Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il " 21 " oktyabr tarixli 303 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar dövlət orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin, digər büdcə təşkilatlarının, yerli özünüidarəetmə orqanlarının (bundan sonra — qurumlar), habelə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra — Nazirlik) internet informasiya ehtiyatı vasitəsilə könüllü ötürülən məlumatlar əsasında sahibkarlıq subyektlərinin (kiçik, orta və iri) informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının (bundan sonra — diaqnostika) həyata keçirilməsi qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalar əldə edilməsi məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq olunur.
1.3. Bu Qaydalar ali kateqoriya dövlət orqanlarına, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanlarına, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə şamil edilmir.
2. Əsas anlayışlar
2.1. Bu Qaydaların məqsədləri üçün istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. informasiya infrastrukturu — qurumların və sahibkarlıq subyektlərinin fəaliyyətini, o cümlədən informasiya proseslərinin həyata keçirilməsini təmin edən informasiya sistemlərinin və ehtiyatlarının, proqram təminatlarının, texnoloji avadanlıqların, data mərkəzlərin, avtomatlaşdırılmış idarəetmə sistemlərinin, informasiya-kommunikasiya şəbəkələrinin və informasiya texnologiyaları üzrə idarəetmə səriştələrinin məcmusu;
2.1.2. istiqamət — diaqnostika meyarlarını əhatə edən prioritet sahələr;
2.1.3. diaqnostika — qurumların və sahibkarlıq subyektlərinin informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin müəyyən edilməsi prosesi;
2.1.4. diaqnostika meyarları (bundan sonra - meyarlar) — diaqnostika altmeyarlarını əhatə edən göstəricilər toplusu;
2.1.5. diaqnostika altmeyarları (bundan sonra - altmeyarlar) — diaqnostikanın həyata keçirilməsi üçün istifadə edilən və müvafiq ballarla ölçülən göstəricilər;
2.1.6. rəqəmsallaşma səviyyəsi — qurumların və sahibkarlıq subyektlərinin fəaliyyətində rəqəmsal texnologiyaların tətbiqinin, eləcə də həmin texnologiyalardan istifadə bacarıqlarının və informasiya infrastrukturunun inkişafının səviyyəsini əks etdirən göstərici.
2.2. Bu Qaydalarda istifadə olunan digər anlayışlar "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları", həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
3. Diaqnostikanın mərhələləri
3.1. Qurumlarda informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikası aşağıdakı mərhələlərdə həyata keçirilir:
3.1.1. diaqnostikanın həyata keçirilməsi barədə qurumlara sorğu verilməsi;
3.1.2. qurumlar tərəfindən ilkin diaqnostikanın aparılması (özünüqiymətləndirmə);
3.1.3. Nazirlik tərəfindən aşağıdakı üsullarla müvafiq sənədlərin və məlumatların toplanılması:
3.1.3.1. rəy sorğularının keçirilməsi;
3.1.3.2. müvafiq sənədlərin və məlumatların, o cümlədən statistik məlumatların toplanılması;
3.1.3.3. yerində baxışın keçirilməsi və müvafiq qeydlərin aparılması;
3.1.4. toplanılmış sənədlərin, məlumatların yoxlanılması və təhlili;
3.1.5. sənədlərin və məlumatların təhlili nəticəsinə dair arayışın və rəqəmsallaşma səviyyəsinin artırılması üzrə tədbirlər planının hazırlanması;
3.1.6. bu Qaydaların 3.1.5-ci yarımbəndində göstərilən arayışın və tədbirlər planının icra olunması üçün diaqnostika aparılan quruma təqdim olunması.
3.2. Sahibkarlıq subyektlərinin rəqəmsallaşma səviyyəsinin diaqnostikası ilkin və yekun diaqnostika olmaqla aşağıdakı mərhələlərdə həyata keçirilir:
3.2.1. diaqnostikanın həyata keçirilməsi üçün Nazirliyin internet informasiya ehtiyatı vasitəsilə məlumatların könüllü ötürülməsi;
3.2.2. könüllü ötürülən məlumatların yoxlanılması və təhlili;
3.2.3. məlumatların təhlili nəticəsinə dair arayışın və rəqəmsallaşma səviyyəsinin artırılması üzrə tədbirlər planının hazırlanması;
3.2.4. bu Qaydaların 3.2.3-cü yarımbəndində göstərilən arayışın və tədbirlər planının icra olunması üçün diaqnostikanın keçirildiyi sahibkarlıq subyektinə təqdim olunması.
4. Qurumlarda diaqnostikanın həyata keçirilməsi qaydaları
4.1. Qurumlarda diaqnostika Nazirlik tərəfindən hazırlanan və təsdiq edilən fəaliyyət planına uyğun olaraq ildə bir dəfə olmaqla həyata keçirilir.
4.2. Növbəti il üçün fəaliyyət planı hər il dekabr ayının 20-dən gec olmayaraq təsdiq edilərək Nazirliyin internet informasiya ehtiyatında yerləşdirilir. Diaqnostikanın keçiriləcəyi tarix və müddət barədə məlumatlar əlavə olunaraq diaqnostikanın başlamasına ən azı 30 (otuz) gün qalmış məktub vasitəsilə diaqnostikanın keçiriləcəyi quruma bildirilir.
4.3. Diaqnostikanın həyata keçirilməsi üçün Nazirlik bu Qaydaların 1 nömrəli əlavəsində nəzərdə tutulmuş istiqamətlər, meyarlar və altmeyarlar üzrə qurumun özü tərəfindən ilkin diaqnostikanın (özünüqiymətləndirmənin) aparılması ilə bağlı həmin quruma sorğu göndərir.
4.4. Sorğu göndərilən qurum bu Qaydaların 4.3-cü bəndində göstərilən sorğu daxil olduğu tarixdən 30 (otuz) gün müddətində Nazirliyin internet informasiya ehtiyatı vasitəsilə bu Qaydaların 4-cü hissəsinə uyğun olaraq ilkin diaqnostikanı (özünüqiymətləndirməni) aparır.
4.5. İlkin diaqnostika (özünüqiymətləndirmə) aparıldıqdan sonra Nazirlik tərəfindən qurumda diaqnostika həyata keçirilir. Diaqnostika qurumun normal fəaliyyətini pozmamaq şərtilə bu Qaydaların 4.1-ci bəndində göstərilən fəaliyyət planına uyğun olaraq, habelə bu Qaydaların 1 nömrəli əlavəsində nəzərdə tutulmuş istiqamətlər, meyarlar və altmeyarlar üzrə sənədlərin və məlumatların toplanılması, yoxlanılması, təhlili və yerində baxış keçirilməsi ilə aparılır.
4.6. Yerində baxış diaqnostika keçirilən quruma ən geci 3 (üç) iş günü əvvəldən məlumat verilməklə həyata keçirilir. Hər hansı səbəbdən yerində baxış keçirilməsi təyin edilmiş tarixdə mümkün olmadıqda yeni tarix təyin olunur. Bu halda yerində baxış diaqnostika aparılan quruma ən geci 3 (üç) iş günü əvvəldən məlumat verilməklə həyata keçirilir.
4.7. Sorğu nəticəsində təqdim olunmuş sənədlər və məlumatlar yerində baxış zamanı təsdiqini tapmadıqda bu Qaydaların 2 nömrəli əlavəsində nəzərdə tutulmuş formada akt tərtib edilərək diaqnostikanın nəticəsi olaraq hazırlanmış arayışa və bu Qaydaların 4.15-ci bəndində göstərilən hesabata əlavə olunur.
4.8. Diaqnostika zamanı hər bir qurum üzrə diaqnostikanın keçirilməsi üçün nəzərdə tutulmuş son tarixə (bu Qaydaların 4.1-ci bəndində göstərilən fəaliyyət planında müəyyən olunan) uyğun məlumatlar (sənədlər) əsas götürülür və diaqnostika həmin məlumatlar (sənədlər) əsasında aparılır.
4.9. Toplanılmış sənədlərin və məlumatların təhlili üzrə əldə olunan nəticə əsasında Nazirliyin internet informasiya ehtiyatında altmeyarlar üzrə qurumun rəqəmsallaşma səviyyəsinin uyğun gəldiyi mövcud vəziyyət seçilir. Həmin seçim
bütün altmeyarlar üzrə yekunlaşdıqdan sonra bu Qaydaların 1 nömrəli əlavəsində nəzərdə tutulmuş qiymət əsasında proqram təminatı vasitəsilə aşağıdakı düsturla rəqəmsallaşma səviyyəsi üzrə yekun qiymət hesablanır:
(AQ1+AQ2+...+ AQN)/AS=MQ1 (MQ1 + MQ2+...+ MQN)/MS=İQ 1 (İQ 1 + İQ 2+...+ İQN)/İS= QRSG burada: AQ - altmeyar üzrə əldə edilən qiymət AS - altmeyarların sayı MQ - meyarlar üzrə əldə edilən qiymət MS - meyarların sayı İQ - istiqamətlər üzrə əldə edilən qiymət İS - istiqamətlərin sayı QRSG - qurumun rəqəmsallaşma səviyyəsinin göstəricisi.
4.10. Diaqnostikanın nəticəsində qurumun rəqəmsallaşma səviyyəsi qiymət 0-24 arası olduqda "İlkin", 25-49 arası olduqda "İdarə olunan", 50-74 arası olduqda "Müəyyən edilmiş" və 75-100 arası olduqda "Optimallaşdırılan" olaraq müəyyənləşdirilir.
4.11. Həyata keçirilən diaqnostikanın nəticəsi əsasında arayış və bu Qaydaların 4.15-ci bəndində nəzərdə tutulan halda hesabat hazırlanır. Hazırlanan arayışda və hesabatda istiqamətlər, meyarlar və altmeyarlar üzrə cari vəziyyət, çatışmazlıqlar, diaqnostikanın müəyyən edilən nəticəsi (qiymət qeyd edilməklə) göstərilir.
4.12. Hazırlanmış arayışın layihəsi 15 (on beş) iş günü müddətində diaqnostikanın nəticələrinə münasibət bildirilməsi üçün diaqnostika aparılan quruma təqdim edilir. Qurumun diaqnostika nəticələri ilə bağlı rəy və təkliflərinə yekun arayışın hazırlanması zamanı baxılır. Qurum diaqnostikanın nəticəsi ilə razılaşmadıqda bu barədə rəyi diaqnostikanın nəticəsinə dair arayışa əlavə olunur.
4.13. Diaqnostikanın nəticəsi olaraq hazırlanmış yekun arayış və tədbirlər planı rəqəmsallaşma səviyyəsinin artırılması, o cümlədən aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün diaqnostika aparılan quruma göndərilir.
4.14. Diaqnostika nəticəsində rəqəmsallaşma səviyyəsinin artırılması, o cümlədən aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması ilə bağlı Nazirlik tərəfindən quruma əməli və metodiki kömək göstərilə bilər.
4.15. Diaqnostikanın nəticələri barədə hesabat (qurumun diaqnostika nəticəsi ilə bağlı rəyi olduğu halda həmin rəy hesabata əlavə olunur) Nazirlik tərəfindən Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
5. Diaqnostikanın həyata keçirilməsi ilə bağlı vəzifələr
5.1. Diaqnostikanın həyata keçirilməsi ilə bağlı qurum diaqnostikanın vaxtında və maneəsiz aparılmasına şərait yaradır və diaqnostikanın nəticəsinə uyğun olaraq qurumda rəqəmsallaşma səviyyəsinin artırılması üçün tədbirlər görülməsini təmin edir.
5.2. Diaqnostikanın həyata keçirilməsi ilə bağlı qurum:
5.2.1. Nazirliyin sorğularını cavablandırır, qiymətləndirilmənin keçirilməsi üçün sorğu edilən sənədləri və məlumatları bu Qaydalarla müəyyən olunmuş müddətdə Nazirliyə təqdim edir;
5.2.2. ilkin diaqnostikanın (özünüqiymətləndirmənin) həyata keçirilməsini təmin edir;
5.2.3. diaqnostikanın aparılması, o cümlədən yerində baxış və rəy sorğularının keçirilməsi üçün Nazirliyə lazımi şərait yaradılması ilə bağlı tədbirlər görür, diaqnostikanın aparılmasına maneçilik törədilməməsini təmin edir;
5.2.4. diaqnostikanın aparılması ilə bağlı əlaqələndirici şəxs (şəxslər) təyin edir, təyin edilən şəxs (şəxslər) barədə Nazirliyə məlumat verir;
5.2.5. diaqnostikanın nəticəsi ilə bağlı təqdim edilən arayışa və tədbirlər planına uyğun olaraq bu Qaydalarla müəyyən olunmuş müddətdə tədbirlərin görülməsini təmin edir, habelə bu barədə Nazirliyə məlumat verir.
5.3. Qurumlar diaqnostikanın nəticəsi barədə hazırlanan arayışla tanış ola, habelə diaqnostikanın nəticələrinə dair mülahizələrini söyləyə bilərlər.
5.4. Nazirlik fəaliyyət planının vaxtında tərtib edilməsi, proqram təminatının dayanıqlı fəaliyyətinin təmin olunması, diaqnostikanın həyata keçirilməsi üçün qurumdan alınmış əldə edilməsi məhdudlaşdırılan məlumatların mühafizəsinin təmin olunması, diaqnostikanın obyektiv və şəffaf olaraq bu Qaydaların tələblərinə uyğun aparılması vəzifəsini daşıyır.
6. Sahibkarlıq subyektlərində diaqnostikanın həyata keçirilməsi qaydaları
6.1. Sahibkarlıq subyekti diaqnostikanın həyata keçirilməsi üçün aşağıda qeyd olunan məlumatları könüllü əsasda Nazirliyin internet informasiya ehtiyatında yaradılmış xüsusi bölməyə daxil edir:
6.1.1. hüquqi şəxsin adı, fiziki şəxsin adı, soyadı və atasının adı;
6.1.2. fəaliyyət sahəsi və VÖEN-i;
6.1.3. internet informasiya ehtiyatının linki (olduğu təqdirdə);
6.1.4. əlaqələndirici şəxsin adı, soyadı, atasının adı, vəzifəsi, elektron poçt ünvanı və telefon nömrəsi;
6.1.5. vergi ödəyicisinin uçota alındığı tarix;
6.1.6. işçilərinin sayı;
6.1.7. illik dövriyyəsinin məbləği.
6.2. Sahibkarlıq subyekti növbəti mərhələdə ilkin diaqnostika üçün Nazirliyin internet informasiya ehtiyatında yaradılmış xüsusi bölməyə keçid edərək aşağıdakı məlumatları həmin bölmədəki "rəqəmsal yetkinlik sorğusu"na daxil edir:
6.2.1. aşağıdakı texniki həllərdən istifadə olunur:
6.2.1.1. internet;
6.2.1.2. virtual şəxsi şəbəkə (VPN) bağlantısı;
6.2.1.3. avtomatlaşdırılmış yazışma sistemi (chatbot);
6.2.1.4. domen adı;
6.2.1.5. elektron poçt;
6.2.1.6. İP-telefoniya (internet telefoniya);
6.2.2. aşağıdakı avadanlıqlardan istifadə olunması:
6.2.2.1. server;
6.2.2.2. əşyaların interneti (IoT);
6.2.2.3. robototexnika;
6.2.2.4. telefon;
6.2.3. istifadə olunan proqram təminatı və rəqəmsal həllər:
6.2.3.1. bulud (cloud) xidmətləri üzrə həllər;
6.2.3.2. resursların idarə edilməsi üzrə informasiya sistemi;
6.2.3.3. biznesin idarə edilməsi üzrə informasiya sistemi;
6.2.3.4. müştəri münasibətlərinin idarə olunması üzrə informasiya sistemi;
6.2.4. aşağıdakı istiqamətlər üzrə rəqəmsal texnologiyalardan istifadə edilməsi:
6.2.4.1. müştərilərlə əlaqə;
6.2.4.2. təchizatçılarla əlaqə;
6.2.4.3. qərarların qəbul edilməsi;
6.2.4.4. rəqəmsallaşma üzrə strateji sənədlərin icra olunması;
6.2.4.5. daxili kommunikasiyanın aparılması;
6.2.4.6. korporativ idarəetmənin həyata keçirilməsi;
6.2.5. aşağıdakı platformalarda fəaliyyəti (xidmətləri) barədə məlumatların yerləşdirilməsi, eləcə də xidmətlərinin göstərilməsinin mövcudluğu:
6.2.5.1. internet informasiya ehtiyatı və ya elektron ticarət platforması;
6.2.5.2. sosial şəbəkələr;
6.2.5.3. axtarış sistemi optimizasiyası (axtarış sistemlərində daha yüksək sıralarda yer alma);
6.2.5.4. mobil tətbiqlər;
6.2.6. aşağıdakı istiqamətlər üzrə dəyişikliklərin idarə edilməsi:
6.2.6.1. transformasiya potensialı (texnoloji yeniliklərə çevik reaksiyavermə potensialı);
6.2.6.2. adaptasiya potensialı (texnoloji yeniliklərə çevik uyğunlaşma potensialı);
6.2.6.3. rəqəmsallaşma prosesində bilik və təcrübədən istifadə potensialı;
6.2.6.4. çeviklik potensialı (bazar dəyişikliklərinə və müştəri tələblərinə çevik reaksiyavermə potensialı).
6.3. Bu Qaydaların 6.1-ci və 6.2-ci bəndləri üzrə təqdim edilən məlumatlar proqram təminatı vasitəsilə real vaxt rejimində yoxlanılır və təhlil olunur, eləcə də həmin təhlil əsasında diaqnostikanın nəticəsinə dair arayış və rəqəmsallaşma səviyyəsinin artırılması üzrə tədbirlər planı hazırlanaraq diaqnostikası keçirilən sahibkarlıq subyektinə təqdim olunur.
6.4. Diaqnostikanın nəticəsi üzrə qiymət bu Qaydaların 6.2-ci bəndində göstərilən halların (avadanlıqların, həllərin, proqram təminatlarının) mövcud olanlarının seçimi və bu Qaydaların 3 nömrəli əlavəsində nəzərdə tutulmuş qiymətlər
əsasında aşağıdakı düsturla hesablanır (mövcud olmayan hal (avadanlıq, həll, proqram təminatı) üzrə qiymət "0" olaraq müəyyən edilir):
(Q1+Q2 +...+ QN) = İQ 1 (İQ 1 + İQ 2+...+ İQN) = SRSG burada: Q - hər bir mövcud olan hal (avadanlıq, həll, proqram təminatı) üzrə qiymət İQ - istiqamətlər üzrə əldə edilən qiymət SRSG - sahibkarlıq subyektinin rəqəmsallaşma səviyyəsinin göstəricisidir.
6.5. Diaqnostikanın nəticəsində sahibkarlıq subyektinin rəqəmsallaşma səviyyəsi qiymət 0-0,25 arası olduqda "Rəqəmsal həvəskar", 0,.26-0,50 arası olduqda "Rəqəmsal təşəbbüskar", 0,51-0,75 arası olduqda "Rəqəmsal tətbiqçi" və 0,76-1 arası olduqda "Rəqəmsal qalib" olaraq müəyyənləşdirilir.
6.6. İlkin diaqnostika nəticəsində bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq, 0,51-1 arası qiymət almış sahibkarlıq subyektləri növbəti mərhələdə könüllü əsaslarla yekun "rəqəmsal yetkinlik sorğusu"na keçid edərək bu Qaydaların 4 nömrəli əlavəsində nəzərdə tutulmuş istiqamətlər (həmin istiqamətlərə aid edilmiş meyarlar) üzrə sualları cavablandırırlar. İlkin diaqnostika nəticəsində bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq, 0-0,50 arası qiymət almış sahibkarlıq subyektləri rəqəmsallaşma səviyyəsinin artırılması ilə bağlı tədbirlər gördükdən sonra ilkin diaqnostikanın yenidən aparılması üçün müraciət edə bilərlər.
6.7. Bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq təqdim edilən suallar əsasında toplanılan məlumatlar proqram təminatı vasitəsilə real vaxt rejimində yoxlanılır və təhlil olunur, eləcə də həmin təhlil əsasında diaqnostikanın nəticəsinə dair arayış və rəqəmsallaşma səviyyəsinin artırılması üzrə tədbirlər planı hazırlanaraq diaqnostikası keçirilən sahibkarlıq subyektinə təqdim olunur.
6.8. Yekun diaqnostikanın nəticəsinə dair qiymət hər bir istiqamət üzrə cavablandırılmış suallar əsasında toplanmış balların 0-1 intervalında hesablanmış qiyməti və hər istiqamətin yekun göstəricisinin bu Qaydaların 4 nömrəli əlavəsində nəzərdə tutulmuş çəki əmsalı nəzərə alınmaqla aşağıdakı düsturla hesablanır:
(SQ1 + SQ2+...+ SQN)/SS=MQ1 (MQ1 + MQ2+...+ MQN)/MS=İQ 1 SSRSYG= (İQ 1× 0.225) + (İQ 2 × 0.225) + (İQ 3 × 0.225) + (İQ 4 × 0.225) + (İQ 5× 0.1) burada: SQ - suallar üzrə əldə edilən qiymət SS - sualların sayı MQ - meyarlar üzrə əldə edilən qiymət MS - meyarların sayı İQ - istiqamətlər üzrə əldə edilən qiymət SSRSYG - sahibkarlıq subyektinin rəqəmsallaşma səviyyəsinin yekun göstəricisidir.
6.9. Diaqnostika nəticəsində rəqəmsallaşma səviyyəsinin artırılması, o cümlədən aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması ilə bağlı Nazirlik tərəfindən sahibkarlıq subyektinə əməli və metodiki kömək göstərilə bilər.
"Ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi Qaydaları"na 1 nömrəli əlavə Ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikası üzrə istiqamətlər, meyarlar və altmeyarlar Sıra №-si İstiqamət Meyar Altmeyar Mövcud vəziyyət və qiymət (ballarla hesablanır) 0 50 75 100 1. Strategiya Rəqəmsal strategiya və əlaqələndirmə Strateji baxış və hədəflər Rəqəmsallaşma baxımından strateji baxış və uzunmüddətli hədəflər müəyyən edilməmişdir. Qurumda əsasən informasiya texnologiyaları (İT) üzrə layihələr icra olunur və həmin layihələr ənənəvi portfel idarəetmə modeli çərçivəsində həyata keçirilir. Qurumda rəqəmsallaşma baxımından strateji baxış müəyyən edilmişdir. Lakin uzunmüddətli hədəfləri əhatə edən strateji sənəd və rəqəmsallaşmaya dair plan (dəqiq icra mexanizmi olan) təsdiq edilməmişdir. Qurumda rəqəmsallaşma baxımından strateji baxış və uzunmüddətli hədəfləri əhatə edən strateji sənəd və rəqəmsallaşmaya dair plan (dəqiq icra mexanizmi olan) təsdiq edilmişdir. Lakin bu strateji sənəd ölkə səviyyəsində qəbul edilmiş dövlət proqramları (strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar və bu kimi digər sənədlər) ilə uyğunlaşdırılmamışdır. Qurumda rəqəmsallaşma baxımından strateji baxış və uzunmüddətli hədəfləri əhatə edən strateji sənəd və rəqəmsallaşmaya dair plan (dəqiq icra mexanizmi olan) təsdiq edilmişdir. Bu strateji sənəd ölkə səviyyəsində qəbul edilmiş dövlət proqramları (strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar və bu kimi digər sənədlər) ilə uyğunlaşdırılmış və icrası digər qurumlarla əlaqələndirilmiş formada həyata keçirilir.
Kommunikasiya Qurum daxilində rəqəmsallaşma üzrə yol xəritəsi və icrası ilə əlaqədar kommunikasiya əsasən informasiya texnologiyaları üzrə struktur bölmə tərəfindən həyata keçirilir, lakin bu kommunikasiya davamlı aparılmır. Mövcud məlumatlandırma sayı və vasitələri məhduddur. Qərarların qəbul edilməsi üçün rəhbərliyə hesabatların təqdim olunması üçün rəqəmsal vasitələr mövcud deyildir. Qurumun rəqəmsallaşma üzrə yol xəritəsi və icrası barədə işçilərə mütəmadi olaraq birdən çox daxili kommunikasiya kanalı vasitəsilə məlumatlar təqdim edilir. Qərarların qəbul edilməsi üçün rəhbərliyə hesabatların təqdim olunması üçün rəqəmsal vasitələr formalaşdırılmışdır. Rəqəmsallaşma üzrə yol xəritəsi və icrası ilə əlaqədar daxili kommunikasiya mütəmadi olaraq həyata keçirilir, o cümlədən rəhbərlik səviyyəsində təqdimatlar təşkil olunur. İşçilər qurumun rəqəmsallaşma üzrə strateji sənədi və yol xəritəsi barədə tam məlumatlandırılmışdır. Rəhbərlik tərəfindən qərarların qəbul edilməsi birdən çox rəqəmsal vasitə ilə təqdim olunan hesabatlar əsasında həyata keçirilir. Rəqəmsallaşma üzrə yol xəritəsi və icrası ilə əlaqədar daxili və xarici kommunikasiya mütəmadi olaraq həyata keçirilir, o cümlədən rəhbərlik səviyyəsində təqdimatlar təşkil olunur. Digər qurumlar, ictimaiyyət və işçilər qurumun rəqəmsallaşma üzrə strateji sənədi və yol xəritəsi barədə tam məlumatlandırılmışdır. Rəhbərlik tərəfindən qərarların qəbul edilməsi birdən çox rəqəmsal vasitə ilə təqdim olunan hesabatlar əsasında həyata keçirilir.
Rəqəmsallaşma üzrə yol xəritəsi Rəqəmsallaşma üzrə vahid yol xəritəsi mövcud deyildir, ayrıayrı struktur bölmələrdə informasiya texnologiyaları (İT) üzrə layihələr həyata keçirilir. Layihələrin icrası və nəticəsi izlənilmir. Rəqəmsallaşma üzrə əlaqələndirilməmiş layihələri qismən (20-50 faizlik əhatə dairəsi) əhatə edən siyahı formasında yol xəritəsi mövcuddur. Lakin yol xəritəsində layihələrin icrası ilə bağlı əsas fəaliyyət göstəriciləri, icra müddəti və mexanizmi qeyd edilməmişdir. Layihələrin icrası və nəticəsi davamlı izlənilmir. Layihələrin tamamlanması üçün resurs çatışmazlığı mövcuddur. Rəqəmsallaşma üzrə layihələri qismən (51-80 faizlik əhatə dairəsi) əhatə edən və vahid mərkəzdən əlaqələndirilmiş qaydada icra olunan yol xəritəsi mövcuddur. Yol xəritəsində layihələrin icrası ilə bağlı əsas fəaliyyət göstəriciləri, icra müddəti və mexanizmi qeyd edilmişdir. Layihələrin icrası və nəticəsi mütəmadi olaraq izlənilir. Rəqəmsallaşma üzrə layihələri (81-100 faizlik əhatə dairəsi) əhatə edən və vahid mərkəzdən əlaqələndirilmiş qaydada idarə olunan yol xəritəsi mövcuddur. Yol xəritəsində layihələrin icrası ilə bağlı əsas fəaliyyət göstəriciləri, icra müddəti və mexanizmi qeyd edilmişdir. Layihələrin icrası və nəticəsi mütəmadi olaraq və avtomatlaşdırılmış qaydada izlənilir. Yol xəritəsi ölkə səviyyəsində qəbul edilmiş dövlət proqramları (strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar və bu kimi digər sənədlər) ilə uyğunlaşdırılmış və icrası digər qurumlarla əlaqələndirilmiş formada həyata keçirilir. Yol xəritəsi üzrə nəticələrin qiymətləndirilməsi digər qurum tərəfindən həyata keçirilir. Rəqəmsallaşma üzrə əsas fəaliyyət göstəriciləri və əlaqələndirmə Rəqəmsallaşma sahəsində əsas fəaliyyət göstəriciləri müəyyən edilməmişdir. Ölkə səviyyəsində qəbul edilmiş dövlət proqramları (strategiyalar, milli fəaliyyət planları, Rəqəmsallaşma sahəsində əsas fəaliyyət göstəriciləri yol xəritəsində müəyyən edilməmişdir. Layihələrin nəticəsi icra edilmiş və ya icra edilməmiş göstəricisi üzrə qiymətləndirilir. Ölkə səviyyəsində qəbul Rəqəmsallaşma sahəsində ölçüləbilən əsas fəaliyyət göstəriciləri yol xəritəsində müəyyən edilmişdir. Əsas fəaliyyət göstəriciləri ölkə səviyyəsində qəbul edilmiş dövlət proqramlarında (strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar və bu kimi digər sənədlər) qeyd Rəqəmsallaşma sahəsində ölçüləbilən əsas fəaliyyət göstəriciləri yol xəritəsində müəyyən edilmişdir və vahid mərkəzdən əlaqələndirilmiş qaydada idarə olunur. Əsas fəaliyyət göstəriciləri ölkə səviyyəsində qəbul edilmiş dövlət proqramlarında (strategiyalar, milli fəaliyyət
konsepsiyalar və bu kimi digər sənədlər) üzrə müəyyən olunan əsas fəaliyyət göstəriciləri barədə qurum daxilində məlumatlandırma təmin olunmamışdır . edilmiş dövlət proqramları (strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar və bu kimi digər sənədlər) üzrə müəyyən olunan əsas fəaliyyət göstəriciləri barədə qurum daxilində məlumatlandırma təmin olunmuşdur . edilən əsas fəaliyyət göstəriciləri ilə əlaqələndirilmişdir. Əsas fəaliyyət göstəriciləri üzrə nəticələr mütəmadi olaraq izlənilir . planları, konsepsiyalar və bu kimi digər sənədlər) qeyd edilən əsas fəaliyyət göstəriciləri ilə uyğunlaşdırılmış və icrası digər qurumlarla əlaqələndirilmiş formada həyata keçirilir. Əsas fəaliyyət göstəriciləri üzrə nəticələr mütəmadi olaraq və avtomatlaşdırılmış qaydada izlənilir. Əsas fəaliyyət göstəriciləri üzrə nəticələrin qiymətləndirilməsi digər qurum tərəfindən həyata keçirilir .
. Xidmətlər Rəqəmsal xidmətlər Rəqəmsal xidmətlərin təqdim edilməsi (G2*) Qurum tərəfindən təqdim edilən xidmətlərin 90 faizindən çoxundan istifadə istifadəçilərin fiziki iştirakını tələb edir . Qurum tərəfindən təqdim edilən xidmətlərin yalnız 10 -30 faizi rəqəmsal formada təqdim edilir. Digər xidmətlərin rəqəmsal təşkili üçün normativ hüquqi aktlarda məhdudlaşdırıcı normalar mövcuddur . Qurum tərəfindən təqdim edilən xidmətlərin 31 -60 faizi rəqəmsal formada təqdim olunur və həmin xidmətlər üzrə ödənişlərin elektron qaydada həyata keçirilməsi imkanı təmin edilir. Digər xidmətlər xidmətlərin rəqəmsal formada təşkili üçün normativ hüquqi aktlarda məhdudlaşdırıcı normalar mövcud olsa da qurum həmin məhdudiyyətlərin aradan qaldırılması üçün tədbirlər görür (layihə təşəbbüsləri) . Qurum tərəfindən təqdim edilən xidmətlərin 60 faizindən çoxu rəqəmsal formada və Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim olunur və həmin xidmətlər üzrə ödənişlərin elektron qaydada həyata keçirilməsi imkanı təmin edilir .
Daxili proseslərin avtomatlaşdırılması Xidmətlərin göstərilməsi ilə bağlı qurumdaxili proseslər avtomatlaşdırılmamış dır. Bütün əməliyyatlar kağız daşıyıcıda və ya elektron poçt vasitəsilə həyata keçirilir. Proseslərin gedişi və iş axını rəqəmsal alətlər vasitəsilə nəzarətə alınmır və izlənilmir. Xidmətlərin göstərilməsi ilə bağlı bəzi daxili proseslər qismən avtomatlaşdırılmışdır. Avtomatlaşdırma əsasən məlumatların ötürülməsi və sənəd dövriyyəsi ilə məhdudlaşır, lakin proseslərin əksəriyyəti hələ də kağız daşıyıcıda və ya elektron poçt vasitəsilə həyata keçirilir. Rəqəmsal həllər arasında qarşılıqlı əlaqə mövcud deyildir. Xidmətlərin göstərilməsi ilə bağlı qurumdaxili proseslər standart texniki həllər tətbiq edilməklə qismən avtomatlaşdırılmışdır. Müraciətlərin qəbulu, icraya yönləndirilməsi və bildirişlərin təqdim edilməsi avtomatlaşdırılmış qaydada həyata keçirilir, lakin digər mərhələlərdə hələ də əl müdaxiləsi tələb olunur. Proseslərə nəzarət qismən avtomatlaşdırılmışdır. Xidmətlərin göstərilməsi ilə bağlı bütün qurumdaxili proseslər inteqrasiya edilmiş rəqəmsal həllər və informasiya sistemləri vasitəsilə avtomatlaşdırılmışdır. Müraciətlərin qəbulu, icrası və nəticələrin təqdim edilməsi fasiləsiz avtomatlaşdırılmış qaydada həyata keçirilir, icranın statusu real vaxt rejimində yenilənir. Bütün proseslərə nəzarət və hesabatlılıq tam avtomatlaşdırılmışdır. Rəqəmsal xidmətlərin keyfiyyəti Tez-tez baş verən texniki nasazlıq və qəza (xəta) səbəbindən xidmətin keyfiyyəti aşağı səviyyədədir. Mövcud texniki problemlər yalnız baş verdikdən sonra əllə həll edilir. Qurumda istifadəçilərə və ya işçilərə dəstək vermək üçün heç bir yardım masası və ya dəstək sistemi mövcud deyildir. Texniki problemlərin və görülən tədbirlərin qeydiyyatı aparılmır. Xidmət reqlamentləri Tez-tez baş verən texniki nasazlıq və qəza (xəta) səbəbindən xidmətin keyfiyyəti aşağı səviyyədədir. Mövcud texniki problemlər yalnız baş verdikdən sonra əllə həll edilir. Yardım masası və ya dəstək sistemi vasitəsilə yalnız xidmətlərin bir hissəsi üzrə monitorinq və dəstək tədbirləri həyata keçirilir. Xidmətlərin təşkilində və göstərilməsində istifadə edilən aktivlərin inventarizasiyası üzrə sənədlərin hazırlanması ilə bağlı tədbirlər görülür. Xidmətlərlə bağlı baş verən texniki nasazlığın və qəzanın (xətanın) 50-80 faizi preventiv yanaşma əsasında operativ qaydada həll edilir. Yardım masası və ya dəstək sistemi vasitəsilə bütün xidmətlərlə bağlı monitorinq və dəstək tədbirləri həyata keçirilir. Texniki problemlərin və görülən tədbirlərin qeydiyyatı bütün xidmətlər üzrə aparılır. Xidmətlərin təşkilində və göstərilməsində istifadə edilən aktivlərin inventarizasiyası üzrə sənədlər hazırlanmışdır. Xidmət reqlamentləri və xidmət səviyyəsinə dair Xidmətlərlə bağlı baş verən texniki nasazlığın və qəzanın (xətanın) 81-100 faizi preventiv yanaşma əsasında operativ qaydada həll edilir. Yardım masası və ya dəstək sistemi vasitəsilə bütün xidmətlərlə bağlı monitorinq və dəstək tədbirləri həyata keçirilir. Texniki problemlərin və görülən tədbirlərin qeydiyyatı bütün xidmətlər üzrə aparılır. Xidmətlərin təşkilində və göstərilməsində istifadə edilən aktivlərin inventarizasiyası üzrə sənədlər hazırlanmışdır. Xidmət reqlamentləri və xidmət səviyyəsinə dair razılaşmalar (sazişlər) bütün xidmətlər üzrə mövcuddur və mütəmadi
və xidmət səviyyəsinə dair razılaşmalar (sazişlər) mövcud deyildir. Texniki problemlərin və görülən tədbirlərin qeydiyyatı yalnız xidmətlərin bir hissəsi üzrə aparılır. Xidmət reqlamentləri və xidmət səviyyəsinə dair razılaşmalar (sazişlər) mövcud deyildir. razılaşmalar (sazişlər) xidmətlərin bir hissəi üzrə mövcuddur və mütəmadi olaraq təkmilləşdirilir. olaraq təkmilləşdirilir. Eyni zamanda, qurumun keyfiyyətinin idarə olunması sistemləri mövcuddur ki, bu sistemlər xidmətlərin davamlı olaraq izlənməsini, qiymətləndirilməsini və təkmilləşdirilməsini təmin edir. Əlçatanlıq və istifadəçi təcrübəsi Müraciət (xidmət) kanallarının əlçatanlığı Rəqəmsal xidmətlərə müraciət (xidmət) kanalları mövcud deyildir. Bu səbəbdən vətəndaşlar xidmət almaq üçün qurumlara fiziki olaraq müraciət edir (xidmət mərkəzlərinə gəlmə, "kağız əsaslı" sənəd dövriyyəsi). Rəqəmsal xidmətlərə müraciət (xidmət) kanalı mövcuddur. Xidmətə rəqəmsal formada məsafədən müraciət edilə bilər. Lakin xidmətin dizaynı bir neçə müraciət (xidmət) kanalı vasitəsilə məsafədən müraciət edilməsini dəstəkləmir. Rəqəmsal xidmətlərə birdən çox müraciət (xidmət) kanalı vasitəsilə əlçatanlıq (məsafədən müraciət) təmin edilmişdir. Rəqəmsal xidmətlərə birdən çox müraciət (xidmət) kanalı vasitəsilə, habelə xdimətin xüsusiyyətləri imkan verdiyi təqdirdə "Mobil Prioritetli Tərtibat" prinsipi əsasında əlçatanlıq (məsafədən müraciət) təmin edilmişdir. Rəqəmsal xidmətlərə müraciət (xidmət) kanalları normativ hüquqi aktların tələblərinə uyğun qurulmuş, inteqrasiya olunmuş və Elektron Hökumət İnformasiya Sisteminin "Vahid Giriş" altsistemi vasitəsilə əlçatandır.
İstifadəçi təcrübəsi və rəyləri Qurum tərəfindən təqdim edilən xidmətin göstərilməsi mərhələləri istifadəçilərin fiziki iştirakını tələb edir. İstifadəçilərin xidmətlərlə bağlı rəyləri toplanılmır və xidmətlərin təkmilləşdirilməsi məqsədilə istifadə edilmir. Qurum tərəfindən təqdim edilən xidmətin göstərilməsinin yalnız bir müraciət mərhələsi rəqəmsal formada həyata keçirilir. Xidmətin göstərilməsinin digər mərhələləri istifadəçilərin fiziki iştirakını tələb edir. İstifadəçilərin xidmətlərlə bağlı rəyləri toplanır, lakin xidmətlərin təkmilləşdirilməsi məqsədilə istifadə edilmir. Qurum tərəfindən təqdim edilən xidmətin göstərilməsinin iki mərhələsi rəqəmsal formada həyata keçirilir. İstifadəçilərin xidmətlərlə bağlı rəyləri toplanır və xidmətlərin təkmilləşdirilməsi məqsədilə istifadə edilir. Lakin fərqli xidmət təminatçıları tərəfindən təmin edilən bir neçə dövlət xidmətinn göstərilməsinin hər hansı mərhələsi istifadəçilərin fiziki iştirakını tələb edir. İstifadəçilər qurumun informasiya ehtiyatında olan özləri barədə məlumatları yeniləyə bilirlər. Qurum tərəfindən təqdim edilən xidmətin göstərilməsinin bütün mərhələləri rəqəmsal formada həyata keçirilir. İstifadəçilərin xidmətlərlə bağlı rəyləri real vaxt rejimində (xidmətdən istifadə zamanı) toplanır və xidmətlərin davamlı təkmilləşdirilməsi məqsədilə istifadə edilir. İstifadəçilər qurumun informasiya ehtiyatında olan özləri barədə məlumatları yeniləyə bilirlər. İstifadəçilər xidmət kanalındakı "Tez-tez verilən suallar" bölməsi və "Təlimat bələdçisi" vasitəsilə kömək ala bilirlər. Xidmətlərin asanlıqla tapılması üçün ətraflı axtarış imkanı təqdim edilir. Müyəssərlik Qurum tərəfindən təqdim edilən xidmətlərin göstərilməsi zamanı əlilliyi olan şəxslər üçün heç bir müyəssərlik tələbləri yerinə yetirilmir və çoxdilli seçimlər təmin olunmur. Qurum tərəfindən təqdim edilən xidmətlərin göstərilməsi zamanı müyəssərlik tələbləri qismən yerinə yetirilir (zamanın tənzimlənməsi funksiyası yaradılır, kontenti oxumaq və istifadə etmək üçün istifadəçilərə kifayət qədər vaxtın təmin edilməsi, proseslərin klaviaturadan idarə olunması mümkünlüyü, Qurum tərəfindən təqdim edilən xidmətlərin göstərilməsi zamanı müyəssərlik tələbləri qismən yerinə yetirilir (zamanın tənzimlənməsi funksiyası yaradılır, kontenti oxumaq və istifadə etmək üçün istifadəçilərə kifayət qədər vaxtın təmin edilməsi, proseslərin klaviaturadan idarə olunması mümkünlüyü, animasiyalı şəkillərin deaktiv edilməsi funksiyasının icra olunması, Qurum tərəfindən təqdim edilən xidmətlərin göstərilməsi zamanı müyəssərlik tələbləri tam yerinə yetirilir (zamanın tənzimlənməsi funksiyası yaradılır, kontenti oxumaq və istifadə etmək üçün istifadəçilərə kifayət qədər vaxtın təmin edilməsi, proseslərin klaviaturadan idarə olunması mümkünlüyü, animasiyalı şəkillərin deaktiv edilməsi funksiyasının icra olunması, kontentin aydın və ardıcıl olması, kontentin cari və
animasiyalı şəkillərin deaktiv edilməsi funksiyasının icra olunması, kontentin aydın və ardıcıl olması təmin edilir) və çoxdilli seçimlər təmin olunmur. kontentin aydın və ardıcıl olması, kontentin cari və sonradan yaradılan müxtəlif istifadəçi veb-brauzerlər və yardımçı texnologiyalar ilə tam uyğunluğu təmin edilir) və çoxdilli seçimlər təmin olunur. sonradan yaradılan müxtəlif istifadəçi veb-brauzerlər və yardımçı texnologiyalar ilə tam uyğunluğu, mətn olmayan kontent üçün mətn alternativləri, audio və videokontentlər üçün transkript, altyazılar, böyük şriftlərdən istifadə, şrift seçimi imkanları, rənglərin idarə olunması, simvollararası məsafə təmin edilir) və çoxdilli seçimlər təmin olunur. İnternet informasiya ehtiyatının müyəssərliyi "WCAG (Web Content Accessibility Guideline) 2.1 (Veb Məzmunun Müyəssərliyinə dair Təlimat)" beynəlxalq standartlara uyğun təmin edilir. Müyəssərlik alətlərinin tətbiqi ilə bağlı mütəmadi olaraq monitorinqlər aparılır və nəticəsi barədə hesabatlar hazırlanaraq qurumun rəhbərliyinə təqdim olunur.
Rəqəmsal xidmətlərin təşkili və təkmilləşdirilməsi Rəqəmsal xidmətlərin təşkili və göstərilməsi dövrü Rəqəmsal xidmətlərin yaradılması, sınaqdan keçirilməsi, tətbiqi və təkmilləşdirilməsi üçün yol xəritəsi mövcud deyildir. Həmin proseslərin həyata keçirilməsi zamanı rəqəmsal texnologiyalardan istifadə edilmir. Rəqəmsal xidmətlərin yaradılması, sınaqdan keçirilməsi, tətbiqi və təkmilləşdirilməsi üçün yol xəritəsi mövcuddur. Lakin yol xəritəsi məlumat əsaslı deyildir (məlumatların təhlili nəticəsində formalaşdırılmamışdır). Xidmətin yaradılması, sınaqdan keçirilməsi, tətbiqi və təkmilləşdirilməsi proseslərinin həyata keçirilməsi zamanı rəqəmsal texnologiyalardan qismən istifadə edilir. Rəqəmsal xidmətlərin yaradılması, sınaqdan keçirilməsi, tətbiqi və təkmilləşdirilməsi üçün məlumat əsaslı (məlumatların təhlili nəticəsində) və istifadəçi rəyləri (mütəmadi olaraq toplanılmayan) əsasında formalaşdırılmış yol xəritəsi mövcuddur. Xidmətin yaradılması, sınaqdan keçirilməsi, tətbiqi və təkmilləşdirilməsi proseslərinin həyata keçirilməsi zamanı tam şəkildə rəqəmsal texnologiyalardan istifadə olunur. Rəqəmsal xidmətlərin yaradılması, sınaqdan keçirilməsi, tətbiqi və təkmilləşdirilməsi üçün məlumat əsaslı (məlumatların təhlili nəticəsində) və istifadəçi rəyləri (mütəmadi olaraq toplanılan) əsasında formalaşdırılmış qurumun yol xəritəsi mövcuddur. Xidmətin yaradılması, sınaqdan keçirilməsi, tətbiqi və təkmilləşdirilməsi proseslərinin həyata keçirilməsi zamanı tam inteqrasiya olunmuş rəqəmsal texnologiyalardan istifadə edilir. Həmin proseslər "Çevik" ("Agile") və ya digər müasir layihə idarəetməsi yanaşmaları əsasında, davamlı və istifadəçiyönümlü olaraq həyata keçirilir. Rəqəmsal xidmətlərin təşkili və təkmilləşdirilməsi Rəqəmsal xidmətlər təşkil edilmir, eləcə də nadir hallarda (son 3 il ərzində 1-3 arası layihənin həyata keçirilməsi) təşkil edilir və ya təkmilləşdirilir. Xidmətlərin təşkili və təkmilləşdirilməsi köhnəlmiş proqramlaşdırma metodlarının tətbiqinə əsaslanır. Rəqəmsal xidmətlərin təşkili və ya təkmilləşdirilməsi məlumat əsaslı təhlillər aparılmadan və istifadəçi rəyləri toplanılmadan həyata keçirilir. Xidmətlərin təşkili və təkmilləşdirilməsi həm müasir, həm də köhnəlmiş proqramlaşdırma Rəqəmsal xidmətlərin təşkili və ya təkmilləşdirilməsi məlumat əsaslı və istifadəçi rəyləri əsasında mütəmadi olaraq həyata keçirilir. Xidmətlərin təşkili və təkmilləşdirilməsi müasir proqramlaşdırma metodlarının, habelə "Çevik" ("Agile") və ya digər müasir layihə idarəetməsi yanaşmalarının tətbiqinə əsaslanır. Rəqəmsal xidmətlərin təşkili və ya təkmilləşdirilməsi məlumat əsaslı və istifadəçi rəyləri əsasında, eləcə də normativ hüquqi aktların və standartların tələblərinə uyğun mütəmadi olaraq həyata keçirilir. Xidmətlərin yaradılması və təkmilləşdirilməsi müasir proqramlaşdırma metodlarının və "Çevik" ("Agile") və ya digər müasir layihə idarəetməsi yanaşmalarının tətbiqinə, digər
metodlarının tətbiqinə əsaslanır. qurumların informasiya sistemlərinin inteqrasiyasına və vahid rəqəmsal həllərin istifadəsinə əsaslanır. Sınaq və tətbiq strategiyaları Rəqəmsal xidmətlərin təşkili və ya təkmilləşdirilməsi üzrə sınaqlar keçirilmir. Xidmətlər mövcud çatışmazlıqlar həll olunmadan və istifadəçi rəyləri alınmadan istifadəyə verilir. Sınaq metodologiyası mövcud deyildir. Bu səbəblərdən xidmətlərdən istifadə zamanı çatışmazlıqlar yaranır və əlavə işlərin görünməsi ilə nəticələnir. Rəqəmsal xidmətlərin təşkili və ya təkmilləşdirilməsi üzrə sınaqlar və aşkar edilən çatışmazlıqların həll olunması həmin xidmətlər istifadəyə verildikdən sonra istifadəçi rəyləri alınmadan həyata keçirilir. Sınaq metodologiyası mövcuddur. Xidmətlərin tətbiqi pilot layihə və ehtiyat plan olmadan həyata keçirilir. Rəqəmsal xidmətlərin təşkili və ya təkmilləşdirilməsi üzrə sınaqlar həmin xidmətlər istifadəyə verilmədən əvvəl sınaq metodologiyası əsasında və istifadəçi rəyləri alınmaqla həyata keçirilir. Aşkar edilən əksər çatışmazlıqların həll olunması həmin xidmətlər istifadəyə verilməmişdən əvvəl həyata keçirilir. Xidmətlərin tətbiqi pilot layihə və ehtiyat plan çərçivəsində təmin edilir. Rəqəmsal xidmətlərin təşkili və ya təkmilləşdirilməsi üzrə sınaqlar həmin xidmətlər istifadəyə verilməmişdən əvvəl sınaq metodologiyası əsasında və istifadəçi rəyləri alınmaqla mütəmadi olaraq həyata keçirilir. Sınaqlar proqram təminatının test fəaliyyət dövrü üzrə bütün mərhələləri əhatə edir. Aşkar edilən bütün çatışmazlıqların həll olunması həmin xidmətlər istifadəyə verilməmişdən əvvəl həyata keçirilir, habelə onların aradan qaldırılması real vaxt rejimində izlənilir. Xidmətlərin tətbiqi pilot layihə və ehtiyat plan çərçivəsində təmin edilir, eləcə də real vaxt rejimində monitorinqlər aparılır.
Tex nikitexn oloji İnfor infra masi stru ktur ya infra stru ktur u Texniki arxitektura və Qurumda köhnəlmiş informasiya Qurumda istifadə olunan informasiya sistemləri Qurumda informasiya sistemlərinin Qurumda informasiya sistemlərinin
İT infrastrukturu sistemlərindən istifadə olunur. Qurumda "Müəssisə Arxitekturası" qurulmamış, o cümlədən həmin arxitektura üzrə normativ hüquqi aktların tələbləri və beynəlxalq standartlar tətbiq olunmur. inteqrasiya olunmamışdır, həmçinin təkmilləşdirilməsi mümkün deyildir. Qurumda "Müəssisə Arxitekturası"nın qurulması ilə bağlı tədbirlər görülür, lakin həmin arxitektura üzrə normativ hüquqi aktların tələbləri və beynəlxalq standartlar tətbiq olunmur. Həmçinin köhnəlmiş informasiya sistemlərindən istifadə edilir. təkmilləşdirilməsinə və yeni texnologiyaların tətbiqinə imkan verən "Müəssisə Arxitekturası"nın qurulması təmin edilmişdir. Lakin həmin arxitektura üzrə normativ hüquqi aktların tələbləri və beynəlxalq standartlar qismən tətbiq olunur. Həmçinin köhnəlmiş informasiya sistemlərindən istifadə edilir. İnformasiya sistemləri Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilmişdir. təkmilləşdirilməsinə və yeni texnologiyaların tətbiqinə imkan verən "Müəssisə Arxitekturası"nın qurulması təmin edilmişdir. Həmin arxitektura üzrə normativ hüquqi aktların tələbləri və beynəlxalq standartlar tətbiq olunur. Köhnəlmiş informasiya sistemlərindən istifadə edilmir. İnformasiya sistemləri Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunmuşdur. "Bulud" xidmətləri (G-cloud) "Hökumət buludu" xidmətlərindən istifadə edilmir. Bütün sistemlər qurumun fiziki infrastrukturunda yerləşdirilir. "Hökumət buludu" xidmətlərindən qismən istifadə olunur. Qurumun informasiya sistemlərinin 50 faizindən azı "Hökumət buludu"na miqrasiya və ya kolokasiya edilmiş, qalan hissəsi isə qurumun fiziki infrastrukturunda yerləşdirilmişdir. Qurumun "Hökumət buludu"na keçidlə bağlı planı mövcud deyildir. "Hökumət buludu" xidmətlərindən qismən istifadə olunur. Qurumun informasiya sistemlərinin 50 faizi və daha çoxu "Hökumət buludu"na miqrasiya və ya kolokasiya edilmiş, qalan hissəsi isə qurumun fiziki infrastrukturunda yerləşdirilmişdir. Qurumun bütün sistemlərinin "Hökumət buludu"na miqrasiya edilməsi üçün keçid planı hazırlanmışdır. "Hökumət buludu" xidmətlərindən tam istifadə olunur. Qurumun bütün informasiya sistemləri "Hökumət buludu"na miqrasiya və ya kolokasiya edilmiş, keçid planı tam icra olunmuşdur. Performansın idarə edilməsi Proqram təminatının və texnoloji avadanlıqların fəaliyyətində yaranan Proqram təminatının və texnoloji avadanlıqların fəaliyyətinin əsas göstəricilərinin Proqram təminatının və texnoloji avadanlıqların fəaliyyətinin əsas göstəricilərinin monitorinqi Proqram təminatının və texnoloji avadanlıqların fəaliyyətinin əsas göstəricilərinin monitorinqi
çatışmazlıqlar baş verdikdən sonra aradan qaldırılır. Proqram təminatının və texnoloji avadanlıqların fəaliyyətinin monitorinqi, habelə çatışmazlıqların və onların aradan qaldırılması üzrə görülən tədbirlərin qeydiyyatı aparılmır. monitorinqi əllə həyata keçirilir. Həmin monitorinqin proaktiv keçirilməsi üçün proqram təminatının hazırlanması ilə bağlı tədbirlər görülür. proaktiv qaydada və avtomatlaşdırılmış formada fasiləsiz həyata keçirilir. Proqram təminatının və texnoloji avadanlıqların dayanıqlığını təmin etmək üçün əvvəlcədən avtomatlaşdırılmış sınaqlar həyata keçirilir. Həmçinin yaranan çatışmazlıqlar daha ciddi hala çevrilməmişdən əvvəl aşkarlanaraq həll olunur. proaktiv qaydada və avtomatlaşdırılmış formada fasiləsiz həyata keçirilir. Eləcə də proqnozlaşdırıcı analitika və avtomatlaşdırılmış sınaq sistemləri tətbiq edilir. Aparılan monitorinqlər əsasında proqram təminatının və texnoloji avadanlıqların fəaliyyətinin əsas göstəricilərinin artırılması istiqamətində tədbirlər görülür. Proqram təminatının və texnoloji avadanlıqların dayanıqlığını təmin etmək üçün əvvəlcədən avtomatlaşdırılmış sınaqlar həyata keçirilir. Həmçinin yaranan çatışmazlıqlar daha ciddi hala çevrilməmişdən əvvəl aşkarlanıb həll olunur. Süni intellekt həllərinin tətbiqinə hazırlıq və analitika Süni intellekt həllərinin tətbiqi Qurumun fəaliyyətində, o cümlədən analitik proseslərdə süni intellekt (Sİ) həllərindən istifadə edilmir. Qərar qəbuletmə və təhlil prosesləri tamamilə əl üsulu ilə aparılır. İşçilər süni intellekt texnologiyalarından istifadə üzrə bilik və bacarıqlarının Qurumun fəaliyyətində, o cümlədən analitik proseslərdə süni intellekt həllərindən yardımçı alət kimi istifadə olunur. Bu həllər qərar qəbuletmə və təhlil proseslərinə inteqrasiya edilməmiş, yalnız ilkin məlumatların emalı və ya hesabatların hazırlanması mərhələsində tətbiq olunur. İstifadə olunan süni intellekt həlləri Qurumun fəaliyyətində, o cümlədən analitik proseslərdə süni intellekt həllərindən əsas alət kimi istifadə olunur. Onlar qərar qəbuletmə və təhlil proseslərinə inteqrasiya edilmişdir. İstifadə olunan süni intellekt həlləri qurum daxilində və ya kənar subyektlər tərəfindən hazırlanır. İşçilər süni intellekt texnologiyalarından istifadə üzrə bilik və Qurumun fəaliyyətində, o cümlədən analitik proseslərdə süni intellekt həllərindən əsas və ayrılmaz alət kimi istifadə olunur. Bu həllər qərar qəbuletmə və təhlil proseslərinə tam inteqrasiya edilmişdir. Qurum daxilində və ya kənar subyektlər tərəfindən hazırlanan süni intellekt həllərindən istifadə qurumun strateji sənədləri və daxili qaydaları əsasında həyata keçirilir. Süni intellektdən
artırılması üçün hazırlığa cəlb edilməmişlər. qurum daxilində və ya kənar subyektlər tərəfindən hazırlanır. Süni intellektin nəticələri mütləq şəkildə insan tərəfindən yoxlanılaraq təsdiqlənir. İşçilər süni intellektdən istifadə üzrə bilik və bacarıqlarının artırılması üçün hazırlığa cəlb edilməmişlər. bacarıqlarının artırılması üçün müvafiq hazırlığa cəlb edilmişlər. istifadənin idarə olunması və etik tənzimlənməsi üçün müvafiq normativ qaydalar mövcuddur. İşçilər süni intellekt texnologiyalarından istifadə üzrə bilik və bacarıqlarının artırılması məqsədilə mütəmadi hazırlığa cəlb edilirlər. Məlumatların əlçatanlığı və infrastruktur Məlumatlar əsasən kağız daşıyıcılarda və ya Excel cədvəllərində pərakəndə şəkildə saxlanılır. Elektron informasiya ehtiyatları mövcud deyildir. Məlumatlardan təhlil və qərarvermə proseslərində istifadə edilmir. Məlumatlar müxtəlif informasiya ehtiyatlarında rəqəmsal formada toplanılır və saxlanılır, lakin mərkəzləşdirilmiş elektron informasiya ehtiyatı mövcud deyildir. Məlumatların keyfiyyəti və tamlığı normativ hüquqi aktların və standartların tələblərinə tam uyğun deyildir. İnformasiya ehtiyatlarına girişə nəzarət mexanizmi mövcud deyildir. Məlumatlar mərkəzləşdirilmiş elektron informasiya ehtiyatında inteqrasiya əsasında toplanılır, saxlanılır və ötürülür. Məlumatların keyfiyyəti və tamlığı normativ hüquqi aktların və standartların tələblərinə tam uyğun deyil, bəzi uyğunsuzluq və ya təkrarlanma halları mövcuddur. İnformasiya ehtiyatlarına girişə nəzarət mexanizmi mövcuddur. Qərarvermə proseslərində məlumatlardan istifadə olunur. Məlumatlar strukturlaşdırılmış və mərkəzləşdirilmiş elektron informasiya ehtiyatında real vaxt rejimində inteqrasiya əsasında toplanılır, saxlanılır və ötürülür. Məlumatların keyfiyyəti və tamlığı normativ hüquqi aktların və standartların tələblərinə tam uyğun şəkildə təmin edilir. İnformasiya ehtiyatlarına girişə nəzarət mexanizmi mövcuddur. Qərarların qəbul edilməsi prosesində məlumatlardan sistemli şəkildə istifadə olunur.
Qabaqcıl alətlər Məlumatların təhlili üçün analitik alətlərdən istifadə olunmur. Mövcud təhlillər tamamilə əllə aparılır. Qərarların qəbul edilməsi prosesində məlumatların təhlili nəticələrindən istifadə edilmir. İşçilər analitik alətlərdən istifadə üzrə bilik və bacarıqlarının artırılması üçün hazırlığa cəlb edilməmişlər. Məlumatların təhlili üçün sadə analitik alətlərdən (məsələn, Excel) istifadə olunur. Mürəkkəb təhlillər əllə və ya sadə vizuallaşdırma alətləri vasitəsilə aparılır. Qərarların qəbul edilməsi prosesində məlumatların təhlili nəticələrindən istifadə edilmir. İşçilər analitik alətlərdən istifadə üzrə bilik və bacarıqlarının artırılması üçün hazırlığa cəlb edilməmişlər. Məlumatların təhlili üçün təkmil analitik alətlər (məsələn, Power BI, Google Analytics, Tableau) bəzi struktur bölmələrdə tətbiq olunur. Qərarların qəbul edilməsi prosesində məlumatların təhlili nəticələrindən istifadə olunur. İşçilər analitik alətlərdən istifadə üzrə bilik və bacarıqlarının artırılması üçün hazırlığa cəlb edilmişlər. Məlumatların təhlili üçün təkmil analitik alətlər (məsələn, Power BI, Google Analytics, Tableau) qurum üzrə tam tətbiq olunur. Planlaşdırma, monitorinq və gündəlik qərarların qəbul olunması prosesində məlumatların təhlili nəticələrindən istifadə edilir. İşçilər analitik alətlərdən istifadə üzrə bilik və bacarıqlarının artırılması üçün hazırlığa cəlb edilmişlər, habelə həmin alətlər vasitəsilə analitik hesabatlar hazırlamaq imkanına malikdirlər. Məlumat idarəetməsi Məlumat siyasəti və idarəetməsi Məlumatların idarə edilməsi üzrə heç bir struktur bölmə və ya məsul şəxs, habelə strateji sənədlər və prosedur qaydalar mövcud deyildir. Məlumatların idarə edilməsi üzrə struktur bölmə və ya məsul şəxs, habelə onların səlahiyyətləri müəyyən edilmişdir. Lakin strateji sənədlər və prosedur qaydaları mövcud deyildir. Məlumatların keyfiyyətinin və tamlığının təmin edilməsi üzrə tədbirlər plansız şəkildə həyata keçirilir. Məlumatların idarə edilməsi üzrə struktur bölmə və ya məsul şəxs, habelə onların səlahiyyətləri müəyyən edilmişdir. Qurum üzrə strateji sənədlər və prosedur qaydalar mövcuddur. Məlumatların keyfiyyətinin və tamlığının təmin edilməsi üzrə tədbirlər müvafiq plan əsasında mütəmadi olaraq həyata keçirilir. Məlumatların idarə edilməsi üzrə struktur bölmə və ya məsul şəxs, habelə onların səlahiyyətləri müəyyən edilmişdir. Qurum üzrə strateji və prosedur sənədləri mövcuddur, mütəmadi olaraq yenilənir. Həmin sənədlər ölkə üzrə məlumatların idarə edilməsi strategiyasına uyğundur. Məlumatların keyfiyyətinin və tamlığının təmin edilməsi üzrə tədbirlər, o cümlədən normativ hüquqi aktlara və standartlara uyğunluğa dair monitorinqlər müvafiq plan əsasında
mütəmadi olaraq həyata keçirilir. Məlumat modeli, arxitektura və inteqrasiya Qurumda məlumat modeli mövcud deyildir, məlumatlar informasiya ehtiyatlarında pərakəndə və təcrid olunmuş şəkildə saxlanılır. Onların informasiya ehtiyatlarında saxlanılmasına dair prosedur sənədləri yoxdur. Qurumda məlumat modeli qurulmuşdur, lakin sənədləşdirilməmişdir. Məlumatlar elektron informasiya ehtiyatlarında pərakəndə şəkildə saxlanılır, mərkəzləşdirilmiş elektron informasiya ehtiyatı mövcud deyildir. İnteqrasiya qismən təmin edilmişdir. Onların informasiya ehtiyatlarında saxlanılmasına dair prosedur sənədləri mövcud deyildir. Qurumda məlumat modeli qurulmuş və sənədləşdirilmişdir. Məlumatlar mərkəzləşdirilmiş elektron informasiya ehtiyatında saxlanılır. İnteqrasiya (o cümlədən digər qurumların informasiya sistemləri ilə) qismən təmin edilmiş və sənədləşdirmişdir. Məlumatların 50-80 faizi mübadilə edilir və xidmətlərin göstərilməsində istifadə olunur. Onların informasiya ehtiyatlarında saxlanılmasına dair prosedur sənədləri mövcuddur. Qurumda məlumat və metaməlumat modeli qurulmuş və sənədləşdirilmişdir. Məlumatlar strukturlaşdırılmış və mərkəzləşdirilmiş elektron informasiya ehtiyatında normallaşma (məlumat bazasında məlumatların mühafizəsinin və əlaqəliliyinin təmini məqsədilə verilənlərin təşkili) prinsiplərinə uyğun saxlanılır. İnteqrasiya (o cümlədən digər qurumların informasiya sistemləri ilə) tam təmin edilmiş, məlumatların ilkin mənbəyi dəqiq müəyyənləşdirilmiş, habelə inteqrasiya və ilkin mənbələr sənədləşdirmişdir. Məlumatlar bütün xidmətlərin göstərilməsində istifadə olunur. Onların informasiya ehtiyatlarında saxlanılmasına dair prosedur sənədləri mövcuddur.
Məlumat əsaslı qərar qəbul etmə mədəniyyəti Qurumda məlumat əsaslı qərar qəbul etmə mədəniyyəti, habelə məlumatların formalaşdırılması və saxlanılması üçün informasiya infrastrukturu mövcud deyildir. Qərarlar əsasən şəxsi təcrübə və ya məhdud məlumatlar əsasında qəbul edilir. Qurumda məlumat əsaslı qərar qəbul etmə mədəniyyətinin formalaşdırılması üzrə tədbirlər görülür. Bir sıra struktur bölmələrində məlumatlardan təhlillərin və hesabatlılığın, eləcə də fəaliyyətin monitorinqinin aparılmasında istifadə olunur. Məlumat savadlılığı (məlumatı oxumaq, anlamaq və təhlil etmək bacarığı) üzrə təlimlər keçirilmir. Qurumda məlumat əsaslı qərar qəbul etmə mədəniyyəti formalaşdırılmışdır. Bütün struktur bölmələrdə məlumatlardan gündəlik və strateji qərarların qəbulunda, təhlillərin və hesabatlılığın, eləcə də fəaliyyətin monitorinqinin aparılmasında istifadə edilir. Məlumat savadlılığı (məlumatı oxumaq, anlamaq və təhlil etmək bacarığı) üzrə təlimlər keçirilir. Rəhbərlər məlumat əsaslı qərarların qəbulu üçün təkmil analitik alətlərdən (məsələn, Power BI, Google Analytics, Tableau) istifadə edirlər. Qurumda məlumat əsaslı qərar qəbul etmə mədəniyyəti formalaşdırılmışdır. Qurum səviyyəsində məlumatlardan gündəlik və strateji qərarların qəbulunda, təhlillərin və hesabatlılığın, eləcə də fəaliyyətin monitorinqinin aparılmasında əlaqələndirilmiş şəkildə istifadə edilir. Məlumat savadlılığı (məlumatı oxumaq, anlamaq və təhlil etmək bacarığı) üzrə mütəmadi olaraq təlimlər keçirilir. Rəhbərlər məlumat əsaslı qərarların qəbulu üçün təkmil analitik alətlərdən (məsələn, Power BI, Google Analytics, Tableau) istifadə edirlər. Əməkdaşlıq və inteqrasiya Digər qurumlara inteqrasiya Qurum digər qurumlarla məlumat mübadiləsini informasiya sistemləri vasitəsilə həyata keçirmir. Məlumat mübadiləsi elektron poçt vasitəsilə və ya kağız daşıyıcıda aparılır. Elektron Hökumət İnformasiya Sistemi ilə inteqrasiya mövcud deyildir. Qurum digər qurumlarla, o cümlədən səlahiyyətli dövlət qurumları ilə əməkdaşlıq edir, lakin bu əməkdaşlıq əsasən məlumat mübadiləsi ilə məhdudlaşır və planlaşdırılmış şəkildə həyata keçirilmir. Ortaq layihə və xidmətlər icra edilmir, ortaq rəqəmsal həllər tətbiq olunmur. Məlumat mübadiləsi hələ də elektron poçt və Qurum digər qurumlarla məlumat mübadiləsini qismən informasiya sistemləri vasitəsilə, o cümlədən Elektron Hökumət İnformasiya Sistemi üzərindən həyata keçirir. Qurum səlahiyyətli dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində ortaq layihə və xidmətlərin icrasını, həmçinin ortaq rəqəmsal həllərin tətbiqini təmin edir. Əməkdaşlıq mexanizmləri Qurum digər qurumlarla məlumat mübadiləsini tam şəkildə informasiya sistemləri vasitəsilə Elektron Hökumət İnformasiya Sistemi üzərindən həyata keçirir. Qurum səlahiyyətli dövlət qurumları ilə əməkdaşlığı planlı və sistemli şəkildə təşkil edir. Əməkdaşlıq məlumat mübadiləsi ilə yanaşı, ortaq layihə və xidmətlərin icrasını, eləcə də ortaq rəqəmsal həllərin tətbiqini əhatə edir. Bütün əməkdaşlıq
ya kağız daşıyıcı vasitəsilə aparılır. formalaşdırılıb, lakin hələ tam sistemləşdirilməmişdir. münasibətləri normativ hüquqi sənədlərlə rəsmiləşdirilmişdir. Məlumatların açıqlanması və şəffaflıq Məlumatların və sənədlərin qurum daxilində və digər qurumlara (və ya şəxslərə) açıqlanması elektron poçt vasitəsilə və ya kağız daşıyıcıda həyata keçirilir. Elektron paylaşım sistemləri mövcud deyildir. Açıq məlumatlar nə qurumun internet informasiya ehtiyatında, nə də "Açıq məlumatlar" portalında açıqlanır. Məlumatların və sənədlərin açıqlanması yalnız qurum daxilində elektron informasiya ehtiyatlarından fayl çıxarışları (məsələn, Excel cədvəlləri) formasında həyata keçirilir. Strukturlaşdırılmış məlumat paylaşımı mexanizmi mövcud deyildir. Açıq məlumatlar hələ də qurumun internet informasiya ehtiyatında və "Açıq məlumatlar" portalında açıqlanmır. Məlumatların və sənədlərin açıqlanması qurum daxilində proqramlaşdırılmış interfeyslər (məsələn, APIlər) və mərkəzi məlumat ötürmə sistemləri vasitəsilə həyata keçirilir. Strukturlaşdırılmış məlumat paylaşımı mexanizmi mövcuddur. Açıq məlumatlar qurumun internet informasiya ehtiyatı vasitəsilə ictimaiyyətə təqdim olunur, lakin "Açıq məlumatlar" portalına tam inteqrasiya olunmamışdır. Məlumatların və sənədlərin qurum daxilində və digər qurumlara (və ya şəxslərə) elektron mübadiləsi rəsmi protokollar, proqramlaşdırılmış interfeyslər (məsələn, API-lər) və mərkəzi məlumat ötürmə sistemləri vasitəsilə real vaxt rejimində həyata keçirilir. Qurum daxilində strukturlaşdırılmış və təhlükəsiz məlumat paylaşımı mexanizmi mövcuddur. Açıq məlumatlar həm qurumun internet informasiya ehtiyatı, həm də "Açıq məlumatlar" portalı vasitəsilə ictimaiyyətə təqdim olunur. Kənar təchizatçılarla iş və yetkinlik səviyyəsi Qurum rəqəmsallaşma layihələrinin icrasında və idarə olunmasında kənar təchizatçıların xidmətlərindən istifadə etmir. Bütün fəaliyyətlər daxili resurslar hesabına həyata keçirilir. Qurum yardımçı informasiya sistemlərinin və texnoloji ehtiyatların formalaşdırılması və idarə edilməsində kənar təchizatçıların xidmətlərindən istifadə edir. Lakin təchizatçılarla iş prosesini və onların fəaliyyətinə nəzarəti tənzimləyən prosedur sənədi rəsmiləşdirilməmişdir. Təchizatçılarla Qurum yardımçı informasiya sistemlərinin və texnoloji ehtiyatların idarə edilməsində kənar, o cümlədən beynəlxalq təchizatçıların xidmətlərindən istifadə edir. Təchizatçılarla işin təşkili və onların fəaliyyət keyfiyyətinə nəzarəti tənzimləyən prosedur sənədi rəsmiləşdirilmişdir. Həmin sənədin icrasına və təchizatçıların fəaliyyətinə Qurum həm əsas, həm də yardımçı informasiya sistemlərinin və texnoloji ehtiyatların idarə edilməsində kənar, o cümlədən beynəlxalq təchizatçıların xidmətlərindən istifadə edir. Təchizatçılarla əməkdaşlıq resursların optimallaşdırılması, xidmət keyfiyyətinin artırılması və konkret təchizatçılardan asılılığın azaldılması məqsədilə risk qiymətləndirilməsinə əsaslanan strateji yanaşma
əməkdaşlıq əsasən situativ xarakter daşıyır. nəzarətə cavabdeh xüsusi qrup müəyyənləşdirilmişdir. çərçivəsində qurulmuşdur. Təchizatçılarla işin təşkili və fəaliyyət keyfiyyətinə nəzarəti tənzimləyən prosedur sənədi mövcuddur və onun icrasına nəzarət edən xüsusi qrup fəaliyyət göstərir. Daxili idarəetmə proseslərinin avtomatlaşdırılması Proseslərin avtomatlaşdırılması Qurumda daxili idarəetmə prosesləri elektron poçt vasitəsilə və ya kağız daşıyıcıda həyata keçirilir. Tapşırıqların yerinə yetirilməsi, sənədlərin dövriyyəsi və daxili kommunikasiya rəqəmsal alətlər vasitəsilə idarə olunmur. Qurumun struktur bölmələrində daxili tapşırıqların izlənilməsi üçün tapşırıq idarəetmə alətlərindən (məsələn, Trello, Planner və s.) istifadə edilir. Daxili idarəetmə proseslərində avtomatlaşdırma yalnız məhdud mərhələləri məsələn, bildirişlərin göndərilməsi və ya sənəd şablonlarının istifadəsini əhatə edir. Mövcud informasiya sistemləri arasında inteqrasiya təmin edilməmişdir. Qurumda daxili idarəetmə prosesləri biznes proseslərinin idarə edilməsi alətləri vasitəsilə avtomatlaşdırılmışdır. Mövcud informasiya sistemləri qismən inteqrasiya olunmuşdur. Proseslərin icra vəziyyəti üzrə məlumatların monitorinqi həyata keçirilir, lakin real vaxt rejimində tam görüntü təmin edilmir. Qurumda daxili idarəetmə prosesləri biznes proseslərinin idarə edilməsi alətləri vasitəsilə tam avtomatlaşdırılmış və inteqrasiya olunmuşdur. Bütün informasiya sistemləri arasında məlumat axını vahid şəkildə idarə olunur. Proseslərin icra vəziyyəti və səmərəlilik göstəriciləri real vaxt rejimində idarəetmə panelləri (dashboard-lar) vasitəsilə nəzarətdə saxlanılır. Rəqəmsal identifikasiya Qurumun xidmətlərində, informasiya sistemlərində və ehtiyatlarında rəqəmsal identifikasiya mexanizmləri tətbiq olunmur. İdentifikasiya Qurumun xidmətlərinin, informasiya sistemlərinin və ehtiyatlarının 50 faizdən azında rəqəmsal identifikasiya mexanizmləri tətbiq olunur. Lakin rəqəmsal identifikasiya vasitələrinin Qurumun xidmətlərinin, informasiya sistemlərinin və ehtiyatlarının 50-80 faizində Elektron Hökumət İnformasiya Sisteminin "Vahid Giriş" altsistemi tətbiq olunur. Rəqəmsal identifikasiya mexanizmlərinin tətbiqi üzrə Qurumun bütün xidmətlərində, informasiya sistemlərində və ehtiyatlarında Elektron Hökumət İnformasiya Sisteminin "Vahid Giriş" altsistemi tətbiq olunur. Rəqəmsal identifikasiya mexanizmlərinin tətbiqi üzrə strateji sənəd mövcuddur.
istifadəçi adı və şifrə vasitəsilə həyata keçirilir. inteqrasiyasında davamlı olaraq texniki problemlər müşahidə edilir. Digər xidmətlərdə, informasiya sistemlərində və ehtiyatlarında identifikasiya istifadəçi adı və şifrə vasitəsilə həyata keçirilir. Rəqəmsal identifikasiya mexanizmlərinin tətbiqi üzrə strateji sənəd yoxdur. strateji sənəd hazırlanma mərhələsindədir. Rəqəmsal sənədlərdən istifadə səviyyəsi Qurum daxilində sənəd dövriyyəsi kağız daşıyıcıda həyata keçirilir. İnformasiya sistemlərində və ehtiyatlarında rəqəmsal sənədlər istifadə və mübadilə edilmir. Qurum daxilində sənəd dövriyyəsinin 50 faizdən azı rəqəmsal formada həyata keçirilir. Daxili informasiya sistemlərində və ehtiyatlarında rəqəmsal sənədlər qismən istifadə və mübadilə edilir Qurum daxilində sənəd dövriyyəsinin 50-80 faizi rəqəmsal formada həyata keçirilir. Daxili informasiya sistemlərində və ehtiyatlarında rəqəmsal sənədlər tam istifadə və mübadilə edilir. Sənədlər elektron imza ilə imzalanır. Qurum daxilində bütün sənəd dövriyyəsi rəqəmsal formatda həyata keçirilir. Daxili informasiya sistemlərində və ehtiyatlarında rəqəmsal sənədlər tam istifadə və mübadilə edilir. Həmçinin Elektron Hökumət İnformasiya Sisteminin Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi vasitəsilə digər qurumlarla rəqəmsal sənədlər mübadilə edilir. Xidmətlərin nəticəsi olaraq rəqəmsal sənədlər təqdim edilir. Sənədlər təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə imzalanır. 4. Əməliyya t modelləri Təşkilati struktur Rəqəmsallaşma və məlumat idarəetməsi Qurumda informasiya texnologiyaları sahəsində fəaliyyət yalnız sistem Qurumda informasiya texnologiyaları üzrə cari texniki məsələlərin həlli ilə məşğul olan struktur Qurumda rəqəmsallaşma və məlumat idarəetməsi üzrə ixtisaslaşmış struktur vahidləri mövcuddur. Həmin Qurumda rəqəmsallaşma və məlumat idarəetməsi üzrə ixtisaslaşmış struktur vahidləri mövcuddur. Həmin struktur
üzrə struktur bölmələr inzibatçılığı və texniki dəstək funksiyaları ilə məhdudlaşır. Rəqəmsallaşma və məlumat idarəetməsi istiqamətləri üzrə ixtisaslaşmış struktur vahidi mövcud deyildir. vahidi mövcuddur. Həmin struktur vahidinin işçiləri qurum daxilində rəqəmsal məhsulların hazırlanması və məlumat idarəetməsi proseslərində iştirak etmirlər, fəaliyyət yalnız texniki xidmət və inzibatçılıqla məhdudlaşır. vahidlərin işçiləri vəzifə funksiyalarına uyğun şəkildə rəqəmsal məhsulların hazırlanmasında, təkmilləşdirilməsində, idarə olunmasında, texniki dəstəyin göstərilməsində və məlumatların təhlilində iştirak edirlər. vahidlərinin işçiləri vəzifə funksiyaları üzrə qurumun rəqəmsallaşma layihələrinin icrasını və idarəetməsini, rəqəmsal məhsulların hazırlanmasını, təkmilləşdirilməsini və idarə olunmasını, texniki dəstəyin göstərilməsini və məlumat idarəetməsini, o cümlədən təhlilini müstəqil şəkildə və digər qurumlarla əlaqələndirilmiş formada həyata keçirirlər. "Çevik" ("Agile") və ya digər müasir layihə idarəetməsi yanaşmalarının tətbiqi Qurumda rəqəmsallaşma üzrə layihələrin idarə olunması üçün vahid yanaşma mövcud deyildir. Hər bir layihənin idarə olunması üçün fəqli yanaşmalar tətbiq edilir. Layihələrin icrasının gedişatının monitorinqi mütəmadi olaraq aparılmır. Qurumda rəqəmsallaşma üzrə layihələrin idarə olunması üçün vahid yanaşma mövcud deyildir. Hər bir layihənin idarə olunması üçün fəqli yanaşmalar tətbiq edilir. Əsasən ənənəvi yanaşma tətbiq olunur. "Çevik" ("Agile") və ya digər müasir layihə idarəetməsi yanaşmalarının tətbiqi və bu istiqamətdə təlimlərin keçirilməsi planlaşdırılır. Layihələrin icrasının gedişatının monitorinqi mütəmadi olaraq aparılmır. Qurumda rəqəmsallaşma üzrə layihələrin idarə olunmasında "Çevik" ("Agile") və ya digər müasir layihə idarəetməsi yanaşmalarının tətbiqi pilot rejimdə həyata keçirilir, habelə işçilərə bu istiqamətdə təlimlərin keçirilməsi ilə bağlı tədbirlər görülür. Layihələrin icrasının gedişatının monitorinqi mütəmadi olaraq aparılır. Qurumda rəqəmsallaşma, xidmətlərin göstərilməsi və strateji sənədlərin hazırlanması üzrə layihələrin idarə olunmasında əsas yanaşma kimi "Çevik" ("Agile") və ya digər müasir layihə idarəetməsi yanaşmaları tətbiqi edilir, habelə işçilərə bu istiqamətdə təlimlərin keçirilməsi ilə bağlı tədbirlər görülür. Layihələrin icrasının gedişatının monitorinqi mütəmadi olaraq aparılır.
Şöbələrarası əməkdaşlıq Rəqəmsallaşma və məlumat idarəetməsi üzrə struktur bölmələrin fəaliyyəti təcrid olunmuş şəkildə həyata keçirilir, habelə digər struktur bölmələrlə əlaqələndirmə və əməkdaşlıq edilmir. Struktur bölmələr arasında məlumat mübadiləsinin aparılması üçün platforma və ya rəqəmsal həllər formalaşdırılmamışdır. Rəqəmsallaşma və məlumat idarəetməsi üzrə struktur bölmələr daxilində və digər struktur bölmələr arasında əməkdaşlıq sistemli xarakter daşımır və əsasən konkret layihələr çərçivəsində həyata keçirilir. Struktur bölmələr arasında məlumat mübadiləsinin aparılması üçün platforma və ya rəqəmsal həllər formalaşdırılmamışdır. Rəqəmsallaşma və məlumat idarəetməsi üzrə struktur bölmələr daxilində və digər struktur bölmələrlə mütəmadi olaraq əməkdaşlıq həyata keçirilir. Struktur bölmələr arasında məlumat mübadiləsinin aparılması üçün platforma formalaşdırılmışdır. Qarşılıqlı əməkdaşlıq nəticəsində formalaşdırılan məlumatlar məlumat əsaslı qərarların verilməsində istifadə edilir. Rəqəmsallaşma və məlumat idarəetməsi üzrə struktur bölmələr tərəfindən qurum daxilində və digər qurumlarla münasibətlərdə, o cümlədən xidmətlərin göstərilməsində mütəmadi olaraq əməkdaşlıq və məlumat mübadiləsi həyata keçirilir. Məlumat əsaslı qərarvermə və süni intellekt layihələri struktur bölmələr arasında və digər qurumlarla sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bilik və bacarıqların artırılması Rəqəmsal savadlılıq İşçilərin rəqəmsal texnologiyalardan istifadə üzrə bilik və bacarıqları yoxdur. İşçilər sadə funksiyalı rəqəmsal alətlərdən (məsələn, elektron poçt, ofis proqramları, elektron ünsiyyət proqramları və s.) sərbəst istifadə edə bilirlər. Lakin mürəkkəb funksiyalı rəqəmsal alətlərdən (məsələn, paylaşılmış qovluqlar, onlayn formaların hazırlanması və s.) istifadə zamanı texniki dəstək alırlar. İşçilər vəzifə funksiyalarına və vəzifə təlimatlarına uyğun olaraq müxtəlif funksiyalı rəqəmsal alətlərdən sərbəst istifadə edə bilirlər. İşçilər vəzifə funksiyalarına və vəzifə təlimatlarına uyğun olaraq müxtəlif funksiyalı rəqəmsal alətlərdən sərbəst istifadə edə bilirlər. Bununla yanaşı, bütün əməliyyatları rəqəmsal mühitdə tam inteqrasiya olunmuş şəkildə həyata keçirirlər. Həmçinin rəqəmsal alətlər üzrə yenilikləri izləyir, öyrənir və qurumun fəaliyyətində tətbiq edirlər.
Rəqəmsallaşma üzrə vəzifə funksiyaları və vəzifə təlimatı Rəqəmsallaşma üzrə işçilərin vəzifə funksiyaları və vəzifə təlimatları müəyyən edilməmişdir. İxtisaslı kadrların cəlb edilməsi üçün prosedur qaydaları mövcud deyildir. Namizədlərin seçimi zamanı rəqəmsal bacarıqların yoxlanılması həyata keçirilmir. Rəqəmsallaşma üzrə sistem inzibatçısı və texniki dəstək kimi ilkin vəzifə funksiyaları və vəzifə təlimatları müəyyən edilmişdir. Vəzifə təlimatında rəqəmsallaşma üzrə səriştələr ətraflı qeyd olunmamışdır. İxtisaslı kadrların cəlb edilməsi üçün prosedur qaydaları mövcud deyildir. Namizədlərin seçimi zamanı rəqəmsal bacarıqların yoxlanılması həyata keçirilmir. Rəqəmsallaşma üzrə vəzifə funksiyaları (məhsul sahibi, məlumat analitiki, proqramçı, biznes analitiki, sistem inzibatçısı, məhsul meneceri, texniki dəstək və s.) və vəzifə təlimatları dəqiq müəyyən edilmişdir. Vəzifə təlimatında rəqəmsallaşma üzrə səriştələr ətraflı qeyd olunmuşdur. İxtisaslı kadrların cəlb edilməsi üçün prosedur qaydaları mövcuddur. Namizədlərin seçimi zamanı rəqəmsal bacarıqların yoxlanılması həyata keçirilir. Rəqəmsallaşma üzrə vəzifə funksiyaları (məhsul sahibi, məlumat analitiki, proqramçı, biznes analitiki, sistem inzibatçısı, məhsul meneceri, texniki dəstək və s.) və vəzifə təlimatları dəqiq müəyyən edilmişdir. Vəzifə təlimatında rəqəmsallaşma üzrə səriştələr ətraflı qeyd olunmuşdur. İxtisaslı kadrların cəlb edilməsi üçün prosedur qaydaları və strateji sənəd mövcuddur. Namizədlərin axtarışı ixtisaslaşmış iş platformaları, peşəkar birliklər, əmək yarmarkaları və ya məqsədyönlü axtarış kampaniyaları vasitəsilə aparılır, habelə namizədlərin seçimi zamanı rəqəmsal bacarıqların yoxlanılması həyata keçirilir.
Peşəkar inkişaf Qurum tərəfindən işçiləri rəqəmsal bilik və bacarıqlarının artırılması üçün təlimlərə cəlb edilmir. Təlimlərin keçirilməsi üçün büdcə, proqram və prosedur qaydaları yoxdur. İşçilərin rəqəmsal bilik və bacarıqlarının artırılması üçün təlimlər onların vəzifə funksiyalarına uyğun həyata keçirilmir. Təlimlər qurum daxilində bütün işçilər tərəfindən ümumi şəkildə istifadə olunan rəqəmsal alətlərlə bağlı təşkil olunur. Təlimdə iştirak könüllü əsasda təmin edilir, təlimlərin keçirilməsi və nəticəsi qiymətləndirilmir. Təlimlərin keçirilməsi üçün proqram və prosedur qaydaları yoxdur. İşçilərin rəqəmsal bilik və bacarıqlarının artırılması üçün təlimlər onların vəzifə funksiyalarına uyğun fərdiləşdirilmiş qaydada həyata keçirilir. Təlimdə iştirak məcburi əsasda təmin edilir, təlimlərin keçirilməsi və nəticəsi qiymətləndirilir. Təlimlərin keçirilməsi üçün proqram və prosedur qaydaları mövcuddur. Təlimlər elektron təlim platformalarından istifadə edilməklə həyata keçirilir. İşçilərin rəqəmsal bilik və bacarıqlarının artırılması üçün təlimlər onların vəzifə funksiyalarına uyğun fərdiləşdirilmiş qaydada, eləcə də qurumun uzunmüddətli strateji hədəflərinə uyğun həyata keçirilir. Təlimdə iştirak məcburi əsasda təmin edilir, təlimlərin keçirilməsi və nəticəsi qiymətləndirilir. Təlimlərin keçirilməsi üçün proqram və prosedur qaydaları mövcuddur və mütəmadi olaraq yenilənir. Təlimlər elektron təlim platformalarından istifadə edilməklə və yüksək səviyyəli səriştələrə (proseslərin modelləşdirilməsi, məlumat analitikası, süni intellekt strategiyalarının işlənməsi, məhsulyönümlü idarəetmə) yönəlməklə həyata keçirilir. Hüquqi tənzimləmə Hüquqi tənzimləmədə dəyişikliklər Rəqəmsallaşma layihələrinin həyata keçirilməsini məhdudlaşdıran hüquqi aktlar mövcuddur. Qurum bu məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı heç bir tədbir Rəqəmsallaşma layihələrinin həyata keçirilməsini məhdudlaşdıran hüquqi aktlarda müəyyən dəyişikliklər edilmişdir, lakin bu dəyişikliklər sistemli və planlı şəkildə həyata keçirilmir. Nəticədə rəqəmsallaşma Rəqəmsallaşma layihələrinin həyata keçirilməsini məhdudlaşdıran hüquqi aktlarda dəyişikliklər mütəmadi olaraq və təşəbbüs əsasında, o cümlədən qurumun strateji sənədlərinə uyğun edilir. Hüquqi aktlarda dəyişikliklər rəqəmsallaşma layihələrinin Rəqəmsallaşma layihələrinin həyata keçirilməsini məhdudlaşdıran hüquqi aktlarda dəyişikliklər mütəmadi olaraq və təşəbbüs əsasında, o cümlədən qurumun strateji sənədlərinə və ölkənin dövlət proqramlarına (strategiyalarına, milli fəaliyyət planlarına, konsepsiyalarına və bu kimi digər sənədlərə) uyğun
görmür və təşəbbüs irəli sürmür. layihələrinin reallaşdırılmasını çətinləşdirən bir sıra hüquq normaları hələ də qüvvədədir. həyata keçirilməsini sürətləndirir. edilir. Hüquqi aktlarda dəyişikliklər rəqəmsallaşma layihələrinin həyata keçirilməsini sürətləndirir. Dəyişikliklər əlaqələndirici qurumun həyata keçirdiyi qiymətləndirmələr nəticəsində də aparılır. Hüquqi tənzimləmədə dəyişikliklərlə bağlı çətinliklərin aradan qaldırılması Rəqəmsallaşma layihələrinin həyata keçirilməsinə dair hüquqi aktların və standartların tələbləri quruma aydın deyildir. Bu hal həmin layihələrin çevik və tələblərə uyğun həyata keçirilməsinə mane olur. Rəqəmsallaşma layihələrinin həyata keçirilməsini məhdudlaşdıran hüquqi aktlar müəyyənləşdirilmişdir. Lakin həmin hüquqi aktlara dair kompleks dəyişikliklər edilməsi üçün resurs çatışmazlığı mövcuddur. Rəqəmsallaşma layihələrinin həyata keçirilməsini məhdudlaşdıran hüquqi aktlar müəyyənləşdirilmişdir. Həmin hüquqi aktlara dair dəyişikliklər edilməsi qurumun hüquq xidməti tərəfindən həyata keçirilir. Hüquq xidməti rəqəmsallaşma layihələrinin həyata keçirilməsinin müəyyən mərhələlərinə cəlb edilir. Rəqəmsallaşma layihələrinin həyata keçirilməsini məhdudlaşdıran hüquqi aktlar müəyyənləşdirilmişdir. Həmin hüquqi aktlara dair dəyişikliklər edilməsi qurumun hüquq xidməti tərəfindən həyata keçirilir. Hüquq xidməti rəqəmsallaşma layihələrinin həyata keçirilməsində bütün icra prosesi boyunca iştirak edir və layihələrin hüquqi aktların tələblərinə uyğunluğu davamlı təmin edilir.
Elektron xidmətlərin, informasiya ehtiyatlarının və sistemlərinin, ilkin mənbə məlumatlarının reyestrlərə daxil edilməsi Qurumun elektron xidmətlərinin, sahibi və operatoru olduğu informasiya ehtiyatlarının, sistemlərinin və ilkin mənbə məlumatlarının heç biri "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"ndə qeydiyyata alınmamışdır. Fərdi məlumatların toplanıldığı, işlənildiyi və mühafizə edildiyi hallarda ("Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla) həmin informasiya sistemləri fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə, eləcə də "İnformasiya Mənbələrinin Reyestri"nə daxil edilməmişdir. Qurumun elektron xidmətlərinin, sahibi və operatoru olduğu informasiya ehtiyatlarının, sistemlərinin və ilkin mənbə məlumatlarının 50 faizədək hissəsi "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"ndə qeydiyyata alınmışdır. Fərdi məlumatlarla işləyən informasiya sistemlərinin, həmçinin ilkin mənbə məlumatlarının müvafiq hissəsi fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə və "İnformasiya Mənbələrinin Reyestri"nə daxil edilmişdir. Qurumun elektron xidmətlərinin, sahibi və operatoru olduğu informasiya ehtiyatlarının, sistemlərinin və ilkin mənbə məlumatlarının 50—80 faizədək hissəsi "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"ndə qeydiyyata alınmışdır. Fərdi məlumatların toplanıldığı və işlənildiyi sistemlərin əksəriyyəti fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə və "İnformasiya Mənbələrinin Reyestri"nə daxil edilmişdir. Qurumun elektron xidmətlərinin, sahibi və operatoru olduğu bütün informasiya ehtiyatları, sistemləri və ilkin mənbə məlumatları "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"ndə qeydiyyata alınmışdır. Fərdi məlumatların toplanıldığı, işlənildiyi və mühafizə edildiyi hallarda ("Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun 3.2- ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla) həmin sistemlər fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə və "İnformasiya Mənbələrinin Reyestri"nə daxil edilmişdir.
"Ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi Qaydaları"na 2 nömrəli əlavə Yerində baxış haqqında AKT № ______ Bakı şəhəri "____" ______________20____il Biz________________________________________________________________ (aktı tərtib edən şəxsin soyadı, adı, vəzifəsi, aid olduğu dövlət qurumunun adı) ___________________________________________________________________ ___________________________________________________________________ (diaqnostika aparılan qurumun adı) ___________________________________________________________________ ___________________________________________________________________ (diaqnostika zamanı müəyyən edilmiş faktlar) ___________________________________________________________________ ___________________________________________________________________ ___________________________________________________________________ ___________________________________________________________________ müəyyən etdik. Diaqnostika aparılan qurumun məsul işçisi ___________________________________________________________________ (soyadı, adı, vəzifəsi) ___________________________________________________________________ izah etdi: ___________________________________________________________________ (izahat və ya mülahizənin məzmunu) ___________________________________________________________________ ___________________________________________________________________ ___________________________________________________________________ Diaqnostika aparılan qurumun məsul işçisi: ______________________________ ___________________ (soyadı, adı) (imza) Qeyd.______________________________________________________________ ___________________________________________________________________ ___________________________________________________________________
Aktı tərtib edən şəxs (şəxslər): ____________________ _____________ (soyadı, adı) (imza) ____________________ _____________ (soyadı, adı) (imza) Diaqnostika aparılan qurumun məsul işçisi: ____________________ _____________ (soyadı, adı) (imza) Qeyd. Diaqnostika aparılan qurumun məsul işçisinin aktın məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina edərsə, imtinanın səbəblərini göstərmək hüquqları vardır. Aktı imzalamaqdan imtina edildikdə, bu barədə müvafiq qeydlər aparılır: ___________________________________________________________________ ___________________________________________________________________ ___________________________________________________________________ Diaqnostika aparılan qurumun məsul işçisinə protokolun surəti verilir. Protokolun surətini aldım: ________________________ ___________ (məsul işçinin soyadı, adı, vəzifəsi) (imza)
"Ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi Qaydaları"na 3 nömrəli əlavə Sıra №-si Məlumatlar Qiymət
1. İstifadə olunan texniki həllər: -
1.1. internet 0.01862
1.2. virtual şəxsi şəbəkə (VPN) bağlantısı 0.05282
1.3. avtomatlaşdırılmış yazışma sistemi (chatbot) 0.02772
1.4. domen adı 0.04366
1.5. elektron poçt 0.02969
1.6. İP-telefoniya (internet telefoniya) 0.0048
2. İstifadə olunan avadanlıqlar: -
2.1. server 0.02611
2.2. əşyaların interneti (IoT) 0.0087
2.3. robototexnika 0.02137
2.4. telefon 0.00925
3. İstifadə olunan proqram təminatı və rəqəmsal həllər:
3.1. bulud (cloud) xidmətləri üzrə həllər 0.03617
3.2. resursların idarə edilməsi üzrə informasiya sistemi 0.02813
3.3. biznesin idarə edilməsi üzrə informasiya sistemi 0.03617
3.4. müştəri münasibətlərinin idarə olunması üzrə informasiya sistemi 0.01809
4. Müvafiq istiqamətlər üzrə istifadə olunan rəqəmsal texnologiyalar: -
4.1. müştərilərlə əlaqə 0.05059
4.2. təchizatçılarla əlaqə 0.01897
4.3. qərarların qəbul edilməsi 0.02816
4.4. rəqəmsallaşma üzrə strateji sənədlərin icra olunması 0.03407
4.5. daxili kommunikasiyanın aparılması 0.01897
4.6. korporativ idarəetmənin həyata keçirilməsi 0.02446
5. Platformalarda fəaliyyət (xidmətlər) barədə məlumatların yerləşdirilməsi, həmçinin xidmətlərin göstərilməsinin mövcudluğu: -
5.1. internet informasiya ehtiyatı və ya elektron ticarət platforması 0.07223
5.2. sosial şəbəkələr 0.02408
5.3. axtarış sistemi optimizasiyası (axtarış sistemlərində daha yüksək sıralarda yer alma) 0.04564
5.4. mobil tətbiqlər 0.03958
6. Müvafiq istiqamətlər üzrə dəyişikliklərin idarə edilməsi: -
6.1. transformasiya potensialı (texnoloji yeniliklərə çevik reaksiya vermə potensialı) 0.08032
6.2. adaptasiya potensialı (texnoloji yeniliklərə çevik uyğunlaşma potensialı) 0.06691
6.3. rəqəmsallaşma prosesində bilik və təcrübədən istifadə potensialı 0.10223
6.4. çeviklik potensialı (bazar dəyişikliklərinə və müştəri tələblərinə çevik reaksiya vermə potensialı) 0.03408
"Ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi Qaydaları"na 4 nömrəli əlavə Sıra №- si İstiqamətlər Meyarlar Çəki (faizlə)
1. Rəqəmsal biznes strategiyası Rəqəmsallaşmaya investisiyalar, gələcək planlar 22.5
2. Rəqəmsal hazırlıq Texnologiyaların tətbiqi və inteqrasiyası 22.5
3. İnsan mərkəzli rəqəmsallaşma Rəqəmsal bacarıqlar, motivasiya, adaptasiya 22.5
4. Məlumatların idarə olunması Verilənlərin saxlanılması, istifadəsi, kibertəhlükəsizlik 22.5
5. Avtomatlaşdırma və süni intellekt İntellektual resurslar (İR), təbii dil emalı (NLP), əşyaların interneti (IoT), avtomatlaşdırılmış yazışma sistemi (chatbot), analitika və s.
_____________________________________