Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilsinlər:
Məmmədzadə Kənan Kamil oğlu – polkovnik-leytenant Sanıyev Xalid Bəhmən oğlu – polkovnik-leytenant Şahmaliyev Vaqif Şaiq oğlu – polkovnik-leytenant Ağayev Vüsal Mirzağa oğlu – kapitan Mövlamov Füzuli Saleh oğlu – kapitan Musayev Mirvahid Mirələm oğlu – kapitan Şaliyev Şahin Eldar oğlu – kapitan Əliyeva Məsumə Teymur qızı – baş leytenant.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 25 sentyabr 2025-ci il