1.1. 1-1-ci hissə aşağıdakı redaksiyada verilsin:
"1-1. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"nin 3.5-ci bəndinə uyğun edilə bilər.";
1.2. həmin Qərarla təsdiq edilmiş "Avtomobil yolları" Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması, qorunması və təmiri, habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı kompensasiyaların ödənilməsi üçün xərclənməsi Qaydaları"nın 2-ci hissəsi üzrə:
1.2.1. 2.1-ci bənddə "dövlət büdcəsinin" sözləri "mədaxil" sözü ilə əvəz edilsin;
1.2.2. 2.1.2 – 2.1.6-cı yarımbəndlər ləğv edilsin;
1.2.3. 2.1.8-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.1.9-cu yarımbənd əlavə edilsin:
"2.1.9. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq göstərdiyi ödənişli xidmətlərdən əldə etdiyi gəlirlər, ianələr, qrantlar və qanunla qadağan edilməyən digər mənbələr.".
2. Bu Qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli 13 nömrəli Qərarı ilə təsdiq edilmiş "Avtomobil yolları" Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması, qorunması və təmiri, habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı kompensasiyaların ödənilməsi üçün xərclənməsi Qaydaları"nın 2.1.2 – 2.1.4-cü və 2.1.6-cı yarımbəndlərinə münasibətdə 2025-ci il yanvarın 1-dən, həmin Qaydaların 2.1.5-ci yarımbəndinə münasibətdə 2023-cü il oktyabrın 1-dən tətbiq edilir.