Prezident Fərmanı ilə rayon və şəhər məhkəmələri, hərbi məhkəmələr tərəfindən baxılan inzibati xətalar haqqında işlərdə protokol tərtib etmək səlahiyyəsi olan vəzifəli şəxslərin siyahısına yeni maddələr əlavə edilmişdir. Dəyişiklik 279.2 və 279.3-cü maddələrdə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərin rəsmiləşdirilməsi prosesini tənzimləyir.
22-2. Məcəllənin 279.2-ci və 279.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol: 22-2.1. elektrik közərmə lampalarının idxalına münasibətdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi adından – bu Siyahının 46.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər; 22-2.2. elektrik közərmə lampalarının istehsalına münasibətdə Azərbaycan Respublikasının Energetika Nazirliyi adından – energetika naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi İdarə Heyətinin sədri, onun müavinləri, departament direktoru, onun müavini, şöbə müdiri, sektor müdiri, baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis, filial rəhbəri, onun müavini, baş müfəttiş, böyük müfəttiş, aparıcı müfəttiş, müfəttiş; 22-2.3. elektrik közərmə lampalarının satışına münasibətdə: 22-2.3.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Energetika Nazirliyi adından – bu Siyahının 22-2.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər; 22-2.3.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi adından – Agentliyin sədri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, regional bölmənin rəhbəri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi