3.1. aşağıdakı məzmunda 8.4.13-cü və 8.4.14-cü yarımbəndlər əlavə edilsin:
"8.4.13. Naxçıvan Muxtar Respublikası Baş nazirinin müşaviri Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğunda 2 (iki) il qulluq stajı və yaxud 4 (dörd) il iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Vətəndaşların müraciətləri haqqında", "İnzibati icraat haqqında" qanunlarını, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nı, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri;
8.4.14. Naxçıvan Muxtar Respublikası Baş nazirinin köməkçisi Təhsilə dair tələblər: ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğunda 2 (iki) il qulluq stajı və yaxud 4 (dörd) il iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Vətəndaşların müraciətləri haqqında", "İnzibati icraat haqqında" qanunlarını, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nı, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri;";
3.2. 8.5.12-ci yarımbəndin birinci abzasına "orqanların" sözündən sonra "və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin" sözləri əlavə edilsin;
3.3. 8.6.6-cı yarımbəndin birinci abzasında "müvafiq" sözü "mərkəzi" sözü ilə əvəz edilsin;
3.4. 8.6.7-ci yarımbəndin birinci abzasına birinci halda "tabeliyində olan orqanların" sözlərindən sonra ", Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin" sözləri əlavə edilsin və həmin abzasda "müvafiq" sözü "mərkəzi" sözü ilə əvəz edilsin;
3.5. 8.7.4-cü yarımbəndin birinci abzası aşağıdakı redaksiyada verilsin:
"8.7.4. yerli icra hakimiyyəti başçılarının yanında olan orqanların rəhbərləri, yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri və sahə inzibati ərazi dairələri nümayəndələrinin və onların müavinləri".
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1189 (Cild I); 2024, № 1, maddə 112, № 3, maddə 319, № 4, maddə 443; 2025, № 2, maddələr 187, 201; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 1 dekabr tarixli 356 nömrəli Qərarı) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - "Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı"nın 13-cü hissəsinə "Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi və onun müavini," sözlərindən sonra "Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi," sözləri əlavə edilsin.