QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
Qanunvericilik aktlarıQaz təchizatı haqqındaDəyişikliklər

“Azərbaycan Respublikası Prezidentinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2022-ci il 8 aprel tarixli 1658 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 aprel tarixli 379 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Aktiv
Rəsmi mənbə
Növ: Qanun·Qəbul tarixi: 1 Dec 2025·Qəbul edən orqan: AZERTAG·Son dəyişiklik: 1 Dec 2025

Aktın mətni

3.1. 1.5-ci bənddən "və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidmətinin" sözləri çıxarılsın;

3.2. 2.1.3-cü yarımbənddən "və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti" sözləri çıxarılsın.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 297 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (II kitab), maddə 1280 (Cild I); 2024, № 1, maddə 95, № 3, maddə 305; 2025, № 2, maddə 204; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 22 sentyabr tarixli 277 nömrəli Qərarı) ilə təsdiq edilmiş "Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası"nın 1.2.1-ci yarımbəndindən "və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti" sözləri çıxarılsın.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 21 noyabr tarixli 423 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 11, maddə 1586 (Cild I) ilə təsdiq edilmiş "Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulma xidmətinə görə ödəniş məbləğinin hesablanmasına dair Metodologiya"nın 1.2.4-cü yarımbəndindən "və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti" sözləri çıxarılsın.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 avqust tarixli 372 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 8, maddə 988; 2025, № 4 (I kitab), maddə 398) ilə təsdiq edilmiş "Təbii inhisar subyektlərinin Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1-ci, 2-ci və 4-cü hissələrin "Fəaliyyət göstərdiyi ərazi" sütunundan "(Naxçıvan Muxtar Respublikası istisna olmaqla)" sözləri çıxarılsın;

6.2. 5-ci və 6-cı hissələr ləğv edilsin.