Tibbi sığorta qanununda dəyişikliklər həbs edilmiş şəxslər, müəyyən müddətə azadlıqdan məhrum edilmiş və ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin (məntəqə tipli cəzaçəkmə müəssisələrində olanlar istisna olmaqla) icbari tibbi sığorta sisteminə daxil edilməsini nəzərdə tutur. Dəyişiklik həm də sığortalıların kateqoriyalarını (dövlət işçiləri, sahibkarlar, müqavilə əsasında işləyənlər və s.) və xidmətlər zərfinin (tibbi xidmətlər, dərmanlar, tibb vasitələri) tərkibini və tətbiq şərtlərini təfsilləndirən yeni qaydalar qəbul edir. Dəyişikliklər 9 dekabr 2025-ci ildən qüvvəyə minir.
himayəyə götürülmüş, habelə həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla)
həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla),
15-2.4. Həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tibbi xidmətlərin göstərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) zəruri tibbi avadanlıq və (və ya) müvafiq sahə üzrə işçilərinin olmaması səbəbindən mümkün olmadıqda, həmin şəxslərə icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi bu Qanunun 15-17.2.3-3-cü maddəsi nəzərə alınmaqla həyata keçirilir
15-17.2.3-3. xidmətlər zərfinin həbs edilmiş şəxslər, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər istisna olmaqla) münasibətdə tətbiqi şərtləri