a alır:
1. "Tibb müəssisələrində şəxslərin orta sutkalıq qida normaları" təsdiq edilsin ( 1 nömrəli əlavə ).
2. "Təhsil müəssisələrində şəxslərin qida normaları" təsdiq edilsin ( 2 nömrəli əlavə ).
3. "Sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normaları" təsdiq edilsin ( 3 nömrəli əlavə ).
4. "Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 1, maddə 78, № 5 (II kitab), maddə 618, № 9, maddə 1067) ləğv edilsin.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərarın 1-3-cü hissələri nəzərə alınmaqla, müvafiq müəssisələrin cari ildə fəaliyyətinin təşkili üçün zəruri maliyyələşməni təmin etsin.