a alır:
"Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1146 (Cild I); 2025, № 3, maddə 269) 3-1-ci hissəsinə ikinci halda "Holdinqinin" sözündən sonra "və "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un)" sözləri əlavə edilsin.