Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında statistika işinin təşkilində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə Məmmədov Vahab Feyruz oğlu "Tərəqqi" medalı ilə Bağırov Hüseyn Fərəməz oğlu "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə Aşurov Abdulkərim Şafi oğlu Babayev Nazim Kazım oğlu Əcəlov Toğrul Rafiq oğlu Əliyev Rauf Ağaxan oğlu Qafarov Heydər Zülməkan oğlu Qəhrəmanov Əyyub Məcid oğlu Quliyeva Səbinə Əliqulu qızı Tahirov Fərnad Tahir oğlu.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 20 oktyabr 2025-ci il