Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vahid Əziz oğlu Cəfərov (Vahid Əziz) "Şərəf" ordeni ilə təltif edilsin.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 22 noyabr 2025-ci il