1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2020-ci il 29 oktyabr tarixli 24/09 nömrəli qərarı ilə təsdiq edilmiş "İstintaq işi haqqında" 1-E №-li (yarımillik, illik) rəsmi statistika hesabatı formasının I bölməsinin "3-cü cədvəl. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat" cədvəlində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 12-ci sətirdə "188" rəqəmləri "188.1" rəqəmləri ilə əvəz edilsin;
1.2. 17-ci sətir ləğv edilsin.
2. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
3. Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün.
4. Aparatın Sosial statistika şöbəsinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin.
5. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinə həvalə edilsin. Sədrin səlahiyyətlərini müvəqqəti icra edən, sədrin birinci müavini Vahab Məmmədov