1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 10 dekabr tarixli 136/11 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadəyə dair" 2-TG (su təsərrüfatı) №-li illik rəsmi statistika hesabatı forması və "Sudan istifadəyə dair" 2-TG (su təsərrüfatı) №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş" yeni redaksiyada verilsin (əlavə olunur).
2. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
3. Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün.
4. Aparatın Energetika və ətraf mühit statistikası şöbəsinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin.
5. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinə həvalə olunsun. Sədrin səlahiyyətlərini müvəqqəti icra edən, sədrin birinci müavini Vahab Məmmədov
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2025-ci il 07 noyabr tarixli 31/12 nömrəli qərarı ilə təsdiq edilmişdir.
2-TG (su təsərrüfatı) №-li forma İllik RƏSMİSTATİSTİKAHESABATI Sudan istifadəyə dair Hesabat təqdim edən statistik vahidin: Hesabat Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən siyahısı müəyyən edilən sudan istifadə edən və su axıdan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən yanvarın 25-dək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin regional bölmələrinə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən isə hesabat məlumatları ümumiləşdirilərək ölkə, inzibati ərazi vahidləri və iqtisadi fəaliyyət növləri bölgüsündə aprelin 15- dək Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim edilir. Hesabat formasına və onun doldurulmasına dair rəy və təkliflərinizi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə göndərə bilərsiniz. Elektron poçt ünvanı: hesabat@stat. gov. az adı______________________________________________________ inzibati ərazi vahidinin və yaşayış məntəqəsinin adı göstərilməklə dəqiq ünvanı___________________________________________________ Hesabat formasının kodu Statistik vahidin identifikasiya (statistik) kodu VÖEN
20__ il üçün
I bölmə. Suyun götürülməsi, qəbul edilməsi, istifadəsi və verilməsi min kub metr (yüzdə bir dəqiqliklə) Sətrin kodu Mənbənin adı İcazə sənədi (növü: Müqavilə-M, İcazə-İ) Kodlar Mənsəbdən məsafə, km İcazə verilən su həcmi (plan) Dövrlər üzrə götürülmüş və ya qəbul edilmiş Növü Qeydiyyat № Tarixi Mənbənin növü Su götürülən hüquqi və ya fiziki şəxs Suyun keyfiyyət kateqoriyası Su obyekti Cəmi, illik Yanvar Fevral Mart А 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
1.1. 1.2. 1.3. 1.4. 1.5. 1.6.
d a v a mı Sətrin kodu Dövrlər üzrə götürülmüş və ya qəbul edilmiş Ölçmə vasitəsilə ölçülən suyun həcmi Ölçmə vasitəsi (Sayğac və ya su ölçən cihaz-S, hesablama yolu ilə-H) İstifadə edilib İl ərzində cəmi o cümlədən: Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr məişət (təsərrüfat) - içməli su məqsədilə istehsalat məqsədli su suvarmaya kənd təsərrüfatının su ilə təchizatına digər ehtiyaclara kodu həcmi А 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 1.1.
1.2. 1.3. 1.4. 1.5. 1.6. d a v a mı Sətrin kodu İstifadə edilib Digər istehlakçılara verilib Nəql edilərkən itkilər Suvarılan sahə, ha Su təchizatı sistemində su məsarifi Cəmi istifadə olunmadan istifadədən sonra Dövri Təkrar kodu həcmi kodu həcmi А 33 34 35 36 37 38 39 40 41
1.1. 1.2. 1.3. 1.4. 1.5. 1.6.
min kub metr (yüzdə bir dəqiqliklə) II bölmə. Suyun axıdılması və keyfiyyəti Sətrin kodu Qəbuledicinin adı İcazə sənədi (növü: müqavilə-M, icazəİ) Kodlar Məns əbdən məsaf ə, km Su obyektlərinə Təmizlə yici Q qurğun əb uled icini n növü Suy un keyfi yyət kate qori yası Su obye kti Cəm i o cümlədən:
Növü Qeydiyyat № Tarixi təmizlənmədən (normaya uyğun olan su) t əmizləməqurğularında normaya uyğun təmizlənmiş Çirkl ənmiş un gücü, min m
mexaniki bioloji natamam təmizlən miş t əmizlən mədən А
9 10 11 12 13 14 15 2.1. 2.2. 2.3. 2.4. 2.5. 2.6.
davamı Sətrin kodu Relyefə Axıdılmışdır — cəmi Ölçmə vasitəsilə ölçülən suyun həcmi su axıdılmasının icazə verilən həcmi Aylar üzrə axıdılan suyun həcmi Cəmi o cümlədən: Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr sızma, buxarlanma sahələrinə yığıcılara А 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33
2.1. 2.2. 2.3. 2.4. 2.5. 2.6.
davamı Sətrin kodu Su obyektlərinə axıdılan suyun tərkibi, ton (yüzdə bir dəqiqliklə) Qeyd OBT5 OKT SAM Neft məhsulu Asılı maddələ r Mineral -lığı HCO3 SO4 Cl NO2 NO3 Ca Mg Na+К NH4 Metallar, kq Fe Cu Al Zn A 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 2.1. 2.2. 2.3. 2.4. 2.5. 2.6. QEYD: Suyun tərkibindəki göstəricilərin miqdarının akkreditasiya olunmuş laboratoriyada təyin edilməsi ilə bağlı təsdiqedici sənəd əlavə olunmalıdır. Hesabatı qəbul etdi: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin__________________________________________Regional Bölməsinin səlahiyyətli şəxsi ___________________________ soyadı, imzası M. Y.
İcraçı____________________________________ Müəssisə rəhbəri ____________________________ soyadı, imzası soyadı, imzası
M. Y.
Tel._________________________________ Elektron poçt ünvanı: ______________________________
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2025-ci il 07 noyabr tarixli 31/12 nömrəli qərarı ilə təsdiq edilmişdir. "Sudan istifadəyə dair" 2-TG (su təsərrüfatı) №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair GÖSTƏRİŞ
1. Ümumi müddəalar Hesabat Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən siyahısı müəyyən edilən sudan istifadə edən və su axıdan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən yanvarın 25-dək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin regional bölmələrinə təqdim edilir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən hesabat məlumatları ümumiləşdirilərək aprelin 15-dək Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim edilir. Ümumiləşdirilmiş icmal məlumat ölkə, inzibati ərazi vahidləri və iqtisadi fəaliyyət növləri bölgüsündə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən tərtib edilir.
2. Hesabat formasının doldurulmasına dair izahlar
2.1. I bölmə. Suyun götürülməsi, qəbul edilməsi, istifadəsi və verilməsi 2.1.1. I bölmədə təbii mənbələrdən götürülmüş, digər sudan istifadə edənlərdən qəbul edilmiş, hesabat təqdim edən statistik vahidin istifadə etdiyi və digər istehlakçıya istifadə üçün verdiyi və ya tullantı sularının axıdılması üçün ötürdüyü suyun həcminə dair məlumatlar əks olunur.
2.1.2. Bu bölmənin 1-ci sütununda su təchizatı mənbələrinin adı (dəniz, göl, çay, kanal, su anbarı, yeraltı sulu horizont, həmçinin su təchizatı sistemindən (kanalizasiyadan) su alıb istifadə edən) qeyd olunur. Bu zaman hər bir mənbə ayrıca göstərilir. Bundan əlavə, tullantı sularının təmizlənməsi (axıdılması) üçün və ya hesabat təqdim edən statistik vahidin istifadəsi üçün götürülən sudan istifadə edənin adı ayrıca sətirdə yazılır.
2.1.3. Suyun götürülməsi, qəbul edilməsi, istifadəsi və verilməsi üçün icazə sənədinin növü (müqavilə-M, icazə sənədi-İ) bu bölmənin 2-ci, qeydiyyat nömrəsi 3-cü və tarixi 4-cü sütunlarında qeyd olunur.
2.1.4. 5-ci sütunda mənbənin növünün kodu (Əlavə 1) yazılır.
2.1.5. 6-cı sütunda başqa hüquqi və ya fiziki şəxsin su təsərrüfatı sistemindən su alınan zaman su götürülən hüquqi və ya fiziki şəxsin statistik kodu yazılır. Əgər hüquqi və ya fiziki şəxs bir neçə mənbədən götürdüyü suyu verirsə, alan hüquqi və ya fiziki şəxsin götürdüyü suyun həcminə proporsional olaraq (su verən hüquqi və ya fiziki şəxsin hesabına uyğun) su obyektlərinə aid edilir və müvafiq kod 5-ci sütunda qeyd olunur.
2.1.6. 7-ci sütunda Əlavə 2-də göstərilən suyun keyfiyyət kateqoriyasının kodu göstərilir.
2.1.7. 8-ci sütunda Əlavə 3-də göstərilən su obyektinin kodu qeyd edilir. Digər çayların kodu əsas çayın daxil olduğu hövzə üzrə götürülməlidir.
2.1.8. 9-cu sütunda su çaydan götürülürsə çayın mənsəbindən su götürülən yerə qədər məsafə, yeraltı sulardan götürülən zaman isə artezian quyusunun hövzəsində yerləşdiyi çayın mənsəbindən quyunun yaxın olduğu yerə qədər olan məsafə əks etdirilir.
2.1.9. 10-cu sütunda icazə verilən su həcmi (plan üzrə götürülməli olan suyun həcmi) göstərilir.
2.1.10. 11-ci sütunda il ərzində götürülən və ya qəbul edilən suyun (o cümlədən tullantı suyunun) həcmi qeyd olunur. 12-23-cü sütunlarda dövrlər üzrə götürülən və ya qəbul edilən suyun həcmi göstərilir. Hər bir sətirdə 12-23-cü sütunlar üzrə göstəricilərin cəmi 11-ci sütununun göstəricisinə bərabər olmalıdır.
2.1.11. 24-cü sütunda ölçmə vasitəsilə ölçülən suyun (istifadə olunan) həcmi nəzərdə tutulur.
2.1.12. 25-ci sütunda götürülən (qəbul edilən) və istifadə olunan suyun həcminin hesablanmasında istifadə olunan cihaz (sayğac və ya su ölçən cihaz-S) və ya ölçmə metodu (hesablama yolu ilə-H) qeyd olunur.
2.1.13. 26-cı sütunda il ərzində istifadə edilən suyun həcmi əks etdirilir.
2.1.14. 27-ci sütuna məişət (təsərrüfat) və içmək məqsədlərinə istifadə olunması üçün ötürülən suyun həcmi daxil edilir.
2.1.15. 28-ci sütunda dövriyyə su təchizatı sistemini təmin edən əlavə qidalanma suyunun ümumi həcmi də daxil olmaqla, istehsalat məqsədli (istehsalat, sənaye, texnoloji və başqa texniki məqsədlər üçün istifadə edilən) suyun tam həcmi göstərilir.
2.1.16. 29-cu sütunda vegetasiya suvarması və onun bütün növləri (hüquqi və ya fiziki şəxs və təşkilatların ərazilərində olan yaşıllıqların suvarılması, rütubət verən, yuyucu, səpin qabağı və s.) daxil olmaqla suvarılan torpaqlara verilən suyun həcmi göstərilir.
2.1.17. 30-cu sütunda kənd təsərrüfatının su ilə təchizatına (istehsalat ehtiyaclarına, həmçinin kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat və mexanizmlərə texniki xidmət də daxil olmaqla) sərf olunan suyun həcmi əks etdirilir.
2.1.18. 31-ci sütunda 27-30-cu sütunlarda göstərilməyən digər ehtiyaclara sərf edilmiş suyun kodu (əlavə 4), 32-ci sütunda isə digər ehtiyaclara istifadə olunan suyun həcmi göstərilir. Hər bir sətir üzrə 27-30-cu və 32-ci sütunların göstəricilərinin cəmi 26-cı sütunun göstəricisinə bərabər olmalıdır. Digər sudan istifadə edənlərdən alınan tullantı sular, şaxta, mədən, lay, kollektor, drenaj və s. üzrə sular 32-ci sütunda nəzərdə tutulur və 34-cü sütunda göstərilmir.
2.1.19. 33-cü sütunda il ərzində dövri su təchizatı sistemlərindəki su məsrəfləri qeyd olunur.
2.1.20. 34-cü sütunda sudan istifadə edənin təkrar su təchizatı sistemlərində il ərzində yekun su məsrəfləri göstərilir. Eyni hüquqi və ya fiziki şəxsin bir neçə qurğusunda eyni suyun təkrar işlənməsi zamanı suyun ikinci, üçüncü və s. sərf edənə verildiyi nöqtələrdə məsrəflər ölçülür, hesabat formasında isə bu məsarifin yekun nəticəsi göstərilir. Təkrar sudan istifadə obyektlərinə, həmçinin çəltik sistemində işlənib atılmış sudan və kollektor-drenaj sularından istifadə də şamil edilir. Bura ardıcıl olaraq verilən və xüsusi süni göllərdə, balıq təsərrüfatında balıq yetişdirmək üçün işlənən suların həcmi də aiddir. Faydalı qazıntılarla birlikdə çıxarılmış və istifadə edildikdən sonra layın təzyiqini qoruyub saxlamaq üçün geri vurulmuş lay suyu da təkrar işlənmiş su sayılır.
2.1.21. 35-ci sütunda su təchizatı sistemlərində su məsarifi (33-cü və 34-cü sütunların cəmi) göstərilir.
2.1.22. 36-cı sütunda suyun keyfiyyət kateqoriyasının kodu (Əlavə 2) əks olunur. 37-ci sütunda isə istifadə olunmadan digər istehlakçılara (siyahı üzrə həcmi göstərilməklə qeyd olunmalıdır) verilən suyun həcmi göstərilir. Bu sütunda digər hüquqi və ya fiziki şəxslərdən qəbul edilən tullantı sular da daxil olmaqla təmizləməyə və ya su obyektinə axıdılması üçün verilən suyun həcmi göstərilir.
2.1.23. 38-ci sütunda verilən suyun keyfiyyət kateqoriyasının kodu (Əlavə 2), 39-cu sütunda istifadədən sonra mərkəzləşdirilmiş kanalizasiya sisteminə və başqa hüquqi və ya fiziki şəxslərə verilən suyun həcmi yazılır.
2.1.24. 40-cı sütunda magistral su kəmərlərində su götürülən yerdən istifadə olunan və ya verilən yerə qədər nəql edilən zaman sızma, buxarlanma, qəza və s. nəticəsində itən suyun həcmi qeyd olunur. Təmizlənməsi və ya atılması üçün alınan suyun nəqli zamanı itkilər hesablanmır.
2.1.25. 41-ci sütunda suvarılan ərazinin sahəsi göstərilir.
2.1.26. I bölmə doldurularkən aşağıdakı bərabərlik təmin olunmalıdır:
süt.11 = süt.26 + süt.37 + süt.40
2.2. II bölmə. Suyun axıdılması və keyfiyyəti 2.2.1. Bu bölmədə sənaye, kommunal, məişət, drenaj sularının və digər tullantı sularının birbaşa yerüstü su obyektləri və yeraltı qatlara, həmçinin torpaq sahələrinə, toplayıcılara, yığıcılara, qobulara, su çuxurlarına və digər relyeflərə tökülən suyun həcmi, su obyektinə axıdılan çirkləndirici maddələrin miqdarına dair məlumatlar əks olunur. Tullantı sularının qəbuledicisi çox olduqda, onların hər birinin adı və su ayırmalarını xarakterizə edən göstəricilər ayrıca sətirdə göstərilir.
2.2.2. 1-ci sütunda qəbuledicinin adı, yəni tullantı sularının axıdıldığı ətraf mühit və ya su hövzələri (su toplayan və ya qəbul edən dəniz, göl, çay, su anbarı, kanal, yeraltı lay və başqa su toplayıcılar) göstərilir.
2.2.3. İcazə sənədinin növü (müqavilə-M, icazə sənədi-İ) bu bölmənin 2-ci, qeydiyyat nömrəsi 3-cü, tarixi isə 4-cü sütunda qeyd olunur.
2.2.4. 5-ci sütunda sənaye, kommunal, məişət, drenaj sularının və digər tullantı sularının qəbuledicilərinin növünün kodu (Əlavə 1) yazılır.
2.2.5. 6-cı sütunda su obyektlərinə və başqa qəbuledicilərə axıdılan suyun keyfiyyət kateqoriyasının kodu (Əlavə 2) qeyd olunur.
2.2.6. 7-ci sütunda bilavasitə su obyekti ilə əlaqəsi olmayan (yığıcılar, qobular və başqa relyefli yerlər) su axıdılan obyektlərin kodu (Əlavə 3) göstərilir.
2.2.7. 8-ci sütunda su axını mənsəbindən tullantı suları tökülən yerə qədər məsafə, tullantı suları yeraltı laylara, torpaq sahələrinə, relyefli yerlərə verən zaman isə mənbədən çayın rejiminin tədqiq edildiyi yerə qədər ən yaxın su hopan quyu, torpaq sahəsi və s. qədər olan məsafə göstərilir. Drenaj suları axıdılan zaman magistral kanala tökülən yerə qədər olan məsafə göstərilir.
2.2.8. 9-cu sütunda su obyektlərinə axıdılmış suyun ümumi həcmi əks olunur.
2.2.9. 10-cu sütunda təmizlənmədən axıdılan tullantı sularının həcmi göstərilir. Bura sudan istifadə məntəqəsində və ya nəzarətdə olan su rejiminin tədqiq edildiyi yerdə
normaların pozulmasına səbəb olmayan su obyektlərinə təmizlənməmiş tökülən tullantı suları aiddir.
2.2.10. 11-ci və 12-ci sütunlarda müvafiq təmizləyici qurğularda normaya uyğun təmizlənmiş həcm göstərilir. Normaya uyğun təmizlənmiş sulara qurğularda təmizlənmiş, buraxılan tullantı sularının tərkibinə uyğun və təmizləndikdən sonra su obyektlərinə axıdılan yerdə sudan ən yaxın istifadə məntəqəsində suyun keyfiyyət normalarına zərər vurmayan tullantı suları aiddir. Yəni tullantı sularında çirkləndirici maddələrin tərkibi təsdiq olunmuş buraxıla bilən axıntı həddinə (BBAH) uyğun olmalıdır.
2.2.11. 13-cü sütunda natamam təmizlənmiş, yəni tərkibində su atılmasının yol verilən son həddi ilə təsdiq olunmuş miqdardan artıq çirkləndirici maddələr olan tullantı sularının həcmi göstərilir.
2.2.12. 14-cü sütunda təmizlənmədən yerüstü su mənbələrinə tökülən tullantı sularının, həmçinin şaxta, mədən, lay, drenaj sularının həcmi göstərilir.
2.2.13. 15-ci sütunda təmizləyici qurğunun gücü qeyd olunur.
2.2.14. 16-18-ci sütunlarda relyefə (o cümlədən sızma, buxarlanma sahələrinə və su yığılan sahələrə) tökülən tullantı sularının həcmi göstərilir.
2.2.15. 19-cu sütunda axıdılmış suyun həcmi göstərilir. Bura cəmi su obyektlərinə və relyefə axıdılmış su daxil edilir. 19-cu sütunun göstəricisi 9-cu və 16-cı sütunların göstəricilərinin cəminə bərabər olmalıdır.
2.2.16. 20-ci sütunda axıdılan suyun həcminin ölçmə vasitəsi istifadə etməklə hesablanan həcmi nəzərdə tutulur.
2.2.17. 21-ci sütunda axıdılmasına icazə verilən suyun həcmi (plan üzrə axıdılmalı suyun həcmi) göstərilir.
2.2.18. 22-33-cü sütunlarda aylar üzrə ətraf mühitə və su obyektlərinə axıdılan suyun həcmi göstərilir. Hər bir sətir üzrə 22-33-cü sütunların göstəricilərinin cəmi 19-cu sütunun göstəricisinə bərabər olmalıdır.
2.2.19. 34-52-ci sütunlarda su obyektlərinə axıdılan suyun tərkibi barədə məlumat verilir.
34-cü sütunda oksigenin biokimyəvi tələbatı - 5 günlük (OBT5-suda olan biogen maddələrin biokimyəvi oksidləşməsi zamanı mikroorqanizmlərin 5 gün ərzində istifadə etdiyi oksigenin miqdarıdır), 35-ci sütunda oksigenə kimyəvi tələbat (OKT-oksidləşə bilən maddələrin oksidləşməsi üçün lazım olan oksigenin miqdarını, xüsusilə tullantı sularını kimyəvi üsullarla ifadə edir), 36-cı sütunda səthi aktiv maddələr (SAM-yuyucu maddələr), 37-ci sütunda neft məhsulları, 38-ci sütunda asılı maddələr, 39-cu sütunda suyun minerallığı, 40-cı sütunda hidrokarbonatlar (HCO3), 41-ci sütunda sulfatlar (SO4), 42-ci sütunda xloridlər (Cl), 43-cü sütunda nitritlər (NO2), 44-cü sütunda nitratlar (NO3), 45-ci sütunda kalsium (Ca), 46-cı sütunda maqnezium (Mg), 47-ci sütunda natrium və kalium (Na+K), 48-ci sütunda ammoniumun (NH4) miqdarı tonla, 49-cu sütunda dəmir (Fe), 50-ci sütunda mis (Cu), 51-ci sütunda alüminium (Al), 52-ci sütunda sinkin (Zn) miqdarı kiloqramla göstərilir.
2.2.20. Suyun tərkibindəki göstəricilərin miqdarının akkreditasiya olunmuş laboratoriyada təyin edilməsi ilə bağlı təsdiqedici sənəd əlavə olunmalıdır.
2.2.21. 34-52-ci sütunlarda göstərilməyən və sudan istifadə edən hüquqi və ya fiziki şəxs üçün daha xarakterik olan və ətraf mühitə təsir göstərən pestisidlər, rodanidlər, aromatik karbohidrogenlər, fenollar, flotoreagentlər, ümumi fosfor, piylər, kadmium, molibden, civə, qurğuşun, xrom və s. inqrediyentlər hesabat formasında qeydlər üçün ayrılmış hissədə (53-cü sütunda) qeyd olunur.
2.2.22. Kimyəvi analizlərin yerinə yetirilmə dövriliyi və əlavə çirkləndiricilər, həmçinin hesablama üsulları Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti və onun regional bölmələri tərəfindən müəyyən olunur. Çirkləndirici maddələrin uçotu zamanı yalnız suların istifadəsi nəticəsində su obyektinə tökülən maddələrin miqdarı göstərilir (axıdılan suyun tərkibində olan çirkləndirici maddələrin ümumi miqdarı su obyektindən götürülən suyun tərkibində olan bu maddələrin miqdarına uyğun olaraq azalır, yəni su mənbəyindən götürülən suyun tərkibindəki göstəricilərin miqdarı təyin olunaraq istifadədən sonra atılan suyun tərkibindəki göstəricilərin miqdarından çıxılmalıdır). Əlavə 1 Mənbənin və qəbuledicinin növlərinin kodları 10 Dəniz 11 Göl 20 Çay 21 Quruyan çay 30 Bulaq 31 Qaynama (Qarasu) 40 Su anbarı (nohur) çay məcrasında 41 Sututarı doldurulan (tökmə) 50 Magistral suvarma kanalı 51 Təsərrüfat daxili arx, kanal sahəsi 60 Yeraltı su obyekti 61 Yeraltı neft, mədən, karyer suları 70 Əsas magistral kollektorlar 71 Yığıcı və təsərrüfatlararası kollektorlar 80 Suvarılan əkin sahələri 81 Tullantı su toplayıcıları (yığıcıları) 82 Yerin relyefində sızma, buxarlanma sahələri 90 Su təchizatı sistemi 91 Kanalizasiya sistemi 99 Yağış kollektoru
Əlavə 2 Suyun keyfiyyət kateqoriyasının kodları İT İçməli təbii şirin su obyektləri İK İçməli kommunal su təchizatı sistemi İD İçməli digər su təchizatı sistemi TT Texniki təbii su obyektləri TK Texniki kommunal su təchizat sistemi TD Texniki digər su təchizat sistemi AT Axıdılan tranzit su (digər istehlakçının təmizləyici qurğusuna vurulan) AK Axıdılan kommunal su kanalizasiya sistemi AD Axıdılan digər su tullayıcı sistemi DS Dəniz suyu MS Mədən suyu (qazıntılarla hasil olan) SS Soyutmada istifadə olunan su BS Ballast, qəlib suyu NS Nəql edilən su TS Tullantı suyu MT Mineral-termal sular BT Balıq təsərrüfatları suyu KD Kollektor-drenaj suyu YS Yağış suyu Əlavə 3 Su obyektlərinin kodları
1. Balakən-Şəki bölgəsi
1.1. Balakənçay
1.2. Katexçay
1.3. Talaçay
1.4. Əyriçay
1.5. Kürmükçay
1.6. Şinçay
1.7. Kişçay
2. Şirvan bölgəsi
2.1. Əlicançay
2.2. Dəmiraparançay
2.3. Türyançay
2.4. Göyçay
2.5. Axoxcay
2.6. Girdimançay
2.7. Ağsuçay
3. Quba-Xaçmaz bölgəsi
3.1. Qusarçay
3.2. Quruçay
3.3. Qudyalçay
3.4. Qaraçay
3.5. Caqacuqçay
3.6. Vəlvələçay
3.7. Derkçay
3.8. Harmidorçay
4. Şamaxı-Qobustan bölgəsi
4.1. Pirsaatçay
4.2. Ceyrankeçməzçay
4.3. Zoğalavaçay
5. Lənkəran-Astara bölgəsi
5.1. Lənkərançay
5.2. Viləşçay
5.3. Vəzərüçay
5.4. Təngərüdçay
5.5. İstisuçay
5.6. Matalaçay
5.7. Şaratükçay
5.8. Boladıçay
6. Qazax-Gəncə bölgəsi
6.1. Əsrikçay
6.2. Zəyəmçay
6.3. Şəmkirçay
6.4. Qoşqarçay
6.5. Gəncəçay
6.6. Kürəkçay
6.7. Zivlançay
6.8. Dəstəfurçay
6.9. Gorançay
7. Qarabağ bölgəsi
7.1. Tərtərçay
7.2. Qarqarçay
7.3. Xaçınçay
7.4. Köndələnçay
7.5. Quruçay
7.6. Həkəriçay
7.7. Zabuxçay
8. Naxçıvan Muxtar Respublikası
8.1. Araz çayı
8.2. Naxçıvançay
8.3. Gilançay
8.4. Əlincəçay
9. Tranzit çaylar-qonşu ölkələrdən daxil olan
9.1. Kür çayı
9.2. Qanıx çayı
9.3. Qabırrı çayı
9.4. Samur çayı
9.5. Ağstafaçay
9.6. Axıncaçay
9.7. Tovuzçay
9.8. Astaraçay
9.9. Bərgüşadçay
9.10. Oxçuçay
9.11. Besitçay
9.12. Araz çayı
9.13. Arpaçay
10. Digər (siyahıda adı olmayan mənbələr)
Əlavə 4 Sudan digər ehtiyaclara istifadənin kodları 01 Otlaqların su təminatı 02 Nohur balıq təsərrüfatı 03 Kanalda verilmiş su səviyyəsinin saxlanılması 04 Lay təzyiqinin saxlanılması 05 Tökmə su anbarların və nohurların doldurulması üçün çaydan götürülən su 06 Digər