1. I hissəyə aşağıdakı məzmunda 1.6-cı bənd əlavə edilsin:
"1.6. Müəssisədə yetkinlik yaşına çatmayanların (bundan sonra – şəxslər) geyim, ayaqqabı və yumşaq inventarlarla təmin olunması "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 4 avqust tarixli 240 nömrəli Qərarı ilə təsdiq edilmiş "Stasionar xidmət göstərən dövlət sosial xidmət müəssisələrində xidmətə götürülmüş şəxslərin geyim, ayaqqabı və yumşaq inventarlarla təmin olunma norması"na uyğun həyata keçirilir.".
2. II hissə üzrə:
2.1. 2.1-ci bənddə "Yetkinlik yaşına çatmayanlara (bundan sonra – şəxslər)" sözləri "Şəxslərə" sözü ilə əvəz edilsin;
2.2. 2.1.1-ci yarımbənddə "yataq dəstləri" sözləri "ayaqqabı və yumşaq inventarlarla" sözləri ilə əvəz edilsin;
2.3. 2.1.2-ci yarımbənddə "yemək və geyimlə" sözləri "yeməklə" sözü ilə əvəz edilsin.