Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il " 9 " dekabr tarixli 380 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 14-2.3-cü maddəsinin birinci cümləsinə uyğun olaraq hazırlanmışdır və mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və digər büdcə təşkilatları, həmçinin yerli özünüidarəetmə orqanları (bundan sonra — qurumlar) tərəfindən elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin (bundan sonra — qiymətləndirilmə) aparılması qaydasını müəyyən edir.
1.2. Qiymətləndirilmə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra — Nazirlik) tərəfindən bu Qaydanın tələblərinə uyğun həyata keçirilir.
1.3. Bu Qayda əldə edilməsi məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq edilir.
2. Əsas anlayışlar
2.1. Bu Qaydanın məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
2.1.1. qiymətləndirilmə — qurumlar tərəfindən elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə cari vəziyyətin öyrənilməsi üçün sənədlərin və məlumatların toplanılması, onların yoxlanılması və təhlili, nəticələrin rəsmiləşdirilməsi üzrə fəaliyyət;
2.1.2. qiymətləndirilmə meyarları — qiymətləndirilmə altmeyarlarını əhatə edən göstəricilər toplusu;
2.1.3. qiymətləndirilmə altmeyarları — qiymətləndirilmənin aparılması üçün istifadə edilən və müvafiq ballarla ölçülən göstəricilər (indikatorlar).
2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Elektron imza və
elektron sənəd haqqında" Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları" və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
3. Qiymətləndirilmənin aparılması mərhələləri
3.1. Qiymətləndirilmə aşağıdakı mərhələlərdə aparılır:
3.1.1. aşağıdakı üsullarla müvafiq sənədlərin və məlumatların toplanılması:
3.1.1.1. qiymətləndirilmə aparılan quruma sorğu göndərilməsi;
3.1.1.2. elektron xidmətlərin təşkilinin və göstərilməsinin test edilməsi (elektron xidmətlərin qiymətləndirilməsi zamanı yoxlama məqsədilə xidmət alınması);
3.1.1.3. elektron xidmətlərin, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin istifadəçiləri arasında rəy sorğularının keçirilməsi;
3.1.1.4. yerində baxış keçirilməsi;
3.1.2. toplanılmış sənədlərin və məlumatların yoxlanılması və təhlili;
3.1.3. arayış və illik hesabatın hazırlanması.
4. Qiymətləndirilmənin təşkili və keçirilməsi
4.1. Qiymətləndirilmə Nazirlik tərəfindən təsdiq edilən tədbirlər planına uyğun olaraq ildə 1 (bir) dəfə olmaqla keçirilir.
4.2. Növbəti il üçün tədbirlər planı hər il dekabr ayının 20-dən gec olmayaraq təsdiq edilərək Nazirliyin rəsmi internet informasiya ehtiyatında yerləşdirilir. Qiymətləndirilmənin aparılması tarixi və müddəti barədə qiymətləndirilmənin başlamasına azı 15 (on beş) gün qalmış qiymətləndirilmənin aparılacağı quruma yazılı məlumat verilir.
4.3. Nazirlik tərəfindən qiymətləndirilməyə mütəxəssislər və müstəqil ekspertlər cəlb edilə bilərlər.
4.4. Qiymətləndirilmə qurumun normal fəaliyyətini pozmamaq şərtilə bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq həyata keçirilir.
4.5. Qiymətləndirilmənin aparılması üçün ilkin mərhələdə bu Qaydanın 1 və 2 nömrəli əlavələri ilə müəyyən olunmuş meyarlar və altmeyarlar üzrə zəruri sənədlərin və məlumatların (elektron xidmətlərdən istifadəyə dair statistik məlumatlar daxil olmaqla), habelə bu Qaydanın 3 nömrəli əlavəsində nəzərdə tutulmuş məlumatların (bundan sonra — sənədlər və məlumatlar) təqdim edilməsi ilə bağlı qiymətləndirilmə aparılan quruma sorğu göndərilir.
4.6. Sorğunun göndərildiyi qurum Nazirliyin bu Qaydanın 4.5-ci bəndində göstərilən sorğusu daxil olduğu tarixdən 10 (on) iş günü müddətində sənədləri və məlumatları kağız və ya elektron daşıyıcıda Nazirliyə təqdim edir.
4.7. Qiymətləndirilmə zamanı elektron xidmətlərin təşkili və göstərilməsi müvafiq dövlət informasiya ehtiyatları və sistemləri üzərindən müraciətlər göndərilərək test edilir, habelə elektron xidmətlərin təşkili və göstərilməsi, dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti ilə bağlı onların istifadəçiləri arasında EHİS vasitəsilə rəy sorğuları keçirilir.
4.8. Sorğu nəticəsində təqdim olunmuş sənədlərin və məlumatların yoxlanılması, habelə dövlət informasiya ehtiyatları və sistemləri üzərindən göndərilən müraciətlərin icra mexanizmi, qiymətləndirilmə meyarları və altmeyarları üzrə əlavə məlumatların toplanılması məqsədilə Nazirlik tərəfindən müəyyən edilmiş tarixdə yerində baxış keçirilir. Yerində baxışın keçirilmə tarixi barədə qiymətləndirilmə aparılan quruma ən geci 3 (üç) iş günü əvvəldən Nazirlik tərəfindən məlumat verilir.
4.9. Yerində baxışın müəyyən olunmuş tarixdə hər hansı səbəbdən keçirilməsi mümkün olmadıqda Nazirlik tərəfindən yeni tarix təyin olunur. Bu halda yerində baxış qiymətləndirilmə aparılan qurumu ən geci 3 (üç) iş günü əvvəldən məlumatlandırmaqla keçirilir.
4.10. Sorğu nəticəsində təqdim olunmuş sənədlər və məlumatlar yerində baxış zamanı təsdiqini tapmadıqda bu Qaydanın 4 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada akt tərtib edilir. Həmin akt qiymətləndirilmənin nəticəsi olaraq hazırlanmış arayışa əlavə edilir.
4.11. Yerində baxış zamanı "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi tələblərinə riayət edilməlidir.
4.12. Qiymətləndirilmə zamanı hər bir qurum üzrə qiymətləndirilmənin keçirilməsi üçün nəzərdə tutulmuş bu Qaydanın 4.1-ci bəndində göstərilən tədbirlər planı ilə müəyyən olunan son tarixə uyğun məlumatlar əsas götürülür və qiymətləndirilmə həmin məlumatlar əsasında aparılır.
4.13. Əvvəlki qiymətləndirilmə dövründə "5 ulduz" olaraq qiymətləndirilən elektron xidmətlər, dövlət informasiya ehtiyatları və sistemləri cari ildə qiymətləndirilmir və ya elektron xidmət göstərən, dövlət informasiya ehtiyatının və sisteminin sahibi və ya operatoru olan qurumun təklifi əsasında qiymətləndirilir.
4.14. Bu Qaydanın 1 və 2 nömrəli əlavələri üzrə qiymətləndirilmə üçün hər bir altmeyarda qeyd edilən tələb tam şəkildə icra (tətbiq) edildikdə 1 (təmin edilir) qiyməti, icra (tətbiq) edilmədikdə və ya qismən icra (tətbiq) edildikdə 0 (təmin edilmir) qiyməti seçilir. Altmeyar qiymətləndirilən elektron xidmətin, dövlət informasiya ehtiyatının və sisteminin fəaliyyət sahəsinə və ya texniki göstəricilərinə şamil edilmədikdə N/A (şamil edilmir) seçilir. Yekun nəticənin hesablanması zamanı 1 (təmin edilir) qiyməti müsbət bal hesab edilir və N/A (şamil edilmir) olaraq qeyd edilən altmeyarlar isə mümkün nəticənin hesablanmasında nəzərə alınmır.
4.15. Bu Qaydanın 1 və 2 nömrəli əlavələrində qeyd edilən və "5 ulduz" sistemi üzrə hər ulduz sisteminə aid edilmiş altmeyarlara görə ayrılıqda toplanmış nəticə və mümkün nəticə hesablanır. Müvafiq ulduz sistemi üzrə toplanmış nəticə həmin ulduz sistemi və ondan yuxarı olan bütün ulduz sistemlərinə aid olan altmeyarlar üzrə alınan müsbət balların cəmindən ibarətdir. Müvafiq ulduz sistemi üzrə mümkün nəticə həmin ulduz sistemi və ondan yuxarı olan bütün ulduz sistemlərinə aid olan və şamil edilən altmeyarların ümumi sayından ibarətdir. Hər ulduz sistemi üzrə alınan müsbət bal ondan əvvəlki ulduz sistemləri üzrə müsbət balları da əhatə edir.
4.16. Qiymətləndirilmə nəticələrinin hesablanması zamanı altmeyarlara münasibətdə "1 ulduz" sistemi üzrə "0,2", "2 ulduz" sistemi üzrə "0,4", "3 ulduz" sistemi "0,6", "4 ulduz" sistemi üzrə "0,8", "5 ulduz" sistemi üzrə "1" çəki əmsalı tətbiq edilir.
4.17. Ümumi toplanmış nəticə hər bir ulduz sistemi üzrə toplanmış nəticə balının həmin ulduz sistemi üzrə çəki əmsalına vurulması nəticəsində alınan hasillərin cəmlənməsi yolu ilə əldə edilir. Ümumi mümkün nəticə hər bir ulduz sistemi üzrə müəyyən edilmiş mümkün nəticə balının həmin ulduz sistemi üzrə çəki əmsalına vurulması nəticəsində alınan hasillərin cəmlənməsi yolu ilə əldə edilir.
4.18. Ümumi toplanmış nəticənin ümumi mümkün nəticəyə faiz nisbəti əsasında yekun nəticə müəyyən edilir. Qiymətləndirilən elektron xidmətlərə, dövlət informasiya ehtiyatlarına və sistemlərinə yekun nəticəyə uyğun olaraq 0-20 faiz topladığı halda "1 ulduz", 21-40 faiz topladığı halda "2 ulduz", 41-60 faiz topladığı halda "3 ulduz", 61-80 faiz topladığı halda "4 ulduz", 81-100 faiz topladığı halda "5 ulduz" verilir.
5. Qiymətləndirilmənin həyata keçirilməsi ilə bağlı vəzifələr
5.1. Qiymətləndirilmənin həyata keçirilməsi nəzərdə tutulmuş qurumun rəhbəri qiymətləndirilmənin vaxtında və maneəsiz aparılmasına şərait yaratmalı və qiymətləndirilmənin nəticəsinə uyğun olaraq bu Qaydanın 5.2-ci və 6.4-cü bəndlərində nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməlidir.
5.2. Qurum qiymətləndirilmənin həyata keçirilməsi ilə bağlı aşağıdakıları yerinə yetirir:
5.2.1. Nazirliyin sorğularını cavablandırır, qiymətləndirilmənin həyata keçirilməsi üçün sorğu edilən sənədləri və məlumatları bu Qaydanın 4.6-cı bəndində nəzərdə tutulmuş müddətdə Nazirliyə təqdim edir;
5.2.2. qiymətləndirilmənin aparılması, o cümlədən yerində baxış və rəy sorğularının keçirilməsi üçün lazımi şəraitin yaradılması ilə bağlı tədbirlər görür, qiymətləndirilmənin aparılmasına maneçilik törədilməməsini təmin edir;
5.2.3. qiymətləndirilmənin aparılması ilə bağlı əlaqələndirici şəxs (şəxslər) təyin edir və Nazirliyə bu barədə məlumat verir;
5.2.4. qiymətləndirilmənin nəticəsi ilə bağlı təqdim edilən arayışa uyğun olaraq bu Qaydanın 6.4-cü bəndində nəzərdə tutulmuş müddətdə tədbirlərin görülməsini təmin edir və Nazirliyə bu barədə məlumat verir;
5.2.5. göstərdiyi elektron xidmətlərin, habelə sahibi və ya operatoru olduğu dövlət informasiya ehtiyatlarının və sistemlərinin bu Qaydanın 1 və 2 nömrəli əlavələri ilə müəyyən olunmuş meyarlara və altmeyarlara uyğunluğunu mütəmadi olaraq yoxlayır və çatışmazlıqların aradan qaldırılması, həmçinin həmin meyarların və altmeyarların təmin edilməsi üçün zəruri tədbirlər görür.
5.3. Qurum Nazirlik tərəfindən qiymətləndirilmənin nəticəsi barədə tərtib edilmiş arayışla tanış olmaq, habelə qiymətləndirilmənin nəticələrinə dair mülahizəsini bildirmək hüququna malikdir.
6. Qiymətləndirilmənin nəticələrinin rəsmiləşdirilməsi
6.1. Qiymətləndirilmə zamanı toplanılmış sənədlər və məlumatlar təhlil edilərək Nazirlik tərəfindən arayış hazırlanır. Həmin arayışda elektron xidmətlərin, dövlət informasiya ehtiyatlarının və sistemlərinin cari vəziyyəti, çatışmazlıqlar, qiymətləndirilmənin müəyyən edilən nəticəsi (qiymət qeyd edilməklə), habelə elektron
xidmətlərin, dövlət informasiya ehtiyatlarının və sistemlərinin funksional imkanlarının artırılması, təkmilləşdirilməsi və optimallaşdırılması istiqamətində təkliflər qeyd edilir.
6.2. Qiymətləndirilmənin nəticəsi olaraq Nazirlik tərəfindən aşağıdakı tədbirlər həyata keçirilir:
6.2.1. hazırlanmış arayışın layihəsi bu Qaydanın 6.3-cü bəndində nəzərdə tutulmuş müddətdə qiymətləndirilmənin nəticələrinə münasibət bildirilməsi üçün aidiyyəti quruma təqdim edilir;
6.2.2. qiymətləndirilmənin nəticəsi olaraq hazırlanmış yekun arayış aşkar olunmuş çatışmazlıqların bu Qaydanın 6.4-cü bəndində nəzərdə tutulmuş müddətdə aradan qaldırılması üçün aidiyyəti quruma göndərilir;
6.2.3. qiymətləndirilmə nəticəsində aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması ilə bağlı təkliflər verilir, əməli və metodiki kömək göstərilir.
6.3. Qurum arayış layihəsinə dair rəy və təkliflərini 15 (on beş) iş günü müddətində Nazirliyə təqdim edir. Qurumun qiymətləndirilmə nəticələri ilə bağlı rəy və təkliflərinə yekun arayışın hazırlanması zamanı baxılır.
6.4. Qurum təqdim olunmuş arayışda göstərilmiş çatışmazlıqları və təklifləri diqqətlə araşdırır, habelə arayış daxil olduğu gündən 2 (iki) ay müddətində çatışmazlıqların aradan qaldırılması ilə bağlı gördüyü tədbirlər, 2 (iki) aydan artıq icra müddəti tələb edən tədbirlər üzrə isə onların icra müddəti barədə məlumatları Nazirliyə təqdim edir. 2 (iki) aydan artıq icra müddəti tələb edən tədbirlər üzrə icra müddəti başa çatdıqdan sonra 5 (beş) iş günü müddətində icra nəticələrinə dair qurum tərəfindən Nazirliyə məlumat verilir.
6.5. Qiymətləndirilmənin nəticələri haqqında məlumatlar Nazirliyin rəsmi internet informasiya ehtiyatında yerləşdirilir.
7. Yekun müddəa Qiymətləndirilmənin nəticəsinə dair Nazirlik tərəfindən hazırlanmış (ümumiləşdirilmiş) illik hesabat növbəti ilin 1 mart tarixinədək Azərbaycan Respublikasının Prezidentinə təqdim olunur.
"Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi Qaydası"na 1 nömrəli əlavə Elektron xidmətlərin təşkili və göstərilməsi ilə bağlı qiymətləndirilmə üzrə meyarlar və altmeyarlar Sıra №-si Təsvir 5 ulduz sistemi üzrə altmeyarın dəyəri 1 (təmin edilir) / 0 (təmin edilmir) / N/A (şamil edilmir)
1. Müraciət mərhələsi
1.1. Xidmətin təqdim edildiyi yer:
1.1.1. xidmət qurumun rəsmi internet informasiya ehtiyatında yaradılmış "elektron xidmətlər" bölməsində təqdim edilir
1.1.2. xidmət Elektron Hökumət İnformasiya Sisteminin (bundan sonra — EHİS) veb tətbiqində təqdim edilir
1.1.3. xidmət qurumun mobil tətbiqində təqdim edilir 3 1.1.4. xidmət EHİS-in mobil tətbiqində təqdim edilir 5 1.1.5. xidmətə müraciət imkanı proqram təminatı vasitəsilə təmin edilir
1.1.6. xidmətə müraciət imkanı interaktiv səsli cavab sistemi üzərindən təmin edilir
1.2. Xidmətə müraciət üçün xidmət istifadəçilərinin identikləşdirilməsi:
1.2.1. EHİS-in "Vahid Giriş" altsistemi vasitəsilə təmin edilir
1.2.2. elektron imza vasitəsilə təmin edilir 3 1.2.3. iki faktorlu autentifikasiya tətbiq edilmiş istifadəçi adı və şifrə vasitəsilə təmin edilir
1.2.4. istifadəçi adı və şifrə vasitəsilə təmin edilir 1
1.3. Məlumatların təhlükəsiz işlənilməsinin təmin edilməsi:
1.3.1. istifadəçinin xidmətdən istifadə üzrə "gizlilik siyasəti" ilə tanışlığı təmin edilir
1.4. Xidmətə müraciət zamanı texniki imkanların təmin edilməsi:
1.4.1. məlumatların daxil edildiyi sahələrin məlumatların növünə uyğunluğu təmin edilir
1.4.2. daxil edilmiş və ya EHİS vasitəsilə əldə edilmiş məlumatların emal mərhələsinədək yekun formada nəzərdən keçirilməsi imkanı təmin edilir
1.4.3. daxil edilmiş və ya EHİS vasitəsilə əldə edilmiş, lakin göndərilməmiş (təsdiqlənməmiş) məlumatların daha sonra göndərilməsi üçün saxlanılması imkanı təmin edilir
1.5. Xidmətin dizaynına dair tələblərin təmin edilməsi:
1.5.1. xidmətin müxtəlif mərhələlərində interfeysin vahid dizaynda olması təmin edilir
1.5.2. xidmət istifadəçisinin adı istifadəçi ekranında təyin edilmiş yerdə əks olunur
1.5.3. statistik məlumatlar infoqrafikdə verilir 2 1.5.4. xidmət istifadəçisinin xidmətin hansı mərhələsində olduğunu göstərən məlumatlar istifadəçi ekranında təyin edilmiş yerdə əks olunur
1.5.5. icra edilən əməliyyatların nəticəsi və həmin əməliyyatların icrası zamanı baş vermiş xətalar barədə məlumat istifadəçi ekranında əks etdirilir
1.6. Xidmətdən istifadə üçün tələb olunan sənədlərin və məlumatların elektron formada əldə edilməsi: 1.6.1. xidmətin göstərilməsi üçün zəruri olan sənədlər və məlumatlar xidmət istifadəçisindən tələb olunmadan qurumun daxili informasiya ehtiyatlarından və sistemlərindən tam əldə edilir
1.6.2. xidmətin göstərilməsi üçün zəruri olan sənədlərin və məlumatların ən azı yarısı xidmət istifadəçisindən tələb olunmadan qurumun daxili informasiya ehtiyatlarından və sistemlərindən əldə edilir
1.6.3. xidmətin göstərilməsi üçün zəruri olan sənədlər və məlumatlar xidmət istifadəçisindən tələb
olunmadan EHİS vasitəsilə digər dövlət informasiya ehtiyatlarından və sistemlərindən tam əldə edilir 1.6.4. xidmətin göstərilməsi üçün zəruri olan sənədlərin və məlumatların azı yarısı xidmət istifadəçisindən tələb olunmadan EHİS vasitəsilə digər dövlət informasiya ehtiyatlarından və sistemlərindən əldə edilir
1.6.5. tələb olunan məlumatların (dövlət informasiya ehtiyatlarından və sistemlərindən əldə edilməsi mümkün olan məlumatlar istisna olmaqla) interaktiv qaydada doldurulması təmin edilir
1.6.6. tələb olunan sənədlərin (dövlət informasiya ehtiyatlarından və sistemlərindən əldə edilməsi mümkün olan sənədlər istisna olmaqla) sistemə yüklənilməsi təmin edilir
1.7. Müraciətlərin və elektron sənədlərin elektron imza vasitəsilə imzalanması:
1.7.1. müraciətlərin və elektron sənədlərin göndərilməsi üçün gücləndirilmiş elektron imza vasitəsilə imzalanması təmin edilir
1.8. Məlumatlandırmanın aparılmasının və bildirişlərin göndərilməsinin təmin edilməsi: 1.8.1. xidmətə müraciətin qəbulu ilə bağlı bildiriş (təsdiqetmə və xidmətin icra müddəti barədə) xidmət istifadəçisinə EHİS-də yaradılan şəxsi kabineti vasitəsilə təqdim edilir
1.8.2. xidmətə müraciətin qəbulu ilə bağlı bildiriş (təsdiqetmə və xidmətin icra müddəti barədə) xidmət istifadəçisinə qurumun rəsmi internet informasiya ehtiyatında yaradılan şəxsi kabinet vasitəsilə təqdim edilir
1.8.3. xidmətə müraciətin qəbulu ilə bağlı bildiriş (təsdiqetmə və xidmətin icra müddəti barədə) xidmət istifadəçisinə qısa mesaj (SMS) vasitəsilə təqdim edilir
1.8.4. xidmətə müraciətin qəbulu ilə bağlı bildiriş (təsdiqetmə və xidmətin icra müddəti barədə) xidmət istifadəçisinə elektron poçt vasitəsilə təqdim edilir
2. Emal mərhələsi
2.1. İnformasiya ehtiyatlarından və sistemlərindən istifadə edilməsi:
2.1.1. müraciət informasiya ehtiyatı və sistemi vasitəsilə real vaxt rejimində qeydiyyata alınır
2.1.2. müraciət informasiya ehtiyatında və sistemində (bütün proseslər üzrə) icra edilir
2.1.3. müraciətin icraçılar arasında bölgüsü (paylanması) informasiya ehtiyatı və sistemi üzərindən aparılır
2.2. Müraciətin emalı zamanı elektron imzadan istifadənin təmin edilməsi:
2.2.1. qurumun işçilərinin informasiya ehtiyatına və sisteminə daxil olması üçün EHİS-in "Vahid Giriş" altsistemi təmin edilir
2.2.2. qurumun işçiləri tərəfindən informasiya ehtiyatında və sistemində məlumatların emalı (yaradılması, təsdiq edilməsi və s.) zamanı təkmil sertifikatlı gücləndirilmiş elektron imzadan istifadə edilir
2.3. Məlumatlandırmanın aparılmasının və bildirişlərin göndərilməsinin təmin edilməsi: 2.3.1. xidmətin göstərilməsinin mərhələləri barədə bildiriş xidmət istifadəçisinə EHİS-də yaradılan şəxsi kabineti vasitəsilə təqdim edilir
2.3.2. xidmətin göstərilməsinin mərhələləri barədə bildiriş xidmət istifadəçisinə qurumun rəsmi internet informasiya ehtiyatında yaradılan şəxsi kabinet vasitəsilə təqdim edilir
2.3.3. xidmətin göstərilməsinin mərhələləri barədə bildiriş xidmət istifadəçisinə qısa mesaj (SMS) vasitəsilə təqdim edilir
2.3.4. xidmətin göstərilməsinin mərhələləri barədə bildiriş xidmət istifadəçisinə elektron poçt vasitəsilə təqdim edilir
3. Nəticənin təqdim edilməsi mərhələsi
3.1. İnformasiya ehtiyatlarından və sistemlərindən istifadə edilməsi:
3.1.1. xidmətin nəticəsi elektron informasiya ehtiyatlarında və sistemlərində məlumat əsaslı saxlanılır
3.1.2. xidmətin nəticəsi aidiyyəti qurumun informasiya ehtiyatlarına və sistemlərinə proaktiv qaydada göndərilir
3.2. Xidmətin icra müddətinə riayət edilməsi:
3.2.1. xidmət onun göstərilməsini tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş müddətdə göstərilir
3.3. Xidmətin nəticəsinin təqdim edilməsi:
3.3.1. xidmətin nəticəsi real vaxt rejimində təqdim edilir 4 3.3.2. xidmətin nəticəsi elektron sənəd formasında təqdim edilir
3.3.3. xidmətin nəticəsində təqdim edilən sənədin identikliyinin və etibarlılığının Bar kod, QR kod, Ştrix kod və ya digər məlumatlarla yoxlanılması imkanı təmin edilir
3.3.4. xidmətin nəticəsində təqdim edilən məlumatın (sənədin) identikliyinin və etibarlılığının EHİS vasitəsilə yoxlanılması imkanı təmin edilir
3.4. Xidmətin nəticəsinin təqdim olunması zamanı elektron imzadan istifadənin təmin edilməsi: 3.4.1. qurumun işçiləri tərəfindən xidmətin nəticəsinin elektron sənəd formasında təqdim olunması üçün təkmil sertifikatlı gücləndirilmiş elektron imzadan istifadə edilir
3.5. Məlumatlandırmanın aparılmasının və bildirişlərin göndərilməsinin təmin edilməsi: 3.5.1. xidmətin nəticəsi, eləcə də xidmətin nəticəsinin təqdim edilməsində gecikmə olduğu halda həmin gecikmənin səbəbi və müddəti barədə bildiriş xidmət istifadəçisinə EHİS-də yaradılan şəxsi kabinet vasitəsilə təqdim edilir
3.5.2. xidmətin nəticəsi, eləcə də xidmətin nəticəsinin təqdim edilməsində gecikmə olduğu halda həmin gecikmənin səbəbi və müddəti barədə bildiriş
xidmət istifadəçisinə qurumun rəsmi internet informasiya ehtiyatında yaradılan şəxsi kabinet vasitəsilə təqdim edilir 3.5.3. xidmətin nəticəsi, eləcə də xidmətin nəticəsinin təqdim edilməsində gecikmə olduğu halda həmin gecikmənin səbəbi və müddəti barədə bildiriş xidmət istifadəçisinə qısa mesaj (SMS) vasitəsilə təqdim edilir
3.5.4. xidmətin nəticəsi, eləcə də xidmətin nəticəsinin təqdim edilməsində gecikmə olduğu halda həmin gecikmənin səbəbi və müddəti barədə bildiriş xidmət istifadəçisinə elektron poçt vasitəsilə təqdim edilir
3.5.5. imtina edilmiş müraciətlər üzrə bildirişdə imtinanın əsaslandırılmış səbəbləri göstərilir
4. Xidmət haqqında məlumat alma, ödəniş və müyəssərlik
4.1. Xidmət haqqında məlumat almaq imkanının təmin edilməsi:
4.1.1. "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"ndə xidmət barədə bütün məlumatların aktuallığı müəyyən edilib
4.1.2. "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"ndə xidmət barədə məlumatlar mütəmadi yenilənir və aktualdır
4.1.3. xidmət "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"ndə müəyyən edilmiş reqlamentə uyğun olaraq həyata keçirilir
4.1.4. xidmətin göstərilməsinin dayandırılması halları (profilaktik işlərin aparılması və s.) və aktiv olacağı vaxt barədə xidmət istifadəçisinə bildiriş təqdim edilir
4.1.5. xidmətin göstərilməsi (dayanması) ilə bağlı göstəricilər monitorinq edilərək izlənilir və toplanılır
4.2. Xidmətdən istifadə qaydaları haqqında məlumat əldə etmək imkanının təmin olunması: 4.2.1. xidmətin göstərildiyi pəncərədə xidmətdən istifadə qaydaları ilə bağlı yazılı istifadəçi təlimatı mövcuddur
4.2.2. xidmətin göstərildiyi pəncərədə xidmətdən istifadə qaydaları ilə bağlı istifadəçi video təlimatı mövcuddur
4.3. Xidmətin göstərilmə yerinə (vahid xidmət mərkəzlərinə, inzibati binalara və ya səyyar xidmətin göstərildiyi yerlərə) gəlmək tələb olunan hallarda elektron növbənin götürülməsi: 4.3.1. xidmətin göstərilməsinin hər hansı mərhələsində xidmət istifadəçisinin xidmətin göstərilmə yerinə (vahid xidmət mərkəzlərinə, inzibati binalara və ya səyyar xidmətin göstərildiyi yerlərə) gəlməsi tələb olunduqda istifadəçiyə elektron növbə götürmək imkanı yaradılır
4.4. Xidmət istifadəçisinin xidmətdən istifadə ilə bağlı məlumatlarını əldə etməsi və şəxsi kabinet imkanlarının təmin olunması: 4.4.1. xidmətin icra vəziyyətinin (statusu, icraçısı, icra müddəti və s.) qurumun rəsmi internet informasiya ehtiyatında yaradılan şəxsi kabinetdə və ya xidmətin göstərildiyi elektron pəncərədə izlənilməsi imkanı təmin edilir
4.4.2. xidmətin icra vəziyyətinin (statusu, icraçısı, icra müddəti və s.) EHİS-də yaradılan şəxsi kabinetdə izlənilməsi imkanı təmin edilir
4.4.3. qurumun rəsmi internet informasiya ehtiyatında yaradılan şəxsi kabinetdə xidmətdən istifadə tarixçəsinə baxmaq imkanı təmin edilir
4.4.4. EHİS-də yaradılan şəxsi kabinetdə xidmətdən istifadə tarixçəsinə baxmaq imkanı təmin edilir
4.5. Xidmətin bütün istifadəçi qrupları üçün müyəssərliyinin təmin olunması:
4.5.1. mətn olmayan məzmun üçün mətn alternativləri, audio və video məzmunlar üçün transkript, altyazılar, işarət dili təmin edilir
4.5.2. böyük şriftlərdən istifadə, şrift seçimi imkanları, rənglərin idarə olunması və simvollararası məsafə təmin edilir
4.5.3. proseslərin klaviaturadan idarə olunmasının mümkünlüyü və səsli naviqasiya təmin edilir
4.5.4. xidmətin dizaynı istifadəçi ekranının ölçülərinə avtomatik uyğunlaşır
4.6. Şikayət və təkliflərin qəbulu, habelə xidmət istifadəçilərinin məmnunluğu ilə bağlı sorğuların keçirilməsi:
4.6.1. xidmətlə bağlı şikayət və təkliflərin göndərilməsi imkanı təmin edilir
4.6.2. xidmət zamanı istifadəçi məmnunluğunun ölçülməsi ilə bağlı sorğular keçirilir
4.6.3. xidmətlə bağlı şikayət və təkliflərin göndərilməsi, habelə texniki dəstək göstərilməsi real vaxt rejimində daimi (24 saat) fəaliyyət göstərən "onlayn əlaqə" bölməsi vasitəsilə təmin edilir
4.6.4. xidmət üzrə EHİS-in "əks-əlaqə" bölməsinə müraciət imkanı təmin edilir
4.7. Ödəniş imkanları:
4.7.1. xidmətin göstərilməsi zamanı xidmət pəncərəsini tərk etmədən real vaxt rejimində normativ hüquqi aktlarda nəzərdə tutulmuş rüsumlar və digər ödənişlər həyata keçirilir
4.7.2. digər onlayn ödəniş sistemlərinə (xidmətlərinə) keçid edilərək ödəniş həyata keçirilir
4.7.3. bank, poçt və ya xüsusi ödəmə terminalı vasitəsilə fiziki olaraq ödəniş həyata keçirilir
Qeydlər:
1. Qiymətləndirilmə zamanı proaktiv elektron xidmətlərdə müraciət mərhələsi üzrə müvafiq altmeyarlara maksimum bal verilir.
2. Elektron xidmətə müraciət etmək mümkün olmadıqda xidmət 1 nömrəli əlavəyə uyğun olaraq qiymətləndirilmir.
"Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi Qaydası"na 2 nömrəli əlavə Dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti ilə bağlı qiymətləndirilmə üzrə meyarlar və altmeyarlar ______________________________________________________ (dövlət informasiya ehtiyatının və sisteminin adı) Sıra №-si Təsvir 5 ulduz sistemi üzrə altmeyarın dəyəri 1 (təmin edilir) / 0 (təmin edilmir) / N/A (şamil edilmir)
1. İdarəetmə
1.1. Strateji və idarəçilik sənədləri:
1.1.1. informasiya ehtiyatının və sisteminin "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"nə daxil edilməsi
1.1.2. informasiya ehtiyatının və sisteminin "Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestri"nə daxil edilməsi
1.1.3. informasiya ehtiyatının və sisteminin əsasnaməsinin mövcudluğu 5 1.1.4. informasiya ehtiyatının və sisteminin uzun və ortamüddətli inkişaf planını müəyyənləşdirən Yol xəritəsinin mövcudluğu
1.1.5. informasiya texnologiyaları üzrə aktivlərin idarə edilməsi üzrə siyasət sənədinin mövcudluğu
1.1.6. məlumatların idarə edilməsi üzrə siyasət sənədinin mövcudluğu 5 1.1.7. süni intellekt həllərinin tətbiqi strategiyasının mövcudluğu 3
1.2. Prosedurlar və təlimatlar:
1.2.1. dövlət informasiya ehtiyatının və sisteminin təhlükəsizlik üzrə audit rəyi 2 1.2.2. yeni tətbiq proqramlarının istismara buraxılış prosedurlarının mövcudluğu 3
1.2.3. tətbiq proqramlarında, şəbəkə konfiqurasi - yalarında və məlumat idarəetmə fəaliyyət - lərində dəyişikliklərin, o cümlədən təcili dəyişikliklərin edilməsi üçün qaydaların mövcudluğu
1.2.4. məlumat emalı səhvlərinin araşdırılması və hesabat prosedurlarının mövcudluğu
1.2.5. ehtiyat nüsxəsi proseduru üzrə təlimatın mövcud olması
1.2.6. əməliyyatların (tranzaksiyaların) və ya əməliyyat (tranzaksiya) paketlərinin itmədiyini, qoşalaşmadığını və ya səhvən dəyişdirilmədiyini təsdiq edən prosedurların mövcudluğu
1.2.7. proqram təminatının dəstəklənməsi (mövcud problemlərin həll olunması, yenilənmələrin və təhlükəsizliyin təmini) üzrə təlimatın mövcudluğu
1.2.8. informasiya texnologiyaları üzrə (proqram təminatı, şəbəkə, sistem, məlumat bazaları və s.) texniki dəstək sisteminin təmin edilməsi
2. Əməliyyatlar
2.1. Fövqəladə hallar : 2.1.1. informasiya ehtiyatının və sisteminin fəaliyyətinin davamlılığının təmin edilməsi üçün fövqəladə hallarda bərpanı və vacib tətbiq proqramlarının davamlı işləməsini təmin edən ehtiyat əməliyyat planının mövcudluğu
2.1.2. ehtiyat əməliyyat planı əsasında informasiya ehtiyatının və sisteminin dövri olaraq test edilməsi və test məlumatlarının saxlanılması
2.1.3. ehtiyat əməliyyat planının dövri olaraq təkmilləşdirilməsi və həmin təkmilləşdirmə çərçivəsində ehtiyat əməliyyat planın da edilən dəyişikliklərin rəsmiləşdirilməsi
2.1.4. fəaliyyətə təsir təhlilinin həyata keçirilməsi və sənədləşdirilməsi
. Proqram təminatının tətbiqi 3.1 . Proqram təminatının həyat dövrü :
3.1.1. informasiya ehtiyatının və sisteminin formalaşdırılması və təkmilləşdirilməsi
zamanı texniki tapşırıq sənədinin mövcudluğu 3.1.2. tətbiq proqramlaşdırma interfeysi üzrə sənədləşmənin mövcudluğu
3.1.3. proqram təminatının kod sənədləşməsinin (funksiya izahatları, sinif izahatları, verilənlər strukturunun izahatları və s.) mövcudluğu
3.1.4. proqram təminatının yeni versiyasında hər hansı bir problem yarandıqda geri qaytarmaq üçün keçmiş versiyasının nüsxəsinin saxlanılmasının təmin edilməsi
3.1.5. metaməlumatların yaradılması zamanı müvafiq yoxlama mexanizmlərinin mövcudluğu
3.1.6. istismarda olan tətbiq proqramlarının ehtiyat mərkəzdə saxlanılmasının təmin edilməsi
3.1.7. əməliyyat tarixçəsinin ehtiyat mərkəzdə saxlanılmasının təmin edilməsi
3.1.8. informasiya ehtiyatının və sisteminin yüklülük səviyyəsinin və dayanma hallarının qeydiyyatının aparılmasının təmin edilməsi
3.1. 9. hesabatlılıq üçün funksionallığın mövcudluğu
3.2. Proqram təminatının keyfiyyətinə nəzarət : 3.2.1. proqram təminatının istismara qədərki mühitinin mövcudluğu
3.2.2. proqram təminatının funksionallığının və onda aparılan dəyişikliklərin yoxlanılması üçün test olunması, eləcə də test məlumatlarının saxlanılması
3.2.3. istismara qədərki mühitlərdə həqiqi məlumatlardan istifadə olunmamasının təmin edilməsi
3.2.4. proqram təminatının test olunması sənədlərinin mövcudluğu
3.2.5. daxil və ya düzəliş edilən məlumatların düzgünlüyünün yoxlanılması (rəqəmlərin, intervalların redaktəsi və s.) və həmin yoxlamanın sənədləşdirilməsi
3.2.6. təkrarlanan səhvləri müəyyən etmək üçün səhvlər tarixçəsinin saxlanılması və
nəzərdən keçirilməsi, eləcə də həmin nəzərdən keçirilmənin sənədləşdirilməsi 3.2.7. hazırlanan və təkmilləşdirilən tətbiq proqramlarının tamlığının və inteqrasiya oluna bilməsinin yoxlanılması, habelə həmin yoxlamanın sənədləşdirilməsi
3.2.8. proqram təminatının yüklülük testlərinin aparılması və test məlumatlarının saxlanılması
3.3 . İnteqrasiya : 3.3.1. inteqrasiyanın Elektron Hökumət İnformasiya Sistemi üzərindən təmin edilməsi
3.3.2. alınan məlumatların siyahısının (informa - siya ehtiyatlarının və sistemlərinin adı və alınan məlumatlar qeyd edilir) mövcudluğu
3.3.3. ötürülən məlumatların siyahısının (informasiya ehtiyatlarının və sistemlərinin adı və alınan məlumatlar qeyd edilir) mövcudluğu
3.3.4. inteqrasiya səhvlərinin kodlaşdırılmasının təmin edilməsi
3.3.5. inteqrasiya zamanı qarşılıqlı əməliyyat tarixçəsinin saxlanılmasının təmin edilməsi
3.3.6. inteqrasiyanın sxematik təsvirinin mövcudluğu
3.3.7. tətbiq proqramlaşdırma interfeysinin inteqrasiyanın Reprezentativ Vəziyyət Transferi, Sadə Obyektə Müraciət Pro t o kolu vasitəsilə və ya digər üsullarla təmin edilməsi
3.3.8. avtorizasiya əsaslı tətbiq proqramlaşdırma interfeyslərinin təmin edilməsi
. Sistem dizaynı 4.1 . İnformasiya ehtiyatı və sistemi : 4.1.1. paralel işlək proqram təminatının mövcudluğu
4.1.2. lisenziyalaşdırılan proqram təminatından istifadə edilməsi
4.1.3. proqram təminatının mütəmadi olaraq yenilənməsinin təmin edilməsi
4.1.4. informasiya ehtiyatında və sistemində, habelə servislərdə yaranan problemlərin
proaktiv olaraq inzibatçıya göndərilməsinin təmin edilməsi 4.1.5. fiziki və virtual maşınların mərkəzləşdirilmiş idarəetmə sistemi vasitəsilə idarə olunmasının təmin edilməsi
4.1.6. informasiya ehtiyatının və sisteminin paralel idarə olunması, iş yükünün balanslaşdırılması və məlumatların ehtiyat nüsxələrdə saxlanılmasının təmin edilməsi
4.2 . Şəbəkə : 4.2.1. şəbəkə nasazlığı və ya məlumat itkisi halında bərpa etmənin qısa müddətdə həyata keçirilməsi üçün şəbəkə konfiqurasiyalarının ehtiyat nüsxələrinin əldə olunmasının avtomatlaşdırılmasının təmin edilməsi
4.2.2. avtomatik məlumatlandırma sisteminin quraşdırılmasının təmin edilməsi
4.3 . Məlumatların idarə edilməsi : 4.3.1. məlumatların konfidensiallığı üzrə təsnifatlandırılmasının aparılması
4.3.2. məlumatların inventarizasiyasının aparıl - ması
4.3.3. məxfi və fərdi məlumatların anonimləş - dirilməsinin həyata keçirilməsi
4.3.4. məlumatların miqrasiyası prosesinin təşkili prosedurunun mövcudluğu
4.3.5. məlumatların arxivləşdirilməsinin həyata keçirilməsi
4.3.6. məlumat itkisinin qarşısının alınması prosesinin təşkili
4.3.7. Məlumat İdarəçiliyi Alətlərinin olması
4.3.8. saxlanma müddəti bitmiş məlumatların təhlükəsiz (bərpası mümkün olmayan formada) silinməsinin təmin edilməsi
4.3.9. verilənlər bazasına göndərilən sorğuların yoxlanılmasının və həmin yoxlamanın sənədləşdirilməsinin təmin edilməsi
4.3.10. verilənlər bazasın da birbaşa dəyişiklik edilməsinin qarşısının alınmasının təmin edilməsi
4.3.11. verilənlər bazasında məlumatların mühafizəsinin və əlaqəliliyinin təmin
edilməsi, habelə təkrarlanmasının qarşısının alınması (normallaşma prinsipinə əməl edilməsi) 4.3.12. ehtiyat nüsxələrin yararlılığı ilə bağlı mütəmadi olaraq yoxlamaların həyata keçirilməsi və həmin yoxlamaların nəticələrinin sənədləşdirilməsi
4.3.13. məlumat bazasının sənədlərinin (verilənlər bazasının strukturu, məlumatların çoxaldılması və sinxronlaşdırılması (replikasiya), məlumatların tam eynilə əks etdirilməsi, inteqrasiya sxemləri və s.) hazırlanmasının təmin edilməsi
4.3.14. faylların saxlanılmasına mütəmadi olaraq nəzarət edilməsi və həmin nəzarətin nəticələrinin sənədləşdirilməsi
4.3.15. verilənlər bazasının klasterləşdirləşmə - sinin (verilənlər bazasının bir neçə server üzərində paralel fəaliyyəti) təmin edilməsi
4.3.16. verilənlər bazasının ehtiyat mərkəzdə yerləşdirilməsinin təmin edilməsi
4.3.17. məlumatların əlaqəliliyinin və verilənlər bazasının sxematik təsvirinin mövcudluğu
4.3.18. ilkin mənbə olan məlumatların unikal kodla kodlaşdırılmasının təmin edilməsi
4.3.19. ilkin mənbə olan məlumatların İnformasiya Mənbələrinin Reyestrində qeydiyyata alınmasının təmin edilməsi
4.3.20. məlumat bazasının dayanıqlılığının təmin edilməsi (məlumat bazasına qoşulan proqram təminatlarının həmin bazanın işlək olmadığı halda avtomatik olaraq digər məlumat bazasına yönləndirilməsinin təmin edilməsi)
4.3.21. məlumat bazasında baş verə biləcək gecikmə və hər hansı digər problemlərin əvvəlcədən təyin edilməsi üçün monitorinq sistemində xüsusi xəbərdarlıq mesajlarının qurulmasının təmin edilməsi
4.3.22. məlumat bazasında mütəmadi olaraq Bərpa Nöqtəsi üzrə Hədəf və Bərpa Müddəti üzrə Hədəf meyarlarının yoxlanılması və uyğun qeydlərin aparılmasının təmin edilməsi
4.3.23. istifadəçi xətalarına qarşı müvafiq tədbirlərin görülməsinin təmin edilməsi (istifadəçi xətaları nəticəsində silinən və ya dəyişdirilən məlumatların ən qısa zamanda məlumat bazasının xüsusi funksionallıqları vasitəsilə geri qaytarılmasının (nüsxədən bərpa olunmaması şərtilə) təmin edilməsi)
4.3.24. məlumatların idarə edilməsi üçün istifadə olunan texnologiyaların lisenziyalaşdırıl - masının təmin edilməsi
4.3.25. verilənlərin yaradılmasından silinməsinə və ya arixivləşdirilməsinə qədər olan dövrün təyin edilməsi
4.3.26. məlumatların keyfiyyətinin idarə edilməsi prosesinin təşkil edilməsi
4.3.27. metaməlumatların idarə edilməsi prosesinin təşkil edilməsi
4.3.28. hesabatların birbaşa proqram təminatının verilənlər bazasındakı məlumatlar əsasında hazırlanmaması
4.3.29. işçilərin məlumatların idarə edilməsi sahəsində savadlılığının artırılması üçün mütəmadi olaraq təlim və tədbirlərin təşkil edilməsi
4.3.30. hesabatlılıq, məlumatların təhlili və vizuallaşdırılması üçün rəqəmsal (elektron) alətin mövcudluğu
4.3.31. hesabatın təsdiqlənməsi prosedurunun mövcudluğu
4.3.32. məlumatlara və hesabatlara əlçatanlığın funksional səlahiyyətlər üzrə bölgüsünün mövcudluğu
4.3.33. lazım olan anda hesabatın hazırlanması və qərarların qəbul edilməsi üçün real (1 dəqiqədən az) və ya reala yaxın (1 -10 dəqiqə) vaxt rejimində məlumat emalı imkanlarının mövcudluğu
4.3.34. hesabatlılıq üçün məlumat modellərinin (konseptual, məntiqi və ya fiziki) mövcudluğu
4.3.35. struktursuz verilənlərin emalı (təhlilə hazır formaya salınması) prosesinin təşkil edilməsi
4.3.36. məlumatların əldə edilməsi, dəyişdirilməsi və köçürülməsi üçün proqram təminatının (ETL — Airflow, Oracle Data Integrator, SSIS) mövcudluğu
4.3.37. hesabatlar istifadə edilərkən səhvlər aşkarlandıqda araşdırılması və araşdırma nəticəsində hesabat verilməsi ilə bağlı prosedurların mövcudluğu
4.3.38. açıq məlumatların "Açıq məlumatlar" portalında yerləşdirilməsi 1 4.3.39. məlumat istifadəçilərinin dərin texniki bacarıqlara ehtiyacı olmadan öz hesabatlarını və vizuallaşdırma imkanının mövcudluğu
4.3.40. süni intellektlə işləyən həllərin tətbiq təsirinin ölçülməsi 1 4.3.41. süni intellekt layihələri üçün analitik vasitələrdən istifadə etməklə işçilərin bacarıq səviyyəsinin artırılmasının təmin edilməsi
5. Fiziki və virtual infrastruktur
5.1. "Hökumət bulud"u (G-cloud) xidmətlərindən istifadə:
5.1.1. informasiya ehtiyatının və sisteminin server infrastrukturunun aktiv hissəsinin "Hökumət buludu"nda (G-cloud) kolokasiya edilməklə yerləşdirilməsinin təmin olunması
5.1.2. informasiya ehtiyatının və sisteminin aktiv hissəsinin "Hökumət buludu"nun (G-cloud) infrastrukturundan istifadə edilməsinin təmin olunması (IaaS, PaaS, SaaS)
5.1.3. informasiya ehtiyatının və sisteminin server infrastrukturunun ehtiyat hissəsinin "Hökumət buludu"nda (G-cloud) kolokasiya edilməklə yerləşdirilməsinin təmin olunması
5.1.4. informasiya ehtiyatının və sisteminin "Hökumət buludu"nun (G-cloud) infrastrukturunda ehtiyat nüsxələrinin yerləşdirilməsinin təmin edilməsi
5.2. Server otağı:
5.2.1. server otağının sxeminin mövcudluğu 4 5.2.2. server otağının yerləşmə yerinə dair tələblərə uyğunluğu:
5.2.2.1. binanın xarici divarı olmayan tərəfdə yerləşməsinin təmin edilməsi 3 5.2.2.2. otağın yerləşdiyi sahədə su və (və ya) kanalizasiya borularının olmamasının təmin edilməsi
5.2.3. divar örtüyünə dair tələblərə uyğunluq:
5.2.3.1. nəmə davamlı olmasının təmin edilməsi 4 5.2.3.2. yanğına davamlı olmasının təmin edilməsi 4 5.2.3.3. ekranlaşdırılmasının təmin edilməsi 3 5.2.4. rezerv elektrik təchizatının təmin edilməsi:
5.2.4.1. 2 müxtəlif elektrik transformatorundan qidalanmanın təmin edilməsi 5 5.2.4.2. ən azı 1 ədəd elektrik generatorunun təmin edilməsi 4 5.2.4.3. fasiləsiz elektrik təchizatının mövcudluğu (bütün server və şəbəkə qurğularını ən azı 15 dəqiqə işlədə bilən ehtiyat gücə malik ən azı 2 ədəd əsas və ehtiyat Fasiləsiz Enerji Mənbəyi)
5.2.4.4. server otağında olan bütün avadanlıq və metal konstruksiyaların torpaqlanmasının təmin edilməsi (yerlə birləşdirilməsi, binanın ümumi yerlə birləşdirməsindən ayrı)
5.2.5. işıqlandırmanın tələblərə uyğunluğu:
5.2.5.1. işıqlandırma üçün qaz lampalarından istifadə edilməməsinin təmin edilməsi 3 5.2.6. hava ventilyasiyası və soyutma sistemlərinin tələblərə uyğunluğu: 5.2.6.1. normal temperatur həddi: 18-22oC təmin edilməsi 4 5.2.6.2. nisbi rütubət: 45-55% təmin edilməsi 4 5.2.6.3. temperatur monitorinq sisteminin mövcudluğu 2 5.2.6.4. rütubət monitorinq sisteminin mövcudluğu 2 5.2.6.5. tüstü və toz monitorinq sisteminin mövcudluğu 2 5.2.6.6. Fasiləsiz Enerji Mənbəyi monitorinq sisteminin mövcudluğu 2 5.2.7. hava soyuducularının monitorinq sisteminin mövcudluğu 2 5.2.8. yanğın siqnalizasiyasının mövcudluğu 4 5.2.9. qaz vasitəsilə yanğınsöndürmə sisteminin mövcudluğu 2
5.2.10. qaz -tüstü təmizləmə sisteminin mövcudluğu
5.2.11. hava axını monitorinq sisteminin mövcudluğu
5.2.12. falş döşəmənin mövcudluğu
5.2.13. kommunikasiya xətləri üzrə tələblərə riayət olunmasının təmin edilməsi (güc və məlumat kabelləri eyni daşıyıcı ilə aparıla bilməz, aralarındakı məsafə 50 sm -dən az olmamalıdır)
5.2.14. qapıların yanğına davamlı olmasının təmin edilməsi
5.2.15. mühafizə siqnalizasiyasının mövcudluğu (binanın mühafizəsindən ayrı, telefon və SMS məlumatlandırma imkanı olmalıdır)
5.2.16. avadanlıqlar arasında yüklülüyün düzgün bölünməsinin təmin edilməsi
5.2.17. şəbəkə və server avadanlıqları arasında şəbəkə perimetrinin qorunmasının mövcudluğu
"Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi Qaydası"na 3 nömrəli əlavə Dövlət informasiya ehtiyatlarının və sistemlərinin vəziyyəti haqqında __________________________________________ (qurumun adı) ___________________________________________________ (dövlət informasiya ehtiyatının və sisteminin adı)
1. İnformasiya sisteminin və ehtiyatının sxematik təsviri
1.1. altsistemlər üzrə təsvir
1.2. məlumat bazaları üzrə təsvir
1.3. inteqrasiya üzrə təsvir
1.4. texniki avadanlıqlar üzrə təsvir
2. Məlumatların toplanılması prosesi
2.1. proqram təminatı tərəfindən avtomatik formalaşdırılan məlumatlar 2.2. informasiya ehtiyatında və sistemində qurumun işçiləri tərəfindən mexaniki formalaşdırılan məlumatlar 2.3. digər inteqrasiya olunmuş informasiya ehtiyatlarından və sistemlərindən alınan məlumatlar
2.4. məlumatların strukturlaşdırılması:
2.4.1. metaməlumatların yaradılması üzrə strukturlaşdırma 2.4.2. metaməlumatların unikallığı
2.5. məlumatların tamlığı
2.6. məlumatların arxivləşdirilməsi
2.7. məlumatlarda düzəlişlər üzrə qeydlərin saxlanılması
3. Məlumatların aktuallığı
3.1. məlumatların informasiya ehtiyatına və sisteminə daxil edilən kimi real vaxt rejimində bütün əlaqəli informasiya ehtiyatlarında və sistemlərində əks olunması 3.2. məlumatların informasiya ehtiyatına və sisteminə daxil edildikdən sonra müəyyən edilmiş vaxtda əlaqəli informasiya ehtiyatlarında və sistemlərində əks olunması 3.3. məlumatların informasiya ehtiyatına və sisteminə daxil edildikdən sonra mexaniki formada əlaqəli informasiya ehtiyatlarına və sistemlərinə göndərilərək əks olunması
3.4. mümkün digər hallar
4. Dayanıqlılıq
4.1. informasiya ehtiyatının və sisteminin fasiləsiz fəaliyyətinin təşkili:
4.1.1. paralel işlək informasiya ehtiyatının və sisteminin təmin edilməsi 4.1.2. ehtiyat mərkəzdə işlək informasiya ehtiyatının və sisteminin təmin edilməsi
4.2. informasiya ehtiyatının və sisteminin ehtiyat mərkəzdə saxlanmasının, mütəmadi yenilənməsinin və test edilməsinin təmin olunması:
4.2.1. məlumat bazaları üzrə 4.2.2. proqram təminatları üzrə 4.2.3. əməliyyat tarixçələri üzrə
4.3. informasiya ehtiyatının və sisteminin dəstəklənməsi işlərinin aparılması:
4.3.1. əməliyyat sistemləri üzrə 4.3.2. şəbəkə üzrə 4.3.3. proqram təminatı üzrə 4.3.4. məlumat bazaları üzrə
4.4. lisenziyaların təmin edilməsi:
4.4.1. əməliyyat sistemləri üzrə 4.4.2. şəbəkə üzrə 4.4.3. proqram təminatı üzrə 4.4.4. məlumat bazaları üzrə
4.5. texniki dayanıqlılığın təmin edilməsi
4.6. ilkin ehtiyat tədbirləri:
4.6.1. informasiya ehtiyatı və sistemi üzrə təhlükəsizlik siyasətinin olması 4.6.2. icazəsiz girişlərin qarşısının alınması üçün təhlükəsizlik sisteminin təmin edilməsi 4.6.3. məlumatların şifrələnməsi 4.6.4. inteqrasiya zamanı təhlükəsizliyin nəzərə alınması 4.6.5. fiziki təhlükəsizliyin təmin edilməsi
5. İnteqrasiya
5.1. məlumatların ötürülməsi:
5.1.1. ötürülməli olan məlumatlar 5.1.2. ötürülmə üsulu 5.1.3. ötürülmə üsullarının tam funksional olması 5.1.4. ötürülmə sürəti 5.1.5. ötürülməli olan informasiya ehtiyatları və sistemləri 5.1.6. hazırda ötürülən informasiya ehtiyatları və sistemləri:
5.1.6.1. ötürülmə xətti 5.1.6.2. ötürülmə tezliyi
5.2. məlumatların alınması:
5.2.1. alınmalı olan məlumatlar 5.2.2. alınma üsulu 5.2.3. məlumat alınmalı olan informasiya ehtiyatları və sistemləri
5.2.4. hazırda məlumat alınan informasiya ehtiyatları və sistemləri:
5.2.4.1. alınma xətti 5.2.4.2. alınma tezliyi 5.2.4.3. alınan məlumatlarda çatışmazlıqlar 5.2.4.4. alınan məlumatların emalının xarakteri
6. Elektron imzadan istifadə
6.1. informasiya ehtiyatına və sisteminə giriş üçün
6.2. sənədləri və məlumatları təsdiqləmə üçün
7. Hesabatlılığın mövcudluğu
7.1. istifadə olunan hesabatlılıq alətləri (adı qeyd edilir) Qeyd. Cədvələ tam və hərtərəfli daxil edilməsi mümkün olmayan məlumatlar əlavə sənədlərdə qeyd olunmaqla təqdim edilir.
"Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi Qaydası"na 4 nömrəli əlavə Yerində baxış zamanı təsdiqini tapmayan sənədlər və məlumatlar haqqında AKT № ______ Bakı şəhəri "____" ____________ 20____il Biz _________________________________________________________________ (aktı tərtib edən şəxslərin adı, soyadı, vəzifəsi, aid olduğu qurumun adı) _______________________________________________________________________ _______________________________________________________________________ (qiymətləndirilmə aparılan qurumun adı) _______________________________________________________________________ _______________________________________________________________________ (düzgün olmayan sənədin və məlumatın mahiyyəti) _______________________________________________________________________ ___________________________________________________ müəyyən etdik. Barəsində qiymətləndirilmə aparılan qurumun məsul işçisi ___________________________________________________________________ (adı, soyadı və vəzifəsi) izah etdi ____________________________________________________________________ (izahat və ya mülahizənin məzmunu) ____________________________________________________________________ Barəsində qiymətləndirilmə aparılan qurumun məsul işçisi ___________________ _______________ (adı, soyadı) (imza) Qeyd. ______________________________________________________________ _______________________________________________________________________
Aktı tərtib edən şəxs (şəxslər) _____________________ _______________ (adı, soyadı) (imza) _____________________ ________________ (adı, soyadı) (imza) Barəsində qiymətləndirilmə aparılan qurumun məsul işçisi _____________________ __________________ (adı, soyadı) (imza)
Qeyd. Barəsində qiymətləndirilmə aparılan qurumun məsul işçisinin aktın məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Aktı imzalamaqdan imtina edildikdə, bu barədə müvafiq qeydlər aparılır: ________________________________________________________________________ ________________________________________________________________________ Barəsində qiymətləndirilmə aparılan qurumun məsul işçisinə aktın surəti verilir. Aktın surətini aldım ___________________________________ ____________ (qurumun məsul işçisinin adı, soyadı və vəzifəsi) (imza) _______________________________