QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
Yeniliklər
Rəsmi mənbə

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin…

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 14 Nov 2025

Aktın mətni

1. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1031 (Cild I); 2024, № 8, maddə 948, № 11, maddə 1199; 2025, № 3, maddə 227, № 9, maddə 820) ilə təsdiq edilmiş "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi"nin 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.1.8-ci yarımbənddə hər iki halda "icazə" sözü "İcazə" sözü ilə əvəz edilsin;

1.2. 3.1.9-cu və 3.1.10-cu yarımbəndlərdə "illik və qısamüddətli icazələri" sözləri "qısamüddətli (aylıq) və çoxtərəfli illik "İcazə" blankları" sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 12, maddə 1466 (Cild I); 2024, № 8, maddə 937) ilə təsdiq edilmiş "AYNA" informasiya sistemi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4.0.3-cü yarımbəndə "aparılmasını" sözündən sonra "və operatorlara kvota ilə müəyyən edilmiş, xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün elektron qaydada mübadilə edilən xarici ölkələrin "İcazə" blanklarının və əldə edilən Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli qısamüddətli (aylıq) və çoxtərəfli illik "İcazə" blanklarının (jurnallarının) elektron qaydada verilməsini" sözləri əlavə edilsin;

2.2. 5.1.10-cu yarımbəndə "uçotu" sözündən sonra "və operatorlara verilən "İcazə" blankları (jurnalları)" sözləri əlavə edilsin.

Əvvəlki yenilik
Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa
Növbəti yenilik
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 139-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı