A ALIR:
1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2012-ci il 22 oktyabr tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Təşkilat-nəzarət baş idarəsi haqqında Əsasnamə"nin 3.1.5-ci yarımbəndində "Qanunsuz miqrantların saxlanılması" sözləri "müvəqqəti yerləşdirmə" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2012-ci il 12 noyabr tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsi haqqında Əsasnamə"nin 3.1.3-cü
yarımbəndində "Qanunsuz miqrantların saxlanılması mərkəzlərinə (bundan sonra — Mərkəz)" sözləri "müvəqqəti yerləşdirmə mərkəzlərinə" sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2012-ci il 15 noyabr tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Daxili təhlükəsizlik idarəsi haqqında Əsasnamə"nin 3.1.9-1-ci yarımbəndində "qanunsuz miqrantların saxlanılması" sözləri "müvəqqəti yerləşdirmə" sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2013-cü il 11 fevral tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsi haqqında Əsasnamə"nin 3.1.9-cu yarımbəndində "qanunsuz miqrantların saxlanılması" sözləri "müvəqqəti yerləşdirmə" sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2016-cı il 9 mart tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Readmissiya məsələləri idarəsi haqqında Əsasnamə"nin 3.1.5-ci yarımbəndində "Qanunsuz miqrantların saxlanılması" sözləri "müvəqqəti yerləşdirmə" sözləri ilə əvəz edilsin.
6. Qərar qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunsun.
7. Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra bu Qərarın 72 saat müddətində elektron daşıyıcıda mətn faylları formasında rəsmi dərc edilməsi təmin olunsun. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti rəisinin vəzifələrini müvəqqəti icra edən II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vəli Nağıyev