1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2015-ci il 26 yanvar tarixli 9/13 nömrəli qərarı ilə təsdiq edilmiş "Reklam xidmətləri haqqında" 1-reklam №-li illik rəsmi statistika hesabatı forması və "Reklam xidmətləri haqqında" 1-reklam №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş" yeni redaksiyada verilsin (əlavə olunur).
2. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
3. Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün.
4. Aparatın Xidmət statistikası şöbəsinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin.
5. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinə həvalə olunsun. Sədrin səlahiyyətlərini müvəqqəti icra edən, sədrin birinci müavini Vahab Məmmədov Əlavə 1 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2025-ci il 07 noyabr tarixli 30/18 nömrəli qərarı ilə təsdiq edilmişdir. 1-reklam №-li forma İllik RƏSMİSTATİSTİKAHESABATI Reklam xidmətləri haqqında "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hesabat forması üzrə məlumatların konfidensiallığına zəmanət verilir və onlardan yalnız ümumiləşdirilmiş şəkildə istifadə ediləcəkdir. Hesabat təqdim edən statistik vahidin: adı _____________________________________ inzibati ərazi vahidinin və yaşayış məntəqəsinin adı göstərilməklə dəqiq ünvanı ________________________________________ ________________________________________ Hesabat forması reklam yaradıcısı, istehsalçısı, agenti, yayıcısı və rəqəmsal platforma təsirçisi olan fiziki və hüquqi şəxslər (onların filial və nümayəndəlikləri) tərəfindən aprelin 1-dək elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www. stat. gov. az) real vaxt rejimində təqdim edilir. Hesabat formasının kodu Statistik vahidin identifikasiya (statistik) kodu VÖEN
Hesabat formasına və onun doldurulmasına dair rəy və təkliflərinizi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə göndərə bilərsiniz. Elektron poçt ünvanı: hesabat@stat. gov. az 20 _____il üzrə I bölmə. Hesabatı təqdim edən reklamın subyekti haqqında ümumi məlumat Göstəricinin adı Sətrin kodu Əsas fəaliyyət növünə uyğun gələn bir sətrin qarşısında "X" işarəsini qeyd edin A B 1 Hesabatı təqdim edən şəxs reklamın hansı subyektinə aid edilir: reklam yaradıcısı 01 reklam istehsalçısı 02 reklam agenti 03 rəqəmsal platforma təsirçisi 04 reklam yayıcısı 05 II bölmə. Əsas iqtisadi göstəricilər Göstəricinin adı Sətrin kodu Hesabat ilində A B 1 Muzdla işləyənlərin sayı, ilin sonuna, nəfər 06 ondan reklam fəaliyyəti ilə məşğul olanlar 06.1 Məhsulun satışından, xidmətlərin göstərilməsindən əldə olunmuş gəlir (ƏDV və aksiz vergisi çıxılmaqla), manat (sət. 08 + sət. 18) 07 Reklam fəaliyyətindən əldə olunmuş gəlir (ƏDV və aksiz vergisi çıxılmaqla) — cəmi, manat (08.1, 08.2 və 08.3-cü sətirlərin cəmi) 08 reklamın yaradılmasından gəlir 08.1 reklamın istehsalından gəlir 08.2 reklamın yayımından gəlir (09 - 15, 16 və 17-ci sətirlərin cəmi) 08.3 08.3-cü sətirdən reklamın yayımlanması vasitələri üzrə əldə olunmuş gəlir: reklamın televiziya proqramlarında yayımlanmasından
reklamın radio proqramlarında yayımlanmasından 10 reklamın qaçan sətirlə yayımlanmasından 11 reklamın dövri mətbu nəşrlərdə, yazılı bildirişlərdə, çap və audiovizual məhsullarda yayımlanmasından 12 reklamın telekommunikasiya qurğuları və poçt göndərişləri ilə yayımlanmasından 13 reklamın teatr tamaşası, kino, konsert və digər kütləvi tədbirlər zamanı yayımlanmasından 14 reklamın nəqliyyat vasitələrində yayımlanmasından 15 ondan metroda 15.1 reklamın açıq məkanda yayımlanmasından 16 ondan ixtisaslaşdırılmış stasionar və səyyar qurğularda 16.1 reklamın reklam daşıyıcısı olan rəqəmsal platformalarda (o cümlədən onların bir hissəsində) yayımlanmasından 17 Digər məhsulların satışından və xidmətlərin göstərilməsindən əldə olunmuş gəlir, manat (sət. 07-dən çıxılır sət. 08) 18 Məhsul istehsalına və xidmətlərin göstərilməsinə çəkilən xərclər — cəmi, manat 19 xammal və material xərcləri 19.1 yanacaq xərcləri 19.2 elektrik enerjisi xərcləri 19.3 icarə ödənişləri 19.4 əməkhaqqı xərcləri 19.5 məcburi dövlət sosial sığorta haqqı ödənişləri və əməkhaqqına görə digər ayırmalar 19.6 reklam xərcləri 19.7 digər xərclər 19.8 III bölmə. Əmtəələrin reklamı ilə əlaqədar bağlanmış müqavilələrə dair məlumat Göstəricinin adı Sətrin kodu Müqavilələrin: Müqavilələr üzrə əldə olunmuş gəlir, manat Sayı, vahid Məbləği, manat Cəmi ondan yerli istehsal olan əmtəələrin reklamı üzrə Cəmi ondan yerli istehsal olan əmtəələrin reklamı üzrə A B 1 2 3 4 5 Cəmi (20.1 - 20.5-ci sətirlərin cəmi)
qida məhsullarının reklamı üzrə (sət. 20.1.1 + 20.1.2 + 20.1.3) 20.1 bioloji aktiv qida məhsullarının 20.1.1 körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının 20.1.2 digər qida məhsullarının 20.1.3 içkilərin reklamı üzrə (sət. 20.2.1 + 20.2.2) 20.2 alkoqollu içkilərin 20.2.1 alkoqolsuz içkilərin 20.2.2 qeyri-qida məhsullarının reklamı üzrə (sət. 20.3.1+20.3.2+20.3.3) 20.3 dərman və tibb vasitələrinin 20.3.1 qiymətli kağızların 20.3.2 digər qeyri-qida məhsullarının 20.3.3 xidmətlərin reklamı üzrə (20.4.1 — 20.4.7-ci sətirlərin cəmi) 20.4 tibbi xidmətlərin 20.4.1 maliyyə, o cümlədən bank, sığorta, investisiya, ödəniş xidmətlərinin 20.4.2 təhsil xidmətlərinin 20.4.3 turizm xidmətlərinin 20.4.4 daşınmaz əmlak xidmətlərinin 20.4.5 idman mərc, oyunlarının, lisenziya əsasında təşkil edilən kazino oyunlarının və lotereyaların 20.4.6 digər xidmətlərin 20.4.7 sosial reklam üzrə 20.5 x x x Hesabatın tərtib edilməsinə sərf edilən vaxt* _____ adam-saat * Rəsmi statistika hesabatlarının tərtib olunmasına sərf olunan vaxt adam-saatla ölçülür və hesabatın tərtib olunmasında iştirak edən işçilərin (işçinin) sayı onların (onun) həmin hesabatın tərtib olunmasına sərf etdikləri (etdiyi) vaxta vurulmaqla müəyyənləşdirilir. Rəhbər ___________________ ____________ "___" __________ 20____ il (adı və soyadı) (imza) Əlavə 2 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2025-ci il 07 noyabr tarixli 30/18 nömrəli qərarı ilə təsdiq edilmişdir. "Reklam xidmətləri haqqında" 1-reklam №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair GÖSTƏRİŞ
1. Ümumi müddəalar "Reklam xidmətləri haqqında" 1-reklam №-li illik rəsmi statistika hesabatını əsas fəaliyyət növü reklamın yaradılması, istehsalı, yayımlanması, eləcə də reklam agenti və rəqəmsal platforma təsirçisi xidmətlərinin göstərilməsi olan fiziki və hüquqi şəxslər (onların filial və nümayəndəlikləri) tərəfindən aprelin 1-dək elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www. stat. gov. az) real vaxt rejimində təqdim edilir.
2. Əsas anlayışlar
2.1. Reklam — reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədilə yayımlanan məlumat.
2.2. Reklam fəaliyyəti - reklam istehlakçısının diqqətini reklam obyektinə cəlb etmək məqsədilə reklamvericinin, reklam yaradıcısının, reklam istehsalçısının, reklam agentinin, rəqəmsal platforma təsirçisinin və reklam yayıcısının hərəkətlərinin məcmusu.
2.3. Reklamın subyektləri — reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı, reklam agenti, rəqəmsal platforma təsirçisi, reklam yayıcısı və reklam istehlakçısı.
2.4. Reklam yaradıcısı — reklamın ümumi tərtibatını, o cümlədən rəng çalarlarını, səs müşayiətini, obrazlarını yaradan fiziki şəxs.
2.5. Reklam istehsalçısı — məlumatı reklam formasında yayımlamaq üçün bütövlüklə yaxud qismən hazırlayan şəxs.
2.6. Reklam agenti — reklamverici, reklam yaradıcısı və reklam istehsalçısı ilə müqavilə əsasında onların adından fəaliyyət göstərən fiziki və hüquqi şəxs.
2.7. Reklam yayıcısı — reklamı "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada, müxtəlif forma, üsul və vasitələrlə yayımlayan şəxs.
2.8. Rəqəmsal platforma təsirçisi — maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən fiziki və ya hüquqi şəxs.
2.9. Reklam daşıyıcısı olan rəqəmsal platforma — reklamın yayımlanması üçün istifadə olunan internet informasiya ehtiyatı (dövlət informasiya ehtiyatları istisna olmaqla), informasiya-telekommunikasiya şəbəkəsi və ya onların mobil tətbiqləri.
2.10. Reklam obyekti — reklam olunan mallar, işlər və xidmətlər (bundan sonra - əmtəə), onun fərdiləşdirilmə vasitələri, həyata keçirilən kommersiya və qeyri-kommersiya xarakterli tədbirlər.
2.11. Muzdla işləyənlər - Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər.
3. Hesabat formasının doldurulmasına dair izahlar
3.1. IBölmə. Hesabatı təqdim edən reklamın subyekti haqqında ümumi məlumat Bu bölmədə hesabatı təqdim edən fiziki və ya hüquqi şəxsin özünü hansı reklam subyektinə - reklam yaradıcısı, reklam istehsalçısı, reklam agenti, rəqəmsal platforma təsirçisi və (və ya) reklam yayıcısına aid etməsindən asılı olaraq qeyd aparılır, yəni əsas fəaliyyət növünə uyğun gələn bir cavabın qarşında "X" işarəsi qeyd edilir. Əsas fəaliyyət növü dedikdə, hesabat ilində fiziki və ya hüquqi şəxsə daha çox gəlir gətirmiş fəaliyyət növü nəzərdə tutulur.
3.2. II Bölmə. Əsas iqtisadi göstəricilər 3.2.1. İkinci bölmədə reklam subyektinin əsas iqtisadi göstəriciləri haqqında məlumat verilir.
3.2.2. 06-cı sətirdə muzdla işləyən işçilərin hesabat ilinin sonuna sayı əks etdirilir. Bu işçilərin ümumi sayından bilavasitə reklam fəaliyyəti ilə məşğul olan işçilərin sayı ayrılaraq 06.1-ci sətirdə göstərilir.
3.2.3. 07-ci sətirdə məhsulun satışından və xidmətlərin göstərilməsindən əldə olunan gəlirin (ƏDV və aksiz vergisi istisna olmaqla) ümumi məbləği göstərilir. Bu sətir üzrə məlumatlar 08-ci və 18-ci sətirlərin cəminə bərabər olmalıdır.
3.2.4. 08-ci sətirdə bilavasitə reklam fəaliyyətindən əldə edilən gəlirin (ƏDV və aksiz vergisi çıxılmaqla) ümumi məbləği qeyd olunur və reklamın yaradılmasından (08.1-ci sətir), reklamın istehsalından (08.2-ci sətir) və reklamın yayımından (08.3-cü sətir) gəlirə bölgüsü göstərilir. 08.3-cü sətir üzrə məlumatlar 09 - 15, 16-cı və 17-ci sətirlərin cəminə bərabər olmalıdır.
3.2.5. Reklamın yayımından əldə olunmuş gəlirin ümumi məbləği 08.3-cü sətirdə göstəriləndən sonra 09 - 17-ci sətirlərdə reklamın yayımlanması vasitələri üzrə əldə olunmuş gəlirin məbləği ayrıca göstərilir.
3.2.6. 18-ci sətirdə reklam subyektinin digər məhsulların satışından və xidmətlərin göstərilməsindən əldə etdiyi gəlirin məbləği əks olunur. Bu sətir üzrə məlumatlar 07-ci sətirdən 08-ci sətrin məlumatları çıxıldıqdan sonra qalan fərqə bərabər olmalıdır.
3.2.7. 19-cu sətirdə reklamın subyekti tərəfindən məhsul istehsalına və xidmətlərin göstərilməsinə çəkilən xərclərin ümumi məbləği, 19.1 - 19.8-ci sətirlərdə isə əsas xərc maddələri üzrə bölgüsü göstərilir.
3.3. III bölmə. Əmtəələrin reklamı ilə əlaqədar bağlanmış müqavilələrə dair məlumat 3.3.1. Bu bölmədə əmtəələrin reklamı ilə əlaqədar bağlanmış müqavilələrin sayı, məbləği və əldə olunmuş gəlirə dair məlumat əks etdirilir.
3.3.2. 20-ci sətir üzrə 1-ci sütunda müqavilələrin ümumi sayı, 2-ci sütunda isə yalnız yerli istehsal olan əmtəələrin reklamı üzrə sayı göstərilir. 20-ci sətir üzrə 3-cü sütunda müqavilələrin ümumi məbləği, 4-cü sütunda isə yalnız yerli istehsal olan əmtəələrin reklamı üzrə müqavilələrin məbləği göstərilir.
3.3.3. 20-ci sətir üzrə 5-ci sütunda müqavilələr üzrə əldə olunmuş gəlirə dair məlumat əks etdirilir. Burada müqavilələr dedikdə, həm hesabat ilində bağlanaraq icrasına başlanılmış, həm də əvvəlki illərdə bağlanmış, lakin hesabat ilində icrası davam etdirilən müqavilələr nəzərdə tutulur.
3.3.4. 20-ci sətrin bütün sütunları üzrə məlumatlar 20.1-ci (qida məhsullarının reklamı üzrə), 20.2-ci (içkilərin reklamı üzrə), 20.3-cü (qeyri-qida məhsullarının reklamı üzrə), 20.4- cü (xidmətlərin reklamı üzrə) və 20.5-ci (sosial reklam üzrə) sətirlər üzrə müvafiq sütunların məlumatlarının cəminə bərabər olmalıdır.