a alır:
1. "Ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası" təsdiq edilsin ( əlavə olunur ).
2. "İcra xidməti icra məmurlarının xüsusi Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 19 iyun tarixli 105 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6, maddə 470 (Cild I); 2025, № 8, maddə 800) ləğv edilsin.
3. "Cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitdən istifadə Qaydası"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 28 aprel tarixli 120 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 423 (Cild I); 2024, № 3, maddə 303) ləğv edilsin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, ədliyyə orqanlarının xüsusi xəzinə hesabının açılması ilə eyni gündə icra xidməti icra məmurlarının xüsusi fondunda qalan vəsaitin və cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin xəzinə hesablarında qalan hissəsinin ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürülməsini təmin etsin.