1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2023-cü il 13 aprel tarixli 20/01-020 nömrəli Qərarı ilə təsdiq edilmiş "Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları"nın 8.9.6-cı və 8.9.7-ci yarımbəndlərində "18 yaşınadək əlilliyi müəyyən edilmiş" sözləri "əlilliyi olan" sözləri ilə əvəz edilsin.
2. Hüquq idarəsi (Rəşadət Cəbrayılov) Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
3. İctimaiyyətlə əlaqə idarəsi (Səbuhi Ağayev) bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsindən (Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"nin 5.5-ci bəndi nəzərə alınmaqla) sonra 72 saat müddətində Azərbaycan Dövlət İnformasiya Agentliyinin ( AZƏRTAC -ın) informasiya ehtiyatında, eləcə də qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin internet informasiya ehtiyatında yerləşdirilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etsin.
4. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsi (Nailə Mürsəliyeva) Qərarın surətinin Hüquq idarəsinə və Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinə göndərilməsini təmin etsin.
Nazir general-polkovnik Kəmaləddin Heydərov