Siyasi partiyaların maliyyə hesabatının təqdim müddəti və forması dəyişdirildi. Partiyalar artıq hər il aprelin 1-dən gec olmayaraq hesabatlarını təqdim etməli və yeni tələblərə uyğun sənədləri əlavə etməlidir. Bu dəyişikliklər siyasi partiyaların maliyyə şəffaflığını və nəzarətini güçləndirməyi hədəfləyir.
5.1. Siyasi partiyalar tərəfindən maliyyə hesabatı hər il aprelin 1-dən gec olmayaraq, aşağıdakı qaydada Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir: 5.1.1. hesabat dövrü ərzində maliyyə fəaliyyəti olan siyasi partiya "Auditor xidməti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun əldə edilmiş auditor rəyi ilə birlikdə maliyyə vəziyyəti haqqında hesabatı, maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabatı və əhəmiyyətli uçot siyasəti və izahlı qeydləri; 5.1.2. hesabat dövrü ərzində maliyyə fəaliyyəti olmayan siyasi partiya yalnız maliyyə vəziyyəti haqqında hesabat üzrə mövcud qalıqların istifadəsinin və maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat üzrə dəyişikliyin olmaması barədə arayışı ( 3 nömrəli əlavə )
5.1-1. Maliyyə hesabatı və bu Qaydanın 5.1.2-ci yarımbəndində göstərilən arayış siyasi partiyanın rəhbəri (siyasi partiyanın sədri, siyasi partiyada sədr vəzifəsi olmadığı halda, partiyanın qurultayarası kollegial idarəetmə orqanının rəhbəri) və baş mühasibi tərəfindən imzalanır və siyasi partiyanın möhürü ilə təsdiq edilir