3.1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:
"2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"nin 3.5-ci bəndinə uyğun edilə bilər.";
3.2. həmin Qərarla təsdiq edilmiş "Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası"nın 1.1-1.3-cü bəndlərində ismin müvafiq hallarında "əməkdaşları və inzibati-texniki xidməti həyata keçirən şəxslər" sözləri ismin müvafiq hallarında "orqanı əməkdaşları" sözləri ilə əvəz edilsin.
4. "Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən dövlət icbari şəxsi sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş dövlət icbari şəxsi sığorta haqlarının qaytarılması Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli 62 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 2, maddə 325 (Cild I); 2024, № 4, maddə 454; 2025, № 6, maddə 598) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 5-ci hissə aşağıdakı redaksiyada verilsin:
"5. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"nin 3.5-ci bəndinə uyğun edilə bilər.";
4.2. həmin Qərarla təsdiq edilmiş "Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən dövlət icbari şəxsi sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş dövlət icbari şəxsi sığorta haqlarının qaytarılması Qaydası" üzrə:
4.2.1. 1.1-ci və 1.3-cü bəndlərdə "əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin" sözləri "orqanı əməkdaşlarının" sözləri ilə əvəz edilsin;
4.2.2. 7.1.4-cü yarımbənd üzrə:
4.2.2.1. "əməkdaşları və inzibati-texniki xidməti həyata keçirən şəxslər" sözləri "orqanı əməkdaşları" sözləri ilə əvəz edilsin;
4.2.2.2. 1-ci abzasda "başçısı" sözü "rəhbəri" sözü ilə əvəz edilsin;
4.2.2.3. 2-ci abzasda "vəzifə tutan şəxslər" sözləri "xidmət əməkdaşları" sözləri ilə əvəz edilsin;
4.2.2.4. 3-cü abzasda "xidməti həyata keçirən şəxslər" sözləri "xidmət əməkdaşları" sözləri ilə əvəz edilsin.