AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN KOLLEGİYASI QƏRAR № 11 Bakı şəhəri 13 oktyabr 2025-ci il Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi haqqında "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 105-VIIQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 27 yanvar tarixli 291 nömrəli Fərmanının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"nin 5.11.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyası QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 22 may tarixli 164 nömrəli Qərarı ilə təsdiq edilmiş "Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi Qaydası"nın 1.2-ci bəndi nəzərə alınmaqla "Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət" təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsinin müdiri Tural İsgəndərova tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.
3. İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Zamanovaya tapşırılsın ki, bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən (Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"nin 5.5-ci bəndi nəzərə alınmaqla) sonra 72 saat müddətində rəsmi dövri mətbu nəşrdə dərc edilməsi və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) informasiya ehtiyatında, eləcə də qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin internet informasiya ehtiyatında yerləşdirilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etsin.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə tapşırılsın ki, Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat "Track and Trace" ("Təqib və İzləmə") Sistemində alkoqollu içki növü olan arağın minimum pərakəndə satış qiyməti təsdiq edilən qablaşdırma tutumlarından fərqli qablaşdırma tutumu halı aşkar
edildikdə, bu barədə növbəti ayın 10-dan gec olmayaraq İqtisadiyyat Nazirliyinin Tarifqiymət siyasəti şöbəsinə məlumat verilməsini təmin etsin.
5. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin müdir müavini Elnur Əliyevə tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.
6. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
7. Bu Qərarın 1-ci hissəsi bu Qərar dərc edildiyi gündən 1 (bir) ay sonra qüvvəyə minir.
Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiya iclasının protokolu. Sədr, İqtisadiyyat naziri Mikayıl Cabbarov
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 13 oktyabr 2025-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət Sıra №si Qablaşdırma tutumu (litrlə) Minimum pərakəndə satış qiyməti (ƏDV ilə, manat) Daxili istehsal üzrə İdxal üzrə
1. 0,050 1,96 2,43 2. 0,100 2,98 3,92 3. 0,200 4,17 6,06 4. 0,250 4,95 7,31 5. 0,330 6,50 9,62 6. 0,375 7,60 11,14 7. 0,500 9,50 14,22 8. 0,700 12,42 19,03 9. 0,750 13,93 21,01 10. 1,0 16,73 26,17 11. 1,5 26,10 40,26 12. 1,75 26,33 42,85