1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2012-ci il 12 noyabr tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Kadrlar və kadr hazırlığı idarəsi haqqında Əsasnamə"nin 3.1.7-6-cı yarımbəndində "Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinə" sözləri "Dövlət qulluqçularının reyestrinə" sözləri ilə əvəz edilsin.
2. Qərar qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunsun.
3. Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra bu Qərarın 72 saat müddətində elektron daşıyıcıda mətn faylları formasında rəsmi dərc edilməsi təmin olunsun. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov