1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 2 dekabr tarixli 131/11 nömrəli qərarı ilə təsdiq edilmiş "Heyvandarlığın vəziyyəti haqqında" 24-kt №-li aylıq rəsmi statistika hesabatı forması və "Heyvandarlığın vəziyyəti haqqında" 24-kt №-li aylıq rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş" yeni redaksiyada verilsin (əlavə olunur).
2. Bu Qərar 2027-ci il fevralın 1-dən qüvvəyə minir.
3. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
4. Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün.
5. Aparatın Kənd təsərrüfatı statistikası şöbəsinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin.
6. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinə həvalə olunsun. Sədrin səlahiyyətlərini müvəqqəti icra edən, sədrin birinci müavini Vahab Məmmədov Əlavə 1 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2025-ci il 01 oktyabr tarixli 24/11 nömrəli qərarı ilə təsdiq edilmişdir. 24-kt №-li forma Aylıq RƏSMİSTATİSTİKAHESABATI Heyvandarlığın vəziyyəti haqqında "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hesabat forması üzrə məlumatların konfidensiallığına zəmanət verilir və onlardan yalnız ümumiləşdirilmiş şəkildə istifadə ediləcəkdir. Hesabat təqdim edən statistik vahidin: adı _________________________________ inzibati ərazi vahidinin və yaşayış məntəqəsinin adı göstərilməklə dəqiq ünvanı _____________________________________ _______________________________________ Hesabat formasının kodu Statistik vahidin identifikasiya (statistik) kodu VÖEN
Hesabat forması kənd təsərrüfatı heyvanları və (və ya) quşları olan hüquqi şəxslər (onların filial və nümayəndəlikləri) tərəfindən hər ay, hesabat ayından sonrakı ayın 5-ci iş günü saat 13:00-dək elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www. stat. gov. az) real vaxt rejimində təqdim edilir. Hesabat formasına və onun doldurulmasına dair rəy və təkliflərinizi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə göndərə bilərsiniz. Elektron poçt ünvanı: hesabat@stat. gov. az 20___ ilin yanvar - ___________ ayları üzrə I bölmə. Kənd təsərrüfatı heyvanlarının və quşların baş sayı və hərəkəti Cədvəl 1. Göstəricinin adı Sətri n №- si Kənd təsərrüfatı heyvanlarının növlərinin adı və Məhsul Növləri Təsnifatı İnək üzrə kodu naxırı 01.41.10 01.42.12 ondan inəklər 01.41.10.11 01.41.10.31 Camış naxırı 01.42.11 01.42.12 ondan camışlar 01.42.11.20 Qoyunla r 01.45.11 Keçilər 01.45.12 Quşlar 01.47.1 Donuzla r 01.46.10 A B 1 2 3 4 5 6 7 8 Hesabat ilinin 01 yanvar vəziyyətinə mövcud olmuşdur, baş
Mədaxil (hesabat ilinin yanvarın 01-dən hesabat ayının sonunadək): Əldə edilmiş balaların sayı, baş
x
x ana heyvanlardan 2.1 x x ilk dəfə bala verən heyvanlardan 2.2 1) 1) x Satın alınmış və (və ya) digər qaydada daxil olmuşdur, baş
Məxaric (hesabat ilinin yanvarın 01-dən hesabat ayının sonunadək): Kəsim üçün satılmış və (və ya) təsərrüfatda kəsilmişdir, baş
Kəsim üçün satılmış və (və ya) təsərrüfatda kəsilmiş heyvan və quşların diri çəkisi, sentner
Damazlıq və sair məqsədlər üçün satılmış və (və ya) digər qaydada xaric olunmuşdur, baş
Ölmüş və (və ya) tələf olmuşdur, baş
Hesabat ayının sonuna mövcud olmuşdur, baş (1-ci, 2.1-ci, 2.2-ci və 3-cü sətirlərin cəmindən 4-cü, 6-cı və 7-ci sətirlərin cəmi çıxılır)
1) ilk dəfə bala verən düyələrdən ana qrupuna keçirilənlərin sayı yazılır. Cədvəl 2. Göstəricinin adı Sətrin №-si Məhsul Növləri Təsnifatı üzrə kod Cəmi ABC 1 Hesabat ayının sonuna 2 yaşdan yuxarı inək düyələri və 3 yaşdan yuxarı camış düyələrinin sayı, baş
01.41.10.22; 45, 01.42.11.24 onlardan boğaz düyələr 1.1 01.41.10.22; 45, 01.42.11.24 Hesabat ayının sonuna ana qoyun və keçilərin (1 yaşda və böyük şişəklər və küərlər də daxil olmaqla) sayı, baş 2 01.45.12.11, 01.45.12.21 Hesabat ayının sonuna yumurtlayan toyuqların sayı, baş 3 01.47.11.12; 22 Hesabat ayının sonuna arı ailələrinin sayı, vahid 4 01.49.19.11 Yumurtlayan toyuqların orta sayı, baş 5 01.47.11.12; 22 II bölmə. Hesabat ilinin yanvarın 01-dən hesabat ayının sonunadək heyvandarlıq məhsullarının istehsalı Göstəricinin adı Sətrin №- si Məhsul Növləri Təsnifatı üzrə kod Cəmi ABC 1 Kəsim üçün satılmış və (və ya) təsərrüfatda kəsilmiş heyvan və quşların diri çəkisi, sentner 1 x Süd sağılmışdır — cəmi, sentner o cümlədən: 2 01.41.20.10, 01.41.20.21, 01.45.21.00, 01.45.22.00 inək südü 2.1 01.41.20.10 camış südü 2.2 01.41.20.21 qoyun südü 2.3 01.45.21.00 keçi südü 2.4 01.45.22.00 Toyuq yumurtası əldə edilmişdir, ədəd 3 01.47.21.10 Qoyun yunu qırxılmışdır — cəmi, kiloqram 4 01.45.30.10-15 Hesabatın tərtib edilməsinə sərf edilən vaxt* _____ adam-saat. * Rəsmi statistika hesabatlarının tərtib olunmasına sərf olunan vaxt adam-saatla ölçülür və hesabatın tərtib olunmasında iştirak edən işçilərin (işçinin) sayı onların (onun) həmin hesabatın tərtib olunmasına sərf etdikləri (etdiyi) vaxta vurulmaqla müəyyənləşdirilir. Rəhbər _________________ __________ "_____" ______________ 20____ il (adı və soyadı) (imza) Əlavə 2 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2025-ci il 01 oktyabr tarixli 24/11 nömrəli qərarı ilə təsdiq edilmişdir. "Heyvandarlığın vəziyyəti haqqında" 24-kt №-li aylıq rəsmi statistika hesabatı formasının doldurulmasına dair GÖSTƏRİŞ
1. Ümumi müddəalar "Heyvandarlığın vəziyyəti haqqında" 24-kt №-li aylıq rəsmi statistika hesabatı forması (bundan sonra - hesabat forması) kənd təsərrüfatı müəssisəsi olubolmamasından asılı olmayaraq kənd təsərrüfatı heyvanları və (və ya) quşları olan bütün hüquqi şəxslər (onların filial və nümayəndəlikləri) tərəfindən ayda bir dəfə, artan yekunla, hesabat ayından sonrakı ayın 5-ci iş günü saat 13:00-dək elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www. stat. gov. az) real vaxt rejimində təqdim edilir. Hesabat formasını doldurarkən bu Göstərişə əməl etmək lazımdır.
2. Əsas anlayışlar
2.1. inək naxırı - inəklər, törədici buğalar, düyələr, cöngələr (kökəltmədə olanlar da nəzərə alınmaqla), danalar və buzovların daxil olduğu sürü;
2.2. camış naxırı - camışlar, törədici kəllər, düyələr, kəllər (törədici kəllərdən başqa, kökəltmədə olanlar da nəzərə alınmaqla), dişi balaqlar və erkək balaqların daxil olduğu sürü;
2.3. qoyunlar - ana qoyunlar, törədici qoçlar, şişəklər, erkək toğlular və quzuların daxil olduğu sürü;
2.4. keçilər - ana keçilər, törədici təkələr, küərlər, dıvırlar və çəpişlərin daxil olduğu sürü;
2.5. quşlar - növündən və yaşından asılı olmayaraq bütün kənd təsərrüfatı quşları.
3. Hesabat formasının doldurulmasına dair izahlar
3.1. I bölmə. Kənd təsərrüfatı heyvanlarının və quşların baş sayı və hərəkəti 3.1.1. Cədvəl 1.
3.1.1.1. 1 - 8-ci sütunların başlığında kənd təsərrüfatı heyvanlarının növlərinin adı və Məhsul Növləri Təsnifatı üzrə kodu göstərilmişdir. Məhsul Növləri Təsnifatı ilə Dövlət Statistika Komitəsinin internet səhifəsində (www. stat. gov. az) "Təsnifatlar" bölməsində tanış olmaq olar.
3.1.1.2. 1 - 8-ci sütunlar üzrə inək və camış naxırının, qoyunların, keçilərin, quşların və donuzların hərəkəti göstərilir. 2-ci və 4-cü sütunlar üzrə məlumatlara müvafiq olaraq yemləməyə və kökəlməyə qoyulan inək və camışlara dair məlumatlar daxil edilmir. İnəklərin (camışların) sayına əsas naxırın südlük və ətlik istiqamətli inəkləri, sağmal və qısır inəklər, dayə inəklər daxil edilir.
3.1.1.3. Hesabatı təqdim edən hüquqi şəxsdə (bundan sonra — təsərrüfat) hesabat ilinin əvvəlinə (yanvarın 01-i vəziyyətinə) mövcud olmuş kənd təsərrüfatı heyvanlarının və quşların baş sayı 1-ci sətir üzrə başla qeyd edilir. "Mövcud olmuşdur" ifadəsi ilə, kənd təsərrüfatı heyvanlarının və quşların harada (otlaqlarda və s.) olmasından asılı olmayaraq, təsərrüfata məxsus heyvan və quşlar nəzərdə tutulur.
3.1.1.4. 2-ci sətir üzrə hesabat ilinin yanvar ayının 01-dən hesabat ayının sonunadək təsərrüfatda mövcud olmuş heyvan və quşlardan alınmış balaların baş sayı, o cümlədən 2.1-ci sətir üzrə ana heyvanlardan diri doğulmuş buzovların, balaqların, quzuların, çəpişlərin, çoşqaların və cücələrin (həm kürt düşmüş quşlardan, həm də inkubasiya yolu ilə çıxarılmış cücələr) baş sayı, 2.2-ci sətir üzrə isə ilk dəfə bala verən heyvanlardan diri doğulmuş balaların baş sayı qeyd olunur. Bu məlumatlara kənardan satın alınmış və ölü doğulmuş balaların sayı daxil edilmir.
3.1.1.5. Hesabat ilinin yanvar ayının 01-dən hesabat ayının sonunadək satın alınmış, dəyişdirmə və (və ya) digər qaydada təsərrüfata daxil olmuş heyvan və quşların baş sayı 3-cü sətirdə qeyd edilir.
3.1.1.6. Hesabat ilinin yanvar ayının 01-dən hesabat ayının sonunadək kəsim üçün satılmış və (və ya) təsərrüfatın özü tərəfindən kəsilmiş heyvan və quşların sayı 4-cü sətir üzrə başla, onların satışdan və (və ya) kəsimdən əvvəl diri çəkisi isə 5-ci sətir üzrə sentnerlə qeyd edilir.
3.1.1.7. Hesabat ilinin yanvar ayının 01-dən hesabat ayının sonunadək damazlıq və sair məqsədlər üçün satılmış, dəyişdirilmiş və (və ya) digər qaydada təsərrüfatdan xaric olunmuş heyvan və quşların baş sayı 6-cı sətirdə qeyd edilir.
3.1.1.8. Hesabat ilinin yanvar ayının 01-dən hesabat ayının sonunadək doğulanlar da nəzərə alınmaqla cəmi ölmüş və (və ya) tələf olmuş heyvan və quşların baş sayı 7-ci sətirdə qeyd edilir.
3.1.1.9. Hesabat ayının sonuna mövcud olmuş heyvan və quşların baş sayı 8-ci sətirdə qeyd edilir. Bu sətir üzrə məlumatları əldə etmək üçün 1-ci, 2.1-ci, 2.2-ci və 3-cü sətirlər üzrə məlumatların cəmindən 4-cü, 6-cı və 7-ci sətirlər üzrə məlumatların cəmi çıxılmalıdır.
3.1.2. Cədvəl 2.
3.1.2.1. 1-ci sətirdə Cədvəl 1-in 8-ci sətrinin 1-ci və 3-cü sütunları üzrə məlumatların cəmindən hesabat ayının sonu vəziyyətinə 2 yaşdan yuxarı inək düyələrinin və 3 yaşdan yuxarı camış düyələrinin baş sayı, 1.1-ci sətirdə isə onlardan boğaz düyələrin sayı qeyd edilir.
3.1.2.2. 2-ci sətirdə Cədvəl 1-in 8-ci sətrinin 5-ci və 6-cı sütunları üzrə məlumatların cəmindən hesabat ayının sonu vəziyyətinə ana qoyunların və ana keçilərin (1 yaşda və böyük şişəklər və küərlər də daxil olmaqla) baş sayı göstərilir.
3.1.2.3. 3-cü sətirdə Cədvəl 1-in 8-ci sətrinin 7-ci sütunu üzrə məlumatdan hesabat ayının sonu vəziyyətinə yumurtlayan toyuqların sayı göstərilir. Nəzərə almaq lazımdır ki, cavan quşların yaşlı quşlar qrupuna keçirilməsi aşağıdakı qaydada həyata keçirilir:
a) yumurtalıq cinsindən olan cavan toyuqlar 150 günlük olanda;
b) ətlik və ətlik-yumurtalıq cinsindən olan cavan toyuqlar 180 günlük olanda.
3.1.2.4. 4-cü sətirdə hesabat ayının sonuna arı ailələrinin sayı göstərilir.
3.1.2.5. 5-ci sətirdə hesabat ilinin yanvar ayının 01-dən hesabat ayının sonunadək yumurtlayan toyuqların orta sayı göstərilir. Yumurtlayan toyuqların orta sayını müəyyən etmək üçün hesabat ilinin yanvar ayının 01-dən hesabat ayının sonunadək bütün yumurtlayan toyuqlar üzrə yem günlərinin sayını toplayıb alınan cəmi hesabat dövrü üzrə təqvim günlərinin sayına bölmək lazımdır.
3.2. II bölmə. Hesabat ilinin yanvarın 01-dən hesabat ayının sonunadək heyvandarlıq məhsullarının istehsalı 3.2.1. 1-ci sətirdə kəsim üçün satılmış və (və ya) təsərrüfatın özü tərəfindən kəsilmiş heyvan və quşların ümumi diri çəkisi sentnerlə göstərilir. Bu sətrin məlumatı I bölmədə Cədvəl 1-in 5-ci sətrinin 1-ci, 3-cü və 5 - 8-ci sütunları üzrə məlumatların cəminə bərabər olmalıdır.
3.2.2. 2-ci sətirdə təsərrüfata məxsus bütün inək və camışlardan, qoyun və keçilərdən sağılmış südün cəmi sentnerlə göstərilir. Bu məlumatlara sağılaraq balalara içirdilmiş süd də daxil edilir, balaların anasından əmdiyi və təsərrüfatın kənardan aldığı süd isə daxil edilmir. 2.1-ci, 2.2-ci, 2.3-cü və 2.4-cü sətirlərə müvafiq olaraq inək, camış, qoyun və keçi südünün kütləsi sentnerlə yazılır. Bu zaman 2-ci sətir üzrə məlumatlar 2.1-ci - 2.4-cü sətirlər üzrə məlumatların cəminə bərabər olmalıdır.
3.2.3. 3-cü sətirdə sınmış, xarab olmuş və cücə çıxarılması (inkubasiya) üçün istifadə edilmiş yumurtalar da nəzərə alınmaqla toyuqlardan əldə edilmiş yumurtaların ümumi sayı ədədlə göstərilir. İnkubasiya və sair məqsədlər üçün kənardan alınmış yumurtalar bu sətir üzrə məlumatlara daxil edilmir.
3.2.4. 4-cü sətirdə təsərrüfatın daxili ehtiyaclarına sərf edilmiş yun da daxil olmaqla faktiki qırxılmış qoyun yununun cəmi kütləsi kiloqramla göstərilir.