1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2016-cı il 28 dekabr tarixli 20/09 nömrəli qərarı ilə təsdiq edilmiş "Birinci instansiya məhkəmələrində baxılmış inzibati xətalar haqqında işlər barədə" 3 №-li (yarımillik, illik) rəsmi statistika hesabatı formasında aşağıdakı dəyişikliklər edilsin:
1.1. 216-cı sətirdə (birinci halda) "Məsafədən idarə edilən pilotsuz uçan aparatların" sözləri "Mülki pilotsuz uçuş aparatlarının" sözləri ilə əvəz edilsin;
1.2. 215-ci və 216-cı sətirlər (ikinci halda) aşağıdakı redaksiyada verilsin:
215 Mülki silahın saxlanması üçün xüsusi icazə ləğv edildikdən sonra vətəndaşların onu satmaqdan boyun qaçırması
216 Mülki pilotsuz uçuş aparatlarının əldə edilməsi və satılması qaydalarının pozulması 592-1
1.3. 228-ci sətirdə (hər iki halda) "Dövlət qulluqçuları haqqında məlumatların vaxtında, tam və ya düzgün verilməməsi" sözləri "Dövlət qulluqçularının reyestrinin aparılması qaydasının pozulması" sözləri ilə əvəz edilsin.
2. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
3. Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün.
4. Aparatın Sosial statistika şöbəsinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin.
5. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinə həvalə olunsun. Sədrin səlahiyyətlərini müvəqqəti icra edən, sədrin birinci müavini Vahab Məmmədov