1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 11 iyun tarixli 77/11 nömrəli qərarı ilə təsdiq edilmiş "Toxum məhsullarının istehsalı və hərəkəti haqqında" 16-kt (toxumçuluq) №-li illik rəsmi statistika hesabatı forması və "Toxum məhsullarının istehsalı və hərəkəti haqqında" 16-kt (toxumçuluq) №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş" yeni redaksiyada verilsin (əlavə olunur).
2. Bu Qərar 2027-ci il fevralın 1-dən qüvvəyə minir.
3. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
4. Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün.
5. Aparatın Kənd təsərrüfatı statistikası şöbəsinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin.
6. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinə həvalə olunsun. Sədrin səlahiyyətlərini müvəqqəti icra edən, sədrin birinci müavini Vahab Məmmədov Əlavə 1 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2025-ci il 07 noyabr tarixli 32/11 nömrəli qərarı ilə təsdiq edilmişdir. 16-kt (toxumçuluq) №-li forma İllik RƏSMİSTATİSTİKAHESABATI Toxum məhsullarının istehsalı və hərəkəti haqqında Hesabat forması toxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər (onların filial və nümayəndəlikləri) tərəfindən fevral ayının 1-dək Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə, Agentlik tərəfindən icmal hesabat isə fevral ayının 15-dək elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www. stat. gov. az) real vaxt rejimində təqdim olunur. Hesabat formasına və onun doldurulmasına dair rəy və təkliflərinizi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə göndərə bilərsiniz. Elektron poçt ünvanı: hesabat@stat. gov. az Hesabat formasının kodu Statistik vahidin identifikasiya (statistik) kodu VÖEN
20___ il üçün Göstəricinin adı Sətrin №-si Məhsul Növləri Təsnifatı üzrə kod Hesabat ilinin əvvəlinə qalıq Hesaba t ilində istehsal edilmiş dir Hesabat ilində satılmışdır ondan subsidiya verilmiş toxumç uluq subyekt i tərəfind ən satılmış dır He sab at ilini n axır ına qalı q ABC 1 2 3 4 5 Dənli bitkilərin toxumu - cəmi, sentner (1.1-ci və 1.2 - 1.10-cu sətirlərin cəmi) 1 x Buğda toxumu - cəmi, sentner (1.1.1-ci və 1.1.2-ci sətirlərin cəmi) 1.1 01.11.11.12 ; 22 01.11.12.12 ; 22; 32; 42 bərk buğda toxumu - cəmi 1.1.1 01.11.11.12 ; 22 ondan: orijinal 1.1.1.1 -"- super elit 1.1.1.2 -"- elit 1.1.1.3 -"- r-1 1.1.1.4 -"- r-2 1.1.1.5 -"- yumşaq buğda toxumu - cəmi, 1.1.2 01.11.12.12 ; 22; 32; 42 ondan: orijinal 1.1.2.1 -"- super elit 1.1.2.2 -"- elit 1.1.2.3 -"- r-1 1.1.2.4 -"- r-2 1.1.2.5 -"- Qarğıdalı toxumu 1.2 01.11.20.13 ; 23; 33; 43;
Çəltik toxumu 1.3 01.12.10.20 Sorqo toxumu 1.4 01.11.41.20 Arpa toxumu 1.5 01.11.31.12 ; 22 ondan: r-1 1.5.1 -"- r-2 1.5.2 -"- Çovdar toxumu 1.6 01.11.32.12 ; 22 Yulaf toxumu 1.7 01.11.33.20 Darı toxumu 1.8 01.11.42.20 Qarabaşaq toxumu 1.9 01.19.39.12 Digər dənli bitkilərin toxumu 1.10 01.11.12.62 ; 01.11.43.20 Tərəvəz və bostan bitkilərinin toxumu - cəmi, kq (2.1-ci, 2.2-ci, 2.3-cü, 2.4-cü və 2.5-ci sətirlərin cəmi) 2 01.13.60 Yarpaqlı və ya gövdəli tərəvəzlərin toxumu — cəmi, kq 2.1 -"- kələm 2.1.1 -"- gül kələmi və brokkoli 2.1.2 -"- kahı 2.1.3 -"- ispanaq 2.1.4 -"- digər yarpaqlı və ya 2.1.5 -"- gövdəli tərəvəzlərin toxumu Meyvəli tərəvəzlərin toxumu -cəmi, kq 2.2 -"- xiyar 2.2.1 -"- badımcan 2.2.2 -"- pomidor 2.2.3 -"- bibər 2.2.4 -"- balqabaq 2.2.5 -"- digər meyvəli tərəvəzlərin toxumu 2.2.6 -"- Kökümeyvəli və ya köküyumrulu tərəvəzlərin toxumu — cəmi, kq 2.3 -"- süfrə yerköküsü 2.3.1 -"- süfrə çuğunduru 2.3.2 -"- turp 2.3.3 -"- baş sarımsaq 2.3.4 -"- baş soğan 2.3.5 -"- digər kökümeyvəli və ya köküyumrulu tərəvəzlərin toxumu 2.3.6 -"- Göbələk telləri, kq 2.4 01.30.10.60 Bostan bitkilərinin toxumu — cəmi, kq 2.5 01.13.60.20 qarpız 2.5.1 -"- yemiş 2.5.2 -"- Yağlı bitkilərin toxumu — cəmi, sentner 3 x Soya 3.1 01.11.81.20 Yerfındığı 3.2 x Dən üçün günəbaxan 3.3 01.11.95 Digər yağlı bitkilərin toxumu 3.4 01.11.91- 94;96 01.11.99.10 -70 Toxumluq kartof, sentner 4 01.30.10.12 Ədviyyat istehsalı üçün istifadə olunan bitkilərin toxumu, sentner 5 x Paxlalı bitkilərin toxumu — cəmi, sentner 6 x Lobya 6.1 01.11.71.20 Mərcimək 6.2 01.11.74.20 Noxud 6.3 01.11.75.20 Lərgə 6.4 x Digər paxlalı bitkilərin toxumu 6.5 01.11.72.20 ; 01.11.79.20 Şəkərli bitkilərin toxumu — cəmi, sentner 7 x ondan şəkər çuğunduru 7.1 01.13.72.10 Digər bitkilərin toxumu — cəmi, kq (8.1-ci, 8.2-ci, 8.3-cü, 8.4-cü və 8.5-ci sətirlərin cəmi) 8 x Otlar və digər yem bitkilərinin toxumu 8.1 01.19.31.20 ; 30;60;70;71 ;79 ondan yonca 8.1.1 01.19.31.71 Lifli bitkilərin toxumu — cəmi 8.2 x pambıq 8.2.1 01.16.11.50 digər lifli bitkilərin (kətan və s.) toxumu 8.2.2 x Dərman bitkilərinin toxumu 8.3 x Tütün toxumu 8.4 x Gül bitkilərinin toxumu 8.5 01.19.22.10 ;20;30 Meyvə ağaclarının və qoz-fındıq tingləri — cəmi, min ədəd (9.1-ci, 9.2-ci, 9.3-cü, 9.4- cü, 9.5-ci, 9.6-cı və 9.7-ci sətirlərin cəmi)
01.30.10.40 ;50 Tropik və subtropik meyvələrin tingləri — cəmi 9.1 01.30.10.36 xurma 9.1.1 -"- feyxoa 9.1.2 -"- əncir 9.1.3 -"- digər tropik və subtropik meyvələrin tingləri 9.1.4 -"- Sitrus meyvələrinin tingləri — cəmi 9.2 01.30.10.35 limon 9.2.1 -"- portağal 9.2.2 -"- naringi 9.2.3 -"- digər sitrus meyvələrinin tingləri 9.2.4 -"- Üzüm tingləri 9.3 01.30.10.37 Giləmeyvələrin tingləri — cəmi 9.4 01.30.10.33 tut (meyvə üçün) 9.4.1 -"- tut (çəkil üçün) 9.4.2 -"- kivi 9.4.3 -"- moruq 9.4.4 -"- digər giləmeyvələrin tingləri 9.4.5 -"- Tumlu və çəyirdəkli meyvələrin tingləri — cəmi 9.5 01.30.10.31 ;32 alma 9.5.1 -"- ərik 9.5.2 -"- albalı 9.5.3 -"- gilas 9.5.4 -"- şaftalı 9.5.5 -"- hamar şaftalı (nektarin) 9.5.6 -"- armud 9.5.7 -"- heyva 9.5.8 -"- gavalı 9.5.9 -"- göyəm 9.5.10 -"- alça 9.5.11 -"- zoğal 9.5.12 -"- digər tumlu və çəyirdəkli meyvələrin tingləri 9.5.13 -"- Qoz-fındıq tingləri — cəmi 9.6 01.30.10.34 badam 9.6.1 -"- şabalıd 9.6.2 -"- fındıq 9.6.3 -"- püstə 9.6.4 -"- qoz 9.6.5 -"- digər qoz-fındıq tingləri 9.6.6 -"- Yağlı meyvələrin tingləri — cəmi 9.7 -"- ondan zeytun 9.7.1 01.30.10.70 Çay tingləri 10 x Digər ağac və kolların tingləri — cəmi 11 01.30.10.50 ondan nar 11.1 -"- gül tingləri 11.2 -"- Hesabatın tərtib edilməsinə sərf edilən vaxt* _____ adam-saat *Rəsmi statistika hesabatlarının tərtib olunmasına sərf olunan vaxt adam-saatla ölçülür və hesabatın tərtib olunmasında iştirak edən işçilərin (işçinin) sayı onların (onun) həmin hesabatın tərtib olunmasına sərf etdikləri (etdiyi) vaxta vurulmaqla müəyyənləşdirilir. Rəhbər _________________________ ____________ "_____" ______________ 20___ il (adı və soyadı) (imza) Əlavə 2 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2025-ci il 07 noyabr tarixli 32/11 nömrəli qərarı ilə təsdiq edilmişdir. "Toxum məhsullarının istehsalı və hərəkəti haqqında" 16-kt (toxumçuluq)№-li illik rəsmi statistika hesabatıformasının doldurulmasına dair GÖSTƏRİŞ
1. Ümumi müddəalar "Toxum məhsullarının istehsalı və hərəkəti haqqında" 16-kt (toxumçuluq) №-li illik rəsmi statistika hesabatı forması (bundan sonra-hesabat forması) ildə bir dəfə toxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər (onların filial və nümayəndəlikləri) tərəfindən fevral ayının 1-dək Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə, Agentlik tərəfindən icmal hesabat isə fevral ayının 15-dək elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www. stat. gov. az)real vaxtrejimində təqdim olunur.
2. Əsas anlayışlar
2.1. toxum - sortun təkrar istehsalı üçün istifadə edilən bitkilərin generativ (toxum) və vegetativ (ting, çilik, şitil, soğanaq, kök yumruları və s.) orqanı;
2.2. orijinal toxum - ilkin toxumçuluq mərhələlərində bitki nəsillərinin seleksiya yolu ilə seçilməsi və qiymətləndirilməsi nəticəsində alınmış toxum;
2.3. super elit toxum - orijinal toxumun çoxaldılmasından alınmış toxum;
2.4. elit toxum - super elit toxumun çoxaldılmasından alınmış toxum;
2.5. reproduksiyalı toxum - elit toxumun ardıcıl çoxaldılmasından alınmış toxum.
3. Hesabat formasının doldurulmasına dair izahlar
3.1. Hesabat formasında çoxillik olmayan bitkilərin toxumlarının miqdarı və çoxillik əkmələrin tinglərinin sayı barədə məlumatlar qeyd olunur. Hesabata yalnız dövlət standartlarına cavab verən, sortluq və səpin keyfiyyətləri uyğunluq sertifikatları ilə təsdiq edilmiş toxum və (və ya) tinglərə dair məlumatlar daxil edilir.
3.2. Cədvəlin 1-ci sütunu üzrə hesabat ilinin əvvəlinə təsərrüfatda mövcud olan toxum (ting) qalıqlarına, 2-ci sütunu üzrə hesabat ilində təsərrüfatda istehsal edilmiş toxumlara (tinglərə), 3-cü sütunu üzrə hesabat ilində təsərrüfat tərəfindən satılmış toxumlara (tinglərə), 4-cü sütunu üzrə satılmış toxumlardan (tinglərdən) subsidiya verilmiş toxumçuluq subyekti tərəfindən satılmış toxumlara (tinglərə), 5-ci sütunu üzrə isə hesabat ilinin axırına təsərrüfatda mövcud olan toxum (ting) qalıqlarına dair məlumatlar müvafiq ölçü vahidləri ilə qeyd edilir. 1-ci "Hesabat ilinin əvvəlinə qalıq" sütunu üzrə məlumatlar bütün sətirlər üzrə əvvəlki ilin hesabatında "Hesabat ilinin axırına qalıq" sütunu üzrə məlumatlara bərabər olmalıdır.
3.3. 1-ci "Dənli bitkilərin toxumu — cəmi, sentner" sətrində buğda, qarğıdalı, çəltik, sorqo, arpa, çovdar, yulaf, darı, qarabaşaq və digər dənli bitkilərin toxumlarının cəmi miqdarı sentnerlə qeyd olunur. Bu sətir üzrə yekun məlumatlar 1.1-ci, 1.2-ci, 1.3-cü, 1.4- cü, 1.5-ci, 1.6-cı, 1.7-ci, 1.8-ci, 1.9-cu və 1.10-cu sətirlər üzrə məlumatların cəminə bərabər olmalıdır.
3.4. 1.1-ci "Buğda toxumu — cəmi, sentner" sətrində bərk və yumşaq buğda toxumlarının cəmi miqdarı sentnerlə qeyd olunur. Bu sətir üzrə yekun məlumatlar 1.1.1-ci və 1.1.2-ci sətirlər üzrə məlumatların cəminə bərabər olmalıdır.
3.5. 1.2-ci sətirdə qarğıdalı, 1.3-cü sətirdə çəltik, 1.4-cü sətirdə sorqo, 1.5-ci sətirdə arpa, 1.6-cı sətirdə çovdar, 1.7-ci sətirdə yulaf, 1.8-ci sətirdə darı, 1.9-cu sətirdə qarabaşaq və 1.10-cu sətirdə digər dənli bitkilərin toxumuna dair məlumatlar sentnerlə qeyd olunur. 1.10-cu "Digər dənli bitkilərin toxumu" sətrində pərinc, tritikale (buğda və çovdarın hibridi) və digər dənli bitkilərin toxumlarının cəmi miqdarı sentnerlə qeyd olunur.
3.6. 2-ci "Tərəvəz və bostan bitkilərinin toxumu — cəmi, kq" sətrində yarpaqlı və (və ya) gövdəli tərəvəzlərin, meyvəli tərəvəzlərin, kökümeyvəli və ya köküyumrulu tərəvəzlərin toxumları, göbələk telləri və bostan bitkilərinin toxumlarının cəmi miqdarı kiloqramla qeyd olunur. 2-ci sətir üzrə yekun məlumatlar 2.1-ci, 2.2-ci, 2.3-cü, 2.4-cü və 2.5-ci sətirlər üzrə məlumatların cəminə bərabər olmalıdır.
3.7. 2.1-ci "Yarpaqlı və ya gövdəli tərəvəzlərin toxumu — cəmi, kq" sətrində kələm, gül kələmi və brokkoli, kahı, ispanaq və digər yarpaqlı və ya gövdəli tərəvəzlərin toxumlarının cəmi miqdarı kiloqramla qeyd olunur. 2.1-ci sətir üzrə yekun məlumatlar 2.1.1-ci, 2.1.2-ci, 2.1.3-cü, 2.1.4-cü və 2.1.5-ci sətirlər üzrə məlumatların cəminə bərabər olmalıdır.
3.8. 2.1.1-ci "kələm" sətrində baş kələm, savoy kələmi, kolrabi, brüssel və sair kələm növlərinin toxumlarının miqdarı kiloqramla qeyd olunur.
3.9. 2.1.5-ci "digər yarpaqlı və ya gövdəli tərəvəzlərin toxumu" sətrində keşniş, şüyüd, vəzəri, turşəng, qulançar, ənginar və s. yarpaqlı və ya gövdəli tərəvəzlərin toxumlarının cəmi miqdarı kiloqramla qeyd olunur.
3.10. 2.2-ci "Meyvəli tərəvəzlərin toxumu — cəmi, kq" sətrində xiyar, badımcan, pomidor, bibər, balqabaq və digər meyvəli tərəvəzlərin toxumlarının cəmi miqdarı kiloqramla qeyd olunur. 2.2.6-cı "digər meyvəli tərəvəzlərin toxumu" sətrində sütül qarğıdalı, bamiyə və digər meyvəli tərəvəzlərin toxumlarının cəmi miqdarı kiloqramla qeyd olunur. 2.2-ci sətir üzrə yekun məlumat 2.2.1-ci, 2.2.2-ci, 2.2.3-cü, 2.2.4-cü, 2.2.5-ci və 2.2.6-cı sətirlər üzrə məlumatların cəminə bərabər olmalıdır.
3.11. 2.3-cü "Kökümeyvəli və ya köküyumrulu tərəvəzlərin toxumu — cəmi, kq" sətrində süfrə yerköküsü, süfrə çuğunduru, turp, baş sarımsaq, baş soğan və digər kökümeyvəli və ya köküyumrulu tərəvəzlərin toxumlarının cəmi miqdarı kiloqramla qeyd olunur. 2.3.6-cı "digər kökümeyvəli və ya köküyumrulu tərəvəzlərin toxumu" sətrində kəvər, şalğam, köklü kərəviz, köklü cəfəri, qıtıqotu və digər kökümeyvəli və ya köküyumrulu bitkilərin toxumlarının cəmi miqdarı kiloqramla qeyd olunur. 2.3-cü sətir üzrə yekun məlumatlar 2.3.1-ci, 2.3.2-ci, 2.3.3-cü, 2.3.4-cü, 2.3.5-ci və 2.3.6-cı sətirlər üzrə məlumatların cəminə bərabər olmalıdır.
3.12. 2.4-cü "Göbələk telləri, kq" sətrində göbələk mitselləri və ya sporlarına dair məlumatlar kiloqramla qeyd olunur.
3.13. 2.5-ci "Bostan bitkilərinin toxumu — cəmi, kq" sətrində qarpız və yemiş bitkilərinin toxumlarının cəmi miqdarı kiloqramla göstərilir. 2.5-ci sətir üzrə yekun məlumatlar 2.5.1-ci və 2.5.2-ci sətirlər üzrə məlumatların cəminə bərabər olmalıdır.
3.14. 3-cü "Yağlı bitkilərin toxumu — cəmi, sentner" sətrində soya, yerfındığı, dən üçün günəbaxan və digər yağlı bitkilərin toxumlarının cəminə dair məlumatlar sentnerlə qeyd edilir. 3.4-cü "Digər yağlı bitkilərin toxumu" sətrində küncüd, xardal, gənəgərçək, kətan, xaşxaş və digər yağlı bitkilərin toxumlarının cəmi miqdarı sentnerlə göstərilir. 3-cü sətir üzrə yekun məlumatlar 3.1-ci, 3.2-ci, 3.3-cü və 3.4-cü sətirlər üzrə məlumatların cəminə bərabər olmalıdır.
3.15. 4-cü "Toxumluq kartof, sentner" sətrində bütün növ toxumluq kartofların əkin materialının miqdarına dair məlumatlar sentnerlə qeyd edilir.
3.16. 5-ci "Ədviyyat istehsalı üçün istifadə olunan bitkilərin toxumu, sentner" sətrində bütün növ ədviyyatların istehsalı üçün istifadə olunan bitkilərin toxumlarının miqdarına dair məlumat sentnerlə göstərilir.
3.17. 6-cı "Paxlalı bitkilərin toxumu — cəmi, sentner" sətrində lobya, mərcimək, noxud, lərgə və digər paxlalı bitkilərin toxumlarının cəmi miqdarı sentnerlə qeyd olunur. 6.5-ci "Digər paxlalı bitkilərin toxumu" sətrində paxla, maş, inək noxudu, göyərçin noxudu və digər paxlalı bitkilərin toxumlarının cəmi miqdarı sentnerlə qeyd olunur. 6-cı sətir üzrə yekun məlumatlar 6.1-ci, 6.2-ci, 6.3-cü, 6.4-cü və 6.5-ci sətirlər üzrə məlumatların cəminə bərabər olmalıdır.
3.18. 7-ci "Şəkərli bitkilərin toxumu — cəmi, sentner" sətrində şəkər çuğunduru, şəkər sorqosu və s. şəkərli bitkilərin toxumunun cəmi miqdarı, 7.1-ci sətirdə isə ondan şəkər çuğundurunun toxumuna dair məlumatlar sentnerlə qeyd olunur.
3.19. 8-ci "Digər bitkilərin toxumu — cəmi, kq" sətrində otlar və digər yem bitkilərinin, lifli bitkilərin, dərman bitkilərinin, tütünün və gül bitkilərinin toxumlarının miqdarı cəmlənərək kiloqramla qeyd olunur. 8-ci sətir üzrə yekun məlumatlar 8.1-ci, 8.2-ci, 8.3-cü, 8.4-cü və 8.5-ci sətirlər üzrə məlumatların cəminə bərabər olmalıdır.
3.20. 8.1-ci "Otlar və digər yem bitkilərinin toxumu" sətrində yonca, xaşa, yemlik bostan bitkiləri, yemlik paxlalı bitkilər, yem kələmi, yem üçün qarğıdalı və digər yem bitkilərinin toxumlarının cəmi miqdarı, 8.1.1-ci sətirdə isə ondan yonca toxumu barədə məlumatlar qeyd olunur.
3.21. 8.2-ci "Lifli bitkilərin toxumu — cəmi" sətrində pambığın və digər lifli bitkilərin toxumuna dair məlumatlar kiloqramla qeyd olunur.
3.22. 8.3-cü "Dərman bitkilərinin toxumu" sətrində nanə, reyhan, çobanyastığı, pişikotu, sürvə, rəvənd, üskükotu və s. dərman bitkilərinin toxumuna dair məlumat kiloqramla qeyd olunur.
3.23. 8.4-cü və 8.5-ci sətirlərdə müvafiq olaraq tütün və gül bitkilərinin toxumuna dair məlumat kiloqramla göstərilir. 3.24.9-cu "Meyvə ağaclarının və qoz-fındıq tingləri — cəmi, min ədəd" sətrində tinglərin cəmi sayı qeyd olunur. 9-cu sətir üzrə yekun məlumatlar 9.1-ci, 9.2-ci, 9.3-cü, 9.4-cü, 9.5-ci, 9.6-cı və 9.7-ci sətirlər üzrə məlumatların cəminə bərabər olmalıdır. 3.25.9.1-ci "Tropik və subtropik meyvələrin tingləri — cəmi" sətrində xurma, feyxoa, əncir və digər tropik və subtropik meyvələrin tinglərinin cəmi sayı qeyd olunur. 9.1.4-cü "digər tropik və subtropik meyvələrin tingləri" sərti üzrə əzgil və digər tropik və subtropik meyvə ağaclarının tinglərinin sayı qeyd olunur.
3.26. 9.2-ci "Sitrus meyvələrinin tingləri — cəmi" sətrində limon, portağal, naringi və digər sitrus meyvələrinin tinglərinin cəmi sayı qeyd olunur. 9.2.4-cü "digər sitrus meyvələrinin tingləri" sətri üzrə qreypfrut, berqamot və digər sitrus meyvələrinin tinglərinin sayı göstərilir.
3.27. 9.3-cü "Üzüm tingləri" sətrində bütün növ üzüm tinglərinin cəmi sayı min ədədlə qeyd olunur.
3.28. 9.4-cü "Giləmeyvələrin tingləri — cəmi" sətrində tut (meyvə və çəkil üçün), kivi, moruq və digər giləmeyvələrin tinglərinin cəmi sayı qeyd olunur. 9.4.5-ci "digər giləmeyvələrin tingləri" sərti üzrə qarağat, qaragilə və digər giləmeyvələrin tinglərinin sayı qeyd edilir.
3.29. 9.5-ci "Tumlu və çəyirdəkli meyvələrin tingləri — cəmi" sətrində alma, ərik, albalı, gilas, şaftalı, hamar şaftalı (nektarin), armud, heyva, gavalı, göyəm, alça, zoğal və digər tumlu və çəyirdəkli meyvələrin tinglərinin cəmi sayı qeyd edilir. 9.5.13-cü "digər tumlu və çəyirdəkli meyvələrin tingləri" sətri üzrə itburnu, zirinc, yemişan, quşarmudu və digər tumlu və çəyirdəkli meyvələrin tinglərinin sayı qeyd edilir.
3.30. 9.6-cı "Qoz-fındıq tingləri — cəmi" sətrində badam, şabalıd, fındıq, püstə, qoz və digər qoz-fındıq tinglərinin sayı qeyd olunur. 9.6.6-cı "digər qoz-fındıq bitkilərinin tingləri" sətri üzrə keşyu, amerika qoz-fındığı və digər qoz-fındıq tinglərinin sayı göstərilir.
3.31. 9.7-ci "Yağlı meyvələrin tingləri — cəmi" sətrində zeytun, kokos və digər yağlı meyvələrin tinglərinin sayı, 9.7.1-ci sətirdə isə ondan zeytun tinglərinin sayına dair məlumat qeyd olunur.
3.32. 10-cu "Çay tingləri" sətrində çay tinglərinin, 11-ci "Digər ağac və kolların tingləri — cəmi" sətrində milad küknarı, təbii kauçuk, dəfnə, mixək, darçın və digər ağacların tinglərinin cəmi sayı göstərilir. Bu saydan nar tinglərinin sayı 11.1-ci sətirdə, gül tinglərinin sayı isə 11.2-ci sətirdə qeyd olunur.