a alır:
1. "Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydası" təsdiq edilsin ( əlavə olunur ).
2. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiya imtahanının sınaq imtahanında iştirak haqqının məbləği tibb və ya səhiyyə ixtisasları üzrə ali təhsili olan tibb mütəxəssisləri üçün 35 (otuz beş) manat, orta ixtisas təhsili olan tibb mütəxəssisləri üçün 25 (iyirmi beş) manat təsdiq edilsin.
3. Davamlı peşəkar inkişaf üzrə minimum kreditin həcmi hər il orta hesabla 50 (əlli) kredit olmaqla 5 (beş) il ərzində minimum 250 (iki yüz əlli) kredit təsdiq edilsin.
4. Bu Qərar qüvvəyə mindiyi günədək sertifikasiya şəhadətnaməsinin qüvvədəolma müddəti başa çatmamış tibb mütəxəssisləri minimum 250 (iki yüz əlli) kreditdən hər il üzrə nəzərdə tutulmuş orta illik hesabla 50 (əlli) krediti topladıqda, sertifikasiya şəhadətnaməsinin qüvvədəolma müddətinə bir ildən az qalmış tibb mütəxəssisləri 50 (əlli) krediti topladıqda şəhadətnamə əldə etsinlər.
5. "Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 553 (Cild I); 2024, № 5 (II kitab), maddə 612; 2025, № 5, maddə 507) ləğv edilsin.
6. "Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsinin forması"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 iyun tarixli 111 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 556 (Cild I) ləğv edilsin.