü ildə respondent təşkilatların 78 faizi süni intellekt (AI) texnologiyalarından istifadə etmiş, yaradıcı AI sahəsinə qoyulan şəxsi investisiyalar isə 33,9 milyard ABŞ dolları olmuşdur. Rəqəmsal iqtisadiyyatın inkişafında insan kapitalının rolu həlledicidir. Dünya İqtisadi Forumunun hesabatı təsdiq edir ki, yaradıcı düşüncə, analitik yanaşma və texnoloji savadlılıq gələcək illərdə ən çox tələb olunan bacarıqlardır. Ayrı-ayrı ölkələrin təcrübələri də bunu sübut edir. Böyük Britaniya rəqəmsal bacarıqları dövlət strategiyasının əsas prioritetinə çevirmiş, Sinqapur isə işçi qüvvəsinin bacarığını artırmaq üçün "sənaye transformasiya xəritələri" tətbiq etmişdir. Bununla yanaşı, innovasiya və sahibkarlıq ekosisteminin inkişafı qlobal səviyyədə aparıcı tendensiya olaraq qalır. OECD-nin məlumatına əsasən, inkişaf etmiş ölkələrdə şirkətlər illik gəlirlərinin orta hesabla 5 faizini yeni bizneslərin qurulmasına yönəldir. ABŞ güclü startap ekosistemi və innovasiya mühiti ilə, Almaniya isə koordinasiya olunmuş rəqəmsal siyasəti və elmi tədqiqat infrastrukturu ilə seçilir. Texnoloji infrastruktur və qabaqcıl texnologiyalara sərmayələr də rəqəmsal transformasiyanın həlledici şərtlərindəndir. 2021-ci ildə bu sahəyə qlobal sərmayələrin həcmi 650 milyard ABŞ dolları təşkil etmişdir, 2035-ci ilədək isə onun 1 trilyon ABŞ dollarını üstələyəcəyi proqnoz edilir. Sinqapur dövlət−özəl tərəfdaşlığı və kibertəhlükəsizlik siyasəti hesabına Asiyanın rəqəmsal mərkəzinə çevrilməyi hədəfləyir, Böyük Britaniya isə rəqəmsal infrastrukturun möhkəmləndirilməsini prioritet kimi müəyyən etmişdir. İstehlakçı davranışları da köklü dəyişikliklərə məruz qalır. Data Reportalın "Digital 2025" hesabatına görə, e-ticarət illik 15—25 faiz artım tempi ilə inkişaf etmiş, fərdiləşdirilmiş xidmətlər, mobil ödənişlər və elektron pul kisələrinə tələbat əhəmiyyətli dərəcədə yüksəlmişdir. Bununla yanaşı, qlobal investisiya riskləri də diqqət mərkəzində qalır. BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) "Dünya İnvestisiya Hesabatı 2025" sənədinə əsasən, 2024-cü ildə dünya üzrə birbaşa xarici investisiya axınları 11 faiz azalmışdır. Bu fakt rəqəmsal infrastruktur layihələrinin maliyyələşməsində dövlət−özəl tərəfdaşlıqlarının rolunu artırmağı və investisiya təşviqi mexanizmlərinin təkmilləşdirilməsini zəruri edir. Beynəlxalq təcrübə göstərir ki, uğurlu rəqəmsal iqtisadiyyat strategiyası dövlət, biznes və cəmiyyətin birgə fəaliyyətini nəzərdə tutan vahid yanaşmaya əsaslanmalıdır. Azərbaycan Respublikasında iqtisadiyyatın xüsusiyyətləri fonunda aşağıdakı istiqamətlər ön plana çıxır:
1. İqtisadiyyatın rəqəmsal transformasiyasında özəl sektorun liderliyi gücləndirilməli, institusional islahatlar aparılmaqla dövlətin koordinasiyaedici rolu artırılmalıdır.
2. Mühüm istiqamət insan kapitalının inkişafıdır. Ölkədə gənc əhalinin üstün paya malik olması nəzərə alınaraq, rəqəmsal bacarıqları inkişaf etdirməklə, rəqəmsal iqtisadiyyatda yüksəkixtisaslı işçi qüvvəsinin xüsusi çəkisinin artırılması və innovasiyaya əsaslanan iqtisadi aktivliyin genişləndirilməsi hədəflənir.
3. İnnovasiya və sahibkarlıq ekosisteminin inkişafı. Startapların, texnoparkların və innovasiya mərkəzlərinin dəstəklənməsi, beynəlxalq tərəfdaşlıqlar vasitəsilə bilik və texnologiya transferinin stimullaşdırılması vacibdir.
4. İnfrastruktur xüsusi əhəmiyyət kəsb edir. Yüksəksürətli şəbəkələrin, məlumat mərkəzlərinin və rəqəmsal platformaların inkişafı, habelə təhlükəsizliyi Azərbaycan Respublikasının rəqəmsal iqtisadiyyat strategiyasının əsasını təşkil etməlidir.
Eyni zamanda, xarici sərmayə axınlarının azalması fonunda maliyyələşmə və investisiya siyasəti də gücləndirilməlidir. Bu istiqamətdə dövlət−özəl tərəfdaşlığı genişləndirilməli, daxili maliyyələşmə mexanizmləri və investisiya təşviqi alətləri formalaşdırılmalıdır.
3. Mövcud vəziyyətin təhlili Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın formalaşdırılması istiqamətində son illərdə mühüm institusional və praktiki addımlar atılır. Dövlətin həyata keçirdiyi siyasət, qəbul olunmuş strateji sənədlər və icra olunan proqramlar rəqəmsal transformasiya üçün dayanıqlı bazanın yaradılmasına imkan vermişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022—2026-cı illərdə sosialiqtisadi inkişaf Strategiyası" rəqəmsal inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyən etmişdir. Bu çərçivədə kiçik və orta sahibkarlıq subyektlərinin rəqəmsal transformasiyasının dəstəklənməsi, onlara maliyyə dəstəyi mexanizmlərinin təqdim olunması və xidmətlərin mərkəzləşdirilməsi məqsədilə "KOB evləri" genişləndirilmişdir. İnsan kapitalının inkişafı istiqamətində beynəlxalq təlim platformaları ilə əməkdaşlıq qurulmuş, rəqəmsal bacarıqların artırılmasına yönəlmiş layihələr icra olunmuşdur. Dövlət idarəçiliyində rəqəmsallaşmanın genişləndirilməsi məqsədilə "Hökumət buludu" yaradılmış, dövlət informasiya sistemlərinin və elektron xidmətlərin vahid platforma üzərindən inteqrasiyası təmin edilmişdir. Bu yanaşma dövlət idarəçiliyində xərclərin azaldılmasına, xidmətlərin optimallaşdırılmasına və dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinə şərait yaratmışdır. Hazırda "ASAN xidmət" mərkəzlərində vətəndaşlara, biznes subyektlərinə və əcnəbilərə təxminən 400-ə yaxın xidmət göstərilir. Xidmətlərin sistemləşdirilməsi və təkrarlığın qarşısını almaq məqsədilə yaradılmış "Dövlət Xidmətlərinin Elektron Reyestri" portalında 945 dövlət xidməti rəqəmsal olaraq təsdiq edilmiş və istifadəyə verilmişdir. Sektorlar üzrə rəqəmsallaşma istiqamətində də mühüm nəticələr əldə edilmişdir. Maliyyə sektorunda 30-dan çox "Fin Tech" subyekti fəaliyyət göstərməkdədir və bu, ölkədə nağdsız ödənişlərin payının sürətlə artmasına təkan vermişdir. Kənd təsərrüfatında "Elektron Kənd Təsərrüfatı" İnformasiya Sistemi üzərindən 600 mindən çox fermer subsidiyalardan və digər xidmətlərdən rəqəmsal qaydada yararlanır. Səhiyyə sahəsində rəqəmsal həllərin tətbiqi ilə xidmətlərin keyfiyyəti və əlçatanlığı artırılır. Təhsil sistemində rəqəmsal təhsil modelləri formalaşdırılmış, ali təhsil müəssisələri nəzdində rəqəmsal iqtisadiyyat, innovasiya və tədqiqat mərkəzləri yaradılmışdır. Mülkiyyət sahəsində isə patent və əmtəə nişanlarının rəqəmsal qeydiyyatı üçün "Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf" sistemi istifadəyə verilmişdir. İnformasiya təhlükəsizliyinin təmin olunması dövlət siyasətinin mühüm istiqamətidir. Dövlət qurumlarına qorunan telekommunikasiya kanalları, təhlükəsiz internet bağlantısı və mərkəzləşdirilmiş elektron poçt xidməti təqdim olunmuşdur. Bu addımlar kibertəhdidlərin artdığı müasir şəraitdə dövlətin informasiya təhlükəsizliyinə peşəkar və kompleks yanaşmasını təmin edir. Rəqəmsal iqtisadiyyatla bağlı statistik göstəricilər Azərbaycan Respublikasının bu sahədə mövcud potensialını və inkişaf imkanlarını nümayiş etdirir. 2024-cü ildə qeyrineft ÜDM-in 2.8 faizi İKT sektorunun payına düşmüşdür. Xidmət sahəsində işləyənlərin isə 2 faizə qədəri informasiya və rabitə sahəsində çalışır. Qeyri-neft xidmət ixracında isə telekommunikasiya və rabitə xidmətlərinin payı 1.7 faiz təşkil etmişdir. Bu göstəricilər sektorun genişlənməsi üçün böyük imkanların mövcud olduğunu göstərir.
Əhalinin 88 faizdən çoxunun internet istifadəçisi olması isə rəqəmsal xidmətlərin sürətli inkişafı, elektron hökumət təşəbbüslərinin səmərəli tətbiqi və rəqəmsal bazarın genişlənməsi üçün əlverişli sosial baza yaratmışdır. Azərbaycan üzrə GZİT (Güclü və Zəif tərəflər, İmkanlar və Təhlükələr) təhlili Güclü tərəflər Zəif tərəflər ▪ "Hökumət Buludu" və milli bulud infrastrukturu: Elektron dövlət xidmətlərinin təhlükəsizliyini, etibarlılığını və dayanıqlığını təmin etmək məqsədilə beynəlxalq standartlara uyğun hökumət buludu və milli məlumat mərkəzləri şəbəkəsi strateji üstünlük kimi formalaşmışdır. ▪ Sürətli genişzolaqlı şəbəkə və GPON/FTTH texnologiyaları: "Online Azerbaijan" və əlaqəli dövlət proqramları çərçivəsində internet sürətinin artırılması və ev təsərrüfatlarının əhatə dairəsinin genişləndirilməsi nəticəsində rəqəmsal xidmətlərə çıxış imkanları yüksəlmiş, rəqəmsal iqtisadiyyat üçün dayanıqlı infrastruktur yaradılmışdır. ▪ Rəqabətli İKT qiymətləri: Mobil və sabit genişzolaqlı internet xidmətlərinin milli gəlirə nisbətdə əlçatan qiymət göstəriciləri rəqəmsal cəmiyyətin formalaşmasına töhfə verən mühüm üstünlükdür. ▪ Coğrafi-tranzit mövqe və Ələt Limanı: Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsi və Bakı Limanının genişləndirilməsi rəqəmsal logistika inteqrasiyasında və beynəlxalq rəqəmsal ticarət axınlarında ölkənin strateji mövqeyini gücləndirən üstünlükdür. ▪ Rəqəmsal transformasiyanın milli prioritet olması: "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində innovasiya və rəqəmsal transformasiyanın prioritet istiqamət kimi müəyyən edilməsi institusional uyğunluq və uzunmüddətli inkişaf baxımından mühüm üstünlükdür. ▪ Rəqəmsal savadlılıq və kadr çatışmazlığı: İKT və kibertəhlükəsizlik sahələrində ixtisaslı kadrların çatışmazlığı, habelə rəqəmsal bacarıqlar üzrə qeyri-bərabərlik rəqəmsallaşma prosesini ləngidən mühüm risklərdəndir. ▪ Məlumat idarəçiliyi və DPI standartlaşdırması boşluqları: Dövlət və özəl sektor arasında məlumat mübadiləsinin, məlumatın strukturlaşdırılması və təsvirinin, həmçinin rəqəmsal ictimai infrastrukturun (DPI) komponentlərinin uyğunlaşdırılmasındakı boşluqlar inteqrasiya və idarəetməni çətinləşdirir, ümumi səmərəliliyə risklər yaradır.
İmkanlar Təhlükələr ▪ Dövlət müəssisələrində transformasiya: Bir sıra dövlət müəssisələrində rəqəmsal transformasiya proqramlarının tətbiqi yeni idarəetmə modellərinin formalaşmasına və fəaliyyətin səmərəliliyinin artırılmasına imkan yaradır. ▪ İşğaldan azad edilmiş ərazilərin inkişafı: Qarabağ və Şərqi Zəngəzurda rəqəmsal transformasiya layihələrinin həyata keçirilməsi regional inteqrasiyanın güclənməsinə və innovativ həllərin tətbiqinə şərait yaradır. ▪ Tranzit və logistika potensialı: Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda yerləşmə e-ticarət və rəqəmsal logistika imkanlarının inkişafına mühüm şərait yaradır. ▪ Data mərkəzlərinə artan tələbat: Regionda data mərkəzlərinə və infrastruktur əsaslı xidmətlərə artan ehtiyac yeni biznes imkanlarını stimullaşdırır və rəqəmsal bazarın genişlənməsinə şərait yaradır. ▪ Texnologiya şirkətlərinin yerdəyişməsi: Qlobal iqtisadi və geosiyasi dəyişikliklər nəticəsində texnologiya şirkətlərinin regiona yönəlməsi rəqəmsal ekosistemin genişlənməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına təkan verir. ▪ İdarəetmədə koordinasiya: İnformasiya təhlükəsizliyi və rəqəmsal inkişaf (elektron hökumət) sahələrində qurumdaxili və qurumlararası koordinasiyanın güclənməsi, ekosistem daxilində əməkdaşlıq meyillərinin artması daha effektiv idarəetməni təmin edir. ▪ Süni intellekt imkanları: Qərarvermədə, risklərin idarə olunmasında və insidentlərin aşkarlanmasında süni intellekt əsaslı həllərin tətbiqi innovativ xidmətlərin inkişafına və idarəetmənin səmərəliliyinin artırılmasına imkan yaradır. ▪ Bulud texnologiyaları: Paylanmış bulud texnologiyalarının inkişafı çevik, təhlükəsiz və dayanıqlı rəqəmsal xidmətlərin tətbiqini təmin edir. ▪ Rəqəmsal xidmət ixracı: Proqram təminatı, platformaların və rəqəmsal xidmətlərin region ölkələrinə ixracı Azərbaycanın yeni bazarlara çıxışını təmin edir və rəqəmsal iqtisadiyyatın şaxələndirilməsinə xidmət edir. ▪ Orta Dəhliz üzrə e-logistika: Gömrük və tranzit əməliyyatlarının rəqəmsallaşdırılması ▪ Regional rəqabət: Rəqəmsallaşma sahəsində digər ölkələrin sürətli irəliləyişi fonunda Azərbaycan Respublikasının bu sahədə mövqeyinin zəifləməsi riski mövcuddur. ▪ Texnoloji asılılıq: Əsas rəqəmsal texnologiya və avadanlıqlar üzrə xarici təchizatçılardan yüksək asılılığın davam etməsi milli təhlükəsizlik və rəqabət qabiliyyətinə mənfi təsir göstərən risklərdəndir. ▪ Kadr axını: İT və mühəndislik sahəsində ixtisaslı kadrların xaricə miqrasiyasının artması rəqəmsal inkişafın sürətini ləngidən əsas çağırışlardan biridir. ▪ Qlobal texnoloji dəyişikliklər: Blokçeyn, kvant texnologiyaları və digər qabaqcıl texnologiyaların sürətli yayılması fonunda adaptasiya proseslərinin ləngiməsi rəqəmsal inkişafda geriqalma riskini artırır. ▪ Kritik infrastruktur riskləri: Enerji, nəqliyyat və maliyyə sistemlərinin rəqəmsal hücumlara qarşı zəifliyi kibertəhlükəsizlik və milli təhlükəsizlik üçün ciddi risk yaradır. ▪ Beynəlxalq sanksiyalar və ticarət məhdudiyyətləri: Qlobal geosiyasi dəyişikliklərin İT avadanlıqları və proqram təminatı idxalına mənfi təsir göstərməsi iri layihələrin icrasında ləngimə riskini artırır. ▪ Etimad böhranı: Şəxsi məlumatların qorunması ilə bağlı insidentlərin artması ictimai etimadı zəiflədərək, rəqəmsal xidmətlərin qəbul səviyyəsini azalda bilər.
və "bir pəncərə" prinsipi əsasında rəqəmsal xidmətlərin göstərilməsi beynəlxalq yükdaşımada səmərəliliyin artırılmasına və rəqəmsal logistika imkanlarının genişlənməsinə şərait yaradır. ▪ Fin Tech və elektron ödənişlər: Regional maliyyə mərkəzinə çevrilmək üçün rəqəmsal ödəniş sistemlərinin və Fin Tech həllərinin inkişafı yeni investisiya axınlarını stimullaşdırır və maliyyə ekosisteminin genişlənməsinə imkan yaradır. ▪ Yaşıl rəqəmsal texnologiyalar: Enerji səmərəli data mərkəzlərinin yaradılması və karbon azaldan rəqəmsal həllərin tətbiqi beynəlxalq tərəfdaşlıqlar və dayanıqlı inkişaf məqsədlərinə uyğunluq baxımından mühüm üstünlükdür. ▪ Rəqəmsal bacarıqların inkişafı: Regional "digital skills hub"ların yaradılması gənclərin məşğulluğunun artırılmasına, rəqəmsal kadr potensialının güclənməsinə və beynəlxalq şirkətlərin ölkəyə cəlbinə imkan yaradır. ▪ Startap ekosisteminin qloballaşması: Texnoparklar və innovasiya mərkəzləri vasitəsilə startapların dəstəklənməsi və onların qlobal bazarlara çıxışının təmin olunması innovasiyaların sürətlənməsinə və rəqabət qabiliyyətinin artırılmasına şərait yaradır.
4. Strategiyanın hədəf göstəriciləri
4.1. Strategiyanın icrası nəticəsində aşağıdakı hədəflərə nail olunması gözlənilir:
Sıra №-si Hədəf indikatoru Ölçü vahidi 2026 2027 2028 2029 4.1.1. Rəqəmsal transformasiya proqramlarında iştirak edən müəssisələrin sayı ədəd 50 100 180 300 4.1.2. Rəqəmsal transformasiyadan keçmiş müəssisələrdə EBİTDA artımı mln AZN 7 17 33 58 4.1.3. Yeni startapların sayı ədəd 30 80 155 250 4.1.4. Rəqəmsal bazarlara çıxış əldə etmiş KOB-ların payı ədəd 20 50 100 200 4.1.5. Təlim keçmiş vətəndaşların sayı nəfər 3.000 8.000 20.000 40.000 4.1.6. Ümumi məşğulluqda yüksəkixtisaslı İKT mütəxəssislərinin payı % 1.66 1.71 1.76 1.87 4.1.7. GenAİ-dən istifadə halları vasitəsilə yaradılan iqtisadi təsir mln AZN 10 30 50 70
5. Strategiyanın məqsədləri
5.1. Strategiyanın əsas məqsədləri aşağıdakılardır:
5.1.1. iqtisadiyyatın sahələrində rəqəmsal transformasiyanı sürətləndirməklə dayanıqlı iqtisadi artımı dəstəkləmək;
5.1.2. iqtisadiyyatın rəqəmsallaşması prosesində əmək bazarının texnoloji tələblərinə uyğun kadr potensialını formalaşdırmaq;
5.1.3. iqtisadiyyatın sahələrində səmərəliliyə əsaslanan data yönümlü idarəetməni inkişaf etdirmək.
6. Strategiyanın prioritet istiqamətləri
6.1. Strategiya çərçivəsində aşağıdakı prioritet istiqamətlər üzrə tədbirlər həyata keçiriləcəkdir:
6.1.1. iqtisadiyyatın rəqəmsal infrastrukturla təmini və müəssisələrin transformasiyası:
6.1.1.1. əsaslandırma:
İqtisadiyyatda rəqəmsal infrastrukturun gücləndirilməsi və müəssisələrin transformasiyası milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, ixrac imkanlarının genişləndirilməsi və idarəetmədə səmərəliliyin təmini baxımından strateji əhəmiyyət kəsb edir. Belə rəqəmsal transformasiya istehsal və xidmət sahələrində innovativ yanaşmaların tətbiqini, resurslardan istifadənin optimallaşdırılmasını, yeni biznes modellərinin formalaşdırılmasını və iqtisadi fəaliyyətin şəffaflığının yüksəldilməsini təmin edəcəkdir. Bu proses eyni zamanda məhsul və xidmətlərin beynəlxalq standartlara uyğunlaşdırılmasına, qlobal bazarlara inteqrasiyanın dərinləşdirilməsinə və ixracın şaxələndirilməsinə şərait yaradacaqdır;
6.1.1.2. görüləcək tədbirlər:
6.1.1.2.1. müəssisələrin rəqəmsal həllərə tələbatını ödəmək üçün vahid "Rəqəmsal həllər və xidmətlər platforması"nın yaradılması və bu platformada rəqəmsal həll təchizatçılarının qeydiyyatının stimullaşdırılması;
6.1.1.2.2. yerli və beynəlxalq texnologiya təminatçılarının müəyyənləşdirilməsi və xüsusi sahələr (İT menecmenti, kibertəhlükəsizlik və s.) üzrə müəssisələrin texnologiyalara əlçatanlığını təmin edən tərəfdaşlar bazasının yaradılması və reyestrinin aparılması;
6.1.1.2.3. yeni nəsil texnologiyaların (süni intellekt, robot texnologiyalarının və s.) iqtisadiyyatda tətbiqi imkanlarının müəyyən edilməsi, habelə elektronlaşdırma və adaptasiya üzrə yol xəritəsinin hazırlanması;
6.1.1.2.4. dövlət−özəl tərəfdaşlığı əsasında özəl data mərkəzlərinin yaradılması sahəsində təşviqedici mexanizmlərin formalaşdırılması;
6.1.1.2.5. "Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı"nın hazırlanması və tətbiqi, özəl sektorun iqtisadi fəaliyyətinin rəqəmsal transformasiyasına dair dəstək mexanizmlərinin təqdim edilməsi;
6.1.1.2.6. "Yeni Nəsil Texnologiyalar Mərkəzi"nin yaradılması və idarə edilməsi, həmçinin təlim və texnologiya tətbiqinə dair dəstək mexanizmlərinin formalaşdırılması;
6.1.1.2.7. KOB-ların korporativ idarəetmə sistemlərinə və proqram təminatlarına (o cümlədən anbar idarəetməsi, satış və ixrac modulları) əlçatanlığının dəstəklənməsi, bu məqsədlə xüsusi dəstək mexanizmlərinin yaradılması;
6.1.1.2.8. yerli İKT məhsullarının istehsalının təşviqi məqsədilə əlverişli sahələrin müəyyən edilməsi və zəruri dəstək mexanizmlərinin formalaşdırılması;
6.1.1.2.9. İKT və digər rəqəmsal məhsulların tətbiqinin genişləndirilməsi məqsədilə böyük müəssisələrlə KOB-lar arasında təchizat zənciri klasterlərinin yaradılması və bu əməkdaşlığın stimullaşdırılması;
6.1.1.3. gözlənilən nəticə və nəticə indikatorları:
6.1.1.3.1. müəssisələr rəqəmsal dəstək proqramlarından faydalanacaqlar;
6.1.1.3.2. KOB-ların rəqəmsal sistemlərdən istifadəsi və ixrac imkanları davamlı artacaqdır;
6.1.1.3.3. yerli texnologiya təminatçılarının bazar payı davamlı artacaq, İKT ixracı əhəmiyyətli dərəcədə genişlənəcəkdir;
6.1.1.3.4. yeni texnologiyaların tətbiqi nəticəsində əməliyyat səmərəliliyi azı 5−10 faiz yüksələcəkdir;
6.1.1.3.5. Azərbaycanda beynəlxalq standartlara uyğun 2-dən çox data mərkəzi fəaliyyət göstərəcəkdir;
6.1.1.3.6. ümumi nəticə olaraq, rəqəmsal iqtisadiyyatın qeyri-neft ÜDM-də payı, həmçinin İKT sektorunun payı davamlı artacaqdır;
6.1.1.4. gözlənilən risklər və onları neytrallaşdırma tədbirləri:
Əsas risklər kimi müəssisələrin rəqəmsal transformasiyaya marağının aşağı olması, texnoloji infrastruktur və maliyyələşmə imkanlarının məhdudluğu, ixtisaslı kadr çatışmazlığı və qurumlararası koordinasiya zəifliyi müəyyən edilir. Bu risklərin neytrallaşdırılması üçün vergi güzəştlərinin və subsidiyaların tətbiqi, texnologiya transferinin dəstəklənməsi, genişmiqyaslı təlim proqramlarının təşkili, dövlət−özəl tərəfdaşlığı mexanizmlərinin gücləndirilməsi və vahid koordinasiya platformasının yaradılması nəzərdə tutulur;
6.1.2. startapların inkişafı və maliyyələşmə mexanizmlərinin gücləndirilməsi:
6.1.2.1. əsaslandırma:
Yeni bizneslərin yaranması və inkişafı iqtisadiyyatın rəqabət qabiliyyətinin güclənməsi, məşğulluğun artırılması və innovasiya mühitinin genişlənməsi üçün zəruridir. Bu istiqamətdə mentorluq və təlim proqramlarının genişləndirilməsi, maliyyə dəstəyi mexanizmlərinin tətbiqi, spin-off modellərinin təşviqi, vençur fondlarının yaradılması, rəqəmsal kraudfandinq platformalarının işə salınması və sandbox mühitlərinin tətbiqi startapların sürətli inkişafına imkan yaradacaqdır. Real iş mühitinə bənzər texnoloji sınaq mərkəzlərinin təşkili isə qabaqcıl texnologiyaların bazara çıxışını sürətləndirəcək və KOB sektorunun iqtisadi artıma töhfəsini yüksəldəcəkdir;
6.1.2.2. görüləcək tədbirlər:
6.1.2.2.1. "Yeni Bizneslərin Yaradılması və Gücləndirilməsi" proqramı çərçivəsində bizneslərin mentorluq, təlim və əməkdaşlıq vasitəsilə dəstəklənməsi, habelə seçilmiş yeni bizneslərə maliyyə dəstəyi göstərilməsi;
6.1.2.2.2. yeni müəssisədaxili biznes modellərinin (spin-off) formalaşmasını təşviq etmək üçün qrant proqramları və tənzimləmə dəstəyi kimi mexanizmlərin yaradılması, habelə investisiya yönümlü əməkdaşlıq təşəbbüslərinin həyata keçirilməsi;
6.1.2.2.3. yeni texnoloji bizneslərin sayını artırmaq məqsədilə texnologiya yönümlü vençur fondlarının (xüsusilə startap və yeni bizneslərə sərmayə qoyanların) fəaliyyətinin dəstəklənməsi (vergi və s. güzəştlər);
6.1.2.2.4. rəqəmsal kraudfandinq platformasının yaradılması və yeni rəqəmsal bizneslərin maliyyə resurslarına çıxışının artırılması;
6.1.2.2.5. qabaqcıl texnologiyanın və digər məhsulların, habelə xidmətlərin iqtisadi fəaliyyət sahələrində sınaqdan keçirilməsi üçün xüsusi tənzimləyici mexanizmlərin (sandbox) yaradılması və tətbiqi;
6.1.2.2.6. yeni rəqəmsal məhsul və xidmət istehsalı texnologiyalarının iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi üçün real iş mühitinə bənzər texnoloji sınaq mərkəzlərinin yaradılması;
6.1.2.3. gözlənilən nəticə və nəticə indikatorları:
6.1.2.3.1. dəstək almış bizneslərin 30 faizi fəaliyyətə başlayacaq, onların illik dövriyyəsi 20 faiz artacaq, yeni yaradılmış bizneslərin 30 faizi dayanıqlı fəaliyyət göstərəcək və azı 50 daimi iş yeri açılacaqdır;
6.1.2.3.2. spin-off layihələrinin 20 faizi kommersiyalaşacaq, azı 5 layihə qrant dəstəyi alacaqdır;
6.1.2.3.3. potensial vençurlar müəyyən ediləcək və yeni bizneslər üçün maliyyə imkanlarına çıxış yaxşılaşdırılacaqdır;
6.1.2.3.4. 1 pilot rəqəmsal kraudfandinq platforması yaradılacaq, ilkin mərhələdə 10 biznes layihəsi maliyyələşəcək, platforma vasitəsilə ümumilikdə 50 biznes dəstək alacaq və maliyyələşmə həcmi 2 dəfə artacaqdır;
6.1.2.3.5. sandbox mühitində 20 layihə sınaqdan keçiriləcək, onların 40 faizi kommersiyalaşmaya hazır olacaqdır;
6.1.2.3.6. texnoloji sınaq mərkəzləri vasitəsilə 10 yeni rəqəmsal məhsul və xidmət texnologiyası sınaqdan keçiriləcək, onların azı 35 faizi kommersiyalaşacaqdır;
6.1.2.4. gözlənilən risklər və onları neytrallaşdırma tədbirləri:
Əsas risklər kimi startapların ilkin kapitala çıxış imkanlarının məhdudluğu, kommersiyalaşma bacarıqlarının zəifliyi, vençur investorlarının passivliyi və normativ hüquqi boşluqlar müəyyən edilir. Bu risklərin neytrallaşdırılması məqsədilə vergi güzəştləri və stimullar tətbiq olunacaq, qrant və subsidiya mexanizmləri gücləndiriləcək, beynəlxalq investisiya şəbəkələri ilə əməkdaşlıq genişləndiriləcək, hüquqi baza isə müasir tələblərə uyğun təkmilləşdiriləcəkdir;
6.1.3. investisiya mühitinin yaxşılaşdırılması və qlobal bazarlara inteqrasiya:
6.1.3.1. əsaslandırma:
İnvestisiya mühitinin yaxşılaşdırılması və xarici sərmayələrin cəlbi ölkənin iqtisadi dayanıqlığının güclənməsi, rəqabət qabiliyyətinin artırılması və innovasiya potensialının yüksəldilməsi üçün strateji əhəmiyyət kəsb edir. Eyni zamanda, rəqəmsal ticarətin inkişafı, yerli müəssisələrin beynəlxalq platformalara inteqrasiyası, ali təhsil müəssisələri nəzdində innovasiya klasterlərinin yaradılması və əqli mülkiyyətin qorunması Azərbaycanın qlobal iqtisadiyyata daha sürətli inteqrasiyasını təmin edəcəkdir;
6.1.3.2. görüləcək tədbirlər:
6.1.3.2.1. xarici investisiyaların cəlbi və innovasiya mühitinin yaxşılaşdırılması məqsədilə biznesin yaradılması prosesinin sadələşdirilməsi, əlverişli investisiya sahələrinin müəyyənləşdirilməsi və sahibkarlıq üçün təşviqlərə dair təkliflər hazırlanması;
6.1.3.2.2. rəqəmsal ticarətin inkişafı və yerli müəssisələrin xarici bazarlara çıxışı üçün beynəlxalq e-ticarət platformaları (Amazon, Ali Express və s.) ilə əməkdaşlığın genişləndirilməsi;
6.1.3.2.3. yerli müəssisələrin beynəlxalq e-ticarət platformalarında fəaliyyətini asanlaşdırmaq məqsədilə müvafiq sahədə normativ hüquqi bazanın və tənzimləyici mexanizmlərin təkmilləşdirilməsi;
6.1.3.2.4. ali təhsil müəssisələrinin nəzdində texnologiya və innovasiya ekosistemini əhatə edən innovasiya klasterlərinin yaradılması;
6.1.3.2.5. patentlər və əmtəə nişanları üzrə "Açıq reyestrlər" informasiya resurslarının yaradılması, hüquqi və infrastruktur (proqram təminatı və platformaların) təminatının yaxşılaşdırılması;
6.1.3.2.6. İKT mütəxəssislərinə layihələrini icra etmək üçün açıq mənbə proqram platformalarına (məsələn, Git Hub) ödənişsiz giriş imkanının yaradılması;
6.1.3.3. gözlənilən nəticə və nəticə indikatorları:
6.1.3.3.1. xarici investisiyaya ehtiyacı olan 5 prioritet investisiya sahəsi müəyyən olunacaq və ÜDM-də özəl maliyyələşdirmənin payı davamlı artacaqdır;
6.1.3.3.2. beynəlxalq e-ticarət platformaları ilə əməkdaşlıq nəticəsində 50 müəssisə onlayn satış fəaliyyətinə başlayacaq, uzunmüddətli dövrdə isə azı 200 müəssisə platformalarda aktiv fəaliyyət göstərəcək və rəqəmsal ixrac davamlı artacaqdır;
6.1.3.3.3. rəqəmsal ticarət subyektlərinin sayı davamlı artacaq və bu sahənin ÜDM-də payı yüksələcəkdir;
6.1.3.3.4. ali təhsil müəssisələri nəzdində innovasiya klasterləri formalaşdırılacaq, nəticədə 200 aktiv innovasiya subyekti fəaliyyət göstərəcəkdir;
6.1.3.3.5. patent və əmtəə nişanlarının 70 faizi açıq reyestrdə əhatə olunacaq, istifadənin illik həcmi 30 000 sorğunu ötəcəkdir;
6.1.3.3.6. 400-dən çox İKT mütəxəssisi beynəlxalq açıq mənbəli icmalara qoşulacaqdır;
6.1.3.4. gözlənilən risklər və onları neytrallaşdırma tədbirləri:
Əsas risklər kimi xarici investorların marağının dəyişkənliyi, yerli müəssisələrin beynəlxalq rəqabət qabiliyyətinin məhdudluğu, e-ticarət üzrə hüquqi boşluqlar və əqli mülkiyyətin qeyri-kafi qorunması qeyd olunur. Bu risklərin neytrallaşdırılması üçün əlavə investisiya təşviqləri tətbiq ediləcək, yerli müəssisələrə sertifikat və ixrac dəstəyi gücləndiriləcək, e-ticarət sahəsində normativ hüquqi baza beynəlxalq standartlara uyğunlaşdırılacaq, patent sistemində şəffaflıq artırılacaq və innovasiya sahəsində beynəlxalq əməkdaşlıq genişləndiriləcəkdir;
6.1.4. rəqəmsal innovasiya ekosisteminin inkişafı və şəbəkələşmə:
6.1.4.1. əsaslandırma:
Rəqəmsal innovasiya ekosisteminin inkişafı bilik mübadiləsini, startap—investor əlaqələrini və sektorlararası əməkdaşlığı gücləndirərək, iqtisadiyyatın rəqabət qabiliyyətini yüksəldəcəkdir. Bu prosesin tərkib hissəsi olaraq sammitlərin təşkili, 4-cü Sənaye İnqilabı texnologiyalarının təqdimatı, startapların sənaye ilə əlaqələndirilməsi, vahid rəqəmsal resursların yaradılması və müəssisələrarası əməkdaşlıq platformalarının formalaşdırılması startapların bazara çıxışını asanlaşdıracaq, yeni texnologiyaların tətbiqini sürətləndirəcək və rəqəmsal transformasiyanı genişləndirəcəkdir;
6.1.4.2. görüləcək tədbirlər:
6.1.4.2.1. innovasiyaların tətbiqini sürətləndirmək məqsədilə sektorlararası əməkdaşlığı, startapların təqdimatını və investorlarla əlaqəni təmin edən rəqəmsal sammitlərin təşkili;
6.1.4.2.2. 4-cü Sənaye İnqilabı texnologiyalarının (blokçeyn, artırılmış reallıq, süni intellekt və s.) təqdimatı və bu sahədə məlumatlılığın artırılması;
6.1.4.2.3. startapların və tədqiqat mərkəzlərinin sənaye ilə əlaqələndirilməsi, onların real bazar təcrübəsinə, resurslara və mütəxəssis dəstəyinə əlçatanlığını təmin edən mexanizmlərin yaradılması;
6.1.4.2.4. rəqəmsal iqtisadiyyat ekosisteminin formalaşmasına dəstək göstərmək məqsədilə vahid internet resursunun yaradılması;
6.1.4.2.5. müəssisələrin rəqəmsal təşəbbüslərini paylaşa və digər təşkilatların təcrübəsini izləyə biləcəyi əməkdaşlıq platformasının yaradılması;
6.1.4.3. gözlənilən nəticə və nəticə indikatorları:
6.1.4.3.1. 3 rəqəmsal sammit keçiriləcək, azı 180 startapın təqdimatı baş tutacaqdır;
6.1.4.3.2. 4-cü Sənaye İnqilabı texnologiyaları üzrə 3 təqdimat tədbiri keçiriləcək, tədbirlərdə 300-dən çox mütəxəssis iştirak edəcək, nəticədə müxtəlif sahələrdə ən azı 30 yeni texnologiya layihəsi tətbiq olunacaqdır;
6.1.4.3.3. startaplar və tədqiqat mərkəzləri ilə sənaye arasında 15 birgə layihə həyata keçiriləcək, nəticədə 10 yeni məhsul və xidmət bazara çıxacaq və 25 davamlı startap formalaşacaqdır;
6.1.4.3.4. rəqəmsal iqtisadiyyatla bağlı vahid internet resursu yaradılacaq, ümumilikdə isə 10 000 nəfər məlumat əldə edəcək, 200 müəssisə platformaya inteqrasiya olunacaqdır;
6.1.4.3.5. müəssisələrin rəqəmsal təşəbbüslərini paylaşdığı əməkdaşlıq platformasında azı 100 aktiv istifadəçi müəssisə olacaqdır;
6.1.4.3.6. müəssisələrin rəqəmsal transformasiya təcrübələrinin toplanılması, vahid internet resursunda yerləşdirilməsi və davamlı yenilənməsi, rəqəmsallaşma ilə bağlı məlumatlılıq səviyyəsinin davamlı artması;
6.1.4.4. gözlənilən risklər və onları neytrallaşdırma tədbirləri:
Əsas risklər startapların maliyyə və resurs çatışmazlığı, texnologiyaların tətbiqi üçün yerli bazarda məhdud tələbat və qurumlararası koordinasiya zəifliyi ola bilər. Bu risklərin neytrallaşdırılması üçün dövlət−özəl tərəfdaşlığı gücləndiriləcək, investorlar üçün stimullar hazırlanacaq, startaplara təlim və mentorluq dəstəyi veriləcək, həmçinin vahid rəqəmsal platformalar vasitəsilə koordinasiya artırılacaqdır;
6.1.5. rəqəmsal bacarıqların əmək bazarının tələblərinə uyğunluğunun artırılması:
6.1.5.1. əsaslandırma:
Rəqəmsal bacarıqların gücləndirilməsi əmək bazarının ehtiyaclarına cavab verən kadrların hazırlanması, gənclərin məşğulluq imkanlarının artırılması və İKT sahəsinin rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından əhəmiyyət kəsb edir. Bu istiqamətdə vahid platformaların yaradılması, işəgötürənlərin tələblərinə uyğun təlimlərin təşkili, qlobal İKT müəssisələri ilə əməkdaşlıq, KOB işçiləri üçün e-təlim imkanlarının təmin edilməsi, sərbəst mütəxəssislərin fəaliyyətinin rəsmiləşdirilməsi, yeni peşə və ixtisasların müəyyənləşdirilməsi və beynəlxalq sertifikatların tanınması rəqəmsal bacarıqların bazar tələblərinə uyğunlaşdırılmasına imkan yaradacaqdır;
6.1.5.2. görüləcək tədbirlər:
6.1.5.2.1. rəqəmsal bacarıqlar (proqram təminatının inkişafı, məlumat və analitika, maşın öyrənməsi və s.) üzrə və bacarıq ehtiyaclarına dair vahid platformanın yaradılması;
6.1.5.2.2. işəgötürənlərin tələblərinə uyğun rəqəmsal bacarıqların təkmilləşdirilməsi proqramlarının həyata keçirilməsi;
6.1.5.2.3. qlobal İKT sənayesinin liderləri (Cisco, Oracle, Microsoft və s.) ilə təlim düşərgələrinin təşkili;
6.1.5.2.4. KOB işçilərinin sahəvi ehtiyaclarına uyğun rəqəmsal təlimlərin keçirilməsi və e-təlim sessiyaları üçün ortaq platformanın yaradılması;
6.1.5.2.5. rəqəmsal bacarıqlar tələb olunan işlər üzrə sərbəst mütəxəssislərin əmək fəaliyyətinin rəsmiləşdirilməsi və işəgötürənlərin bu sahədə təşviqi üzrə təkliflər hazırlanması;
6.1.5.2.6. rəqəmsal iqtisadiyyatın inkişafı üçün tələb olunan yeni peşə və ixtisasların müəyyən edilməsi, onların təşviqi üzrə təkliflər hazırlanması;
6.1.5.2.7. beynəlxalq İKT və rəqəmsal sertifikatların maliyyələşdirilməsi və tanınması;
6.1.5.3. gözlənilən nəticə və nəticə indikatorları:
6.1.5.3.1. vahid rəqəmsal bacarıqlar platforması yaradılacaq, azı 3,000 aktiv istifadəçi qoşulacaq, 10 əsas rəqəmsal bacarıq profili müəyyən ediləcəkdir;
6.1.5.3.2. işəgötürənlərin tələblərinə uyğun təlim proqramları həyata keçiriləcək, 400 gənc mütəxəssis məzun olacaq, onların 80 faizə qədəri işlə təmin olunacaqdır;
6.1.5.3.3. Qlobal İKT müəssisələri ilə birlikdə butkamplar təşkil ediləcək, 500 yüksəkixtisaslı mütəxəssis hazırlanacaqdır;
6.1.5.3.4. KOB işçiləri üçün yaradılmış e-təlim platforması vasitəsilə 1000 işçi sertifikat alacaq və davamlı olaraq platformanın istifadəçi kütləsi genişləndiriləcəkdir;
6.1.5.3.5. sərbəst mütəxəssislərin fəaliyyətini rəsmiləşdirmək üçün hüquqi təkmilləşdirmələr ediləcək, onların rəsmi qeydiyyata alınması təmin ediləcək, qeyriformal məşğulluq davamlı azalacaqdır;
6.1.5.3.6. əmək bazarında azı 10 yeni peşə və ixtisas müəyyən ediləcək, yeni sahəvi mütəxəssislər hazırlanacaq, bacarıq uyğunsuzluğu davamlı azalacaqdır;
6.1.5.3.7. 5 beynəlxalq sertifikat proqramı maliyyələşdiriləcək, nəticədə beynəlxalq sertifikatlı 500—1000 mütəxəssis hazırlanacaqdır;
6.1.5.4. gözlənilən risklər və onları neytrallaşdırma tədbirləri:
Əsas risklər kimi rəqəmsal bacarıqlar üzrə təlimlərə marağın aşağı olması, beynəlxalq sertifikatların yüksək maliyyə yükü və işəgötürənlərin yeni peşələrə adaptasiya tempinin zəifliyi müəyyən edilir. Bu risklərin neytrallaşdırılması məqsədilə təlimlər üçün subsidiyaların artırılması, dövlət−özəl tərəfdaşlığı çərçivəsində maarifləndirmə tədbirlərinin təşkili, beynəlxalq proqramlara maliyyə dəstəyi gücləndirilməsi və işəgötürənlərin stimullaşdırılması planlaşdırılır;
6.1.6. təhsil, karyera və rəqəmsal savadlılıq imkanlarının genişləndirilməsi:
6.1.6.1. əsaslandırma:
Təhsil və karyera imkanlarının rəqəmsal bacarıqlara uyğunlaşdırılması rəqəmsal iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması üçün mühüm şərtdir. Peşə təhsilindən doktoranturaya qədər bütün pillələrdə rəqəmsal ixtisasların inkişafı, beynəlxalq sertifikatlarla uyğunlaşdırılması, xaricdə təhsil imkanlarının dəstəklənməsi və bütün yaş qrupları üçün rəqəmsal savadlılığın artırılması yeni nəsil kadr potensialının yaradılmasına imkan yaradacaqdır;
6.1.6.2. görüləcək tədbirlər:
6.1.6.2.1. peşə təhsili müəssisələri tələbələrinin müasir texnoloji bacarıqlar (kibertəhlükəsizlik, Data Science, proqramlaşdırma və s.) üzrə proqramlara qoşulmasının və müvafiq peşələrə yiyələnməsinin təşviqi;
6.1.6.2.2. yüksək göstəricilərə malik şəxslərin xaricdə qısamüddətli təhsil (proqram və kompüter mühəndisliyi, kompüter elmləri, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və s. ixtisaslar) imkanlarının dəstəklənməsi;
6.1.6.2.3. İKT üzrə karyera quran kadrları həvəsləndirmək üçün tam və ya qismən maliyyələşdirilən illik İKT təqaüd proqramlarının təsis edilməsi;
6.1.6.2.4. ali təhsil müəssisələrində rəqəmsal bacarıqlara və qlobal səviyyədə tanınan rəqəmsal yönümlü sertifikatlaşdırma standartlarına əsaslanan təhsil proqramlarının hazırlanması;
6.1.6.2.5. rəqəmsallaşma istiqaməti üzrə elmi tədqiqat işlərinin doktorantura səviyyəsində dəstəklənməsi;
6.1.6.2.6. bütün yaş qrupları üçün rəqəmsal bacarıqların artırılması məqsədilə öyrənmə platformalarının təkmilləşdirilməsi və təlim proqramlarının həyata keçirilməsi;
6.1.6.2.7. bütün maraqlı tərəfləri əhatə edən rəqəmsallaşma istiqamətində karyera transformasiyası proqramlarının hazırlanması;
6.1.6.2.8. gənclərin İKT sahəsində karyera inkişafını dəstəkləmək üçün mərkəzləşdirilmiş elektron karyera məsləhəti xidmətlərinin yaradılması və istifadəsinin təşviqi;
6.1.6.3. gözlənilən nəticə və nəticə indikatorları:
6.1.6.3.1. peşə təhsili sahəsində 5 yeni texnoloji proqram hazırlanacaq, nəticədə texnoloji bacarıqlara malik 500 məzun yetişəcək və əmək bazarına daxil olan tələbələrin sayı davamlı artacaqdır;
6.1.6.3.2. xaricdə təhsil üzrə illik 200 təqaüd ayrılacaq, həmin tələbələr öhdəlik müqaviləsi ilə ölkəyə qayıdacaq, nəticədə rəqəmsal ixtisaslı kadr potensialı davamlı yaxşılaşacaqdır;
6.1.6.3.3. illik 50 yerlik İKT təqaüd proqramı təsis olunacaq, nəticədə kadr potensialı davamlı artacaqdır;
6.1.6.3.4. ali təhsil sahəsində 1 yeni rəqəmsal ixtisas tədrisinə başlanılacaq, 2 proqram beynəlxalq sertifikat standartlarına uyğunlaşdırılacaq, nəticədə rəqəmsal bacarıqlara yiyələnmiş 1000 məzun hazırlanacaq və beynəlxalq sertifikata malik 100 mütəxəssis əmək bazarına inteqrasiya olunacaqdır;
6.1.6.3.5. doktorantura səviyyəsində 1 yeni proqram təsdiqlənəcək, sahəvi fəlsəfə doktoru dissertasiyaları müdafiə olunacaq, onların sənayedə fəaliyyətə başlaması təmin ediləcəkdir;
6.1.6.3.6. azı 1 rəqəmsal öyrənmə platforması təkmilləşdiriləcək, 10 000 nəfər bütün yaş qrupları üzrə rəqəmsal bacarıqlar əldə edəcəkdir;
6.1.6.3.7. 2 karyera və mentorluq proqramı icra olunacaq, nəticədə 2 000 nəfər karyerasını rəqəmsallaşma üzrə inkişaf etdirəcəkdir;
6.1.6.3.8. 1 mərkəzləşdirilmiş elektron karyera platforması yaradılacaq, nəticədə 2,000 gənc məsləhət alacaq, İKT sahəsində işlə təminolunma davamlı artacaqdır;
6.1.6.4. gözlənilən risklər və onları neytrallaşdırma tədbirləri:
Əsas risklər kimi tələbələrin rəqəmsal təhsil proqramlarına marağının aşağı olması, xaricdə təhsil alanların ölkəyə qayıtmama ehtimalı və bizneslərin yeni kadrları işə qəbul etməkdə tərəddüdü göstərilir. Bu risklərin neytrallaşdırılması üçün dövlət−özəl tərəfdaşlığı çərçivəsində təşviqlər hazırlanacaq, tələbələr və gənclər üçün motivasiya mexanizmləri gücləndiriləcəkdir;
6.1.7. strategiyanın effektiv icrasının təmini üçün monitorinq mexanizminin gücləndirilməsi:
6.1.7.1. əsaslandırma:
Strategiyanın effektiv icrası yalnız məqsəd və tədbirlərin müəyyən olunması ilə məhdudlaşmır, həm də onların icra vəziyyətinin mütəmadi izlənilməsini, nəticələrin qiymətləndirilməsini və ictimaiyyətə hesabatlılığın təmin olunmasını zəruri edir. Bu məqsədlə monitorinq mexanizmlərinin gücləndirilməsi, vahid məlumat bazasının yaradılması və beynəlxalq standartlara əsaslanan metodoloji çərçivənin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir;
6.1.7.2. görüləcək tədbirlər:
6.1.7.2.1. Strategiyanın icrasının səmərəliliyinin izlənilməsi mexanizmlərinin yaradılması;
6.1.7.2.2. Strategiya üzrə əsas təşəbbüs və tədbirlərin icra statusu, habelə rəqəmsal iqtisadiyyat barədə ictimai məlumatlılıq səviyyəsinin artırılması;
6.1.7.2.3. Strategiyanın qeyri-neft sektorunda iqtisadi artıma potensial təsirinin qiymətləndirilməsi üçün beynəlxalq təcrübəyə və standartlara əsaslanan metodologiyanın hazırlanması;
6.1.7.3. gözlənilən nəticə və nəticə indikatorları:
6.1.7.3.1. yarımillik və illik əsasda azı 6 monitorinq hesabatı hazırlanacaq, dövlət qurumları və maraqlı tərəflər arasında məlumat mübadiləsi səviyyəsi davamlı artırılacaqdır;
6.1.7.3.2. vahid internet portalı istifadəyə veriləcək, məlumatlar ildə azı 4 dəfə yenilənəcək, portaldan istifadəçilərin sayı davamlı artacaq, ictimaiyyətin rəy və təklifləri nəzərə alınacaqdır;
6.1.7.3.3. Strategiyanın nəticələrinin gözlənilən hədəflərlə müqayisəsi aparılacaq, təkmilləşdirilmə sahələri müəyyən ediləcək və ictimai məlumatlılıq təmin ediləcəkdir;
6.1.7.3.4. azı 1 metodoloji çərçivə sənədi hazırlanacaq, 2 pilot qiymətləndirmə ssenarisi və 2 aralıq hesabat təqdim ediləcək, nəticədə hər il Strategiyanın iqtisadi artıma təsiri barədə hesabat hazırlanaraq, bu sahədə siyasət tövsiyələrinin qəbuluna dəstək veriləcəkdir;
6.1.7.4. gözlənilən risklər və onları neytrallaşdırma tədbirləri:
Əsas risklər kimi qurumların hesabatlılıq mexanizmlərinə zəif inteqrasiyası, məlumatların gecikməsi və keyfiyyət problemləri, ictimaiyyətin iştirak səviyyəsinin aşağı olması göstərilə bilər. Bu risklərin neytrallaşdırılması üçün vahid hesabat standartları tətbiq ediləcək, məlumatların vaxtında yenilənməsi üçün məsul qurumların öhdəlikləri gücləndiriləcək, ictimai iştirakçılıq üçün rəqəmsal platformalarda interaktiv mexanizmlər yaradılacaqdır;
6.1.8. iqtisadi fəaliyyət sahələri üzrə data əsaslı qərarvermə potensialının artırılması:
6.1.8.1. əsaslandırma:
Müasir iqtisadi idarəetmə dəqiq məlumatların təhlilinə və proqnozlaşdırma modellərinə əsaslanmalıdır. Dövlət qurumlarında mövcud məlumat bazalarının inteqrasiyası və vahid analitika sistemlərinin yaradılması qərarların səmərəliliyini artıracaq, şəffaflığı gücləndirəcək və iqtisadi siyasətin daha effektiv həyata keçirilməsinə imkan verəcəkdir. Rəqəmsallaşma ehtiyaclarının təhlili və sahələr üzrə yol xəritələrinin hazırlanması isə prioritet sahələrin məqsədyönlü inkişafını təmin edəcəkdir;
6.1.8.2. görüləcək tədbirlər:
6.1.8.2.1. "İqtisadi məlumatların analitikası sistemi"nin yaradılması və məlumat bazalarının inteqrasiyası;
6.1.8.2.2. iqtisadi fəaliyyət sahələrinin rəqəmsallaşma ehtiyaclarının müəyyənləşdirilməsi;
6.1.8.2.3. iqtisadi sahələr üzrə data əsaslı qərarvermə proseslərinin təkmilləşdirilməsi;
6.1.8.3. gözlənilən nəticə və nəticə indikatorları:
6.1.8.3.1. "İqtisadi məlumatların analitikası sistemi" hazırlanacaq, ilkin mərhələdə 5 məlumat bazası həmin sistemə inteqrasiya olunacaqdır;
6.1.8.3.2. azı 10 sosial-iqtisadi məlumat dəsti formalaşdırılacaq, 5 yeni analitik alət istifadəyə veriləcək və nəticədə ildə 6 data əsaslı analitik hesabat hazırlanacaqdır;
6.1.8.3.3. təhlil nəticəsində iqtisadiyyatın 10 prioritet istiqaməti müəyyən ediləcək, onların rəqəmsal yol xəritələri hazırlanacaqdır;
6.1.8.3.4. iqtisadi qərarlarının data əsaslı qəbul edilməsinin payı davamlı artacaqdır;
6.1.8.4. gözlənilən risklər və onları neytrallaşdırma tədbirləri:
Əsas risklər kimi məlumat keyfiyyətinin aşağı olması, yüksək analitik bacarıqlara malik kadrların çatışmazlığı qeyd olunur. Bu risklərin neytrallaşdırılması üçün məlumat keyfiyyəti üzrə vahid standartların tətbiqi, kadrların davamlı təlim proqramlarına cəlb edilməsi, dövlət−özəl tərəfdaşlığı çərçivəsində texnoloji həllərin tətbiqi və müntəzəm monitorinq mexanizmlərinin yaradılması nəzərdə tutulur;
6.1.9. idarəetmədə rəqəmsal infrastruktur və texnoloji modellərin tətbiqi:
6.1.9.1. əsaslandırma:
İdarəetmədə rəqəmsal texnologiyaların tətbiqi dövlət xidmətlərinin keyfiyyətini yüksəltmək, qərarvermə proseslərini sürətləndirmək və idarəçilik xərclərini azaltmaq baxımından zəruridir. "Rəqəmsal Əkiz" modellərinin tətbiqi iqtisadi və sosial sahələrdə ssenari modelləşdirməsini, risklərin proqnozlaşdırılmasını və resursların optimal
istifadəsini təmin edəcəkdir. Azərbaycan dili bazasında yaradıcı süni intellekt modelinin hazırlanması dövlət idarəçiliyində milli dil resurslarının istifadəsini genişləndirəcək və beynəlxalq səviyyədə tanınmasına şərait yaradacaqdır. İşğaldan azad edilmiş ərazilər və Naxçıvan Muxtar Respublikası üçün xüsusi rəqəmsal və yaşıl inkişaf çərçivələrinin tətbiqi isə bu bölgələrin sosial-iqtisadi inkişafını sürətləndirəcək, dayanıqlı inkişaf meyarlarının təmininə töhfə verəcəkdir;
6.1.9.2. görüləcək tədbirlər:
6.1.9.2.1. pilot bölgələrdə və əsas iqtisadi əməliyyatlarda "Rəqəmsal Əkiz" modellərinin tətbiqi;
6.1.9.2.2. İqtisadiyyat Nazirliyinin ekosistem sahələrində istifadə məqsədilə Azərbaycan dili bazasında sahəyə məxsus yaradıcı (generativ) dil modelinin hazırlanması və tətbiqi;
6.1.9.2.3. işğaldan azad edilmiş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında rəqəmsallaşmanın genişləndirilməsi məqsədilə müəssisələr üçün rəqəmsal çərçivələrin müəyyənləşdirilməsi;
6.1.9.3. gözlənilən nəticə və nəticə indikatorları:
6.1.9.3.1. azı 1 iqtisadi sahə və əməliyyat müəyyən ediləcək, 2 pilot "Rəqəmsal Əkiz" modeli tətbiq olunacaq, nəticədə milli səviyyədə 4 "Rəqəmsal Əkiz" modelinin istifadəsi təmin ediləcək və idarəetmədə səmərəlilik göstəriciləri yaxşılaşacaqdır;
6.1.9.3.2. İqtisadiyyat Nazirliyinin ekosistem sahələrində istifadə məqsədilə Azərbaycan dili üzrə korpus hazırlanacaq, 1 yaradıcı dil modeli işlək vəziyyətə gətiriləcək və pilot çərçivədə tətbiq ediləcək, digər dövlət qurumlarında da bu modeldən istifadə artacaqdır;
6.1.9.3.3. işğaldan azad edilmiş ərazilər və Naxçıvan Muxtar Respublikası üçün 2 xüsusi rəqəmsal çərçivə hazırlanacaq, azı 20 müəssisə fəaliyyətini bu çərçivələr əsasında icra edəcək, uzunmüddətli perspektivdə isə ümumilikdə 50 müəssisə rəqəmsal transformasiyadan faydalanacaqdır;
6.1.9.4. gözlənilən risklər və onları neytrallaşdırma tədbirləri:
Əsas risklər kimi texnoloji infrastrukturun çatışmazlığı, regionlarda rəqəmsal savadlılıq səviyyəsinin aşağı olması, maliyyələşmə resurslarının məhdudluğu və yeni modellərin tətbiqinə marağın zəifliyi qeyd edilə bilər. Bu risklərin neytrallaşdırılması üçün dövlət−özəl tərəfdaşlığının gücləndirilməsi, regional təlim və maarifləndirmə proqramlarının keçirilməsi, güzəştli maliyyələşmə mexanizmlərinin tətbiqi və pilot layihələrin mərhələli şəkildə icrası nəzərdə tutulur.
6.2. Prioritet istiqamətlər üzrə əsas təşəbbüslər Strategiyanın prioritet istiqamətləri üzrə ümumilikdə 52 təşəbbüs, onlardan 8-i isə yüksək təsir potensialı, çoxsektorlu tətbiq imkanları və maraqlı tərəflərin ehtiyacları əsasında "Əsas təşəbbüslər" olaraq müəyyən edilmişdir. Əsas icraçısı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi müəyyən olunan aşağıdakı "Əsas təşəbbüslər"in təfərrüatlı layihələndirilməsi və həyata keçirilməsi üçün xüsusi işçi qrupun (qrupların) yaradılması planlaşdırılır:
6.2.1. Rəqəmsal iqtisadiyyatın inkişafına dəstək proqramı 6.2.1.1. Proqramın məqsədi kiçik və orta biznes subyektlərinin (KOB) və iri müəssisələrin rəqəmsal transformasiya prosesini dəstəkləmək, qrantlar və güzəştli kreditlər vasitəsilə maliyyə imkanlarını genişləndirməkdir. Beynəlxalq təcrübədə Sinqapurun "Go Digital" proqramı nümunə kimi götürülür, bu proqram çərçivəsində 18 min KOB-un rəqəmsallaşması təmin edilmiş, məhsuldarlıq göstəricilərində 3 faiz artım qeydə alınmışdır. Oxşar modelin tətbiqi nəticəsində Azərbaycanda müəssisələrin rəqəmsal transformasiyası sürətlənəcək, məhsuldarlıq və əlavə dəyər artacaqdır;
6.2.2. Yeni Nəsil Texnologiyalar Mərkəzi
6.2.2.1. Mərkəzin məqsədi müasir texnologiyaların tətbiqi ilə biznes proseslərinin optimallaşdırılmasına dəstək göstərmək, "öyrən və transformasiya et" modeli əsasında təlim və məsləhət xidmətləri təqdim etməkdir. Türkiyənin MEXT Rəqəmsal Bacarıqlar Mərkəzinin və Sinqapurun Digital Capability Center-nin təcrübələrinə əsaslanaraq, işçi məhsuldarlığında 15—30 faiz, sektor üzrə isə 10—30 faiz artım əldə edilməsi gözlənilir;
6.2.3. Yeni bizneslərin yaradılması və gücləndirilməsi 6.2.3.1. Startapların və yeni bizneslərin formalaşması, mentorluq və maliyyə dəstəyi mexanizmlərinin yaradılması nəzərdə tutulur. Beynəlxalq səviyyədə Çilinin "Start-Up Chile" proqramı uğurlu model kimi qəbul olunur (2000-dən çox startap, 1,2 milyard ABŞ dolları investisiya). Oxşar təşəbbüs nəticəsində yerli startapların uğurlu böyüməsi, innovasiya fəallığının artması və xarici sərmayələrin cəlbi təmin ediləcəkdir;
6.2.4. Rəqəmsal iqtisadiyyatda məşğulluq üçün kadrların təkmilləşdirilməsi proqramı 6.2.4.1. İKT və rəqəmsal bacarıqlara malik ixtisaslı kadrların hazırlanması məqsədilə təlim və sertifikasiya proqramları təşkil olunacaq. Sinqapurun "Tech Skills Accelerator" təşəbbüsü nümunəsində olduğu kimi, bu proqram məşğulluğun artırılmasına və rəqəmsal bacarıqlara malik kadrların çatışmazlığının azaldılmasına xidmət edəcəkdir;
6.2.5. İqtisadiyyat Nazirliyinin ekosistem sahələrində istifadə olunması üçün Azərbaycan dili bazasında süni intellekt modelinin hazırlanması 6.2.5.1. Təşəbbüsün məqsədi Azərbaycan dilində iqtisadi fəaliyyətlər üçün süni intellekt alətləri yaratmaq və tətbiq etməkdir. Qətər və Sinqapurun dövlət xidmətlərində AI texnologiyalarından istifadə təcrübəsinə əsasən, bu addım məlumat suverenliyini gücləndirəcək, yeni texnologiya əsaslı xidmətlərin və iş yerlərinin yaranmasına imkan verəcəkdir;
6.2.6. İqtisadi Məlumatların Analitikası Platforması 6.2.6.1. İqtisadi fəaliyyət sahələrində data əsaslı qərarverməni gücləndirmək və məlumatların idarə edilməsini optimallaşdırmaq məqsədilə vahid analitika platforması yaradılacaq. Almaniyanın milli məlumat bazası modelinə uyğun şəkildə bu platforma qərarvermədə səmərəliliyi artıracaq və investisiya sahələrinin daha dəqiq müəyyənləşdirilməsinə imkan verəcəkdir;
6.2.7. "Rəqəmsal Əkiz" Təşəbbüsü 6.2.7.1. İqtisadi fəaliyyət sahələrində planlaşdırma, monitorinq və idarəetməni rəqəmsal əkiz texnologiyaları ilə təkmilləşdirmək nəzərdə tutulur. Sinqapur, Belçika və BƏƏ-nin bu sahədəki təcrübəsi əməliyyat xərclərinin azalmasına, resurslara qənaətə və idarəetmə səmərəliliyinin artmasına səbəb olmuşdur;
6.2.8. Rəqəmsal Həllər və Xidmətlər Platforması 6.2.8.1. Rəqəmsal məhsul və xidmətlərə çıxış üçün mərkəzləşdirilmiş platformanın yaradılması planlaşdırılır. Böyük Britaniyanın "Digital Marketplace" modelinə əsaslanan bu sistem dövlət və biznes sektorları üçün rəqabətin və innovasiyanın artmasına, dövlət satınalmalarında xərclərin azaldılmasına və daha səmərəli rəqəmsal həllərin əldə edilməsinə şərait yaradacaqdır.
7. Maliyyələşdirilmə mexanizmləri Strategiyada nəzərdə tutulan tədbirlərin maliyyələşmə mənbələrinə dövlət büdcəsi və büdcədənkənar fondlar, Azərbaycan Biznesinin İnkişafı Fondunun vəsaiti, mülkiyyət formasından asılı olmayaraq yerli idarə, müəssisə və təşkilatların resursları, birbaşa xarici investisiyalar, kreditlər, qrantlar, həmçinin qanunvericiliklə qadağan olunmayan digər mənbələr aid edilir.
8. Tədbirlər Planı Sıra №-si Tədbirin adı Əsas icraçı orqan Digər icraçılar İcra müddəti Nəticə indikatorları ilkin nəticələr aralıq nəticələr yekun nəticələr Məqsəd 8.1. Rəqəmsal transformasiyanı sürətləndirməklə dayanıqlı iqtisadi artımın təmini Prioritet istiqamət 8.1.1. İqtisadiyyatın rəqəmsal infrastrukturla təmini və müəssisələrin transformasiyası 8.1.1.1. Müəssisələrin rəqəmsal həllərə olan tələbatını ödəmək üçün vahid "Rəqəmsal həllər və xidmətlər platforması"nın yaradılması və bu platformada rəqəmsal həll təchizatçılarının qeydiyyatının stimullaşdırılması İN AİH, RİNN, XRİTDX 2026—
Müəssisələrin və fərdlərin qeydiyyatının stimullaşdırılması mexanizminə dair tədqiqat aparılması Rəqəmsal həllər və xidmətlər platformasının yaradılması və istifadəyə verilməsi, müəssisələrin və fərdlərin yaradılmış platformada qeydiyyatının stimullaşdırılması və platformada azı 20 təchizatçının qeydiyyatının olması Platforma vasitəsilə rəqəmsal transformasiya etmiş müəssisələrin payının 20 faizə çatması
8.1.1.2. Yerli və beynəlxalq texnologiya təminatçılarının müəyyənləşdirilməsi və xüsusi sahələr (İT menecmenti, kibertəhlükəsizlik və s.) üzrə müəssisələrin texnologiyalara əlçatanlığını təmin edən tərəfdaşlar bazasının yaradılması və reyestrinin aparılması İN RİNN 2027 —
Texnologiya tərəfdaşları bazasının formalaşdırılması və fəaliyyətə başlaması Hədəf müəssisələr üçün xidmət təklif edən texnoloji müəssisələr, xidmət və məhsullar barədə məlumatların yaradılacaq bazaya inteqrasiya edilməsi , həmin bazada tərəfdaş müəssisələrin sayının davamlı artması və yenilənməsi
- dən çox müəssisənin reyestr vasitəsilə texnologiyalara çıxışına nail olunması 8.1.1.3. Yeni nəsil texnologiyaların (süni intellekt, robot texnologiyaları və s.) iqtisadiyyatda tətbiqi imkanlarının müəyyən edilməsi, habelə elektronlaşdırma və adaptasiya üzrə yol xəritəsinin hazırlanması İN RİNN, AİH, DİM
—
İqtisadi y yatın 2 sahəsində yeni nəsil texnologiyaların tətbiqi imkanlarının araşdırılması və müvafiq yol xəritəsinin hazırlanması Hazırlanmış yol xəritəsi əsasında 4 pilot layihənin həyata keçirilməsi İqtisadiyyatın yeni nəsil texnologiyalar tətbiq edildiyi sahələrində əməliyyat səmərəliliyinin azı 5−10 faiz artması
8.1.1.4. Dövlət−özəl tərəfdaşlığı əsasında özəl data mərkəzlərinin yaradılması sahəsində təşviqedici mexanizmlərin formalaşdırılması İN RİNN, XRİTDX, MN 2026—
Özəl data mərkəzinin yaradılması üçün tədqiqatların aparılması Özəl data mərkəzinin yaradılması üçün 3 təşviq mexanizminin hazırlanması Azı 2 data mərkəzinin istismara verilməsi və müvafiq sahəyə cəlb edilən investisiyaların davamlı artırılması 8.1.1.5. "Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı"nın hazırlanması və tətbiqi, özəl sektorun iqtisadi fəaliyyətinin rəqəmsal transformasiyasına dair dəstək mexanizmlərinin təqdim edilməsi İN RİNN, AİH 2026—
Rəqəmsal iqtisadiyyatın inkişafına dəstək mexanizminin müəyyən edilməsi; Azı 10 müəssisənin dəstək mexanizmindən faydalanması Azı 12 müəssisənin rəqəmsal transformasiya üzrə dəstək alması və resurslara çıxış imkanlarının genişlənməsi Qeyri-neft iqtisadiyyatı üzrə göstəricilərdə rəqəmsal iqtisadiyyatın payının davamlı yüksəlməsi 8.1.1.6. "Yeni Nəsil Texnologiyalar Mərkəzi"nin yaradılması və idarə edilməsi, həmçinin təlim və texnologiya tətbiqinə dair dəstək mexanizmlərinin formalaşdırılması İN RİNN, AİH 2026—
Müvafiq Mərkəzin yaradılması üzrə təkliflər hazırlanması və azı 25 müəssisənin müvafiq sahədə təlimlərə cəlb edilməsi Mərkəz vasitəsilə təqdim olunan rəqəmsal transformasiya xidmətlərindən faydalanan müəssisələrin sayının hər il artması Rəqəmsal transformasiyadan keçmiş müəssisələrin sayının və fəaliyyət sahəsi üzrə rəqabət qabiliyyətinin davamlı yaxşılaşması
8.1.1.7. KOB-ların korporativ idarəetmə sistemlərinə və proqram təminatlarına (o cümlədən anbar idarəetməsi, satış və ixrac modulları) əlçatanlığının dəstəklənməsi, bu məqsədlə xüsusi dəstək mexanizmlərinin yaradılması İN RİNN 2026—
KOB-lar üçün "İdarəetmə və proqram təminatına dəstək mexanizmi"nin yaradılması üzrə tədqiqatların aparılması Müvafiq sahədə 1 dəstək mexanizminin hazırlanması və tətbiqinin genişləndirilməsi 50 KOB-un idarəetmə sistemlərinə və proqram təminatlarına (o cümlədən anbar idarəetməsi, satış və ixrac modulları) çıxış əldə etməsi 8.1.1.8. Yerli İKT məhsullarının istehsalının təşviqi məqsədilə əlverişli sahələrin müəyyən edilməsi və zəruri dəstək mexanizminin formalaşdırılması İN RİNN, MN 2026—
İKT məhsullarının istehsalı sahələrinin təhlili; Müvafiq sahədə 1 dəstək mexanizminin hazırlanması və ilkin dəstək üçün azı 5 istehsalçının seçilməsi Dəstəkdən faydalanan İKT istehsalçılarının sayının hər il 20 faiz artması Ümumi İKT məhsulları istehsalında yerli məhsulların payının davamlı artması
8.1.1.9. İKT və digər rəqəmsal məhsulların tətbiqinin genişləndirilməsi məqsədilə böyük müəssisələrlə KOB-lar arasında təchizat zənciri klasterlərinin yaradılması və bu əməkdaşlığın stimullaşdırılması İN Aidiyyəti qurumlar 2026—
Klaster mexanizminin yaradılması üçün əməliyyat modelinin müəyyən edilməsi 1 təchizat zənciri klasterinin formalaşdırılması və azı 5 iri müəssisə və 10 KOB-un klasterə qoşulması; Klasterlər vasitəsilə KOB-lardan alınan rəqəmsal məhsulların həcminin artması Təchizat zənciri klasterlərinin ümumi sayının 5-ə çatdırılması; KOB-ların ixrac etdiyi İKT və rəqəmsal məhsulların həcminin davamlı artması Prioritet istiqamət 8.1.2. Startapların inkişafı və maliyyələşmə mexanizmlərinin gücləndirilməsi 8.1.2.1. "Yeni Bizneslərin Yaradılması və Gücləndirilməsi" proqramı çərçivəsində bizneslərin mentorluq, təlim və əməkdaşlıq vasitəsilə dəstəklənməsi, habelə seçilmiş yeni bizneslərə maliyyə dəstəyi göstərilməsi İN RİNN, ETN, VXSİDA 2026—
Müvafiq sahədə 1 mentorluq və təlim proqramının hazırlanması və yeni biznes potensialı olan müəssisələrin maliyyə dəstəyi üçün müəyyən olunması Müvafiq Proqram çərçivəsində dəstək (maliyyə dəstəyi daxil) almış bizneslərin 30 faizinin fəaliyyətə başlaması və dəstək almış müəssisələrin dövriyyəsinin illik 20 faiz artması Yeni yaradılmış bizneslərin 30 faizinin dayanıqlı fəaliyyət göstərməsi və azı 50 daimi iş yerinin yaradılması
8.1.2.2. Yeni müəssisədaxili biznes modellərinin (spin -off) formalaşmasını təşviq etmək üçün qrant proqramları və tənzimləmə dəstəyi kimi mexanizmlərin yaradılması, habelə investisiya yönümlü əməkdaşlıq təşəbbüslərinin həyata keçirilməsi İN AİH, RİNN, VXSİDA
—
Spin -off biznes modellərinin formalaşmasını dəstəkləyən mexanizmlər üzrə tədqiqatlar aparılması Müvafiq sahədə azı 1 qrant və tənzimləmə dəstək mexanizminin hazırlanması Spin -off layihələrinin 20 faizinin kommersiyalaşması və 5 layihənin qrant dəstəyi alması 8.1.2.3. Yeni texnoloji bizneslərin sayını artırmaq məqsədilə texnologiya yönümlü vençur fondlarının (xüsusilə startap və yeni bizneslərə sərmayə qoyanların) fəaliyyətinin dəstəklənməsi (vergi və s. güzəştlər) İN RİNN, MN
—
Potensial vençurların identifikasiya olunması və dəstək çərçivəsinin müəyyən edilməsi Ölkədə yeni texnoloji müəssisələrə vençur investisiyalarının artırılması Yeni texnoloji bizneslər üçün maliyyə imkanlarına çıxışın yaxşılaşdırılması 8.1.2.4. Rəqəmsal kraudfandinq platformasının yaradılması və yeni rəqəmsal bizneslərin maliyyə resurslarına çıxışının artırılması İN RİNN, VXSİDA
—
1 pilot rəqəmsal kraudfandinq platformasının yaradılması ilə bağlı təkliflər hazırlanması 10 yeni biznesin platforma vasitəsilə maliyyələşdirilməsi 50 biznesin kraudfandinq yolu ilə dəstəklənməsi və maliyyələşdirilmə həcminin 2 dəfə artması
8.1.2.5. Qabaqcıl texnologiyanın və digər məhsulların, habelə xidmətlərin iqtisadi fəaliyyət sahələrində sınaqdan keçirilməsi üçün xüsusi tənzimləyici mexanizmlərin (sandbox) yaradılması və tətbiqi İN RİNN, MB, VXSİDA 2026—
Tənzimləyici mexanizm (sandbox) modelinin və onun tətbiqi sahələrinin müəyyənləşdirilməsi Tənzimləyici mexanizm (sandbox) çərçivəsində 2 pilot layihənin sınaqdan keçirilməsi İnnovasiya ekosisteminin maraqlı tərəfləri arasında yeni əməkdaşlığın qurulması, yeni biznes imkanlarının müəyyən edilməsi və onların 40 faizinin kommersiyalaşmaya hazır olması 8.1.2.6. Yeni rəqəmsal məhsul və xidmət istehsalı texnologiyalarının iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi üçün real iş mühitinə bənzər texnoloji sınaq mərkəzlərinin yaradılması İN RİNN 2027—
Texnoloji sınaq mərkəzinin yaradılması üçün tədqiqatlar aparılması 1 texnoloji sınaq mərkəzinin yaradılması və laboratoriya avadanlığı ilə təchiz edilməsi 10 yeni rəqəmsal məhsul və xidmət istehsalı texnologiyasının sınaqdan keçirilməsi və onların azı 35 faizinin kommersiyalaşmaya hazır olması
Prioritet istiqamət 8.1.3. İnvestisiya mühitinin yaxşılaşdırılması və qlobal bazarlara inteqrasiya 8.1.3.1. Xarici investisiyaların cəlbi və innovasiya mühitinin yaxşılaşdırılması məqsədilə biznesin yaradılması prosesinin sadələşdirilməsi, əlverişli investisiya sahələrinin müəyyənləşdirilməsi və sahibkarlıq üçün təşviqlərə dair təkliflər hazırlanması İN RİNN, VXSİDA, DMX, aidiyyəti qurumlar 2027—
Xarici investisiyaya ehtiyac olan 5 prioritet investisiya sahəsinin müəyyən olunması İnnovasiya sahəsində investisiya mühitinin yaxşılaşdırılması üçün təkliflər hazırlanması ÜDM-də özəl xarici maliyyələşmənin payının davamlı artması 8.1.3.2. Rəqəmsal ticarətin inkişafı və yerli müəssisələrin xarici bazarlara çıxışı üçün beynəlxalq e-ticarət platformaları (Amazon, Ali Express və s.) ilə əməkdaşlığın genişləndirilməsi İN RİNN, ƏN, MB, DGK, AİH 2026—
2 beynəlxalq platforma ilə əməkdaşlıq sazişinin imzalanması və azı 20 yerli müəssisənin bu platformaya inteqrasiyası 50 müəssisənin e-ticarət platformaları üzərindən satış fəaliyyətinə başlaması; İxrac olunan məhsulların həcminin 10 faiz artması E-ticarət platformasında azı 200 müəssisənin aktiv fəaliyyət göstərməsi
8.1.3.3. Yerli müəssisələrin beynəlxalq e-ticarət platformalarında fəaliyyətini asanlaşdırmaq məqsədilə müvafiq sahədə normativ hüquqi bazanın və tənzimləyici mexanizmlərin təkmilləşdirilməsi İN ƏN, RİNN, AMB 2026-
E-ticarət sahəsində beynəlxalq əməkdaşlığa mane olan hüquqi və institusional boşluqların müəyyən olunması; 1 normativ hüquqi akt layihəsinin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi Beynəlxalq e-ticarət platformaları ilə əməkdaşlıq üçün tənzimləmə prosedurlarının sadələşdirilməsi; Yerli müəssisələrin beynəlxalq e-ticarət əməliyyatlarına çıxışının asanlaşması Ölkədə rəqəmsal ticarət mühitinin beynəlxalq uyğunluq səviyyəsinin artması 8.1.3.4. Ali təhsil müəssisələrinin nəzdində texnologiya və innovasiya ekosistemini əhatə edən innovasiya klasterlərinin yaradılması ETN RİNN, VXSİDA 2026—
Klaster modelinin və ali təhsil müəssisələrinin müəyyən edilməsi Müvafiq sahədə ali təhsil müəssisələri və onlarla əməkdaşlıq edən maraqlı tərəflərin (o cümlədən iri bizneslər, startaplar, inkubatorlar) sayının davamlı artması Ali təhsil müəssisələri nəzdində fəaliyyət göstərən innovasiya klasterləri hesabına 200 aktiv subyektin formalaşması 8.1.3.5. Patentlər və əmtəə nişanları üzrə "Açıq reyestrlər" informasiya resurslarının yaradılması, hüquqi və infrastruktur (proqram təminatı və platformaların) təminatının yaxşılaşdırılması ƏMA İN, RİNN 2026—
"Açıq reyestrlər" informasiya platformasının yaradılaraq istifadəyə verilməsi İxtira və patent fəallığının, habelə ekspertlərin rəqəmsal biliklərinin davamlı artırılması Mövcud patent və əmtəə nişanlarının 70 faizinin reyestrdə əhatəsi və istifadənin 30000 sorğu/il səviyyəsinə çatması
8.1.3.6. İKT mütəxəssislərinə layihələrini icra etmək üçün açıq mənbə proqram platformalarına (Git Hub və s.) ödənişsiz giriş imkanının yaradılması RİNN İN 2026—
Azı 1 açıq mənbə platformasına (Git Hub və s.) ödənişsiz giriş proqramının yaradılması və 100 icazə sənədinin təqdim edilməsi Aktiv istifadəçi olan İKT mütəxəssislərinin sayının 200-ə çatması və onların iştirakı ilə 20 açıq mənbə layihəsinin icrası Müvafiq sahədə 400-dən çox mütəxəssisin beynəlxalq açıq mənbə icmalarında iştirak etməsi Prioritet istiqamət 8.1.4. Rəqəmsal innovasiya ekosisteminin inkişafı və şəbəkələşmə 8.1.4.1. İnnovasiyaların tətbiqini sürətləndirmək məqsədilə sektorlararası əməkdaşlığı, startapların təqdimatını və investorlarla əlaqəni təmin edən rəqəmsal sammitlərin təşkili İN RİNN AMB, VXSİDA 2026—
1 rəqəmsal sammitin təşkil olunması; 30 startapın təqdimatının keçirilməsi 1 rəqəmsal sammitin keçirilməsi və 50 startapın təqdimatının keçirilməsi 1 rəqəmsal sammitin və 100 startapın təqdimatının keçirilməsi, 20 startapın investisiya alması və azı 10 sektorlararası innovasiya layihəsinin həyata keçirilməsi 8.1.4.2. 4-cü Sənaye İnqilabı texnologiyalarının (blokçeyn, artırılmış reallıq, süni intellekt və s.) təqdimatı və bu sahədə məlumatlılığın artırılması İN RİNN 2026—
Müvafiq sahədə 3 tədbirin təşkil edilməsi və 300-dən çox mütəxəssisin tədbirə cəlb olunması Müvafiq tədbirlər çərçivəsində azı 5 əməkdaşlıq təşəbbüsünün formalaşması İqtisadiyyatın müxtəlif sahələrində azı 30 yeni texnologiya layihəsinin tətbiqi
8.1.4.3. Startapların və tədqiqat mərkəzlərinin sənaye ilə əlaqələndirilməsi, onların real bazar təcrübəsinə, resurslara və mütəxəssis dəstəyinə əlçatanlığını təmin edən mexanizmlərin yaradılması İN RİNN, VXSİDA 2026—
1 dəstək mexanizminin yaradılması və 10 startap/tədqiqat mərkəzinin sənaye ilə əlaqələndirilməsi Startaplar və tədqiqat mərkəzləri ilə sənaye arasında əməkdaşlıq əsasında 15 birgə layihənin icrasına başlanılması 10 yeni məhsul və xidmətin yaradılaraq bazara çıxarılması və 25 davamlı startapın formalaşması 8.1.4.4. Rəqəmsal iqtisadiyyat ekosisteminin formalaşmasına dəstək məqsədilə vahid internet resursunun yaradılması İN RİNN 2027—
1 vahid internet resursunun yaradılması və 2 məlumat kateqoriyasının yerləşdirilməsi; Strategiyanın tədbirlərinin icrasına cəlb edilən müəssisələrin müvafiq internet resursunda qeydiyyatının təmini Müvafiq internet resursundan istifadəçilərin sayının 10000 nəfəri üstələməsi; Platformadan aktiv istifadə edən müəssisələrin sayının 200-ə çatması 8.1.4.5. Müəssisələrin rəqəmsal təşəbbüslərini paylaşa və digər təşkilatların təcrübəsini izləyə biləcəyi əməkdaşlıq platformasının yaradılması İN RİNN, AİH, aidiyyəti qurumlar 2026-
Strategiya çərçivəsində tədbirlərə dair məlumatlandırma məqsədilə vahid internet resursunun yaradılması Müəssisələrin rəqəmsal transformasiya təcrübələrinin toplanılması, vahid internet resursunda yerləşdirilməsi və davamlı yenilənməsi Rəqəmsallaşma ilə bağlı məlumatlılıq səviyyəsinin davamlı artması
Məqsəd 8.2. İqtisadiyyatda işçi qüvvəsinin rəqəmsal bacarıqlarını artırmaq Prioritet istiqamət 8.2.1. Rəqəmsal bacarıqların əmək bazarının tələblərinə uyğunluğunun artırılması 8.2.1.1. Rəqəmsal bacarıqlar (proqram təminatının inkişafı, məlumat və analitika, maşın öyrənməsi və s.) üzrə və bacarıq ehtiyaclarına dair vahid platformanın yaradılması ƏƏSMN İN, ETN, RİNN 2026—
"Peşələr atlası" platformasının hazırlanması, tələb olunan məlumatların müəyyənləşdirilməsi Mövcud məlumatlar bazasının inteqrasiyası; 10 əsas rəqəmsal bacarıq profilinin müəyyən edilməsi Müvafiq platformadan aktiv istifadə edənlərin sayının azı 3000 nəfərə çatdırılması 8.2.1.2. İşəgötürənlərin tələblərinə uyğun rəqəmsal bacarıqların təkmilləşdirilməsi proqramlarının həyata keçirilməsi İN ETN, ƏƏSMN, RİNN, AİH 2026—
"Rəqəmsal iqtisadiyyatda məşğulluq üçün kadrların təkmilləşdirilməsi proqramı"nın yaradılması Proqramda 150 nəfərin iştirak etməsi, məzun olanlar arasında məşğulluğun 50 faizə çatdırılması Proqramda 250 nəfərin iştirak etməsi, məzun olanların məşğulluq səviyyəsinin 80 faizə çatdırılması; rəqəmsal bilik və bacarıqlara malik kadrların sayının artması və işəgötürənlərin ehtiyacının ödənilməsi 8.2.1.3. Qlobal İKT sənayesinin liderləri (Cisco, Oracle, Microsoft və s.) ilə təlim düşərgələrinin təşkili İN RİNN, AİH, VXSİDA, aidiyyəti qurumlar 2026—
Təlim tərəfdaşlarının müəyyən edilməsi 2 təlim düşərgəsinin təşkili və 250 nəfərin təlimlərə cəlb edilməsi 500 yüksəkixtisaslı mütəxəssisin yetişməsi
8.2.1.4. KOB işçilərinin sahəvi ehtiyaclarına uyğun rəqəmsal təlimlərin keçirilməsi və e-təlim sessiyaları üçün ortaq platformanın yaradılması İN RİNN 2027—
E-təlim platformasının istifadəyə verilməsi üzrə tədqiqatlar aparılması 1 e-təlim platformasının istifadəyə verilməsi və 300 KOB işçisinin təlimlərə cəlb olunması 1000 iştirakçının təlimi uğurla başa vuraraq sertifikat alması 8.2.1.5. Rəqəmsal bacarıqlar tələb olunan işlər üzrə sərbəst mütəxəssislərin əmək fəaliyyətinin rəsmiləşdirilməsi və işəgötürənlərin bu sahədə təşviqi üzrə təkliflərin hazırlanması İN RİNN, ƏƏSMN, AİH 2026—
Müvafiq sahədə təkliflərin hazırlanması və təqdim olunması Təkliflər üzrə hüquqi təkmilləşdirmələrin aparılması; Sərbəst mütəxəssislərin rəsmi qeydiyyata alınmasının təmin edilməsi və qeyri-formal məşğulluğun davamlı azalması 8.2.1.6. Rəqəmsal iqtisadiyyatın inkişafı üçün tələb olunan yeni peşə və ixtisasların müəyyən edilməsi, onların təşviqi üzrə təkliflərin hazırlanması İN RİNN, aidiyyəti qurumlar 2026—
Əmək bazarına dair azı 3 təhlil aparılması və azı 10 yeni peşənin/ixtisasın müəyyən edilməsi Müəyyən edilmiş peşə və ixtisaslar üzrə təkliflər paketinin hazırlanması; Stimullaşdırma üzrə tədbirlər görülməsi, kadr hazırlanması proqramlarının həyata keçirilməsi Yeni peşə və ixtisaslar üzrə azı 100 mütəxəssisin hazırlanması
8.2.1.7. Beynəlxalq İKT və rəqəmsal sertifikatların maliyyələşdirilməsi və tanınması İN ETN, RİNN 2026—
Prioritet sahələr üzrə beynəlxalq İKT və rəqəmsal sertifikat seçimlərinin müəyyən edilməsi 5 beynəlxalq sertifikat proqramının maliyyələşdirilməsi və sertifikat imtahanlarını keçən iştirakçıların azı 80 faizinin əmək bazarına çıxışı və işlə təmin olunması Ümumilikdə, beynəlxalq sertifikatlı 500−1000 mütəxəssisin hazırlanması Prioritet istiqamət 8.2.2. Təhsil, karyera və rəqəmsal savadlılıq imkanlarının genişləndirilməsi 8.2.2.1. Peşə təhsili müəssisələri tələbələrinin müasir texnoloji bacarıqlar (kibertəhlükəsizlik, Data Science, proqramlaşdırma və s.) üzrə proqramlara qoşulmasının və müvafiq peşələrə yiyələnməsinin təşviqi ETN İN 2026—
5 yeni texnoloji bacarıq üzrə peşə təhsili proqramının hazırlanması və azı 200 tələbənin cəlb olunması Müvafiq proqram üzrə azı 100 tələbənin uğurla məzun olması və 100 nəfərin yeni texnoloji ixtisas qazanması Texnoloji bacarıqlara malik 500 ixtisaslı məzunun hazırlanması
8.2.2.2. Yüksək göstəricilərə malik şəxslərin xaricdə qısamüddətli təhsil (proqram və kompüter mühəndisliyi, kompüter elmləri, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və s. ixtisaslar üzrə) imkanlarının dəstəklənməsi ETN RİNN, AİH, İN 2026—
Xaricdə təhsil üçün azı 5 prioritet qısamüddətli rəqəmsal ixtisasın müəyyən edilməsi və illik 200 təqaüd/ sponsorluq dəstəyi göstərilməsi Xarici ölkələrdə təhsilini uğurla davam etdirən 200 tələbə ilə öhdəlik müqaviləsinin bağlanılması Rəqəmsal ixtisaslı kadr potensialının yaxşılaşması 8.2.2.3. İKT üzrə karyera quran kadrları həvəsləndirmək üçün tam və ya qismən maliyyələşdirilən illik İKT təqaüd proqramlarının təsis edilməsi ETN RİNN 2026—
İllik azı 1 İKT təqaüd proqramının təsis edilməsi və bu sahə üzrə 50 yer ayrılması Təqaüd qazanmış tələbələrin təhsil göstəricilərinin azı 20 faiz yaxşılaşması İKT sahəsində kadr potensialının davamlı artması
8.2.2.4. Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlara və qlobal səviyyədə tanınan rəqəmsal yönümlü sertifikatlaşdırma standartlarına əsaslanan təhsil proqramlarının hazırlanması ETN RİNN, İN 2026—
Ali təhsil proqramlarının təsnifatına yeni texnologiya və sahibkarlıq bacarıqları ilə bağlı 1 yeni ixtisasın (təhsil proqramının) əlavə edilməsi; Rəqəmsal sahədə ali təhsil proqramlarının beynəlxalq səviyyədə qəbul edilmiş sertifikatlara (ACCA, CISSP və s.) uyğunlaşdırılması 1 yeni rəqəmsal ixtisasın tədrisinə başlanması; 2 proqramın beynəlxalq sertifikat standartlarına uyğunlaşdırılması Rəqəmsal bacarıqlara yiyələnmiş 1000 məzunun və beynəlxalq sertifikata malik 100 mütəxəssisin əmək bazarına inteqrasiyası 8.2.2.5. Rəqəmsallaşma istiqaməti üzrə elmi tədqiqat işlərinin doktorantura səviyyəsində dəstəklənməsi ETN AİH, İN 2026—
Rəqəmsallaşma üzrə 1 doktorantura proqramının təsdiqlənməsi və qəbul olunan doktorantların sayının davamlı artması Elmi tədqiqat mövzularının sənaye ehtiyaclarına uyğunlaşdırılması; Azı 5 universitet — sənaye birgə layihəsinin həyata keçirilməsi Rəqəmsallaşma istiqamətində azı 3 fəlsəfə doktoru dissertasiyasının müdafiəyə hazırlanması; Müvafiq istiqamətdə fəlsəfə doktoru elmi dərəcəsi olanların sənaye müəssisələrinin fəaliyyətinə davamlı cəlb olunması
8.2.2.6. Bütün yaş qrupları üçün rəqəmsal bacarıqların artırılması məqsədilə öyrənmə platformalarının təkmilləşdirilməsi və təlim proqramlarının həyata keçirilməsi ETN RİNN, VXSİDA 2026—
Mövcud öyrənmə platformalarının təkmilləşdirilməsi və ya ehtiyaclar üzrə yeni platformanın yaradılması Bütün yaş qrupları üzrə rəqəmsal bacarıqlara yiyələnmiş şəxslərin sayının davamlı artması 8.2.2.7. Bütün maraqlı tərəfləri əhatə edən rəqəmsallaşma istiqamətində karyera transformasiyası proqramlarının hazırlanması ETN İN, RİNN 2026—
Ali təhsil müəssisələri və dövlət qurumlarının rəqəmsallaşma istiqamətli mentorluq ehtiyaclarının müəyyən olunması və ehtiyaclara uyğun təkliflərin hazırlanması Mentorluq proqramını uğurla başa vuran iştirakçı sayının davamlı artması Mentorluq proqramında iştirak edən 2000 nəfərin rəqəmsallaşma üzrə karyerasını inkişaf etdirməsi 8.2.2.8. Gənclərin İKT sahəsində karyera inkişafını dəstəkləmək üçün mərkəzləşmiş elektron karyera məsləhəti xidmətlərinin yaradılması və istifadəsinin təşviqi ƏƏSMN İN, RİNN 2026—
1 mərkəzləşmiş elektron karyera platformasının istifadəyə verilməsi 2000 gəncin müvafiq platforma vasitəsilə fərdi karyera məsləhəti alması Platforma dəstəyi alan gənclərin İKT sahəsində işlə təmini göstəricisinin artması
Məqsəd 8.3. Səmərəliliyə və effektivliyə əsaslanan data yönümlü idarəetmənin formalaşdırılması Prioritet istiqamət 8.3.1. Strategiyanın səmərəli icrasının təmini üçün monitorinq mexanizminin gücləndirilməsi 8.3.1.1. Strategiyanın icrasının səmərəliliyinin izlənilməsi mexanizmlərinin yaradılması İN DSK, AİH, aidiyyəti qurumlar 2026−
Azı 20 əsas effektivlik göstəricisinin müəyyən edilməsi; Mərkəzləşmiş məlumat bazasının yaradılması və izləmə üçün 5 hesabat alətinin hazırlanması Yarımillik və illik əsasda azı 6 monitorinq hesabatının hazırlanması Strategiyanın nəticələrinin gözlənilən nəticələrlə müqayisəsi və təkmilləşdirilməli sahələrin müəyyən edilməsi 8.3.1.2. Strategiya üzrə əsas təşəbbüs və tədbirlərin icra statusu, habelə rəqəmsal iqtisadiyyat barədə ictimai məlumatlılıq səviyyəsinin artırılması İN RİNN 2026−
Müvafiq sahədə vahid internet portalının istifadəyə verilməsi, portalda təşəbbüs və tədbir barədə ilkin məlumatların yerləşdirilməsi Portalda məlumatların ildə azı 4 dəfə yenilənməsi; Portaldan aktiv istifadəçilərin sayının 50000 nəfəri üstələməsi; İctimaiyyətin və maraqlı tərəflərin rəy və təkliflərə baxması Rəqəmsal iqtisadiyyat barədə ictimai məlumatlılıq səviyyəsinin davamlı artırılması 8.3.1.3. Strategiyanın qeyrineft sektorunda iqtisadi artıma potensial təsirinin qiymətləndirilməsi üçün beynəlxalq təcrübəyə və standartlara əsaslanan metodologiyanın hazırlanması İN DSK, RİNN 2026−
Müvafiq sahədə azı 1 metodoloji çərçivə sənədinin hazırlanması, azı 5 ekspert və maraqlı tərəflərlə görüşlər keçirilməsi 2 pilot qiymətləndirmə ssenarisinin və 2 aralıq hesabatın hazırlanması Strategiyanın icrasının hər il iqtisadi artıma təsiri ilə bağlı qiymətləndirmə hesabatının hazırlanaraq, bu sahədə siyasət tövsiyələrinin qəbul olunması üçün təqdim edilməsi
Prioritet istiqamət 8.3.2. İqtisadi fəaliyyət sahələri üzrə data əsaslı qərarvermə potensialının artırılması 8.3.2.1. "İqtisadi məlumatların analitikası sistemi"nin yaradılması və məlumat bazalarının inteqrasiyası İN RİNN, ETN 2026—
"İqtisadi məlumatların analitikası sistemi"nin yaradılması üçün təkliflər hazırlanması Sistemin hazırlanması, 5 mövcud məlumat bazasının vahid sistemə inteqrasiya edilməsi Dövlətin iqtisadi qərarlarının qəbulunda data əsaslı qərarvermənin payının artması 8.3.2.2. İqtisadi fəaliyyət sahələrinin rəqəmsallaşma ehtiyaclarının müəyyənləşdirilməsi İN RİNN, AİH, aidiyyəti qurumlar 2026—
Azı 10 iqtisadi fəaliyyət sahəsi üzrə rəqəmsallaşma ehtiyaclarının müəyyənləşdirilməsi Müəyyənləşdirilmiş iqtisadi fəaliyyət sahələri üzrə rəqəmsallaşmasına dair yol xəritələrinin hazırlanması Sahəvi rəqəmsallaşma tədbirlərinin icra olunması 8.3.2.3. İqtisadi sahələr üzrə data əsaslı qərarvermə proseslərinin təkmilləşdirilməsi İN Aidiyyəti qurumlar 2026—
10 sosial-iqtisadi məlumat dəstinin yaradılması 5 yeni analitika alətinin istifadəyə verilməsi İqtisadi qərarların data əsaslı qəbulunun davamlı artması və ildə 6 data əsaslı analitik hesabatın hazırlanması Prioritet istiqamət 8.3.3. İdarəetmədə rəqəmsal infrastruktur və texnoloji modellərin tətbiqi 8.3.3.1. Pilot bölgələrdə və əsas iqtisadi əməliyyatlarda "Rəqəmsal Əkiz" modellərinin tətbiqi İN RİNN, ETSN, DŞAK, FHN 2026—
Rəqəmsallaşma potensialı yüksək olan iqtisadi sahələr üzrə ilkin təhlillər aparılması; 1 iqtisadi əməliyyat sahəsinin müəyyən edilməsi Müəyyən edilmiş 1 iqtisadi sahə üzrə 2 pilot "Rəqəmsal Əkiz" modelinin tətbiq olunması Milli səviyyədə 4 "Rəqəmsal Əkiz" modelinin tətbiq olunması və idarəetmədə səmərəlilik göstəricilərinin yaxşılaşması
8.3.3.2. İqtisadiyyat Nazirliyinin ekosistem sahələrində istifadə məqsədilə Azərbaycan dili bazasında sahəyə məxsus yaradıcı (generativ) dil modelinin hazırlanması və tətbiqi İN RİNN, ETN, AİH 2026—
İqtisadiyyat Nazirliyinin ekosistem sahələrində istifadə olunacaq modelin öyrədilməsi məqsədilə yerli məzmun üçün sahəvi məlumatların toplanılması; Yerli məzmunlu Azərbaycan dili əsaslı yaradıcı (generativ) dil korpusunun yaradılması Yaradılmış dil korpusu əsasında 1 modelin işlək vəziyyətə gətirilməsi və müəyyən edilmiş sahələr üzrə azı 1 pilot dövlət qurumunda (orqanında) tətbiq olunması Dil modelindən dövlət müəssisələrində istifadə sayının davamlı artması 8.3.3.3. İşğaldan azad edilmiş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında rəqəmsallaşmanın genişləndirilməsi məqsədilə müəssisələr üçün rəqəmsal çərçivələrin müəyyənləşdirilməsi İN RİNN, VXSİDA 2026—
Müəssisələr üçün rəqəmsal çərçivələrin meyarlarının hazırlanması Azı 20 müəssisənin öz fəaliyyətini müvafiq çərçivəyə uyğun icra etməsi Azı 50 müəssisənin rəqəmsal çərçivə əsasında fəaliyyət göstərməsi; İşğaldan azad edilmiş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında rəqəmsal fəaliyyətin payının azı 20 faiz artması
9. Akronimlər AİH − Azərbaycan İnvestisiya Holdinqi AMB − Azərbaycan Respublikasının Mərkəzi Bankı DGK − Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi DİM − Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi DMX − Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti DSK − Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi DŞAK − Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ETN − Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ETSN − Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ƏƏSMN − Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ƏMA − Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ƏN − Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi FHN − Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi XRİTDX − Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti İN − Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi MB − Azərbaycan Respublikasının Mərkəzi Bankı MN − Azərbaycan Respublikasının Maliyyə Nazirliyi RİNN − Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi VXSİDA − Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi