Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:
"general-leytenant" ali hərbi rütbəsi general-mayor Kənan Əlihüseyn oğlu Seyidova general-mayor Ağamir Əzizxan oğlu Sultanova "general-mayor" ali hərbi rütbəsi polkovnik Zaur Qəzənfər oğlu Yusifliyə polkovnik Ümüdvar Əzizalı oğlu Quliyevə polkovnik Anar Tofiq oğlu Hüseynova polkovnik Etibar İsmayıl oğlu Məhərrəmova "kontr-admiral" ali hərbi rütbəsi 1-ci dərəcəli kapitan Şahin Oruc oğlu Məmmədova.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 7 noyabr 2025-ci il