Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il " 4 " iyul tarixli 198 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Hava məkanından istifadə və uçuş QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra — Qanun) 56.2-ci, 56.5-ci, 56.7-ci, 56.8-ci maddələrinə və 57.6-cı maddəsinin ikinci cümləsinə uyğun olaraq hazırlanmışdır, Azərbaycan Respublikasının hava məkanından istifadəni və uçuş qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalarda tənzimlənməyən məsələlər Qanuna, "Beynəlxalq Mülki Aviasiya haqqında" 1944-cü il 7 dekabr tarixli Konvensiyaya (bundan sonra — Konvensiya) və Konvensiyaya 2 nömrəli Əlavə - "Uçuşların qaydaları", 3 nömrəli Əlavə — "Beynəlxalq aeronaviqasiya üçün meteorologiya xidmətləri" (bundan sonra — Konvensiyaya 3 nömrəli Əlavə), 6 nömrəli Əlavə - "Hava gəmilərinin istismarı" (bundan sonra — Konvensiyaya 6 nömrəli Əlavə), 8 nömrəli Əlavə - "Hava gəmilərinin uçuşa yararlılığı" (bundan sonra — Konvensiyaya 8 nömrəli Əlavə), 10 nömrəli Əlavə — "Aeronaviqasiya telerabitəsi" (bundan sonra — Konvensiyaya 10 nömrəli Əlavə), 11 nömrəli Əlavə - "Hava nəqliyyatı xidməti" (bundan sonra — Konvensiyaya 11 nömrəli Əlavə) və 14 nömrəli Əlavə - "Aerodromlar" ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, o cümlədən "Doc 4444, hava hərəkətinin idarə edilməsi" (bundan sonra — Doc 4444), "Doc 7100, hava limanları və aeronaviqasiya xidmətlərinə dair tariflər" (bundan sonra — Doc 7100), "Doc 9731, beynəlxalq aeronaviqasiya və dənizdə axtarışxilasetmə əməliyyatlarına dair Təlimat" (bundan sonra — Doc 9731) və "Doc 9760, uçuş yararlılığına dair Təlimat"a (bundan sonra — Doc 9760) uyğun olaraq həyata keçirilir.
1.3. Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən bu Qaydaların 1.2-ci bəndi ilə müəyyən edilmiş əlavələrdə vaxtaşırı edilən düzəliş və dəyişikliklər Azərbaycan Respublikasının qanunvericiliyi ilə ziddiyyət təşkil etmədiyi hallarda bu Qaydaların tərkib hissəsi kimi qəbul olunur. 1.4. Azərbaycan Respublikasında hava məkanının bütün istifadəçiləri (o cümlədən Azərbaycan Respublikasında qeydiyyata alınmış hava gəmisinin istismarçıları) bu Qaydaların tələblərini yerinə yetirməlidirlər.
1.5. Uçuşların təşkili və yerinə yetirilməsi, hava hərəkətinin idarə olunması ilə məşğul olan subyektlər tərəfindən dərc edilən müvafiq sənədlər (əmr, sərəncam, təlimat və s.) bu Qaydaların tələblərinə uyğun olmalıdır.
2. Əsas anlayışlar
2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. aerodrom dispetçer məntəqəsi - hava hərəkətinin idarə edilməsini yerinə yetirmək üçün aerodromda yaradılan məntəqə;
2.1.2. aerodrom hərəkəti - aerodromun manevr sahəsində bütün hərəkətləri, həmçinin aerodrom rayonunda uçan hava gəmilərinin hərəkəti (hava gəmisi aerodromun hərəkət dairəsində olduqda, oraya daxil olduqda və ya oranı tərk etdikdə, aerodromun rayonunda olan hava gəmisi hesab edilir);
2.1.3. aerodromda hərəkət zonası - aerodromda hərəkətin mühafizəsi üçün aerodrom ətrafında yaradılan müəyyən ölçülü hava məkanı;
2.1.4. aeronaviqasiya stansiyası - səyyar aeronaviqasiya xidmətinin yerüstü stansiyası (bəzi hallarda aeronaviqasiya stansiyası gəmidə və ya dəniz platformasında yerləşə bilər);
2.1.5. aeroplan - güc qurğusu ilə hərəkətə gətirilən və qaldırıcı qüvvəsi əsasən uçuşun verilmiş şəraitində hərəkətsiz qalan səthlərin aerodinamik reaksiyasının hesabına yaranan havadan ağır uçuş aparatı;
2.1.6. aeroqovşaq - uçuşların təşkili və yerinə yetirilməsi üçün xüsusi razılaşdırılma və əlaqələndirilmə tələb olunan və bir-birinə yaxın məsafədə yerləşən aerodromlar;
2.1.7. aviasiya işləri rayonu - hava məkanının aviasiya işlərinin müəyyən edilmiş plan və cədvəllər üzrə yerinə yetirildiyi hissəsi;
2.1.8. aerodrom rayonu - hava məkanının aerodrom uçuşlarının təşkili və yerinə yetirilməsi üçün nəzərdə tutulmuş, müəyyən ölçülərə malik hissəsi;
2.1.9. aeroqovşaq rayonu - hava məkanının müəyyən ölçülərə malik olan, yaxınlıqda yerləşən iki və daha çox aerodromu əhatə edən hissəsi. Həmin aerodromlardan uçuşlar xüsusi razılıq və koordinasiya əsasında təşkil edilir və yerinə yetirilir;
2.1.10. axtarış-xilasetmə işləri rayonu - axtarış-xilasetmə işlərinin həyata keçirildiyi yer və ya su səthi sahəsi, həmçinin onun üzərindəki hava məkanı;
2.1.11. aşağı eşelon (minimal təhlükəsiz) - hava gəmisinin yer (su) səthi ilə və ya onun üzərindəki maneələrlə toqquşmayacağına zəmanət verən, minimal uçuş hündürlüyünə ən yaxın olan və ondan yuxarıda yerləşən müəyyən edilmiş uçuş eşelonu;
2.1.12. akrobatik uçuş - hava gəmisinin fəza vəziyyətinin kəskin və qeyri-adi dəyişməsi ilə xarakterizə olunan, bilərəkdən yerinə yetirilən manevrlər;
2.1.13. hava hərəkətinə xidmət marşrutu (bundan sonra - ATS marşrutu) - hava hərəkətinin idarə edilməsi üzrə xidmətin göstərilməsi üçün zəruri olan hərəkət axınının tənzimlənməsi məqsədilə təyin edilmiş marşrut, yəni:
2.1.13.1. hava yolunu, konsultativ (məsləhət), nəzarət olunan və ya olunmayan, gəliş və ya gediş marşrutlarını bildirmək üçün istifadə edilir;
2.1.13.2. ATS marşrut göstəricisi, mühüm məntəqələrə aparan (marşrut məntəqələri) və ya əks tərəfə gedən yol, mühüm məntəqələr arasındakı məsafə, məlumatlandırma üzrə tələblər müvafiq ATS orqanı tərəfindən müəyyən edilən ən aşağı təhlükəsiz hündürlükdən ibarət olan xüsusiyyətlərlə müəyyən edilir;
2.1.14. Aviasiyanın Hava Hərəkətlərinin İdarə Olunması Mərkəzi və Hava Hərəkətinin Təşkili Vahid Sisteminin Baş Mərkəzi (bundan sonra — AHH İM və HHT VS BM) — hava məkanından istifadənin planlaşdırılması və koordinasiyası, hava hərəkətinin təşkili, hava məkanından istifadəyə dair icazə qaydasının təmin edilməsi, Azərbaycan Respublikasının hava məkanı hüdudlarında, eləcə də hava hərəkətinin təşkilinə görə məsuliyyətin Azərbaycan Respublikasına həvalə olunduğu rayonlarda bu Qaydalara riayət olunmasına nəzarətin həyata keçirilməsi üçün nəzərdə tutulan Azərbaycan Respublikasında hava hərəkətinin təşkili vahid sisteminin operativ orqanı;
2.1.15. Azərbaycan Respublikasının Hava Məkanından İstifadənin və Hava Hərəkətinin Təşkilinin Koordinasiyası üzrə İdarələrarası Qrup (bundan sonra —
İdarələrarası Qrup) — Azərbaycan Respublikasının hava məkanından istifadənin dövlət tənzimlənməsi üzrə fəaliyyətin hərbi-mülki koordinasiyasını müəyyən edən Azərbaycan Respublikasında hava hərəkətinin təşkili vahid sisteminin ali orqanı;
2.1.16. beynəlxalq hava yolu - beynəlxalq uçuşlar üçün açıq olan hava yolu (trası);
2.1.17. buludların aşağı səthinin hündürlüyü - səmanın yarıdan çox hissəsini əhatə edən və 6100 metrdən (20 000 futdan) aşağı olan buludun ən aşağı həddinin yer və ya su üzərindəki hündürlüyü;
2.1.18. cari uçuş planı - sonrakı icazələrin verilməsi nəticəsində yaranan hər hansı dəyişiklikləri əks etdirən uçuş planı;
2.1.19. cihazlar üzrə enməyə giriş - cihazlar üzrə enməyə giriş sxemi əsasında şaquli yönəltmə üçün avadanlıqdan istifadə etməklə enməyə giriş və enmə. Enməyə girişin iki üsulu mövcuddur:
2.1.19.1. yalnız yan istiqamətdə naviqasiya yönəltməsindən istifadə etməklə ikiölçülü (2D) qrafika ilə cihazlar üzrə enməyə giriş;
2.1.19.2. həm yan istiqamətdə, həm də şaquli naviqasiya yönəltməsindən istifadə etməklə üçölçülü (3D) qrafika ilə cihazlar üzrə enməyə giriş. Yan istiqamətdə və şaquli naviqasiya yönəltməsi aşağıdakı vasitələrdən birinin köməyi ilə təmin edilir:
2.1.19.2.1. yerüstü radionaviqasiya vasitəsinin köməyi ilə;
2.1.19.2.2. kompüter vasitəsilə ötürülən yerüstü, peyk, müstəqil naviqasiya vasitələrinin və ya bu vasitələr kompleksinin naviqasiya məlumatlarının köməyi ilə;
2.1.20. cihazlar üzrə meteoroloji şərait - vizual meteoroloji şərait üçün təyin edilən minimumdan aşağı olan, görünmə dərəcəsi, buludların aşağı səthinin hündürlüyü və buludlara qədər olan məsafə ilə ifadə edilən meteoroloji şərait;
2.1.21. yüngül uçuş aparatları - maksimal uçuş kütləsi 500-7000 kiloqram təşkil edən (xilasetmə vasitələri nəzərə alınmadan) və ya sərnişinlərinin sayı 19 nəfərdən artıq olmayan uçuş aparatları;
2.1.22. çox yüngül uçuş aparatları - maksimal uçuş kütləsi 500 kiloqramdan artıq olmayan (xilasetmə vasitələri nəzərə alınmadan) uçuş aparatları (motorsuz (deltaplan, paraplan və s.) və motorlu (deltalyot, motodeltaplan, motoparaplan, avtojir, mikrotəyyarə və s.);
2.1.23. dayanacağı tərk etmənin təxmini vaxtı - hava gəmisinin uçuşla əlaqədar hərəkətə başlayacağı təxmini vaxt;
2.1.24. dəyişmə nöqtəsi - ATS marşrutu seqmentində uçan hava gəmisinin hər tərəfə istiqamətlənən yüksəktezlikli radiomayaka nisbətən müəyyən edilən naviqasiya istiqamətinin hava gəmisinin arxasındakı radiomayak qurğusundan hava gəmisinin önündəki növbəti qurğuya dəyişməsi gözlənilən nöqtə (dəyişmə nöqtələri istifadə ediləcək bütün yüksəkliklərdə qurğular arasında siqnalın güc və keyfiyyətinin optimal balansını və marşrut seqmentinin eyni hissəsində hərəkət edən bütün hava gəmilərinin azimuta görə yönəldilməsinin ümumi mənbəyini təmin etmək üçün yaradılır);
2.1.25. düzləndirilmiş hava yolu - hava yolunun (yollarının) iki sahəsi arasındakı hava məkanının hava gəmilərinin uçuşları üçün müəyyən edilmiş, eni və hündürlüyü məhdud olan, naviqasiya və hava hərəkətinə xidmət vasitələri ilə təchiz olunmuş hissəsi;
2.1.26. dispetçer hava məkanı - hava hərəkətinin təşkilinin vahid sistemi mərkəzinin, rayonunun (sektorunun, zonasının) hava məkanı (hava hərəkətinə dispetçer xidməti (idarəetməsi) bu məkanın hüdudları daxilində təmin edilir);
2.1.27. dövlət sərhədi üzərindən uçuş üçün hava dəhlizi - Azərbaycan Respublikasının dövlət sərhədi üzərindəki hava məkanının beynəlxalq uçuşlar yerinə yetirən hava gəmilərinin uçub keçməsi üçün müəyyən edilmiş hissəsi;
2.1.28. ehtiyat aerodromu - təyinat aerodromu istiqamətində hərəkət etmək və ya enmək qeyri-mümkün olduqda və ya məsləhət görülmədikdə, hava gəmisinin istiqamət götürə biləcəyi aerodrom. Ehtiyat aerodromlarına aşağıdakılar daxildir:
2.1.28.1. təyinat məntəqəsinin ehtiyat aerodromu - təyinat aerodromuna enmək mümkün olmadıqda və ya məsləhət görülmədikdə, hava gəmisinin istiqamət götürə biləcəyi ehtiyat aerodromu;
2.1.28.2. qalxma üçün ehtiyat aerodromu - havaya qalxdıqdan sonra enmə zərurəti yarandıqda və uçub getmə aerodromundan istifadə etmək mümkün olmadıqda, hava gəmisinin enə biləcəyi ehtiyat aerodromu;
2.1.28.3. marşrut üzrə ehtiyat aerodromu - uçuş zamanı qeyri-adi halla və ya qəza vəziyyəti ilə üzləşdikdə hava gəmisinin enə biləcəyi aerodrom;
2.1.29. enmə ərazisi - hava gəmisinin enməsi və ya qalxması üçün nəzərdə tutulan hərəkət ərazisinin bir hissəsi;
2.1.30. ikimühərrikli təyyarələrlə uzunmənzilli əməliyyat (bundan sonra — ETOPS) uçuşları üçün marşrut üzrə ehtiyat aerodromu - ETOPS əməliyyatları üzrə uçuşları yerinə yetirən zaman mühərrikin söndürülməsi və ya hər hansı xüsusi və ya qəza halında təyyarənin eniş edə biləcəyi aerodrom;
2.1.31. enməyə girişin dispetçer məntəqəsi - bir və ya bir neçə aerodroma gələn və ya oradan gedən hava gəmilərinin nəzarət olunan uçuşlarına hava hərəkətinə xidmətin göstərilməsi məqsədilə yaradılan məntəqə;
2.1.32. enməyə girişin dispetçer xidməti - gələn və ya gedən hava gəmilərinin nəzarət olunan uçuşları üçün hava hərəkətinə xidmət;
2.1.33. enməyə girişin nəzərdə tutulan vaxtı - hava hərəkətinin idarə olunması (bundan sonra — ATC) tərəfindən gələn hava gəmisinin gecikmədən sonra enməsi məqsədilə enməyə girişi başa çatdırmaq üçün gözləmə məntəqəsini tərk edəcəyi təxmini vaxt (gözləmə məntəqəsini tərk etmənin faktiki vaxtı enməyə giriş üçün verilən icazədən asılı olacaqdır);
2.1.34. əsas rayon dispetçer məntəqəsi - bir və ya bir neçə mühüm aerodromların yaxınlığında, adətən ATS marşrutlarının birləşməsində yaradılan rayon idarəetmə məntəqəsi;
2.1.35. gecə - axşam alatoranlığı və səhər alatoranlığı arasındakı vaxt ərzində və ya günəşin batması və çıxması arasında olan, müvafiq səlahiyyətli orqan tərəfindən təyin edilən istənilən dövr, yəni:
2.1.35.1. alatoranlıq axşam günəşin diskinin mərkəzinin üfüqdən 6 dərəcə aşağı endiyi zaman bitir və səhər günəşin diskinin mərkəzinin üfüqdən 6 dərəcə aşağı olduğu zaman başlanır;
2.1.35.2. günəşin çıxması və batması vaxtları müvafiq cədvəllərə uyğun olaraq müəyyən edilir.
2.1.36. görünüş - yer səthində yerləşən və qəbul edilmiş ölçülərə malik qara obyektin işıqlı fonda müşahidə edilə bilindiyi və tanındığı ən uzaq məsafə və ya qaranlıq fonda 1000 kandela işıqların müşahidə edilə bilindiyi və tanındığı ən uzaq məsafə;
2.1.37. hava hərəkətinə xidmət - uçuş informasiya xidmətinin, qəza xəbərdarlığının, hava hərəkətinə məsləhət xidmətinin və hava hərəkətinə dispetçer xidmətinin (sahə dispetçer xidməti, yaxınlaşma dispetçer xidməti və ya aerodrom dispetçer xidməti) göstərilməsi;
2.1.38. hava hərəkəti xidmətinin hava məkanları - xüsusi növ uçuşlar yerinə yetirilə bilən və hava hərəkəti xidməti və istismar qaydaları ilə müəyyən edilən əlifba sırasına uyğun təsniflənən müəyyən ölçülü hava məkanları;
2.1.39. hava hərəkətinə xidmət məntəqəsi - hava hərəkətini idarəetmə məntəqəsini, uçuş məlumatı mərkəzini və ya hava hərəkəti xidmətinə nəzarət məntəqəsini nəzərdə tutan ümumi anlayış;
2.1.40. hava hərəkəti xidmətlərinə nəzarət məntəqəsi - hava hərəkəti xidmətlərinə və uçub getməzdən əvvəl təqdim olunan uçuş planlarına dair məlumatların alınması məqsədilə yaradılan məntəqə (müstəqil məntəqə şəklində və ya mövcud məntəqə ilə birlikdə ayrıca hava hərəkətinə xidmət məntəqəsi və ya aeronaviqasiya məlumatı xidməti məntəqəsi kimi yaradıla bilər);
2.1.41. hava hərəkətinə məsləhət xidməti - cihazlar üzrə uçuş qaydalarına əsasən uçuş yerinə yetirən hava gəmilərinin uçuşlarının optimal eşelonlanmasını təmin etmək məqsədilə göstərilən xidmət;
2.1.42. hava məkanından istifadə - hava məkanında müxtəlif maddi obyektlərin (hava gəmilərinin, raketin və digər obyektlərin) yerdəyişməsinin həyata keçirildiyi fəaliyyət, habelə hava məkanından istifadənin təhlükəsizliyinə xələl gətirə biləcək digər fəaliyyət (hündür tikililərin inşası, elektromaqnit və digər şüalanmanın baş verməsi, görünməni pisləşdirən maddələrin atmosferə atılması, partlatma işlərinin aparılması, poliqonlarda bütün növ güllə atıcılığı və s.);
2.1.43. hava məkanından istifadənin koordinasiyası - dövlət maraqlarına uyğun olaraq, hava məkanından istifadənin planlaşdırılması və hava hərəkətinə xidmət (idarəetmə) prosesində həyata keçirilən, eləcə də hava, meteoroloji və aeronaviqasiya şəraitindən asılı olaraq hava məkanından çevik istifadə edilməsinə və bölüşdürülməsinə yönəldilmiş fəaliyyət;
2.1.44. hava məkanından istifadə qaydalarının pozulması - müəyyən olunmuş hava məkanından təhlükəsiz istifadə şərtlərinə riayət edilməməsi;
2.1.45. hava hərəkətinin təşkili (HHT) - hava gəmilərinin istismarçıları üçün nəzərdə tutulan uçub getmə və gəlmə vaxtlarına riayət etmək, həmçinin müəyyən edilmiş təhlükəsizlik səviyyələrini aşağı salmadan minimal məhdudiyyətlərlə daha əlverişli uçuş profillərinə riayət etmək imkanının təmin olunması. HHT-yə aşağıdakılar daxildir:
2.1.45.1. hava hərəkətinə xidmət (idarəetmə);
2.1.45.2. hava hərəkəti axınlarının təşkili;
2.1.45.3. hava hərəkətinə xidmətin (idarəetmənin) təmin edilməsi və hava hərəkəti axınlarının təşkili məqsədilə hava məkanının təşkili;
2.1.46. hava məkanının təşkili - hava məkanından səmərəli və çevik istifadənin təmin olunması məqsədilə onun optimal strukturunun müəyyən edilməsi;
2.1.47. hava məkanından istifadənin təşkili - təhlükəsiz, qənaətli və müntəzəm hava hərəkətinin, həmçinin hava məkanından istifadə üzrə digər fəaliyyətin təmin olunması. Bu fəaliyyət aşağıdakıları əhatə edir:
2.1.47.1. hava məkanı strukturunun müəyyən olunması;
2.1.47.2. hava məkanından çevik istifadənin planlaşdırılması və koordinasiyası;
2.1.47.3. hava məkanından istifadəyə dair icazə qaydasının təmin edilməsi;
2.1.47.4. hava hərəkətinin təşkili;
2.1.47.5. bu Qaydalara riayət olunmasına nəzarət;
2.1.48. hava hərəkətinə xidmət (uçuşları idarəetmə) orqanları - hava hərəkətinə xidməti (uçuşların idarə edilməsini) və ya hava məkanından istifadə üzrə digər fəaliyyəti həyata keçirən hava hərəkətinin təşkili vahid sisteminin operativ orqanlarını, həmçinin hava məkanı istifadəçilərinin hava hərəkətinə xidmət (uçuşları idarəetmə) orqanlarını (bundan sonra — HHX (uçuşları idarəetmə orqanları) bildirən ümumi termin;
2.1.49. hava məkanından istifadənin xüsusi rejimi - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (bundan sonra — MN) hüquqi aktları əsasında müəyyən edilən Azərbaycan Respublikasının hava məkanının ayrı-ayrı hissələrindən istifadənin xüsusi qaydası;
2.1.50. hava məkanından istifadənin planlaşdırılması - hava məkanının yer, zaman və hündürlük üzrə bölüşdürülməsi və yenidən paylanması yolu ilə hava məkanından istifadənin təşkili ilə bağlı tədbirlər kompleksi;
2.1.51. hava hərəkətinə uçuş-informasiya xidmətlərinin göstərilməsi - uçuşların təhlükəsizliyini və səmərəliliyini təmin etmək məqsədilə məsləhət və informasiyanın təqdim edilməsi üçün həyata keçirilən hava hərəkətinə xidmət (hava hərəkətinə xidmətin bütün növləri üzrə həyata keçirilir);
2.1.52. hava məkanının istifadəçiləri - müəyyən edilmiş qaydada hava məkanından istifadə üzrə fəaliyyətlə məşğul olmaq hüququ verilən fiziki və hüquqi şəxslər;
2.1.53. hava məkanından istifadəyə dair icazə qaydası - müvafiq hallarda istifadəçilərə hava məkanından istifadə imkanının verilməsi qaydası, habelə hava məkanından istifadəyə dair icazələrin verilməsi;
2.1.54. hava məkanının strukturu - şaquli və üfüqi müstəvilərdə məhdudlaşdırılmış, hava məkanından istifadənin təşkili üçün nəzərdə tutulmuş hava məkanı elementlərinin məcmusu;
2.1.55. hava hərəkətinin idarə edilməsi - hava gəmilərinin bir-biri ilə və ya manevretmə ərazisindəki maneələrlə toqquşmalarının qarşısının alınması, hava hərəkəti axınının sürətləndirilməsi və nizamlı axınının saxlanması məqsədilə hava hərəkətinin tənzimlənməsi;
2.1.56. hava hərəkətinin idarə edilməsi məntəqəsi - vəziyyətdən asılı olaraq rayon hava hərəkətini idarəetmə mərkəzini, enməyə girişin dispetçer məntəqəsini və ya aerodromun dispetçer məntəqəsini nəzərdə tutan ümumi anlayış;
2.1.57. hava hərəkətini idarəetmə xidmətinin icazəsi - hava gəmisinə hava hərəkətini idarəetmə məntəqəsi tərəfindən qoyulan şərtlər daxilində hərəkət üçün verilən icazə ("Hava hərəkətini idarəetmə xidmətinin icazəsi" termini müvafiq kontekstdə istifadə edildikdə "icazə" termininə qədər qısaldılır. Qısaldılmış "icazə" termininin önündə hava hərəkətini idarəetmə xidmətinin icazəsinin aid olduğu uçuşun konkret hissəsini göstərmək üçün "yerdəyişmə", "qalxma", "uçub getmə", "marşrut üzrə", "enməyə giriş" və ya "enmə" sözləri yazılır);
2.1.58. hava hərəkəti məlumatı - hava gəmisinin olduğu yerin və ya təyin edilmiş marşrutun yaxınlığında ola bilən, digər məlum olan və ya müşahidə edilən hava hərəkəti haqqında hava gəmisinin kapitanını (komanda verən pilotu) (bundan sonra — komanda verən pilot) xəbərdar etmək və toqquşmanın qarşısını almaq üçün hava hərəkətini idarəetmə məntəqəsi tərəfindən verilən məlumat;
2.1.59. hava ilə sürmə - yerin təsirini nəzərə almaqla, saatda 20 DM-dən (37 km/saat) az sürətlə helikopterin/VTOL aerodromun səthi üzərində hərəkəti (faktiki hündürlük dəyişə bilər və bəzi helikopterlər üçün yer təsiri turbulentliyini azaltmaq və ya yükasılan qurğuya icazəni təmin etmək üçün AGL-dən 25 fut (8 m) yüksəkdə hava ilə sürmə tələb oluna bilər);
2.1.60. hava-yer nəzarət radiostansiyası - verilmiş sahədə hava gəmisinin istismarı və idarə edilməsi üzrə rabitənin yaradılması üçün cavabdeh olan əsas aeronaviqasiya rabitəsi stansiyası;
2.1.61. hava yolu - dəhliz şəklində idarə edilən hava məkanı və ya onun bir hissəsi;
2.1.62. havada toqquşmanın qarşısını alan sistem - qarşılıqlı müşahidə radiolokatoru (bundan sonra - SSR) cavabvermə cihazı ilə təchiz edilən hava gəmisi ilə mümkün toqquşma haqqında komanda verən pilota məlumat vermək üçün yerüstü naviqasiya avadanlığından asılı olmayaraq, ikinci radiolokasiya cavab siqnallarına əsaslanan hava gəmisi sistemi;
2.1.63. hava toqquşmasının qarşısının alınması üzrə tövsiyələr - hava hərəkətinə xidmət məntəqəsi tərəfindən kömək məqsədilə komanda verən pilota toqquşmanın qarşısının alınması üçün lazım olan manevrlər göstərilməklə verilən tövsiyələr;
2.1.64. hava məkanından istifadənin təhlükəsizliyi - hava məkanının insanların həyat və sağlamlığı üçün təhlükə törətmədən, dövlətə, hüquqi və fiziki şəxslərə maddi ziyan vurmadan istifadəsi ilə bağlı bütün fəaliyyət növlərini təmin etmək qabiliyyətini təyin edən hava məkanından istifadənin müəyyən edilmiş qaydasının kompleks xarakteristikası;
2.1.65. hava yolu (trası) - hava məkanının hava gəmilərinin uçuşları üçün müəyyən edilmiş, hündürlüyü və eni məhdudlaşdırılmış, radionaviqasiya və hava hərəkətinə xidmət vasitələri ilə təchiz edilmiş dəhliz formasında olan nəzarət edilən hava məkanı və ya onun bir hissəsi;
2.1.66. hava məkanından çevik istifadə - hava məkanının mülki və ya hərbi məqsədlər üçün birgə istifadəsini nəzərdə tutan, onu dəyərli milli resurs (vahid məkan) kimi müəyyən edən konsepsiya. Bu zaman hava məkanının gündəlik bölünməsi müvəqqəti xarakter daşıyır və istifadəçilərin sorğularına uyğun olaraq real zəruri vaxt ərzində, həmçinin göstərilmiş dövrdə həyata keçirilir;
2.1.67. hərəkət xətti - hava gəmisinin uçuş trayektoriyasının yerin səthinə istənilən nöqtədən, adətən şimaldan (faktiki, maqnit və ya şərti) dərəcələrlə ifadə edilən proyeksiyası;
2.1.68. dövlət aviasiyası - hərbi ehtiyacların, habelə dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, daxili işlər, dövlət sərhədinin mühafizəsi və müdafiəsi, mühafizə, gömrük və ya digər dövlət orqanlarının ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan aviasiya;
2.1.69. dövlət aviasiyasının qaydaları - hərbi, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, daxili işlər, dövlət sərhədinin mühafizəsi və müdafiəsi, sərhəd, mühafizə, gömrük və ya digər sahələr üzrə təsdiq edilən qaydalar;
2.1.70. hərbi idarəetmə ərazisi - hərbi və ya digər dövlət aviasiyasının məqsədləri üçün yaradılan daimi və ya vaxtaşırı nəzarət olunan hava məkanı;
2.1.71. hərəkət meydanı - aerodromun hava gəmisinin qalxması, enməsi və ya yerdə sürülməsi üçün istifadə olunan manevr meydanından və perrondan (perronlardan) ibarət hissəsi;
2.1.72. xüsusi rayon - hava məkanının müəyyən ölçülərə malik hissəsi (bu rayonun hüdudları daxilində hava gəmilərinin uçuşları dispetçerin icazəsi olmadan müvafiq qaydalara əməl olunmaqla yerinə yetirilə bilər);
2.1.73. xüsusi vizual qaydalarla uçuş - hava hərəkətini idarəetmə məntəqəsinin idarəetmə zonası daxilində vizual meteoroloji şəraitdən (VMC) aşağı meteoroloji şəraitdə yerinə yetirilməsi üçün icazə verdiyi VFR (vizual uçuş qaydaları) uçuşu;
2.1.74. icazə həddi - hava gəmisinə hava hərəkətini idarəetmə xidməti tərəfindən verilən icazənin bitdiyi nöqtə;
2.1.75. idarəetmə rayonu - yer və su üzərində müəyyən edilmiş həddən yuxarı istiqamətlənən nəzarət olunan hava məkanı;
2.1.76. idarəetmə zonası - yerin səthindən müəyyən edilən həddə qədər yuxarı istiqamətlənən nəzarət olunan hava məkanı;
2.1.77. IFR (cihaz üzrə uçuş qaydaları) uçuşu - cihaz üzrə uçuş qaydalarına əsasən yerinə yetirilən uçuş;
2.1.78. keçid eşelonu - barometrik hündürlükölçənin təzyiq şkalasının standart təzyiqdən aerodrom təzyiqinə və ya dəniz səviyyəsinə gətirilmiş minimal atmosfer təzyiqinə keçirilməsi üçün müəyyən olunmuş uçuş eşelonu (aerodrom (aeroqovşaq) rayonundakı aşağı uçuş eşelonu);
2.1.79. kurs - şimal meridianı ilə (həqiqi, maqnit, kompas və ya şərti) saat əqrəbi istiqamətində hava gəmisinin uzununa oxu arasında olan bucaq;
2.1.80. konsultativ hava məkanı - müəyyən hüdudda hava hərəkətinə məsləhət xidmətinin göstərildiyi hava məkanı və ya təyin olunmuş marşrut;
2.1.81. konsultativ marşrut - hava hərəkətinə məsləhət xidmətinin göstərilməsi üçün təyin olunmuş marşrut;
2.1.82. kreyser uçuş rejimində (sabit sürətlə uçuş rejimi) hündürlüyün yığılması - kreyser uçuşu zamanı təyyarənin kütləsinin azalması nəticəsində nisbi hündürlüyün artması;
2.1.83. kreyser hündürlüyü - uçuşun əsas hissəsində qorunub saxlanılan hündürlük;
2.1.84. qadağan edilən ərazi - hər hansı bir dövlətin və ya ərazi sularının üzərində hava gəmisinin uçuşu üçün qadağan edilən müəyyən ölçülü hava məkanı;
2.1.85. qadağan olunmuş zona - xüsusi icazə olmadan bu zonanın hüdudları daxilində hava məkanından istifadənin qadağan olduğu Azərbaycan Respublikası hava məkanının müəyyən ölçülərə malik hissəsi;
2.1.86. qaydaları pozan hava gəmisi - Azərbaycan Respublikasının dövlət sərhədi üzərində uçuş qaydalarını pozan və ya Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarını digər şəkildə pozmuş fiziki və ya hüquqi şəxsə məxsus hava gəmisi;
2.1.87. qəza məlumatlandırma xidməti - axtarılması və yardım göstərilməsi lazım olan hava gəmiləri haqqında müvafiq təşkilatlara məlumat vermək və tələb edildikdə, həmin təşkilatlara yardım etmək məqsədilə göstərilən xidmət;
2.1.88. qısamüddətli məhdudiyyət - hava məkanından istifadənin xüsusi təşkilinin tələb olunduğu fəaliyyətin həyata keçirilməsi üçün 3 (üç) saatadək müddətə müəyyən edilən Azərbaycan Respublikasının hava məkanı strukturunun ayrı-ayrı elementlərindən müvəqqəti istifadə qaydası;
2.1.89. manevr sahəsi - aerodromun perronlar istisna olmaqla, hava gəmilərinin qalxması, enməsi və yerdə sürülməsi üçün istifadə olunan hissəsi;
2.1.90. məhdudlaşdırılan ərazi - yer və ya ərazi suları üzərində hava gəmilərinin uçuşunun məhdudlaşdırıldığı müəyyən ölçülü hava məkanı;
2.1.91. məhdudiyyət zonası - Azərbaycan Respublikasının hava məkanının müəyyən ölçülərə malik hissəsi. Bu zonanın hüdudları daxilində hava məkanından istifadə müvafiq şərtlərlə məhdudlaşdırılır;
2.1.92. müvəqqəti rejim - Azərbaycan Respublikasının hava məkanından istifadənin xüsusi təşkilini tələb edən fəaliyyətin həyata keçirilməsi məqsədilə müəyyən edilən hava məkanı strukturunun ayrı-ayrı elementlərindən 3 (üç) günədək müddətə müvəqqəti istifadə qaydası;
2.1.93. mütləq keçid yüksəkliyi - müəyyən yüksəklikdə və ya ondan aşağıda hava gəmisinin şaquli vəziyyətinin yüksəkliklərə istinadən idarə edildiyi yüksəklik;
2.1.94. müvafiq ATS qurumu - aidiyyəti hava məkanında hava hərəkətinin idarə edilməsini təmin etmək üçün məsuliyyət daşıyan müvafiq qurum;
2.1.95. müvafiq orqan - açıq dəniz üzərində aparılan uçuşa aid olduqdaqeydiyyat dövlətinin müvafiq orqanı, açıq dənizdən başqa digər ərazi üzərində aparılan
uçuşa aid olduqda - uçuşun yerinə yetirildiyi ərazi üzərində suverenliyə malik olan dövlətin müvafiq orqanı;
2.1.96. nəzarət edilən aerodrom - ərazisindəki hərəkətə hava hərəkətinə xidmət tərəfindən nəzarət edilən aerodrom ("Nəzarət edilən aerodrom" anlayışı aerodrom hərəkətini idarəetmə xidmətinin göstərildiyini ifadə edir, lakin idarəetmə zonasının mövcud olmasını mütləq şəkildə nəzərdə tutmur);
2.1.97. nəzarət məntəqəsi - hava gəmisinin vəziyyətinə dair məlumatın verilməsi mümkün olan təyin edilmiş coğrafi məkan;
2.1.98. nəzarət olunan hava məkanı - hava məkanının təsnifatına uyğun olaraq, hüdudlarında hava hərəkətinin idarəetmə xidməti göstərilən müəyyən ölçülü hava məkanı;
2.1.99. nəzarət edilən uçuş - hava gəmisinin hava hərəkətinə dispetçer xidməti (sahə dispetçer xidməti, yaxınlaşma dispetçer xidməti və ya aerodrom dispetçer xidməti) ilə təmin olunan uçuşu;
2.1.100. nisbi hündürlük - verilmiş başlanğıc səviyyəsindən müəyyən səviyyəyə, nöqtəyə və ya nöqtə kimi nəzərdə tutulan obyektə kimi ölçülən şaquli məsafə;
2.1.101. perron - sərnişinlərin minib-düşməsi, baqajın, yüklərin və poçtun yüklənib-boşaldılması, yanacaq doldurulması və ya boşaldılması, dayanma, yaxud texniki xidmət məqsədilə hava gəmilərinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş aerodromun müəyyən sahəsi;
2.1.102. idarəedilməyən pilotsuz aerostat — enerji gücü ilə hərəkətə gəlməyən, pilotsuz, sərbəst uçuşda havadan yüngül (ağır, orta və ya yüngül) hava gəmisi;
2.1.103. psixotrop maddələr BMT-nin 1971-ci il tarixli "Psixotrop maddələr haqqında" Konvensiyasında, 1988-ci il tarixli "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları;
2.1.104. psixotrop maddələrdən istifadə - istifadəçiyə birbaşa təhlükə yaradacağı, digər şəxslərin həyatı, sağlamlığı və rifahına təhlükə törədəcəyi, peşəkar, sosial, psixi və fiziki problem və ya pozuntular yarada biləcəyi və ya vəziyyətin pisləşəcəyi halda uçuş heyəti tərəfindən bir və ya bir neçə psixotrop maddələrdən istifadə tərzi;
2.1.105. radiotelefon rabitəsi - əsasən danışıq formasındakı məlumatların mübadiləsi üçün nəzərdə tutulan radio əlaqə forması;
2.1.106. rayon hərəkəti idarəetmə mərkəzi - yurisdiksiyasında olan idarəetmə sahələrində nəzarət olunan uçuşlara hava hərəkətinə xidmətin göstərilməsi məqsədilə yaradılan məntəqə;
2.1.107. rayon dispetçer idarəetmə xidməti - idarəetmə ərazilərində nəzarət olunan uçuşlar üçün hava hərəkətinə xidmət;
2.1.108. səviyyə - uçuşdakı təyyarənin şaquli vəziyyətindən asılı olaraq hündürlüyü, yüksəkliyi və ya uçuş eşelonunu nəzərdə tutan ümumi anlayış;
2.1.109. siqnal meydanı - yerüstü siqnalların verilməsi üçün aerodromda yerləşdirilən meydan;
2.1.110. stop xətti - yerlə sürmə yolunda qırmızı işıqlar sırası;
2.1.111. şəraitə uyğun olaraq verilmiş trayektoriya - şəraitdən asılı olaraq yolun düzləndirilməsi, qapalı (təhlükəli) zonaların yanından keçmə, habelə optimal eşelonlama və təhlükəsiz intervalları təmin etmək məqsədilə HHT orqanı tərəfindən hava gəmisinin heyətinə verilən və uçuş planında qeyd edilmiş marşrut sahələrindən müvəqqəti kənaraçıxmanı nəzərdə tutan marşrut trayektoriyası;
2.1.112. təhlükəli zona - Azərbaycan Respublikasının hava məkanının müəyyən ölçülərə malik hissəsi (müəyyən dövrdə bu zonanın hüdudları daxilində hava gəmiləri uçuşlarının təhlükəsizliyinə xələl gətirə biləcək fəaliyyət həyata keçirilə bilər);
2.1.113. təhlükəli ərazi - təyin edilən vaxtlarda ərazisində hava gəmisinin uçuşu ilə bağlı təhlükəli fəaliyyət aparılan müəyyən ölçülü hava məkanı;
2.1.114. təhlükəsizliklə bağlı olan personal - vəzifə və funksiyalarını lazımi qaydada yerinə yetirmədikdə, hava gəmisinin heyət üzvləri, hava gəmisinə texniki xidmət göstərən işçi heyəti, dispetçerlər və digər işçilər də daxil olmaqla, uçuşların təhlükəsizliyi üçün təhlükə yarada biləcək şəxslər;
2.1.115. təxmini gəliş vaxtı - hava gəmisinin IFR uçuşları üçün enməyə giriş prosedurlarının başlanğıcı nəzərdə tutulan və naviqasiya vasitələri ilə təyin olunan nöqtəyə və ya aerodromla bağlı heç bir naviqasiya vasitəsi olmadıqda aerodroma gələcəyi vaxt, VFR uçuşları üçün hava gəmisinin aerodroma gələcəyi təxmini vaxt;
2.1.116. tərtib edilmiş uçuş planı - sonradan heç bir dəyişiklik edilmədən, ATS məntəqəsi, komanda verən pilot və ya təyin edilmiş nümayəndə tərəfindən tərtib edilən uçuş planı;
2.1.117. uçuşların idarə edilməsi - dövlət və eksperimental aviasiyaya aid uçuşlara rəhbərlik edən qrupun uçuş tapşırıqlarının hava gəmilərinin heyəti tərəfindən vaxtında və təhlükəsiz yerinə yetirilməsinə yönəlmiş hərəkətləri;
2.1.118. uçuş-informasiya hava məkanı - hava hərəkətinə uçuş-informasiya xidmətlərinin göstərildiyi hava məkanı;
2.1.119. uçuş marşrutu - hava məkanının hava gəmilərinin uçuşları üçün müəyyən edilən, eni və hündürlüyü məhdud olan hissəsi;
2.1.120. uçuş eşelonu - 760,0 millimetr civə sütununa (1013,2 hektopaskal) nisbətən təyin edilən və digər oxşar səthlərdən müəyyən edilmiş intervallar qədər aralıda olan atmosfer təzyiqinin sabit səthi (ölçü şkalası standart atmosferə görə bölünmüş barometrik hündürlükölçən QNH (orta dəniz səviyyəsinə nisbətən ölçülən atmosfer təzyiqi) qurulduqda mütləq hündürlüyü, QFE (aerodrom hündürlüyündə (və ya uçuş-enmə zolağının astanasında) atmosfer təzyiqi qurulduqda nöqtə üzərində nisbi hündürlüyü və 1013,2 hpa qurulduqda uçuş eşelonlarını göstərir. Burada istifadə edilən "mütləq hündürlük" və "nisbi hündürlük" terminləri cihazın göstəricisi olaraq, həndəsi məna daşımır);
2.1.121. uçuş planı - müvafiq hallarda tam uçuş marşrutu boyunca uçuş planına daxil edilmiş bütün bəndlər üzrə və ya uçuşun kiçik bir hissəsi üçün dispetçer icazəsi alınması məqsədilə tələb olunan məhdud məlumatın, məsələn, hava yolunda kəsişmələrin, nəzarət olunan aerodromlardan uçub getmə və ya enmələrin göstərilməsi;
2.1.122. uçuş statusu - hava hərəkətinə xidmət məntəqələri tərəfindən konkret hava gəmisinə xüsusi idarəetmənin tələb edilib-edilməməsinin göstəricisi;
2.1.123. uçuş-enmə zolağı - hava gəmilərinin yerə enməsi və qalxması üçün hazırlanmış müəyyən düzbucaqlı sahə;
2.1.124. uçma-enmə zolağı yanında gözləmə - aerodromun dispetçer məntəqəsi tərəfindən başqa icazə verilməmişdirsə, yerdə sürülən hava gəmisinin və nəqliyyat vasitələrinin dayanmalı və gözləməli olduqları ərazini, uçma-enmə zolağını, maneələri məhdudlaşdırma səthini və ya ILS/MLS kritik/həssas ərazisini mühafizə etmək üçün nəzərdə tutulan gözləmə yeri;
2.1.125. uçuşda görünmə həddi - uçuş zamanı hava gəmisinin pilot kabinəsindən irəli görünmə həddi;
2.1.126. ümumi məlumat xidməti - uçuşların təhlükəsizlik və səmərəli yerinə yetirilməsi üçün məsləhət və məlumatın verilməsi məqsədilə göstərilən xidmət;
2.1.127. ümumi məlumat mərkəzi - uçuş məlumatı və qəza məlumatlandırma xidmətlərini göstərmək üçün yaradılan məntəqə;
2.1.128. ümumi məlumat regionu - uçuş məlumatı və qəza məlumatlandırma xidmətlərinin göstərildiyi müəyyən ölçülü hava məkanı;
2.1.129. ümumi hesablanmış uçuş vaxtı - hava gəmisinə getmə məntəqəsindən IFR uçuşları üçün enməyə giriş prosedurlarının başlanğıcı nəzərdə tutulan və naviqasiya vasitələri ilə təyin olunan nöqtəyə və ya aerodromla bağlı heç bir naviqasiya vasitəsi olmadıqda, aerodroma çatması üçün tələb olunan hesablanmış vaxt. VFR uçuşları üçün hava gəmisinin uçub qalxdıqdan sonra təyinat aerodromuna çatmasına tələb olunan hesablanmış vaxt;
2.1.130. VFR uçuşu - vizual uçuş qaydalarına əsasən yerinə yetirilən uçuş;
2.1.131. vizual uçuş qaydaları - vizual meteoroloji şəraitdə hava gəmisinin istismarını tənzimləyən qaydalar (yalnız vizual istinad əsasında uçuşun mümkün olduğu şərtlər);
2.1.132. vizual meteoroloji şərait - təyin olunmuş minimuma bərabər və ya ondan daha yüksək olan görünmə, buluddan məsafə və buludların aşağı səddinin hündürlüyü kəmiyyətləri ilə ifadə olunan meteoroloji şərait;
2.1.133. yerdə görünmə - rəsmi təyin edilmiş müşahidəçi tərəfindən verilən məlumata əsasən aerodromdakı görünmə həddi;
2.1.134. yerdə sürmə - aerodrom səthində qalxma və enmə istisna olmaqla, hava gəmisinin öz dartı qüvvəsi hesabına yerinə yetirilən hərəkəti;
2.1.135. sürmə yolu - yerüstü aerodromun üzərində yerləşən, hava gəmilərinin yerdə hərəkəti və aerodromun bir hissəsinin digər hissəsi ilə birləşdirilməsi üçün nəzərdə tutulan müəyyən yol. Bu yola aşağıda qeyd edilənlər də daxildir:
2.1.135.1. hava gəmisinin dayanacaqda hərəkəti üçün nəzərdə tutulan zolaq:
perronun sürmə yolu kimi müəyyən edilən və yalnız hava gəmilərinin dayanacaqlara yanaşmasını təmin etmək üçün nəzərdə tutulan hissəsi;
2.1.135.2. perron sürmə yolu: sürmə yolları sisteminin perronun üzərində yerləşən və hava gəmilərinin perrondan keçməklə yerdə hərəkət marşrutunu təmin etmək üçün nəzərdə tutulan hissəsi;
2.1.135.3. sürətli çıxış üçün sürmə yolu: uçuş-enmə zolağına iti bucaq altında birləşən və yerə enən hava gəmilərinin, uçuş-enmə zolağından çıxmaq üçün nəzərdə tutulan digər sürmə yollarına münasibətdə daha artıq sürətlə uçuş-enmə zolağından çıxması və bununla da uçuş-enmə zolağında qalma müddətinin minimuma endirilməsinə imkan verən yol;
2.1.136. yüksəklik - nöqtə və ya nöqtə kimi nəzərdə tutulan obyektin orta dəniz səviyyəsindən yuxarı olan hündürlüyün (AMSL) ölçülən şaquli məsafəsi;
2.1.137. SOS - ciddi və qaçılmaz təhlükə ilə bağlı təhdidin mövcudluğunu bildirən və təcili yardım tələb olunduğu hallarda Morze əlifbası ilə ötürülən, radioteleqrafiya və ya SOS qrupundan ibarət hər hansı digər siqnalizasiya üsulu ilə verilən həyəcan siqnalı;
2.1.138. MAYDAY- ciddi və qaçılmaz təhlükə ilə bağlı təhdidin mövcudluğunu bildirən və təcili yardım tələb olunduğu hallarda şifahi "MAYDAY" sözündən ibarət radiotelefoniya təhlükə siqnalı;
2.1.139. PAN, PAN - hər hansı gəmi, hava gəmisi və ya digər nəqliyyat vasitələrinin və ya bortda (göyərtədə) olan və ya müşahidə edilə bilən şəxslərin təhlükəsizliyinə dair hava gəmisinin ötürməli olduğu çox təcili zəruri məlumatı nəzərdə tutan və şifahi "PAN, PAN" sözündən ibarət olan radiotelefoniya təcililik siqnalı.
2.2. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Qanun, bu Qaydaların 1.2-ci bəndində qeyd olunmuş beynəlxalq sənədlər və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.
3. Hava məkanında uçuş qaydalarının tətbiqi
3.1. Bu Qaydalar Azərbaycan Respublikasının hava məkanında uçuşların yerinə yetirilməsini tənzimləyir. Dövlət eksperimental və dövlət aviasiyasının uçuşları MN-in müəyyən etdiyi əlavə qaydalarla da tənzimlənir.
3.2. Azərbaycan Respublikasına mənsub hava gəmisinin xarici dövlətin ərazisi üzərində uçuşları həmin dövlətin müvafiq qaydaları ilə, hər hansı dövlətin qanuni nəzarətindən kənar ərazi üzərindən uçuşları isə beynəlxalq qaydalara əsasən tənzimlənir.
3.3. Hava gəmisi uçuşda və ya aerodromun hərəkət sahəsində olduqda ümumi qaydalara və əlavə olaraq uçuş zamanı vizual uçuş qaydalarına və ya cihaz üzrə uçuş qaydalarına uyğun idarə edilməlidir. Komanda verən pilot vizual meteoroloji şəraitdə cihaz üzrə uçuş qaydalarına riayət etməklə, uçuşu seçə bilər və ya müvafiq ATS orqanı bunun yerinə yetirilməsini ondan tələb edə bilər.
3.4. Komanda verən pilot uçuş zamanı hava gəmisinin bu Qaydalara uyğun idarə edilməsi üçün məsuliyyət daşıyır və müstəsna hallarda təhlükəsizlik baxımından tamamilə zəruri olan şəraitdə bu Qaydalardan kənara çıxa bilər. Komanda verən pilot vəzifə borclarını malik olduğu səlahiyyətə uyğun olaraq yerinə yetirir. 3.5. Uçuşa başlamazdan əvvəl komanda verən pilot nəzərdə tutulan uçuşa dair bütün mövcud məlumatlarla tanış olmalıdır. Uçuşqabağı hazırlıq aerodrom rayonundan kənarda və bütün IFR uçuşlar üçün mövcud hava haqqında məlumatların və proqnozların diqqətlə öyrənilməsini, uçuşu planlaşdırıldığı kimi yerinə yetirmək mümkün olmadıqda, yanacaq ehtiyatına olan tələbləri nəzərə alaraq alternativ planın təyin edilməsini əhatə etməlidir.
3.6. Uçuşların təhlükəsizliyi ilə bağlı fəaliyyəti həyata keçirən şəxslərə alkoqollu içki, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları və ya uçuşların təhlükəsizliyinə təsir göstərə bilən dərman vasitələrinin təsiri altında olan zaman öz vəzifə borcunu yerinə yetirməyə yol verilmir. 3.7. Hava gəmisi digər şəxslərin həyatına və ya əmlakına təhlükə törədə biləcək etinasız və ya ehtiyatsız tərzdə idarə edilməməlidir. 3.8. İcazə verilən hallar və ya uçub-qalxma, yerə enmə istisna olmaqla, hava gəmisinin şəhər, qəsəbə və ya insanların sıx toplaşdığı açıq ərazilər üzərində qəza şəraiti yaranan zaman yerdəki şəxslərə və ya əmlaka təhlükə törətmədən yerə enməsini təmin edən hündürlükdən aşağı uçuşlarına yol verilmir.
3.9. Uçuşun və ya uçuşun bir hissəsinin yerinə yetiriləcəyi kreyser hündürlükləri aşağıdakı kimi olmalıdır:
3.9.1. istifadə oluna bilən ən aşağı uçuş səviyyəsində və ya həmin səviyyədən yuxarıda və ya uyğun olduqda keçid hündürlüyündən yuxarıda uçuşlar üçün uçuş eşelonları;
3.9.2. istifadə oluna bilən ən aşağı uçuş səviyyəsindən aşağıda və ya mümkün olduqda, keçid səviyyəsi və ya həmin səviyyədən aşağı olan hündürlükdə yerinə yetirilən uçuşlar üçün mütləq hündürlüklər. 3.10. Dövlət, eksperimental və mülki aviasiyaya münasibətdə aşağıdakılar nəzərə alınmalıdır:
3.10.1. dövlət eksperimental və dövlət aviasiyasına münasibətdə MN, mülki eksperimental və mülki aviasiyaya münasibətdə Azərbaycan Respublikası Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra — RİNN) tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi (bundan sonra — Agentlik) tərəfindən qoyulan şərtlər və müvafiq hava hərəkətinə xidmət məntəqəsindən verilən məlumat, məsləhət və (və ya) icazə halları istisna olmaqla, uçuş zamanı hava gəmisindən aşağı heç nə atılmamalı və ya səpilməməlidir;
3.10.2. dövlət eksperimental və dövlət aviasiyasına münasibətdə MN, mülki eksperimental və mülki aviasiyaya münasibətdə RİNN tərəfindən qoyulan tələblərə uyğun hallar və müvafiq hava hərəkətinə xidmət məntəqəsindən verilən məlumat, məsləhət və (və ya) icazə halları istisna olmaqla, heç bir hava gəmisi və ya digər obyekt hava gəmisi tərəfindən yedəyə alınmamalıdır;
3.10.3. dövlət eksperimental və dövlət aviasiyasına münasibətdə MN, mülki eksperimental və mülki aviasiyaya münasibətdə RİNN tərəfindən qoyulan şərtlərə əsasən və müvafiq hava hərəkətinə xidmət məntəqəsindən verilən məlumat, məsləhət və (və ya) icazə halları istisna olmaqla, qəza enmələrindən başqa paraşütlə enmələr həyata keçirilməməlidir;
3.10.4. dövlət eksperimental və dövlət aviasiyasına münasibətdə MN, mülki eksperimental və mülki aviasiyaya münasibətdə RİNN tərəfindən qoyulan şərtlər və müvafiq hava hərəkətinə xidmət məntəqəsindən verilən məlumat, məsləhət və (və ya) icazə halları istisna olmaqla, heç bir hava gəmisi yüksək pilotaj fiqurlu uçuşlar yerinə yetirməməlidir. 3.11. Uçuşda iştirak edən komanda verən pilotlar arasında qabaqcadan razılaşdırılmış və A, B, C, D, E siniflərini əhatə edən nəzarət olunan hava məkanında qrup ilə uçuş üçün müvafiq ATS orqanları tərəfindən qoyulan şərtlərə uyğun hallar istisna olmaqla, hava gəmisi qrup ilə uçmamalıdır. Bu şərtlərə aşağıdakılar daxildir:
3.11.1. qrup, naviqasiya və havada yerini təyinetmə haqqında məlumatların verilməsi baxımından uçuşları tək hava gəmisinə aid şəkildə yerinə yetirir;
3.11.2. qrupda hava gəmiləri arasındakı intervalların təmin edilməsinə aparıcı komanda verən pilotu və qrupdakı komanda verən pilotlar cavabdehdirlər və onlar hava gəmilərinin qrupda öz yerlərini tutması, həmçinin yaxınlaşma və uzaqlaşma manevrlərinin təmin edilməsi üçün keçid vaxtlarını nəzərə alırlar;
3.11.3. hər bir hava gəmisi irəlidə gedən aparıcı hava gəmisindən en və uzun səthlərdə 0,5 DM (1 km), şaquli səthlərdə isə 100 fut (30,5 m) məsafədən kənarda olmamalıdır. 3.12. İdarə edilməyən pilotsuz aerostatlar şəxslər, əmlak və ya digər hava gəmiləri üçün törədilə bilən təhlükəni minimuma endirə biləcək tərzdə və bu Qaydalara uyğun idarə edilməlidir. 3.13. Hava gəmisi təfərrüatları müəyyən edilmiş qaydada nəşr edilmiş qadağan edilən və ya məhdudlaşdırılan ərazidə, orada yaradılmış ərazilər üzərində müvafiq dövlətin icazəsi və ya məhdudiyyətlərin şərtləri olduğu hallar istisna olmaqla uçmamalıdır. 3.14. Potensial toqquşmaları müəyyən etmək məqsədilə uçuş növündən və ya hava gəmisinin hərəkət etdiyi hava məkanı sinfindən asılı olmayaraq, uçuşda və aerodromun hərəkət sahəsində hava gəmisi idarə edildikdə, hava gəmisinin uçuş heyəti buna ciddi nəzarət etməlidir. Toqquşmaların qarşısının alınması üçün uçuş zamanı aşağıdakılara əməl olunmalıdır:
3.14.1. hava gəmisi digər hava gəmisi ilə toqquşma təhlükəsi yarada biləcək yaxınlıqda hərəkət etməməlidir;
3.14.2. hərəkət üstünlüyü hüququna malik hava gəmisi öz istiqamət və sürətini dəyişməz olaraq saxlamalıdır. Müəyyən olunmuş qaydalara uyğun olaraq digər hava gəmisinə yol verməli olan hava gəmisi həmin hava gəmisinin təhlükəsiz məsafədə və
hündürlükdə yerləşdiyi hallar istisna olmaqla və onun arxasında yaranan hava burulğanının təsirini nəzərə alaraq, yol verilən hava gəmisinin hərəkətinə yuxarısından, aşağısından və önündən maneə törədilməməsi üçün tədbir görməlidir;
3.14.3. iki hava gəmisi toqquşma təhlükəsi yaranması dərəcəsinə qədər qarşıqarşıya yaxınlaşdıqda, hava gəmilərindən hər biri öz istiqamətini sağ tərəfə dəyişdirməlidir;
3.14.4. iki hava gəmisi təxminən eyni yüksəklikdə kəsişən istiqamətlərdə yaxınlaşdıqda, aşağıdakı hallar istisna olmaqla, soldakı hava gəmisi sağdakı hava gəmisinə yol verməlidir:
3.14.4.1. güc qurğusu ilə hərəkətə gətirilən, havadan ağır hava gəmisi dirijabllara, planerlərə və aerostatlara yol verməlidir;
3.14.4.2. dirijabllar planerlərə və aerostatlara yol verməlidir;
3.14.4.3. güc qurğusu ilə hərəkətə gətirilən hava gəmisi digər hava gəmisini və ya başqa əşyaları yedəyə alan hava gəmisinə yol verməlidir;
3.14.5. ötən hava gəmisi digər hava gəmisinə arxa tərəfdən onun simmetriya müstəvisi ilə 70 dərəcədən az olan bucaq yaradan xətt üzrə yaxınlaşan hava gəmisidir, yəni digər hava gəmisinə nisbətən elə vəziyyətdədir ki, gecə vaxtı hava gəmisinin sol (ayırdetmə) və ya sağ (sağ bort) naviqasiya işıqlarının görünməsi mümkün deyildir. Ötülən hava gəmisi hərəkət üstünlüyünə malikdir və ötən hava gəmisi hündürlük - yığma, enmə və ya üfüqi uçuş yerinə yetirdikdə, öz istiqamətini sağa çevirməklə digər hava gəmisinin hava yolunu tutmamalı və iki hava gəmisinin müvafiq vəziyyətlərinə gələcəkdə ediləcək heç bir dəyişiklik ötən hava gəmisini tamamilə keçənə və görünüşü azad edənədək bu öhdəlikdən azad etməməlidir;
3.14.6. uçuşda olan, yerdə və ya suda idarə edilən hava gəmisi enən və ya enməyə girişin son mərhələlərini yerinə yetirən hava gəmisinə yol verməlidir;
3.14.7. havada ağır iki və daha çox hava gəmisi enmək məqsədilə aerodroma yaxınlaşdıqda, daha yüksək hündürlükdə olan hava gəmisi nisbətən aşağı hündürlükdə olan hava gəmisinə yol verməli, lakin sonuncu enmək üçün enməyə girişin son mərhələlərini yerinə yetirən və ya onu ötən hava gəmisinin qabağından keçmək üçün bu qaydadan istifadə etməməlidir. Güc qurğusu ilə hərəkət edən havadan ağır hava gəmisi planerlərə yol verməlidir;
3.14.8. digər hava gəmisinin enmək məcburiyyətində olduğundan xəbər tutan hava gəmisi həmin hava gəmisinə yol verməlidir;
3.14.9. aerodromun manevr meydanında yerdə sürülən hava gəmisi havaya qalxan və ya qalxmağa hazırlaşan hava gəmisinə yol verməlidir;
3.14.10. aerodromun manevr meydanında yerdə sürülən iki hava gəmisi arasında toqquşma təhlükəsi olduqda, aşağıdakı qaydalar tətbiq edilir:
3.14.10.1. iki hava gəmisi qarşı-qarşıya və ya təxminən qarşı istiqamətdə yaxınlaşdıqda, hava gəmilərinin hər biri dayanmalı və ya praktiki cəhətdən mümkün olduqda görünüşü açıq saxlamaq məqsədilə öz istiqamətlərini sağa dəyişdirməlidirlər;
3.14.10.2. ötülən hava gəmisi hərəkətdə üstünlük hüququna malikdir, ötən hava gəmisi isə başqa hava gəmisinə nisbətən kifayət qədər məsafə saxlamalıdır;
3.14.11. aerodromun dispetçer məntəqəsi tərəfindən başqa göstəriş verilməmişdirsə, manevr meydanında yerdə sürülən hava gəmisi dayanmalı və qalxma-enmə zolağının gözləmə yerində qalmalıdır;
3.14.12. manevr meydanında yerdə sürülən hava gəmisi yanan stop xətlərində dayanmalı və gözləməlidir. Yalnız bu işıqlar söndükdə, hava gəmisi hərəkəti davam etdirə bilər. 3.15. Hava gəmilərinin işıqlarının xarakteristikaları Konvensiyaya 8 nömrəli Əlavədə verilmişdir. Hava gəmilərinin naviqasiya işıqları üçün xüsusiyyətlər
Konvensiyaya 6 nömrəli Əlavədə göstərilmişdir. Hava gəmilərinin uçuşa yararlılığına dair tələblər Doc 9760 sənədinin III və IV hissələrində verilmişdir. Bu Qaydaların 3.15.2.3-cü abzası və 3.15.4-cü yarımbəndinə əsasən yerdə sürülən, yedəyə alan və ya yerdə sürülmə və ya yedəyəalma zamanı müvəqqəti dayanan hava gəmisi idarə edilən hava gəmisi hesab edilir. Su üzərindəki hava gəmisi üçün fəaliyyət qaydaları bu Qaydaların 3.18-ci bəndi ilə tənzimlənir. Hava gəmisinin naviqasiya işıqlarından istifadə:
3.15.1. bu Qaydaların 3.15.5-ci yarımbəndində nəzərdə tutulan hallar istisna olmaqla, uçuşda olan bütün hava gəmiləri günəşin batmasından çıxmasına qədər hava gəmisinə diqqəti cəlb etmək üçün toqquşmaya qarşı işıqları və müşahidəçiyə hava gəmisinin müvafiq yolunu göstərmək üçün naviqasiya işıqlarını yandırmalı, yanlış ola bilən digər işıqları isə yandırmamalıdır. Naviqasiya işıqları bu Qaydaların 1 nömrəli əlavəsində göstərilmişdir;
3.15.2. bu Qaydaların 3.15.5-ci yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, günəşin batmasından çıxmasına qədər və ya dövlət aviasiyasına münasibətdə MN, mülki aviasiyaya münasibətdə Agentlik tərəfindən təyin edilən hər hansı digər müddət ərzində:
3.15.2.1. aerodromun hərəkət sahəsində hərəkət edən bütün hava gəmiləri müşahidəçiyə hava gəmisinin müvafiq yolunun göstərilməsi üçün nəzərdə tutulan naviqasiya işıqlarını yandırmalı, yanlış ola bilən digər işıqlardan isə istifadə etməməlidir;
3.15.2.2. stasionar və digər uyğun üsulla aydınlatma olmadıqda, aerodromun hərəkət sahəsindəki bütün hava gəmiləri konstruksiyalarının son nöqtələrini göstərmək üçün nəzərdə tutulan işıqları yandırmalıdır;
3.15.2.3. aerodromun hərəkət sahəsində hərəkət edən bütün hava gəmiləri diqqəti cəlb etmək üçün nəzərdə tutulan işıqlarını yandırmalıdır;
3.15.2.4. aerodromun hərəkət sahəsində mühərrikləri işlək vəziyyətdə olan bütün hava gəmiləri buna işarə edən işıqları yandırmalıdır;
3.15.3. hava gəmisində bu Qaydaların 3.15.1-ci yarımbəndində göstərilən aeronaviqasiya işıqları müvafiq qaydada quraşdırıldıqda bu Qaydaların 3.15.2.2-ci abzasının tələblərini təmin edə bilər. Bu Qaydaların 3.15.1-ci yarımbəndinin tələblərini təmin etmək üçün toqquşmaların qarşısını almaq məqsədilə quraşdırılmış qırmızı işıqlar müşahidəçilərə zərərli qamaşdırıcı təsir göstərməmək şərtilə, həmçinin bu Qaydaların 3.15.2.3-cü və 3.15.2.4-cü abzaslarının tələblərini də təmin edə bilər. Bu Qaydaların 3.15.5-ci yarımbəndində nəzərdə tutulan hallar istisna olmaqla, uçuşda olan və bu Qaydaların 3.15.1-ci yarımbəndinin tələblərinə cavab vermək məqsədilə toqquşmanın qarşısını alma işıqları quraşdırılan bütün hava gəmiləri bu işıqları bu Qaydaların 3.15.1-ci yarımbəndində qeyd edilən müddətdən başqa vaxtda da yandırmalıdır;
3.15.4. bu Qaydaların 3.15.5-ci yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, aerodromun hərəkət sahəsində hərəkət edən və bu Qaydaların 3.15.2.3-cü abzasının tələblərinə cavab vermək üçün toqquşmanın qarşısını alma işıqları quraşdırılan və ya aerodromun hərəkət sahəsində hərəkət edən və bu Qaydaların 3.15.2.4-cü abzasının tələblərinə cavab vermək üçün işıqlar quraşdırılan bütün hava gəmiləri bu işıqları bu Qaydaların 3.15.2-ci yarımbəndində göstərilən müddətdən başqa vaxtda da yandırmalıdır;
3.15.5. komanda verən pilota bu Qaydaların 3.15.1—3.15.4-cü yarımbəndlərinin tələblərinə cavab vermək üçün quraşdırılmış hər hansı impuls işıqlarını söndürməyə və ya onların intensivliyini azaltmağa aşağıdakı hallarda icazə verilir:
3.15.5.1. bu işıqlar vəzifə borcunu lazımi səviyyədə yerinə yetirməsinə mənfi təsir göstərdikdə;
3.15.5.2. müşahidəçi üçün zərərli olan qamaşdırıcı parıltının yaranmasına səbəb olduqda. 3.16. Cihazlar üzrə uçuşun imitasiyası:
3.16.1. hava gəmisində aşağıdakı hallarda cihazlar üzrə uçuşun imitasiyası yerinə yetirilə bilməz:
3.16.1.1. hava gəmisində lazımi qaydada işləyən ikitərəfli idarəetmə quraşdırılmadıqda;
3.16.1.2. cihazlar üzrə uçuşun imitasiyasını həyata keçirən pilot üçün təhlükəsizlik pilotu vəzifəsini yerinə yetirən ixtisaslaşmış pilot digər idarəetmə yerini tutmadıqda. Təhlükəsizlik pilotu hava gəmisinin önünü və hər bir yan tərəfini görmə imkanına malik olmalı və ya onun görmə sahəsini tamamlamaq üçün təhlükəsizlik pilotu ilə əlaqədə olan səriştəli müşahidəçi hava gəmisində müvafiq yer tutmalıdır.
3.17. Aerodromda və aerodrom ərazisində manevrlər:
3.17.1. hava gəmisinin heyət üzvü hava gəmisi ilə, aerodromda və ya aerodrom ərazisində hər hansı bir manevr yerinə yetirməsindən asılı olmayaraq:
3.17.1.1. toqquşmanın qarşısını almaq məqsədilə aerodromdakı digər hərəkətləri müşahidə etməli;
3.17.1.2. digər hava gəmiləri tərəfindən istifadə olunan hərəkət sxemlərinə riayət etməli və ya ona daxil olmamalı;
3.17.1.3. təyin edilmiş manevr sxemləri olmadığı hallarda, enməyə giriş zamanı və uçub-qalxmadan sonra bütün dönmələri sol tərəfə yerinə yetirməli;
3.17.1.4. əgər təhlükəsizlik şərtləri, hava hərəkətinə dair uçuş enmə zolağının yerləşdiyi yer başqa istiqamətin seçilməsinə uyğun deyildirsə, enməni və uçubqalxmanı küləyin əks istiqamətinə yerinə yetirməlidir. 3.18. Su üzərində fəaliyyət qaydaları:
3.18.1. iki hava gəmisi və ya hava gəmisi və suda üzən nəqliyyat vasitəsi (gəmi və s.) qarşı-qarşıya yaxınlaşan zaman toqquşma təhlükəsi olarsa, hava gəmisi başqa gəminin məhdudiyyətləri də daxil olmaqla, hazırkı şəraiti və şərtləri nəzərə alaraq, ehtiyat tədbirlərinə əməl edərək hərəkət etməlidir (bu yarımbəndin tələblərinə əlavə olaraq, bəzi hallarda "Dənizdə toqquşmaların qarşısının alınmasına dair beynəlxalq Qaydalar" tətbiq edilə bilər);
3.18.2. kəsişən istiqamətlərdə yaxınlaşma zamanı hava gəmisi sağ tərəfdən hərəkət edən hava gəmisinə və ya su nəqliyyatına lazımi məsafənin təmin edilməsi məqsədilə yol verməlidir;
3.18.3. hava gəmisi digər hava gəmisi ilə və ya su nəqliyyatı ilə qarşı-qarşıya və ya təxminən qarşı istiqamətlərdə yaxınlaşdıqda, lazımi məsafəni təmin etmək məqsədilə sağ tərəfə dönməlidir;
3.18.4. ötmə zamanı ötülən hava gəmisi və ya su nəqliyyatı üstünlük hüququna malikdir və ötən gəmi lazımi məsafəni təmin etmək məqsədilə öz istiqamətini dəyişdirməlidir;
3.18.5. enmə və uçub-qalxma zamanı suya enən və ya uçub-qalxan hava gəmisi istənilən su nəqliyyatından kifayət qədər uzaq məsafədə olmalı və onların hərəkətinə maneçilik törətməməlidir;
3.18.6. günəşin batması və çıxması arasındakı vaxt və ya dövlət aviasiyasına münasibətdə MN, mülki aviasiyaya münasibətdə Agentlik tərəfindən təyin edilə bilən digər belə müddət arasında su üzərindəki bütün hava gəmiləri "Dənizdə toqquşmaların qarşısının alınmasına dair beynəlxalq Qaydalar"da tələb edildiyi kimi işıqları yandırmalı, bu mümkün olmadıqda, beynəlxalq qaydalara uyğun şəkildə xarakteristika
və mövqe baxımından həmin işıqları yandırmalıdır. Su üzərindəki hava gəmiləri tərəfindən yandırılan işıqlar üçün xüsusiyyətlər Konvensiyaya 6 nömrəli Əlavənin 1-ci və 2-ci hissələrində verilmişdir. 3.19. Uçuş planlarının təqdim edilməsi:
3.19.1. nəzərdə tutulan uçuşa və ya uçuşun bir hissəsinə dair hava hərəkəti xidməti məntəqələrinə təqdim olunmalı məlumat uçuş planı formasında olmalıdır;
3.19.2. uçuş planı aşağıdakı hallarda uçuşdan əvvəl təqdim edilir:
3.19.2.1. istənilən uçuşa və ya onun bir hissəsinə hava hərəkətinə xidmət tərəfindən xidmət göstərildikdə;
3.19.2.2. konsultativ hava məkanında hər hansı IFR uçuşlar yerinə yetirildikdə;
3.19.2.3. istənilən uçuşa, müəyyən edilmiş rayon ərazisinə və ya həmin rayona və ya təyin edilmiş marşrut üzrə, axtarış-xilasetmə, qəza məlumatlandırma və uçuş məlumatına dair xidmətlərin təminatını asanlaşdırmaq məqsədilə müvafiq səlahiyyətli ATS orqanı tərəfindən tələb olunduqda;
3.19.2.4. istənilən uçuşa, müəyyən edilmiş rayon ərazisinə və ya həmin rayona və ya təyin edilmiş marşrut üzrə, müvafiq hərbi orqanla və yaxud qonşu dövlətin ATS orqanları ilə fəaliyyətin koordinasiyası, tanınma zərurəti yarandıqda havada tutma hallarının qarşısını almaq məqsədilə müvafiq səlahiyyətli ATS orqanı tərəfindən tələb olunduqda;
3.19.2.5. dövlət sərhədlərindən keçən bütün uçuşlara;
3.19.2.6. xarici hava gəmilərinin bütün uçuşlarına;
3.19.3. uçuş planı gedişdən əvvəl hava hərəkəti xidmətinin nəzarət məntəqəsinə təqdim edilməli, təkrarlanan xarakterli uçuş planı təqdim edilmədikdə isə uçuş zamanı müvafiq hava hərəkətinə xidmət məntəqəsinə rabitə vasitəsilə ötürülməlidir;
3.19.4. müvafiq ATS orqanı tərəfindən başqa göstəriş verilmədikdə, dispetçer xidməti və ya məsləhət xidməti tələb olunan uçuş planı uçuşdan ən azı 60 (altmış) dəqiqə əvvəl və ya uçuş zamanı verildiyi hallarda onun müvafiq hava hərəkəti orqanı tərəfindən, nəzərdə tutulan dispetçer və ya konsultativ rayona daxil olmadan isə hava yolunun və ya konsultativ marşrutun kəsişmə nöqtəsinə hava gəmisinin hesablanmış yetişmə vaxtından ən azı 10 (on) dəqiqə əvvəl alınmasına zəmanət verilməlidir.
3.20. Uçuş planı müvafiq ATS orqanı tərəfindən müəyyən edilmiş aşağıdakılara dair məlumatları əhatə edir:
3.20.1. hava gəmisinin identifikasiyası;
3.20.2. uçuş qaydalarına və uçuş növünə;
3.20.3. hava gəmisinin sayına və növünə (növlərinə) və turbulentlik kateqoriyasına;
3.20.4. avadanlığa;
3.20.5. uçub getmə aerodromuna (uçuş planı uçuş zamanı təqdim edildikdə, planın bu bölümündəki məlumatlar zərurət yarandığı hallarda, plan haqqında əlavə məlumat alındığı təqdirdə yerinin göstərilməsindən ibarətdir);
3.20.6. yerlə sürməyə başlamanın təxmini vaxtına (uçuş planı uçuş zamanı təqdim olunduğu halda, planın bu bölümündəki məlumatlar uçuş planına aid olan marşrutun ilkin nöqtəsinin üzərindən keçmə vaxtından ibarət olur);
3.20.7. kreyser sürətinə (sürətlərinə);
3.20.8. kreyser yüksəkliyinə (yüksəkliklərinə);
3.20.9. uçuş marşrutuna;
3.20.10. təyinat aerodromuna və keçmiş ümumi təxmini vaxta;
3.20.11. ehtiyat aerodromuna (aerodromlara);
3.20.12. yanacaq ehtiyatlarının tam istifadə vaxtına;
3.20.13. hava gəmisindəki şəxslərin ümumi sayına;
3.20.14. qəza-xilasetmə avadanlığına;
3.20.15. komanda verən pilotun adına;
3.20.16. digər.
3.21. Uçuş planında "aerodrom" termini istifadə olunduğu hallarda, eyni zamanda o aerodromlardan fərqli olaraq müəyyən edilmiş hava gəmiləri, məsələn helikopter və ya aerostat tərəfindən, istifadə oluna bilən meydança mənasını daşıyır. Uçuş planı uçuş vaxtından 24 (iyirmi dörd) saat əvvəl, lakin 144 (yüz qırx dörd) saatdan (6 gün) artıq olmamaq şərtilə verilə bilər, bu halda uçuş planının 18-ci qrafasında "DOF/" əlavəsi qeyd edilməlidir.
3.22. Uçuş planının tərtib edilməsi:
3.22.1. uçuş planına məqsədindən asılı olmayaraq, münasib halda "ehtiyat aerodromu (aerodromları)" da daxil olmaqla, uçuş planı üzrə təqdim olunan bütün marşrut və ya onun bir hissəsinə dair müvafiq məlumatlar da daxil edilməlidir;
3.22.2. uçuş planına, həmçinin müvafiq ATS orqanı tərəfindən irəli sürülən bütün digər uyğun məsələlər və ya uçuş planını təqdim edən şəxsin zəruri saydığı digər hallara dair məlumatlar da daxil edilməlidir;
3.22.3. Azərbaycan Respublikasının ərazi hüdudlarında yerinə yetirilən uçuş üçün təqdim edilən uçuş planına nəzərdə tutulan enmə aerodromu da daxil olmaqla, uçuş haqqında bütün məlumat daxil edilməlidir;
3.22.4. yanacaq ehtiyatının tam istifadəsi vaxtı və ya hava gəmisinin bortundakı şəxslərin ümumi sayı haqqında uçub getmədən əvvəl təqdim olunan məlumatda gediş zamanı səhv aşkar edildikdə, uçuş planında əhəmiyyətli dəyişiklik edilməli və bu haqda məlumat verilməlidir;
3.22.5. uçuş planındakı yanacaq ehtiyatının miqdarı və hava gəmisinin bortundakı şəxslərin sayı haqqında təqdim edilmiş məlumatların uçub getmə vaxtına yaxın dəqiq olmadığı müəyyən edildikdə, uçuş planında zəruri dəyişiklik edilməli və bu barədə mütləq məlumat verilməlidir;
3.22.6. təkrar uçuş planlarında edilən dəyişikliklərin təqdim edilməsi prosedurları Doc 4444 sənədində verilmişdir.
3.23. Bu Qaydaların 3.29.5-ci yarımbəndini nəzərə alaraq, IFR uçuşu və ya nəzarət olunan uçuş kimi yerinə yetirilən VFR uçuşu üçün təqdim edilmiş uçuş planına edilən bütün dəyişikliklər ən qısa müddətdə müvafiq hava hərəkətinə xidmət məntəqəsinə bildirilməlidir. Digər VFR uçuşları üçün uçuş planına edilən mühüm dəyişikliklər ən qısa müddətdə müvafiq hava hərəkətinə xidmət məntəqəsinə bildirilməlidir.
3.24. Uçuş planının bağlanması:
3.24.1. müvafiq ATS orqanı tərəfindən başqa göstəriş verilməmişdirsə, bütün uçuşu və ya onun təyinat aerodromuna qalmış bir hissəsini əhatə edən, təqdim olunmuş uçuş planı üzrə uçuşu yerinə yetirən hər bir hava gəmisinin heyəti tərəfindən gəlmə və yerə enmə haqqında məlumat təyinat aerodromundakı ATS orqanına qeyrişərti olaraq məruzə edilməlidir (əgər məlumat radiorabitə vasitəsilə ötürülmüş və ya yerə enmə işıq siqnalının köməyi ilə müəyyən edilmişdirsə, hava hərəkətinə xidmət göstərilən aerodroma gəlmə haqqında məlumat vermək tələb olunmur);
3.24.2. uçuş planı yalnız uçuşun təyinat məntəqəsi hissəsinə aid olduğu halda, onun bağlanılması tələb olunarsa, bu müvafiq ATS orqanına məlumat verilməsi yolu ilə həyata keçirilir;
3.24.3. gəlmə aerodromundakı hava hərəkətinə xidmət məntəqəsi olmadıqda, əgər tələb olunarsa, gəlmə haqqında məlumat enmədən sonra qısa müddət ərzində yaxın ATS orqanına ən sürətli rabitə vasitəsilə təqdim edilməlidir. Enmə haqqında məlumatın hesablanmış enmə vaxtından sonra 30 (otuz) dəqiqə ərzində ötürülməsi
mümkün olmadığı təqdirdə, uçuş planında enmə haqqında məlumatın təxmini verilmə vaxtını göstərmək lazımdır;
3.24.4. gəlmə aerodromunda rabitə əlaqə vasitələri kifayət qədər deyildirsə və gəlmə haqqında məlumatın verilməsi üçün başqa yerüstü vasitələr yoxdursa, enmədən əvvəl bilavasitə hava gəmisindən mümkün qədər radiorabitə vasitəsilə müvafiq ATS orqanına (digər ATS orqanı, və ya başqa hava gəmisi vasitəsilə) gəlmə haqqında ötürülmüş məlumatların təqdim edilməsi tələb olunduğu təqdirdə ötürülür;
3.24.5. hava gəmisindən ötürülmüş gəlmə haqqında məlumata aşağıdakı elementlər daxil edilməlidir:
3.24.5.1. hava gəmisinin identifikasiyası;
3.24.5.2. getmə aerodromu;
3.24.5.3. təyinat aerodromu (yalnız ehtiyat aerodromunda enmə hallarında);
3.24.5.4. gəlmə aerodromu;
3.24.5.5. gəlmə vaxtı (gəlmə haqqında məlumatın tələb olunan vaxtda təqdim edilməməsi hava hərəkəti xidmətində ciddi pozuntuya və lüzumsuz axtarış-xilasetmə əməliyyatlarının aparılmasında külli məbləğdə məsrəfə səbəb ola bilər). 3.25. Siqnallar:
3.25.1. bu Qaydaların 6-cı hissəsində verilmiş hər hansı siqnalı müşahidə etdikdə və ya aldıqda, hava gəmisi həmin siqnal interpretasiyası ilə tələb olunan hərəkəti etməlidir;
3.25.2. bu Qaydaların 6-cı hissəsində göstərilən siqnallardan istifadə edildikdə, həmin siqnallar burada verilmiş mənaları daşımalıdır. Bu siqnallardan yalnız müəyyən olunmuş məqsəd üçün istifadə edilməli və onlarla ziddiyyətə girən siqnallardan istifadə edilməməlidir. 3.26. Hava gəmisinin istismarçısı və ya müvafiq ATS orqanı tərəfindən digər hallar müəyyən edilmədikdə, bu vaxt barədə məlumat adətən hava hərəkətinə xidmət məntəqəsindən verilir. 3.27. Vaxtla bağlı aşağıdakılar nəzərə alınmalıdır:
3.27.1. Razılaşdırılmış Ümumdünya Vaxtından (UTC) istifadə edilməli və vaxt gecə yarısından başlayaraq 24 (iyirmi dörd) saat formatında olmaqla saatlarla və dəqiqələrlə, tələb olunduqda isə saniyələrlə də ifadə edilməsi;
3.27.2. nəzarət olunan uçuşu yerinə yetirməzdən əvvəl və uçuş zamanı tələb oluna biləcək digər vaxtlarda vaxtın yoxlanılması.
3.28. Zəruri hallarda uçuş planı uçuşun yalnız bir hissəsini və ya hava hərəkətini idarəetmə xidmətinə aid olan manevrləri təsvir etmək üçün uçuşun yalnız bir hissəsini əhatə edə bilər. İcazə müvafiq həddə göstərilən əməliyyatları və ya yerdə sürmə, enmə və ya qalxma kimi xüsusi manevrlərə dair cari uçuş planının yalnız bir hissəsini əhatə edə bilər. Əgər hava hərəkətini idarəetmə xidmətinin icazəsi komanda verən pilot üçün kifayət deyildirsə, o, düzəlişli icazəni tələb edə bilər. Məqsədəuyğun olduğu halda həmin icazə ona verilə bilər. Hava hərəkətini idarəetmə xidmətinin icazəsi:
3.28.1. hava hərəkətini idarəetmə xidmətinin icazəsi nəzarət olunan uçuşun və ya nəzarət olunan uçuş kimi yerinə yetirilən uçuşun bir hissəsinin yerinə yetirilməsindən əvvəl alınmalıdır. Belə icazənin alınması uçuş planının hava hərəkətini idarəetmə orqanına təqdim edilməsi vasitəsilə əldə edilə bilər;
3.28.2. hava gəmisi icazənin alınmasına dair üstünlük verən tələb göndərdikdə, müvafiq hava hərəkətini idarəetmə məntəqəsi tərəfindən tələb edilərsə, həmin üstünlüyün verilməsi zərurətini izah edən məlumat ona təqdim edilməlidir;
3.28.3. uçuşdan əvvəl yanacaq ehtiyatının tam istifadəsi vaxtından asılı olaraq və uçuşda yeni icazənin alınmasına uyğun olaraq uçuşun yenidən baxılmış təyinat aerodromuna davam etdirilməsi qərarının qəbul edilə biləcəyi güman edildikdə, uçuş
planına yenidən baxılmış marşrut (məlum olduqda) və yenidən baxılan təyinat aerodromuna dair məlumat da daxil edilməklə, bu haqda müvafiq hava hərəkətini idarəetmə məntəqələrinə məlumat verilməlidir (bu yarımbəndin məqsədi müəyyən edilmiş təyinat aerodromundan kənarda yerləşən yenidən baxılan təyinat yerinə yeni icazənin verilməsini asanlaşdırmaqdan ibarətdir);
3.28.4. komanda-dispetçer xidməti olan aerodromda idarə edilən hava gəmisi manevr meydanında aerodromun dispetçer məntəqəsindən icazə alınmadan sürülməməli və həmin məntəqə tərəfindən verilən təlimatlara riayət edilməlidir.
3.29. Uçuş planına riayət edilməsi:
3.29.1. bu Qaydaların 3.29.5-ci və 3.29.7-ci yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla, dəyişiklik etmək tələbi verilmədikdə və ya müvafiq hava hərəkətini idarəetmə məntəqəsindən icazə alınmadıqda və ya hava gəmisinin dərhal tədbir görməsi zərurətini yaradan fövqəladə hal yaranmadıqda, lazımi işlər fövqəladə orqan tərəfindən yerinə yetirildikdə, müvafiq hava hərəkətinə xidmət məntəqəsi görülmüş tədbir və həmin tədbirin fövqəladə orqanın rəhbərliyi altında görülməsi haqqında məlumatlandırılmadıqda, hava gəmisi nəzarət olunan uçuş üçün təqdim edilmiş cari uçuş planına və ya cari uçuş planının müvafiq hissəsinə riayət etməlidir;
3.29.2. müvafiq hava hərəkətini idarəetmə məntəqəsi tərəfindən başqa icazə və ya göstəriş verilməmişdirsə hava gəmisi:
3.29.2.1. müəyyən edilmiş ATS marşrutunda olduqda, həmin marşrutun müəyyən edilmiş mərkəzi xətti üzrə hərəkət etməli;
3.29.2.2. hər hansı digər marşrutda olduqda, bilavasitə naviqasiya vasitələri və (və ya) həmin marşrutu müəyyən edən məntəqələr arasında hərəkət etməlidir;
3.29.3. bu Qaydaların 3.29.2-ci yarımbəndindəki tələbə uyğun olaraq, VHF (çox yüksəktezlikli radioavadanlıq) hərtərəfli radiomayaka istinadən müəyyən edilən ATS marşrut seqmenti boyunca hərəkət edən hava gəmisi, öz ilkin marşrut seqmenti boyunca hərəkət edən hava gəmisi öz ilkin naviqasiya nəzarət nöqtəsini hava gəmisinin arxasındakı qurğudan hava gəmisinin önündəki qurğuya və ya müəyyən edildiyi halda ona ən yaxın mümkün olan nöqtədə dəyişdirməlidir;
3.29.4. bu Qaydaların 3.29.2-ci yarımbəndinin tələblərindən kənaraçıxma haqqında müvafiq hava hərəkətini idarəetmə məntəqəsinə məlumat verilməlidir;
3.29.5. nəzarət olunan uçuş zamanı cari uçuş planından kənaraçıxmalar mövcud olduqda aşağıdakı tədbirlər görülməlidir:
3.29.5.1. istiqamətin dəyişməsi: hava gəmisi istiqamətini dəyişdikdə, istiqamətin bərpası üçün ən qısa müddətdə hava gəmisinin istiqaməti dərhal tənzimlənməlidir;
3.29.5.2. hava hərəkətinin idarə edilməsi (HHİE) orqanının müəyyən etdiyi Max ədədi (Ma) / həqiqi hava sürətindən kənara çıxma: bu barədə müvafiq hava hərəkətinə xidmət orqanına dərhal məlumat verilir;
3.29.5.3. Ma / həqiqi hava sürətindən kənara çıxma: kreyser eşelonunda müəyyən edilmiş həqiqi hava sürəti / Ma cari uçuş planında qeyd edilən göstəricilərdən ±0,02 Ma və ya daha artıq, yaxud ±19 km/st (10 mil/st) və ya daha artıq kənara çıxdığı təqdirdə, bu barədə müvafiq hava hərəkətinə xidmətə dərhal məlumat verilir;
3.29.5.4. hesablanmış uçuş vaxtının dəyişməsi: nəzərdə tutulmuş növbəti nəzarət məntəqəsini, uçuş informasiyası sahəsinin sərhədini hesablanmış uçub keçmə vaxtı və ya təyinat aerodromuna gəlmə vaxtı (hansının birinci olmasından asılı olaraq) hava hərəkəti xidmətinin əvvəlcədən məlumatlandırıldığı vaxtdan 2 dəqiqədən artıq və ya müvafiq səlahiyyətli ATS orqanının müəyyən etdiyi və ya regional aeronaviqasiya sazişləri əsasında müəyyən edilən digər kəmiyyətdən fərqləndikdə, ADS-C sisteminin əhatə etdiyi hava məkanında ADS-C avadanlığının aktivləşdirildiyi və işlək vəziyyətdə olduğu hallar istisna olmaqla, uçuş heyəti mümkün qədər tez bir zamanda müvafiq
hava hərəkətinə xidmət orqanına yenidən baxılmış hesablanmış vaxt barədə məlumat verir;
3.29.6. uçuş planında dəyişiklik edilməsi üçün sorğulara aşağıdakı məlumatlar daxil edilməlidir:
3.29.6.1. kreyser yüksəkliyinin dəyişməsi: hava gəmisinin tanınma indeksi, sorğu göndərilən yeni kreyser yüksəkliyi və həmin yüksəklikdə kreyser Max ədədi / həqiqi hava sürəti; (zəruri olduqda) növbəti məruzələrin ötürülməsi məntəqələrini və ya uçuş informasiyası sərhədlərini yenidən hesablanmış uçub keçmə vaxtı;
3.29.6.2. Max ədədinin / həqiqi hava sürətinin dəyişməsi: hava gəmisinin tanınma indeksi; sorğu göndərilən Max ədədi / sorğu göndərilən həqiqi hava sürəti;
3.29.6.3. təyinat yeri dəyişdikdə: hava gəmisinin identifikasiyası, uçuş qaydaları, marşrutun tələb olunan dəyişikliyinin başlandığı vəziyyətdən başlayaraq müvafiq uçuş planının məlumatı daxil olmaqla, yenidən baxılan uçuş marşrutunun təsviri, yenidən hesablanmış uçuş vaxtı, ehtiyat aerodromu (aerodromları) və hər hansı digər lazımi məlumat.
3.29.7. havanın vizual meteoroloji şəraitdən (VMC) aşağı həddə pisləşməsi. Cari uçuş planına əsasən VMC-də uçuşun reallaşmayacağı aydın olduqda, nəzarət olunan uçuş kimi yerinə yetirilən VFR uçuşu:
3.29.7.1. hava gəmisinə təyinat və ya ehtiyat aerodromuna hərəkəti davam etdirməyə və ya ATS icazəsi tələb olunan hava məkanını tərk etməyə imkan verən düzəlişə icazə tələb edilməli;
3.29.7.2. bu Qaydaların 3.29.7.1-ci abzasına uyğun icazə alına bilinmədikdə, VMC-də hərəkət davam etdirilməli və aidiyyəti hava məkanını tərk etmək və ya ən yaxın aerodroma enmək üçün görülən tədbirlər haqqında müvafiq ATC məntəqəsinə məlumat verilməli;
3.29.7.3. idarəetmə zonasında hərəkət etdikdə, xüsusi VFR uçuşu kimi hərəkət etmək üçün icazə istənilməli;
3.29.7.4. cihazlar üzrə IFR uçuş qaydalarına əsasən hərəkət etmək üçün icazə istənilməlidir. 3.30. Müvafiq hava hərəkətinə xidmət məntəqəsi tərəfindən icazə verilən hallar istisna olmaqla, mümkün olan ən qısa müddət ərzində müvafiq ATS orqanının və ya məntəqəsinin şərtləri əsasında təyin edilmiş hər bir mütləq nəzarət məntəqəsinin keçmə vaxtı və yüksəkliyi haqqında məlumat digər tələb oluna bilən istənilən məlumatla birlikdə verilməlidir. Müvafiq hava hərəkətinə xidmət məntəqəsi tərəfindən tələb edildikdə, olduğu yer haqqında məlumatlar əlavə məntəqələr üzərində də eyni qaydada verilməlidir. Təyin olunmuş nəzarət məntəqələri olmadıqda, olduğu yer haqqında məlumatlar müvafiq ATS orqanı tərəfindən təyin edilən və ya müvafiq hava hərəkətinə xidmət məntəqəsinin müəyyən etdiyi intervallarla verilməlidir. 3.31. Nəzarət olunan uçuşun nəzarət olunan aerodroma enmə halları istisna olmaqla hava hərəkətini idarəetmə xidmətinə tabeliyini dayandırdıqda, bu barədə ATC orqanına məlumat verilməlidir. 3.32. Rabitə əlaqəsi:
3.32.1. nəzarət olunan uçuşu yerinə yetirən hava gəmisi müvafiq rabitə kanalında fasiləsiz hava-yer səsli rabitə əlaqəsini saxlamalı və zəruri halda müvafiq hava hərəkətini idarəetmə məntəqəsi ilə ikitərəfli rabitə yaratmalıdır. Uçuş hərbi əməliyyat birliyinin nəzarəti altında hava qüvvələri tərəfindən yerinə yetirildikdə, müvafiq hava hərəkətini idarəetmə məntəqəsi tərəfindən istisnalar edilə bilər;
3.32.2. rabitə əlaqəsinin itirilməsi ilə bağlı hava gəmisi Konvensiyaya 10 nömrəli Əlavənin 2-ci hissəsindəki rabitə əlaqəsinin itirilməsi prosedurlarına və uyğun hesab edilən aşağıdakı prosedurlara riayət etməlidir. Əlavə olaraq nəzarət olunan
aerodromda aerodrom hərəkətinin bir hissəsini formalaşdırdıqda hava gəmisi vizual siqnallarla verilə bilən təlimatlara riayət etməlidir;
3.32.3. radiorabitənin ikitərəfli itməsi faktı aydın olduqdan dərhal sonra ATC orqanı, hava gəmisi heyətinin bu Qaydaların 3.32.4-cü və ya 3.32.5-ci yarımbəndlərində qeyd edilmiş qaydada hərəkət edərək, rabitəni itirmiş hava gəmisi ilə digər hava gəmiləri arasında müvafiq intervalları təmin edir;
3.32.4. vizual meteoroloji şərait ATS orqanının nəzarəti altında uçuş yerinə yetirən və vizual meteoroloji şəraitdə radiorabitəni itirmiş hava gəmisi heyəti bu Qaydaların 3.32.5-ci yarımbəndində göstərilən hallar istisna edildikdə:
3.32.4.1. SSR cavabvericisində 7600 kodunu qurur;
3.32.4.2. vizual meteoroloji şəraitdə uçuşu davam etdirir;
3.32.4.3. bunun üçün yararlı olan ən yaxın aerodromda enməni yerinə yetirir;
3.32.4.4. öz gəlmə vaxtı haqqında müvafiq ATS orqanlarını ən sürətli rabitə vasitəsinin köməyi ilə xəbərdar edir;
3.32.5. cihazlarla meteoroloji şəraitdə rabitəni itirdikdə və ya uçuşu bu Qaydaların 3.32.4-cü yarımbəndinə uyğun davam etdirmək mümkün olmayan hallarda, ATS orqanının nəzarəti altında cihazlarla uçuş qaydaları üzrə uçuş yerinə yetirən hava gəmisinin heyəti:
3.32.5.1. SSR cavabvericisində 7600 kodunu qurur;
3.32.5.2. 7 (yeddi) dəqiqə ərzində icazə verilmiş sonuncu sürəti və uçuş hündürlüyü və ya uçuşun minimal təhlükəsiz hündürlüyü icazə verilmiş sonuncu uçuş hündürlüyündən yuxarıdırsa, uçuşun minimal təhlükəsiz hündürlüyünü saxlayır;
3.32.6. hava hərəkətini idarəetmə və əlaqələndirmə üzrə lazımi tədbirlər görmək üçün 7 (yeddi) dəqiqəlik vaxt aşağıdakılar nəzərə alınaraq başlanılır:
3.32.6.1. hava gəmisi mütləq məlumat vermə məntəqələri olmayan marşrutla uçuş yerinə yetirirsə və ya öz mövqeyi barədə məlumat verməmək göstərişi almışdırsa:
3.32.6.1.1. icazə verilmiş sonuncu uçuş yüksəkliyi və ya minimal təhlükəsiz yüksəkliyə çatma;
3.32.6.1.2. hava gəmisi heyəti tərəfindən SSR cavabvericisində 7600 kodunun qurulma anı (sonra baş verənlərdən asılı olaraq);
3.32.6.2. hava gəmisi mütləq məlumat vermə məntəqələri olan marşrutla uçuş yerinə yetirirsə və ya öz mövqeyi barədə məlumat verməmək göstərişi almamışdırsa:
3.32.6.2.1. icazə verilmiş sonuncu uçuş yüksəkliyinə və ya uçuş minimal təhlükəsiz yüksəkliyə çatma;
3.32.6.2.2. komanda verən pilot tərəfindən əvvəlcə verilmiş mütləq məlumat vermə məntəqəsinə çıxma;
3.32.6.2.3. hava gəmisi heyətinin mütləq məlumat vermə məntəqəsi üzərində öz mövqeyi barədə məlumat verməsi anı (sonra baş verənlərdən asılı olaraq);
3.32.6.2.4. bunun ardınca uçuş yüksəkliyini və sürətini təqdim edilmiş uçuş planına uyğunlaşdırır (komanda verən pilot və ya təyin edilmiş nümayəndə tərəfindən təqdim edilmiş uçuş planı olduqda, uçuşun hündürlüyünün və sürətinin dəyişdirilməsinə ehtiyac yarandıqda, ATS-ə verilmiş plan, sonradan hər hansı düzəliş etmədən işlədilir);
3.32.6.2.5. əgər hava gəmisi radar vasitəsilə yönəldilirsə və ya müəyyən həddi olmayan regional naviqasiyasına (RNAV) müvafiq yana yayınmaqla uçuş yerinə yetirirsə, tətbiq olunan minimal uçuş planı nəzərə alınmaqla, marşruta növbəti əsas məntəqədən gec olmayaraq çıxmaq üçün minimal uçuş yüksəkliyini nəzərə alaraq cari uçuş planında göstərilmiş marşrut istiqamətində daha düz trayektoriya ilə hərəkət etməlidir. Uçuş yerinə yetirməli olan marşruta və ya gəlmə aerodromu istiqamətində enmənin başlanğıc vaxtına gəldikdə, tərkibində növbəti dispetçer icazələrinin verilməsi
ilə şərtləşdirilmiş dəyişikliklər olan uçuş planıdır, əgər bunlar olmuşdursa, cari uçuş planından istifadə edilir;
3.32.6.2.6. təyinat aerodromuna xidmət edən müəyyən edilmiş yerüstü naviqasiya avadanlığı istiqamətində cari uçuş planı marşrutu üzrə uçuşu yerinə yetirir və əgər bu Qaydaların 3.32.6.2.7-ci abzasına əməl olunursa, enməyə başlayanadək bu yerüstü naviqasiya avadanlığı üzərində gözləmə manevri yerinə yetirir;
3.32.6.2.7. bu Qaydaların 3.32.6.2.6-cı abzasında qeyd edilmiş yerüstü naviqasiya avadanlığından sonuncu rabitə zamanı alınmış və təsdiq edilmiş enməyə girişin gözlənilən vaxtı və ya mümkün qədər ona yaxın vaxt, əgər gözlənilən enməyə giriş vaxtı qəbul və təsdiq edilməmişdirsə, cari uçuş planına görə müəyyən edilmiş enməyə giriş vaxtı və ya mümkün qədər ona yaxın vaxtda enməyə başlayır;
3.32.6.2.8. təyin olunmuş yerüstü naviqasiya avadanlığı üçün göstərilmiş cihazlarla adi enməyə girişi başa çatdırır;
3.32.6.2.9. bu Qaydaların 3.32.6.2.3-cü abzasında göstərilmiş hesablanmış gəlmə vaxtından sonra 30 (otuz) dəqiqə ərzində və ya hansının daha gec olmasından asılı olaraq sonuncu təsdiq edilmiş gözlənilən enməyə giriş vaxtı enməni yerinə yetirir;
3.32.6.2.10. komanda verən pilotlar yadda saxlamalıdırlar ki, hava gəmilərinin radar sorğusuna cavab siqnalı müşahidə radarı tərəfindən qəbul olunmaya bilər.
3.33. Qanunsuz müdaxiləyə məruz qalan hava gəmisi bu fakt, bununla bağlı hər hansı mühüm hallar və həmin bu hallar nəticəsində cari uçuş planından hər hansı zəruri kənaraçıxma haqqında, hava gəmisinə üstünlük verilməsinə və digər hava gəmisi ilə münaqişənin minimuma endirilməsinə imkan vermək üçün müvafiq ATS məntəqəsini məlumatlandırmağa çalışmalıdır. ATS məntəqələrinin qanunsuz müdaxilə hallarında məsuliyyəti Konvensiyaya 11 nömrəli Əlavədə verilmişdir. Qanunsuz müdaxilə baş verdikdə, hava gəmisinin bu barədə ATS məntəqəsinə məlumat verə bilmədiyi hallarda əsaslana biləcəyi mənbə Konvensiyaya 2 nömrəli Əlavənin B qoşmasında verilmişdir. Qanunsuz müdaxiləyə məruz qalan hava gəmisi:
3.33.1. SSR cavabvermə cihazı ilə təchiz edilən hava gəmisi qanunsuz müdaxilənin baş verdiyini qeyd etmək üçün A rejimini və 7500 kodunu seçə bilər. Cavabvermə cihazı C rejimi ilə təchiz edildikdə, müvafiq hava hərəkətini idarəetmə məntəqəsi tərəfindən başqa göstəriş verilməmişdirsə fasiləsiz işləməlidir;
3.33.2. CPDLC cavabvermə cihazı ilə təchiz edilən hava gəmisi heyətinin qanunsuz müdaxilə zamanı iş qaydaları Konvensiyaya 11 nömrəli Əlavədə verilmişdir;
3.33.3. qanunsuz müdaxiləyə məruz qalan komanda verən pilot təcili olaraq ən yaxın uyğun gələn və ya şəraitə görə başqa cür tələb edilmirsə, Agentlik tərəfindən təyin edilən aerodroma eniş yerinə yetirməyə çalışmalıdır.
3.34. Məcburi tabe etmə Doc 9731 sənədinin II və III hissələrinə uyğun olaraq, qəza halındakı hava gəmisinə göstərilən və ya hava gəmisinin istədiyi məcburi tabe etmək və müşahidə xidmətlərini ehtiva etmir. Məcburi tabeetmə zamanı aşağıdakılar nəzərə alınmalıdır:
3.34.1. qarşısı kəsilən mülki hava gəmisi əlaqədar ATS tərəfindən verilmiş müvafiq qaydaları və inzibati göstərişləri rəhbər tutmalıdır;
3.34.2. hava gəmisinin qarşısı kəsildikdə, onun komanda verən pilotu bu Qaydaların 6.4-cü və 6.5-ci bəndlərində qeyd edilmiş vizual siqnalların interpretasiya və cavabvermə qaydalarına və bu Qaydaların 7.2-ci bəndində qeyd olunan tələblərə riayət etməlidir.
3.35. VMC-də görünüş və bulud minimumundan məsafə bu Qaydaların 2 nömrəli əlavəsində verilmişdir.
3.36. Hava məkanının təsnifatı:
3.36.1. ATS hava məkanının təsnifatı bu Qaydaların 3 nömrəli əlavəsində göstərilən qaydada aparılır;
3.36.2. iki və ya daha çox ATS hava məkanı bir-birinin üzərində yerləşdikdə, uçuş səviyyələrində uçuş yerinə yetirən hava gəmiləri hava məkanının az məhdudlaşdırılan sinfinin qaydalarına riayət edir və onun tələblərinə uyğun xidmət alır. Bu meyarlar tətbiq edildikdə, "C" sinfi hava məkanı "G" sinfi hava məkanına nisbətən daha çox məhdudlaşdırılan hesab edilir.
3.37. Səs sürətinə yaxın və səsdən yüksək sürətlərdə uçuşlar: Azərbaycan Respublikasının ərazisindən hava gəmilərinin səsə yaxın uçuşları yalnız müvafiq ATS-in xüsusi icazəsi ilə yerinə yetirilir. MN-in icazəsi olmadan Azərbaycan Respublikasının hava məkanında heç bir hava gəmisinin səsdən iti sürətlə uçmasına yol verilmir. Qeyd. Bu Qaydaların 3.10-cu və 3.11-ci, habelə 3.14-cü bəndlərinin tələblərinin yerinə yetirilməsi zamanı dövlət eksperimental və dövlət aviasiyasında MN tərəfindən təsdiq edilmiş əsasnamələrə və qaydalara da riayət edilməlidir.
4. Vizual uçuş qaydaları
4.1. Xüsusi VFR uçuşu kimi idarə edilən hallar istisna olmaqla, VFR uçuşları uçan hava gəmisi üçün görünmə dərəcəsi və buludlardan məsafə bu Qaydaların 2 nömrəli əlavəsindəki göstəricilərə bərabər və ya onlardan yüksək olması şərtilə aparılmalıdır.
4.2. Hava hərəkətini idarəetmə məntəqəsindən icazənin alındığı hallar istisna olmaqla, VFR uçuşları nəzarət edilən zonada aerodromdan qalxmamalı və ya enməməlidir və ya:
4.2.1. ən yüksək nöqtə 1500 futdan (457 m-dən) az olduqda;
4.2.2. yer yaxınlığındakı görünmə 5 km-dən az olduqda, aerodromda hərəkət zonasına və ya hərəkət sxeminə daxil olmamalıdır.
4.3. Xüsusi VFR uçuşlarında yer yaxınlığında görünmə gündüz 3 km-dən, gecə 5 km-dən az olmamalı və buludlu vəziyyətlərdə uçuş buludsuz şəraitdə verilən minimal yüksəkliklərdə aparılmalıdır. Xüsusi VFR uçuşları üçün IFR uçuşları ilə digər xüsusi VFR uçuşları arasında ayırma (eşelonlaşdırma) aparılacaqdır.
4.4. Gecə və ya günəşin batması ilə çıxması arasındakı digər belə müddətdə aparılan VFR uçuşları üçün meteoroloji şərait:
4.4.1. ən yüksək nöqtə 2000 futdan (610 m-dən) aşağı;
4.4.2. uçuşda görünüş 8 km-dən az olmamalıdır.
4.5. Müvafiq icazə verilməmişdirsə, VFR uçuşları:
4.5.1. FL200-dən yuxarı;
4.5.2. səs sürətinə yaxın və səs sürətindən yüksək sürətlərdə yerinə yetirilməməlidir.
4.6. Qalxma və enmə üçün zəruri olan və ya dövlət aviasiyasına münasibətdə MN, mülki aviasiyaya münasibətdə Agentlik tərəfindən icazə verilən hallar istisna olmaqla VFR uçuşu:
4.6.1. hava gəmisindən 600 m radiusda ən yüksək maneənin üstündən 1000 futdan (305 m-dən) az yüksəklikdə şəhər, qəsəbə və ya insanların açıq havada sıxlıq təşkil etdiyi ərazilərin üzərindən;
4.6.2. bu Qaydaların 4.6.1-ci yarımbəndində qeyd edildiyi yüksəklikdən başqa, yer və ya su üzərindən 500 futdan (152 m-dən) az olan hündürlükdə yerinə yetirilməməlidir. 4.7. İcazədə göstərilən və ya müvafiq ATS tərəfindən müəyyən edilən hallar istisna olmaqla, VFR uçuşları kreyser uçuşu yüksəkliyində, yerdən və ya sudan 3000
fut (915 m) yüksəklikdə və ya təyin edilən daha yüksək nöqtədə idarə edildikdə, bu Qaydaların 10 nömrəli əlavəsi ilə müəyyən edilmiş kreyser hündürlükləri cədvəlində qeyd edilən yola uyğun uçuş eşelonunda aparılmalıdır. 4.8. VFR uçuşlarında bu Qaydaların 3.28—3.32-ci bəndlərinin tələblərinə aşağıdakı hallarda riayət edilməlidir:
4.8.1. B, C və D sinifli hava məkanında hərəkət zamanı;
4.8.2. nəzarət olunan aerodromlarda aerodrom hərəkətinin bir hissəsi formalaşdırıldıqda;
4.8.3. həmin uçuşlar xüsusi VFR uçuşları kimi yerinə yetirildikdə.
4.9. Bu Qaydaların 3.19.2.3-cü və ya 3.19.2.4-cü abzaslarına əsasən hava gəmisi təyin edilən ərazilərdə və ya ərazilərə, yaxud marşrutlarla VFR uçuşu zamanı, müvafiq rabitə kanalında fasiləsiz hava-yer səsli rabitəni saxlamalı və zəruri hallarda vəziyyət haqqında hava məlumatı xidmətini göstərən hava hərəkətinə xidmət məntəqəsinə məlumat verməlidir.
4.10. Vizual uçuş qaydalarına əsasən idarə edilən və cihaz üzrə uçuş qaydaları ilə idarə olunmaq istəyən hava gəmisi:
4.10.1. uçuş planı təqdim edildikdə, cari uçuş planına edilən zəruri dəyişikliklərin qüvvəyə minməsi üçün əlaqə yaratmalı;
4.10.2. bu Qaydaların 3.19.2-ci yarımbəndinə əsasən müvafiq hava hərəkətinə xidmət məntəqəsinə uçuş planını təqdim etməli və nəzarət olunan hava məkanında olduqda, IFR uçuşuna başlamağa icazə almalıdır. 4.11. Bu Qaydaların 4.10.2-ci yarımbəndi hava hərəkəti hərbi idarəetmə məntəqəsinin nəzarəti altında həyata keçirilən hava qüvvələri uçuşlarına tətbiq edilmir.
5. Cihaz üzrə uçuş qaydaları
5.1. Bütün IFR uçuşlarına tətbiq edilən qaydalar:
5.1.1. hava gəmisi uçacağı marşruta uyğun olaraq müvafiq cihaz və naviqasiya avadanlığı ilə təchiz edilməlidir;
5.1.2. qalxma və ya enmə üçün zəruri olan və ya Agentlik tərəfindən xüsusi icazə verilən hallar istisna olmaqla, IFR uçuşu müəyyən edilmiş minimal uçuş yüksəkliyindən (hündürlüyündən) aşağı olmayan yüksəklikdə (hündürlükdə) yerinə yetirilməlidir:
5.1.2.1. radiolokasiya stansiyası (RLS) nəzarəti aparıldıqda, hava gəmisinin təxmini yerinin 10 kilometrliyində yerləşən ən yüksək maneədən azı 2000 fut (610 m) yuxarıda yerləşən yüksəklikdəki dağlıq sahələrdə RLS nəzarəti aparılmadıqda, hava gəmisinin təxmini yerinin 25 kilometrliyində;
5.1.2.2. RLS nəzarəti aparıldıqda, hava gəmisinin təxmini yerinin 10 kilometrliyində yerləşən ən yüksək maneədən azı 1000 fut (305 m) yuxarıda yerləşən yüksək və ya düz ərazi üzərindən RLS nəzarəti aparılmadıqda, hava gəmisinin təxmini yerinin 25 kilometrliyində;
5.1.2.3. idarəetmə ərazilərində (JTR) hava gəmisinin təxmini yerinin 10 kilometrliyində yerləşən ən yüksək maneədən ən azı 1000 fut (305 m) yüksəklikdə yerləşən hündürlükdə;
5.1.2.4. hava gəmisinin təxmini yeri, yerdə və hava gəmisində olan naviqasiya vasitələrinə dair uyğun marşrut seqmentində nail oluna bilinəcək naviqasiya dəqiqliyi nəzərə alınacaqdır;
5.1.3. IFR uçuşunun yerinə yetirilməsinin cihaz üzrə uçuş qaydalarından vizual uçuş qaydalarına keçilməsinə qərar verən hava gəmisinin uçuş planı təqdim edildikdə, IFR uçuşunun ləğv edilməsi və cari uçuş planında ediləcək dəyişiklikləri
əlaqələndirmək üçün müvafiq hava hərəkətinə xidmət məntəqəsinə məlumat verməlidir;
5.1.4. cihaz üzrə uçuş qaydalarına əsasən idarə edilən hava gəmisi vizual meteoroloji şəraitdə olduqda və ya həmin şəraitlə qarşılaşdıqda, öz IFR uçuşunu ləğv etməməli və həmin uçuşun fasiləsiz vizual meteoroloji şəraitdə müəyyən müddət ərzində davam etdirilməsini nəzərdə tutmalıdır.
5.2. Nəzarət olunan hava məkanında IFR uçuşlarına tətbiq edilən qaydalar:
5.2.1. IFR uçuşları nəzarət olunan hava məkanında yerinə yetirildikdə, bu Qaydaların 3.28-ci bəndinin tələblərinə riayət edilməlidir;
5.2.2. kreyser uçuş rejimində hündürlüyün yığılması texnikasından istifadəyə icazə verildiyi halda, iki eşelon və ya bu Qaydaların 10 nömrəli əlavəsi ilə müəyyən edilmiş kreyser hündürlükləri cədvəlindən götürülmüş hündürlüklərdən yuxarıda və ya hava hərəkətini idarəetmə xidmətinin icazəsində qeyd edilən və ya Aeronaviqasiya Məlumatlar Toplusunda müəyyən edilən hallar istisna olmaqla, orada verilən eşelonların istiqamətə korrelyasiyasının tətbiq edilmədiyi hallardan başqa, nəzarət olunan hava məkanında yerinə yetirilən IFR uçuşu kreyser hündürlüyündə yerinə yetirilməlidir.
5.3. Nəzarət olunan hava məkanından kənarda IFR uçuşlarına tətbiq edilən qaydalar:
5.3.1. nəzarət olunan hava məkanından kənarda kreyser uçuşu hündürlüyündə hərəkət edən IFR uçuşu orta dəniz səviyyəsindən 3000 fut (915 m) hündürlükdə və ya həmin hündürlükdən aşağıda aparılan uçuş üçün müəyyən edilən hallar istisna olmaqla, Konvensiyaya 8 nömrəli Əlavədəki kreyser hündürlükləri cədvəlində qeyd edilmiş yola uyğun kreyser hündürlüyündə aparılmalıdır (bu bənddə göstərilənlər, səsdən yüksəksürətli uçuşda hava gəmisi tərəfindən kreyser rejimində hündürlüyün yığılması texnikasından istifadəyə maneə yaratmır);
5.3.2. nəzarət olunan hava məkanından kənarda, bu Qaydaların 3.19.2.3-cü və ya 3.19.2.4-cü abzaslarına uyğun olaraq, müvafiq ATS tərəfindən müəyyən edilən sahələrdə və ya sahələrə və ya marşrutlar üzrə yerinə yetirilən IFR uçuşu zamanı müvafiq rabitə kanalında hava-yer səsli rabitə əlaqəsi saxlanılmalı və zəruri hallarda uçuş məlumatı xidmətini göstərən hava hərəkətinə xidmət məntəqəsi ilə ikitərəfli rabitə yaradılmalıdır.
5.4. Nəzarət olunan hava məkanından kənarda idarə edilən və müvafiq ATS orqanı tərəfindən uçuş planının təqdim edilməsi və müvafiq rabitə kanalında hava-yer səsli rabitə əlaqəsinin saxlanılması və zəruri hallarda uçuş məlumatı xidmətini göstərən hava hərəkətinə xidmət məntəqəsi ilə ikitərəfli rabitənin yaradılması tələb edilən IFR uçuşu zamanı nəzarət olunan uçuşlar üçün bu Qaydaların 3.30-cu bəndində göstərildiyi kimi yer haqqında məlumat verilməlidir.
5.5. Konsultativ hava məkanında IFR uçuşu yerinə yetirilərkən, hava hərəkətinə məsləhət xidmətindən istifadə etmək qərarına gələn hava gəmisi uçuş planı və onda edilən dəyişikliklər üçün icazənin alınması tələb olunmadığı və ikitərəfli hava hərəkətinə xidmət məntəqəsi ilə rabitə əlaqəsinin saxlanacağı hallar istisna olmaqla, bu Qaydaların 3.28-ci bəndinin tələblərinə riayət etməlidir.
6. Siqnallar
6.1. Bu hissənin müddəaları qəza halında olan hava gəmisi tərəfindən diqqəti cəlb etdirmək, vəziyyəti bildirmək və yardım almaq üçün sərəncamında olan hər hansı vasitələrdən istifadə olunmanı qadağan etmir.
6.2. Həyəcan siqnalları:
6.2.1. birlikdə və ayrı-ayrılıqda istifadə olunan aşağıdakı həyəcan siqnalları yaxınlaşmaqda olan ciddi təhlükəni və dərhal yardım tələb edilməsini göstərir:
6.2.1.1. SOS (Morze əlifbası ilə ötürülən həyəcan siqnalı) qrupundan ibarət olan hər hansı siqnalvermə üsulu ilə verilən siqnal;
6.2.1.2. MAYDAY sözündən ibarət radiotelefon həyəcan siqnalı;
6.2.1.3. MAYDAY sözünün məqsədini ötürən rabitə vasitəsilə göndərilən həyəcan xəbəri;
6.2.1.4. qısa intervallarla qırmızı alovlar atan raket və ya mərmilər;
6.2.1.5. qırmızı işıq göstərən paraşüt fişəngi.
6.3. Təcililik siqnalları:
6.3.1. birlikdə və ayrı-ayrılıqda istifadə olunan aşağıdakı siqnallar hava gəmisinin dərhal yardım tələb etmədən enməyə məcbur edən çətinliklər haqqında bildiriş vermək istədiyini göstərir:
6.3.1.1. enmə işıqlarının təkrar yandırılması və söndürülməsi;
6.3.1.2. naviqasiya işıqlarının sayrışan naviqasiya işıqlarından fərqlənəcək şəkildə təkrar yandırılıb-söndürülməsi;
6.3.2. birlikdə və ya ayrı-ayrılıqda istifadə olunan aşağıda sadalanan siqnallar hər hansı gəmi, hava gəmisi və ya digər nəqliyyat vasitələrinin və ya bortda (göyərtədə) olan və ya müşahidə edilə bilən şəxslərin təhlükəsizliyinə dair hava gəmisinin ötürməli olduğu çox təcili zəruri məlumatın olmasını nəzərdə tutur:
6.3.2.1. rəqəm və ya hərflər qrupundan ibarət olan radioteleqrafiya və ya "XXX" qrupundan ibarət hər hansı digər siqnalizasiya üsulu ilə verilən siqnal;
6.3.2.2. ardıcıl olaraq üç dəfə "PAN, PAN" ifadəsindən ibarət olan radiotelefon təcililik siqnalı;
6.3.2.3. ardıcıl olaraq üç dəfə "PAN, PAN" ifadəsinin məqsədini ötürən rabitə kanalı vasitəsilə göndərilən təcililik xəbəri. 6.4. Məcburi tabeetmə zamanı istifadə olunan siqnallar:
6.4.1. qarşısını kəsən hava gəmisinin verdiyi siqnallar və qarşısı kəsilən hava gəmisinin verdiyi cavablar bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir;
6.4.2. qarşısı kəsilən hava gəmisinin verdiyi siqnallar və qarşısını kəsən hava gəmisinin aldığı cavablar bu Qaydaların 5 nömrəli əlavəsində verilmişdir.
6.5. Məhdudlaşdırılan, qadağan edilən, təhlükəli sahədə uçan və ya həmin sahəyə daxil olmaq istəyən icazəli hava gəmisinə xəbərdarlıq etmək üçün istifadə edilən vizual siqnallar sutkanın vaxtından asılı olmayaraq, partladıqda qırmızı və yaşıl rəngli işıq parıltısı yaradan və yerdən 10 (on) saniyəlik intervallarla atılan ardıcıl mərmi atəşi, hava gəmisinə məhdudlaşdırılan, qadağan edilən və ya təhlükəli olan sahədə uçduğunu və ya həmin sahəyə daxil olduğunu və həmin sahəni tərk etmək üçün zəruri olan tədbiri görməli olduğunu göstərir.
6.6. Aerodrom zonasında hərəkət üçün siqnallar bu Qaydaların 6 nömrəli əlavəsi ilə müəyyən edilmişdir:
6.6.1. işıq və pirotexniki siqnallar aşağıdakılardır:
6.6.1.1. təlimatlar;
6.6.1.2. hava gəmisi tərəfindən uçuş zamanı təsdiqlənmə aşağıdakı kimidir:
6.6.1.2.1. günün işıqlı vaxtında - hava gəmisinin qanadlarını yellətməklə (bu siqnalın istifadə edilməsi enməyə girişin əsas və sonuncu hissələrində gözlənilməməlidir (vacib deyildir);
6.6.1.2.2. günün qaranlıq vaxtında - hava gəmisinin enmə işıqlarını iki dəfə yandırıb-söndürməklə və ya hava gəmisi enmə işıqları ilə təchiz edilmədikdə, naviqasiya işıqlarını iki dəfə yandırıb söndürməklə;
6.6.1.3. hava gəmisi tərəfindən yerdə təsdiqləmə aşağıdakı kimidir:
6.6.1.3.1. günün işıqlı vaxtında - hava gəmisinin eleron və ya sükanını tərpətməklə;
6.6.1.3.2. günün qaranlıq vaxtında - hava gəmisinin enmə işıqlarını iki dəfə yandırıb-söndürməklə və ya hava gəmisi həmin işıqlarla təchiz edilmədikdə, naviqasiya işıqlarını iki dəfə yandırıb-söndürməklə.
6.7. Bu Qaydaların 7 nömrəli əlavəsində göstərilən vizual yerüstü işarələr aşağıdakı mənaları bildirir:
6.7.1. iki sarı diaqonallı üfüqi qırmızı kvadrat panelin siqnal meydançasında yerləşdirilməsi enmələrin qadağan olduğunu və qadağanın uzadılacağını (şəkil 1);
6.7.2. bir sarı diaqonallı üfüqi qırmızı kvadrat panelin siqnal meydançasında yerləşdirilməsi manevr meydanının vəziyyətinin qənaətbəxş olmadığını və ya hər hansı səbəbdən enməyə giriş və ya enmə zamanı xüsusi ehtiyat tədbirləri görmək zərurətini (şəkil 2);
6.7.3. üfüqi ağ rəngli qantelin siqnal meydançasında göstərilməsi hava gəmilərinin yalnız qalxma-enmə zolaqlarına və yerdə sürmə yollarına enməli və ya həmin zolaq və yollardan qalxmalı olduğunu (şəkil 3);
6.7.4. siqnal meydançasında bu Qaydaların 6.7.3-cü yarımbəndindəki üfüqi ağ rəngli qantelin dairəvi hissələrində dəstək hissəsindən keçən oxa perpendikulyar olaraq yerləşdirilən qara rəngli zolaqlarla göstərilməsi hava gəmisinin yalnız qalxmaenmə zolağına enməli və həmin zolaqdan qalxmalı olduğunu, lakin digər manevrlərin qalxma-enmə zolaqları və yerdə sürmə yolları ilə məhdudlaşmadığını göstərir (şəkil 4);
6.7.5. kontrastlı ağ və ya sarı rəngin çarpazlaşmasının qalxma-enmə zolaqlarında və yerdə sürmə yollarında və ya onların bir hissəsində üfüqi vəziyyətdə göstərilməsi sahənin hava gəmisinin hərəkəti üçün münasib olmadığını (şəkil 5);
6.7.6. üfüqi ağ və ya portağal rəngli T hərfi boyunca hava gəmisinin T-nin oxuna paralel istiqamətdə olan enmə və qalxma üçün istifadə etdiyi istiqaməti (gecə vaxtı istifadə edildikdə, T işıqlandırılır və ya ağ rəngli işıqlarla əhatəyə alınır) (şəkil 6);
6.7.7. aerodromun dispetçer məntəqəsində və ya onun yaxınlığında şaquli vəziyyətdə göstərilən iki rəqəm, manevr meydanında hava gəmisinə maqnit kursunun ən yaxın 10 dərəcəsinə qədər yuvarlaqlaşdırılaraq onluq vahidlərlə ifadə edilən qalxma istiqamətini (şəkil 7);
6.7.8. siqnal meydançasında, qalxma-enmə zolağının və ya istifadədə olan zolağın sonunda göstərilən üfüqi vəziyyətdə olan, aydın görünən rəngdə sağtərəfli ox enmədən əvvəl və qalxmadan sonra bütün dönüşlərin sağ tərəfə edilməli olduğunu (şəkil 8);
6.7.9. sarı fonda qara rəngli şaquli vəziyyətdə C hərfi hava hərəkətinə xidmətin nəzarət məntəqəsinin yerini göstərir (şəkil 9);
6.7.10. siqnal sahəsində üfüqi vəziyyətdə göstərilən ikiqat ağ xaç aerodromun hazırda planerlər tərəfindən istifadə olunduğunu və planer uçuşlarının yerinə yetirildiyini (şəkil 10);
6.7.11. əsas yanaşma istiqamətindən aydın seçilən, enmə meydançasının ortası ağ rənglə rənglənmiş H hərfi helikopter meydançasının yerini (şəkil 11);
6.7.12. əsas yanaşma istiqamətindən aydın seçilən, enmə meydançasının ortasında qırmızı xaçın fonunda ağ rənglə çəkilmiş H hərfi hospital helikopter meydançasının yerini (şəkil 12).
6.8. Müşayiət siqnalları:
6.8.1. siqnalçıdan hava gəmisinə ötürülən siqnallar siqnalçı tərəfindən istifadə üçün nəzərdə tutulub. Bu Qaydaların 8 nömrəli əlavəsinə uyğun olaraq, zəruri hallarda komanda verən pilot tərəfindən müşahidəni asanlaşdırmaq üçün siqnallar əllərlə, üzü hava gəmisinə tərəf dönərək qanadları gövdəsinə nisbətən tərpənməz olan hava
gəmiləri üçün sol qanadın uc hissəsindən öndə komanda verən pilotun görmə dairəsində, helikopterlər üçün siqnallar komanda verən pilot tərəfdən ən yaxşı görünən yerdən göstərilir. Çubuqlardan, işıqlandırılan çubuqlardan və ya fənərlərdən istifadə edildikdə, müvafiq siqnalların mənası eyniliklə qalır. Üzü hava gəmisi tərəfə duran siqnalçı üçün hava gəmisinin mühərrikləri sağdan sola nömrələnir (yəni 1 nömrəli mühərrik sol kənar mühərrikdir). Ulduzla işarə edilən siqnallardan helikopterlərin asılma rejimdə istiqamətləndirilməsi üçün istifadə edilir. Siqnalçı aşağıda göstərilmiş siqnallardan istifadəyə başlamazdan əvvəl əmin olmalıdır ki, hava gəmisini istiqamətləndirəcək meydanda onun toqquşa biləcəyi heç bir obyekt yoxdur (əksər hava gəmilərinin quruluşu elədir ki, hava gəmisi yerüstü manevr edən zaman qanad ucları, mühərrik və digər ətraf nöqtələrə pilot kabinəsindən vizual nəzarət etmək heç də həmişə mümkün olmur). Müşayiət siqnallarına bu Qaydaların 8 nömrəli əlavəsi ilə təsvirləri təsdiq edilmiş aşağıdakı siqnallar aid edilir:
6.8.1.1. yan müşayiətçi / istiqamətləndirici - sağ əldəki jezli başından yuxarı qaldırıb şaquli vəziyyətdə saxlamaq, sol əldəki jezli bədən istiqamətində aşağı-yuxarı hərəkət etdirmək. Hava gəmisinin qanad ucunda dayanan şəxs tərəfindən verilən bu siqnal pilota (perron dispetçerinə, yedəkləyici operatora hava gəmisinin dayanacaq yerinə) dayanacaq yerindən maneəsiz hərəkət etməsinin mümkünlüyünü göstərir (şəkil 1);
6.8.1.2. dayanacaq yerini göstərmək - irəli uzadılmış əlləri başı üzərinə qaldırıb jezlləri şaquli saxlamaq (şəkil 2);
6.8.1.3. növbəti siqnalçıya doğru və ya qüllə/yerüstü hərəkət dispetçerinin göstərişinə uyğun hərəkət etmək - hər iki əli yuxarı qaldırıb gövdə boyu hərəkət istiqamətində qaldırıb salaraq, növbəti siqnalçıya və ya sürmə sahəsinə doğru işarə etmək (şəkil 3);
6.8.1.4. irəli hərəkət etmək - yanlara açılmış əlləri dirsəklərdə qatlamaq və jezllərlə sinə səviyyəsindən başa doğru yuxarı-aşağı hərəkət etdirmək (şəkil 4);
6.8.1.5. sola döndərmə (pilot kabinəsi tərəfdən baxdıqda) - sağ əli jezllə birlikdə bədənə nisbətən 90° bucaq altında yana açaraq sol əllə "irəli hərəkət etmək" siqnalını vermək. Siqnal verən əlin hərəkətinin intensivliyi komanda verən pilota hava gəmisinin döndərilmə sürətini göstərir (şəkil 5);
6.8.1.6. sağa döndərmə (pilot kabinəsi tərəfdən baxdıqda) - sol əli jezllə birlikdə bədənə nisbətən 90° bucaq altında yana açaraq sağ əllə "irəli hərəkət etmək" siqnalını vermək. Siqnal verən əlin hərəkətinin intensivliyi komanda verən pilota hava gəmisinin döndərilmə sürətini göstərir (şəkil 6);
6.8.1.7. normal "Dayan" işarəsi - hər iki əldəki jezlləri bədənə nisbətən 90° bucaq altında yanlara açmaq və jezllər kəsişənədək, onları yavaş-yavaş başı üzərində qaldırmaq (şəkil 7);
6.8.1.8. təcili dayanma işarəsi - qolları başı üzərində birdən qaldıraraq jezlləri çarpazlaşdırmaq (şəkil 8);
6.8.1.9. əyləcləri işə salmaq - açılmış ovucu çiyin səviyyəsindən bir qədər yuxarı qaldıraraq, uçuş heyəti ilə vizual əlaqənin yarandığına əmin olduqdan sonra yumruğunu sıxmaq. Uçuş heyəti bu işarəni anlamasını təsdiq edənə kimi yerindən tərpənməmək (şəkil 9);
6.8.1.10. əyləcləri buraxmaq - yumruğunu çiyin səviyyəsindən bir qədər yuxarı qaldıraraq, uçuş heyəti ilə vizual əlaqənin yarandığına əmin olduqdan sonra yumruğunu açmaq. Uçuş heyəti bu işarəni anlamasını təsdiq edənə kimi yerindən tərpənməmək (şəkil 10);
6.8.1.11. dayaqlar qoyulub - bir-birinə doğru istiqamətlənmiş jezlləri başı üzərində qaldıraraq, bir-birinə doğru hərəkət etdirmək. Uçuş heyəti bu işarəni anlamasını təsdiq edənə kimi yerindən tərpənməmək (şəkil 11);
6.8.1.12. dayaqlar götürülüb - bir-birinin əksinə istiqamətlənmiş jezlləri başı üzərinə qaldıraraq, onları bir-birinin əksinə hərəkət etdirib aralamaq. Heyət tərəfindən müvafiq göstəriş verilməyənədək dayaqlar götürülməməlidir (şəkil 12);
6.8.1.13. mühərrikləri işə salmaq - sağ əldəki yuxarıya doğru istiqamətləndirilmiş jezli baş səviyyəsinə qaldırmaq və həmin əllə dairəvi hərəkət yerinə yetirmək. Eyni zamanda, baş üzərinə qaldırılmış sol əllə işə salınmalı olan mühərriki göstərmək (şəkil 13);
6.8.1.14. mühərrikləri söndürmək - sağ əldəki jezli çiyin səviyyəsində tutaraq, üfüqi vəziyyətdə boğazın önündə sağa-sola hərəkət etdirmək (şəkil 14);
6.8.1.15. sürəti azaltmaq - uzadılmış əlləri aşağı salaraq, jezlləri beldən dizlərə doğru yuxarı-aşağı hərəkət etdirmək (şəkil 15);
6.8.1.16. göstərilən tərəfdə mühərrikin dövrlərini (rejimini) azaltmaq - əllər aşağı salınaraq sağ, yaxud sol əllə yuxarı və aşağı doğru hərəkətlər yerinə yetirmək. Bu hərəkətlər müvafiq olaraq, sol və ya sağ tərəfdəki mühərrikin (mühərriklərin) dövrlərini azaltmağın lazım olduğunu göstərir (şəkil 16);
6.8.1.17. geri hərəkət etmək - əlləri bədənin önündə bel səviyyəsində saxlayaraq irəli firlatmaq. Geriyə hərəkəti dayandırmaq üçün bu Qaydaların 6.8.1.7-ci və ya 6.8.1.8-ci abzaslarındakı işarələrdən istifadə edilir (şəkil 17);
6.8.1.18. geriyə hərəkət zamanı hava gəmisinin quyruq hissəsini sağa döndərmək - sol əldəki jezli aşağı istiqamətləndirmək, baş üzərinə qaldırılmış sağ əllə isə cinahdan yuxarı və aşağı təkrarlanan hərəkətləri yerinə yetirmək (şəkil 18);
6.8.1.19. geriyə hərəkət zamanı hava gəmisinin quyruq hissəsini sola döndərmək - sağ əldəki jezli aşağı istiqamətləndirmək, baş üzərinə qaldırılmış sol əllə cinahdan yuxarı və aşağı təkrarlanan hərəkətləri yerinə yetirmək (şəkil 19);
6.8.1.20. müsbət cavab / yol açıqdır - sağ əldəki yuxarı istiqamətlənmiş jezli baş səviyyəsinə qaldırmaq və ya baş barmağı yuxarı qaldırılmış əli göstərmək, bu zaman sol əl aşağı vəziyyətdə bədənə söykənilir (bu işarə, həmçinin kommunikativ texnikiistismar işarəsi qismində istifadə edilir) (şəkil 20);
6.8.1.21. asılma - qollar açılmış vəziyyətdə jezlləri bədənə nisbətən 90° bucaq altında yanlara yönəltmək (şəkil 21);
6.8.1.22. daha yuxarı qalxmaq - ovucları üzü yuxarı çevirərək əllərdəki jezlləri bədənə nisbətən 90° bucaq altında yanlara açmaq və onları yuxarı hərəkət etdirmək. Hərəkətin intensivliyi qalxmanın sürətini göstərir (şəkil 22);
6.8.1.23. daha aşağı - ovucları üzü aşağı çevirib əllərdəki jezlləri bədənə nisbətən 90° bucaq altında yanlara açmaq və onları aşağı hərəkət etdirmək. Hərəkətin intensivliyi enmənin sürətini göstərir (şəkil 23);
6.8.1.24. sola üfüqi hərəkət etmək (komanda verən pilot tərəfdən) - sağ əli bədənə nisbətən 90° bucaq altında üfüqi xətt üzrə yana uzatmaq. Sol əllə eyni istiqamətdə soldan sağa hərəkətlər yerinə yetirmək (şəkil 24);
6.8.1.25. sağa üfüqi hərəkət etmək (komanda verən pilot tərəfdən) - sol əli bədənə nisbətən 90° bucaq altında üfüqi xətt üzrə yana uzatmaq. Sağ əllə eyni istiqamətdə sağdan sola hərəkətlər yerinə yetirmək (şəkil 25);
6.8.1.26. yerə enmək - əllərdəki jezlləri aşağı salaraq ön tərəfdə çarpazlaşdırmaq (şəkil 26);
6.8.1.27. gözləmə yeri (gözləmək işarəsi) - əllərdəki jezlləri bədənə nisbətən 45° bucaq altında aşağıya doğru uzatmaq. Hava gəmisi növbəti manevrin yerinə yetirilməsi üçün icazə alanadək bu vəziyyətdə durmalıdır (şəkil 27);
6.8.1.28. hava gəmisinin yola düşməsi - sağ əllə və ya jezllə hava gəmisinin yola düşməsi zamanı hərbi qaydada vida işarəsi vermək. Hava gəmisinin yerdə hərəkəti başlayanadək heyətlə vizual əlaqədə olmaq (şəkil 28);
6.8.1.29. idarəetmə orqanlarına toxunmayın (kommunikativ texniki-istismar işarəsi) - sağ əli başı üzərinə qaldırmaq, yumruğunu sıxmaq və ya jezli üfüqi vəziyyətdə saxlamaq. Bu zaman sol əl aşağı salınmış və bədənə söykənilmiş olmalıdır (şəkil 29);
6.8.1.30. aerodrom elektrik mənbəyini qoşmaq (kommunikativ texniki-istismar işarəsi) - uzadılmış qolları başı üzərinə qaldıraraq, sol əlin ovcunu üfüqi vəziyyətdə saxlamaq və sağ əlin barmaqlarını şaquli vəziyyətdə qaldıraraq sol əlin açıq ovcuna toxundurmaq ("T" hərfi halında). Gecə vaxtı başı üzərində "T" hərfi əmələ gətirmək üçün, həmçinin işıqsaçan jezllərdən istifadə edilir (şəkil 30);
6.8.1.31. aerodrom elektrik mənbəyi açılşı (kommunikativ texniki-istismar işarəsi) - uzadılmış qolları başı üzərinə qaldıraraq, sol əlin ovcunu üfüqi vəziyyətdə saxlamaq və sağ əlin barmaqlarını şaquli vəziyyətdə qaldıraraq sol əlin açıq ovcuna toxunduraraq ("T" hərfi halında) sağ əllə sol əldən aşağıya doğru hərəkət yerinə yetirmək. Gecə vaxtı başı üzərində "T" hərfi əmələ gətirmək üçün, həmçinin işıqsaçan jezllərdən istifadə edilir (şəkil 31);
6.8.1.32. mənfi cavab (kommunikativ texniki-istismar siqnalı) - sağ əli çiyin səviyyəsində bədənə nisbətən 90° bucaq altında yana açılmış vəziyyətdə saxlamaqla, jezllə və ya əlin baş barmağı ilə aşağı istiqaməti göstərmək. Sol əl aşağı salınmalı və dizə söykənməlidir (şəkil 32);
6.8.1.33. daxili rabitə sistemindən istifadə etməklə əlaqə yaratmaq (kommunikativ texniki-istismar siqnalı) - hər iki əli bədənə nisbətən 90° bucaq altında yanlara açmaq və ovucları qulaqlara sıxmaq (şəkil 33);
6.8.1.34. trapı açmaq və ya bağlamaq (kommunikativ texniki-istismar siqnalı) - sağ əli aşağı salıb, sol əli isə bədənə nisbətən 45° bucaq altında başı üzərinə qaldırmaqla, sağ əli çiyinə doğru hərəkət etdirmək. Bu siqnal əsasən ön hissədə quraşdırılmış traplarla təchiz edilmiş hava gəmiləri üçün nəzərdə tutulmuşdur (şəkil 34);
6.8.1.35. yanğın - sağ əldəki jezli çiyindən dizə doğru yelpikvari hərəkət etdirmək, eyni zamanda sol əldəki jezllə yanğının baş verdiyi yeri göstərmək (şəkil 35);
6.8.2. komanda verən pilotdan siqnalçıya ötürülən siqnallar əlləri siqnalçıya aydın görünən kabinədəki pilot tərəfindən istifadə üçün nəzərdə tutulur və zəruri hallarda müşahidəni asanlaşdırmaq üçün siqnalçı olan tərəfdən verilir. Üzü hava gəmisi tərəfə duran siqnalçıya nisbətən hava gəmisinin mühərrikləri sağdan sola nömrələnir (yəni 1 nömrəli mühərrik sol kənar mühərrikdir). Komanda verən pilotdan siqnalçıya ötürülən siqnallar aşağıdakılardır:
6.8.2.1. əyləclər:
6.8.2.1.1. yumruq sıxıldığı və ya barmaqların açıldığı an müvafiq olaraq əyləcin işə salınmasını və ya buraxılmasını göstərir;
6.8.2.1.2. əyləcləri işə salmaq - qol əl barmaqları açılmış vəziyyətdə üz önündə üfüqi vəziyyətdə qaldırılır, sonra isə yumruq sıxılır;
6.8.2.1.3. əyləcləri buraxmaq - əl yumruq kimi sıxılaraq, üz önündə üfüqi vəziyyətdə qaldırılır, sonra isə barmaqlar açılır;
6.8.2.2. dayaqlar:
6.8.2.2.1. dayaqları qoy - qollar irəli uzadılır, əllərin baş barmaqları içəri istiqamətlənir, əllər üz önündə bir-birinə doğru hərəkət etdirilir;
6.8.2.2.2. dayaqları götür - qollar irəli uzadılır, əlin baş barmaqları bayıra açılır, əllər üz önündə bayıra hərəkət etdirilir;
6.8.2.3. mühərrik (mühərriklər) işə salınmağa hazırdır - işə salınacaq mühərrikin nömrəsini göstərən bir əldəki müvafiq barmaqlar qaldırılır.
Qeyd. "Beynəlxalq Telekommunikasiya İttifaqının Radio Qaydaları"nın 41-ci maddəsində (N 3268, N 3270 və N 3271) radioteleqraf və radiotelefon avtomatik həyəcan siqnalları sistemlərini işə salmaq üçün aşağıdakı həyəcan siqnallarına dair məlumat verilmişdir: 1) 3268. Radioteleqraf həyəcan siqnalı hər tirenin müddəti 4 saniyə olan və ardıcıl tirelər arasındakı interval bir saniyə olan bir dəqiqə ərzində göndərilən on iki tire sırasından ibarətdir. Bu siqnal əllə ötürülə bilər, lakin onun avtomatik qurğu vasitəsilə ötürülməsi tövsiyə edilir; 2) 3270. Radiotelefon həyəcan siqnalı növbə ilə ötürülən, əsasən iki sinusoidal audiotezlik tonundan ibarətdir. Birinci ton 2 200 Hs, ikinci ton isə 1 300 Hs tezliyinə malik olmalı və hər tonun müddəti 250 millisaniyəyə bərabər olmalıdır; 3) 3271. Avtomatik vasitələrlə yaradılan radiotelefon həyəcan siqnalı bir dəqiqədən çox olmamaqla, azı 30 saniyə ərzində fasiləsiz göndərilməlidir. Digər vasitələrlə yaradılan siqnal təxminən bir dəqiqə ərzində olduqda fasiləsiz göndərilməlidir.
7. Мülki hava gəmisinə qarşı məcburi tabe etmənin tətbiq edilməsi
7.1. Bu Qaydalara əsasən mülki hava gəmilərinin naviqasiya təhlükəsizliyini tənzimləyən sənədlərin hazırlanması zamanı aşağıdakı prinsiplərə riayət edilməlidir:
7.1.1. mülki hava gəmisinə qarşı məcburi tabeetmə yalnız son vasitə kimi tətbiq edilməlidir;
7.1.2. hava gəmisini planlaşdırılmış marşruta qaytarmaq, milli hava məkanının hüdudlarından kənara istiqamətləndirmək, qadağan edilmiş, məhdudlaşdırılmış və ya təhlükəli zonadan uzaqlaşdırmaq və ya təyin edilmiş aerodromda eniş etmək üçün ona göstəriş vermək zərurəti olmadığı halda, məcburi tabeetmə hava gəmisinin identifikasiya edilməsi ilə məhdudlaşmalıdır;
7.1.3. təcrübə məqsədilə mülki hava gəmilərinə münasibətdə məcburi tabe etməyə əl atılmamalıdır;
7.1.4. hava gəmisinin istiqamətləndirilməsi barədə və digər məlumatlar radiorabitə yaradıldıqda, radiotelefon vasitəsilə ötürülməlidir;
7.1.5. qarşısı kəsilən hava gəmisindən uçduğu ərazidə yerə enmək tələb edildikdə, enmə üçün təyin edilmiş aerodrom hava gəmisinin aidiyyəti növünün təhlükəsiz enişi üçün münasib olmalıdır.
7.2. Qarşısı kəsilən hava gəmisi tərəfindən yerinə yetirilməli olan hərəkətlər aşağıdakılardır:
7.2.1. digər hava gəmisi tərəfindən qarşısı kəsilən hava gəmisi dərhal aşağıdakıları yerinə yetirməlidir:
7.2.1.1. bu Qaydaların 6-cı hissəsinə uyğun olaraq vizual siqnalları qəbul etməli və onlara cavab verərək, qarşısını kəsən hava gəmisinin verdiyi təlimatlara riayət etməlidir;
7.2.1.2. mümkün olduqda müvafiq hava hərəkətinə xidmət məntəqəsinə məlumat verməlidir;
7.2.1.3. 121,5 MHs fövqəladə rabitə ilə efirə çıxaraq qarşısını kəsmiş hava gəmisi və uçuşun xarakteri haqqında məlumat verməklə, qarşısını kəsən hava gəmisi və müvafiq qarşısını kəsməni idarəetmə məntəqəsi ilə radio əlaqəsi yaratmağa səy göstərməli, əlaqə yaratmaq mümkün olmadıqda, 243 MHs fövqəladə rabitə tezliyində təkrar radio əlaqəsi yaratmağa çalışmalıdır;
7.2.1.4. SSR cavabvermə cihazı ilə təchiz edildikdə, müvafiq hava hərəkətinə xidmət məntəqəsi tərəfindən başqa göstəriş verilməmişdirsə, A rejimində 7700 kodunu seçməlidir;
7.2.2. qarşısını kəsən hava gəmisi tərəfindən verilən vizual siqnallarla mənbələrdən radio vasitəsilə alınan hər hansı təlimatlar arasında ziddiyyət olduqda, qarşısı kəsilən hava gəmisi qarşısını kəsən hava gəmisi tərəfindən verilən vizual təlimatlara riayət etməyə davam etməklə, dərhal aydınlaşdırma tələb etməlidir;
7.2.3. qarşısını kəsən hava gəmisi tərəfindən radio ilə verilən siqnallarla hər hansı radio vasitəsilə alınan təlimatlar arasında ziddiyyət olduqda, qarşısı kəsilən hava gəmisi qarşısını kəsən hava gəmisi tərəfindən radio ilə verilən təlimatlara riayət etməyə davam etməklə, dərhal aydınlaşdırma tələb etməlidir.
7.3. Qarşısını kəsmə zamanı radio əlaqə yarandıqda, lakin ümumi dildə əlaqə yaratmaq mümkün olmadıqda, hər ifadəni iki dəfə ötürməklə, bu Qaydaların 9 nömrəli əlavəsindəki ifadələrdən istifadə etməklə təlimatların ötürülməsinə, alınmasına və mühüm məlumatların təsdiq edilməsinə səy göstərilməlidir.
8. Kreyser hündürlükləri Tələb olunan kreyser hündürlükləri bu Qaydaların 10 nömrəli əlavəsi ilə müəyyən edilmişdir.
9. İdarəedilməyən pilotsuz aerostatlar
9.1. İdarəedilməyən pilotsuz aerostatların təsnifatı:
9.1.1. idarəedilməyən pilotsuz aerostatların təsnifatı aşağıdakı kimi olmalıdır:
9.1.1.1. yüngül aerostat - bu Qaydaların 9.1.1.3.2-ci, 9.1.1.3.3-cü və ya 9.1.1.3.4- cü abzasları ilə ağır aerostat kimi təsnif edilmədiyi halda, ümumi kütləsi 4 kq-dan az olan bir və ya bir neçə bağlamadan ibarət faydalı yükdaşıyan;
9.1.1.2. orta aerostat - bu Qaydaların 9.1.1.3.2-ci, 9.1.1.3.3-cü və ya 9.1.1.3.4-cü abzasları ilə ağır aerostat kimi müəyyən edilmədiyi halda, ümumi kütləsi 4 kq və ya daha çox, lakin 6 kq-dan az iki və ya daha çox bağlamada faydalı yükdaşıyan;
9.1.1.3. bu Qaydaların 11 nömrəli əlavəsi nəzərə alınmaqla ağır aerostat:
9.1.1.3.1. ümumi kütləsi 6 kq və ya daha çox faydalı yükdaşıyan;
9.1.1.3.2. çəkisi 2 kq və ya daha çox olan faydalı yükdaşıyan;
9.1.1.3.3. 13 q/sm 2 -dan çox səthi sıxlığa malik, çəkisi 2 kq və ya daha çox olan faydalı yükdaşıyan (səthi sıxlıq yük bağlamasının qramla ölçülən ümumi çəkisi santimetrlə ölçülən ən kiçik səth sahəsinə bölünməklə müəyyən edilir);
9.1.1.3.4. asılan yükü aerostatdan ayırmaq üçün 230 Nyuton və ya daha çox güc tələb edən yükün asılması üçün tros və ya digər asma vasitələrindən istifadə edən idarəedilməyən pilotsuz aerostatlar.
9.2. Ümumi istismar qaydaları:
9.2.1. idarəedilməyən pilotsuz aerostatdan havaya buraxıldığı dövlətdən müvafiq icazə alınmadan istifadə edilməməlidir;
9.2.2. yalnız meteoroloji məqsədlər üçün dövlət eksperimental və dövlət aviasiyasına münasibətdə MN, mülki eksperimental və mülki aviasiyaya münasibətdə Agentlik tərəfindən təyin edilən tərzdə istismar edilən yüngül aerostatdan başqa idarəedilməyən pilotsuz aerostat digər dövlətdən müvafiq icazə alınmadan onun ərazisi üzərində uçmamalıdır;
9.2.3. bu Qaydaların 9.2.2-ci yarımbəndində istinad edilən icazə aerostatın digər dövlətin hava məkanına daxil ola biləcəyinə ehtimal olduqda, onun havaya
buraxılmasından əvvəl alınmalıdır. Bu cür icazə aerostatın bir sıra uçuşları və ya təkrar uçuşun həyata keçirilməsi məsələn, aerostatla atmosferin tədqiq edilməsi məqsədilə alına bilər;
9.2.4. idarəedilməyən pilotsuz aerostat qeydiyyat dövləti və üzərində uçuş güman edilən dövlət (dövlətlər) tərəfindən müəyyən edilən şərtlərə uyğun olaraq hərəkət etməlidir;
9.2.5. idarəedilməyən pilotsuz aerostatlar aerostatın və ya onun hər hansı bir hissəsinin, o cümlədən yükün yer səthinə dəydiyi zaman əməliyyatla əlaqədar olmayan şəxslərə və ya əmlaka təhlükə yaradacaq şəkildə istismar edilməməlidir;
9.2.6. idarəedilməyən pilotsuz ağır aerostat müvafiq ATS ilə əlaqələndirilmədən açıq dəniz üzərində idarə edilməməlidir.
9.3. İstismar məhdudiyyətləri və avadanlığa qoyulan tələblər:
9.3.1. idarəedilməyən pilotsuz ağır aerostat:
9.3.1.1. buludların sıxlığı və ya səmanın tutulması 4 oktadan çox olduqda;
9.3.1.2. üfüqi görünmə 8 km-dən az olduqda, 60 000 fut (18 300 m) barometrik yüksəklikdə və ya həmin yüksəklikdən aşağı hər hansı yüksəklikdə müvafiq icazə olmadan uçmamalıdır;
9.3.2. idarəedilməyən pilotsuz ağır və ya orta aerostat əməliyyatla bağlı olmayan şəhər və ya qəsəbələrin və ya açıq havada insanların sıx toplaşdığı sahələr üzərindən 305 m-dən (1000 futdan) aşağıda uçuşa buraxılmamalıdır;
9.3.3. idarəedilməyən pilotsuz ağır aerostat aşağıdakı hallarda uçmamalıdır:
9.3.3.1. avtomatik və ya uzaqdan idarəetmə pultu ilə idarə edilə bilən, avtonom işləyən ən azı 2 ədəd faydalı yük uçuş sonlandırma cihazı və ya sistemi ilə təchiz edilmədikdə;
9.3.3.2. polietilendən olan sıfır təzyiqli aerostatlar üçün aerostat örtüyünün uçuşuna xitam verməkdən ötrü istifadə edilən, bir-birindən müstəqil şəkildə işləyən azı iki üsul, qurğu, sistem və ya onların kombinasiyaları ilə təchiz edilmədikdə;
9.3.3.3. aerostat örtüyü radar əks etdirən cihazla (cihazlarla) və ya 200 MHs-dən 2700 MHs-dək tezlik diapazonunda işləyən yerüstü radara əks-səda verən (radar əks etdirən) materialla və (və ya) aerostatın özü isə yerüstü RLS diapazonundan kənarda operatora fasiləsiz izləməni aparmağa imkan verən digər belə cihazlarla təchiz edilmədikdə;
9.3.4. idarəedilməyən pilotsuz ağır aerostat daimi təyin edilmiş kodla və ya izləmə vasitəsilə tələb edildikdə işə salına bilən, yüksəklik haqqında məlumat vermə xüsusiyyəti olan ikinci müşahidə radiolokatorunun cavabvermə cihazı ilə təchiz edilməmişdirsə, istifadə edilən yerüstü SSR avadanlığı olan ərazi üzərində uçmamalıdır;
9.3.5. istənilən nöqtədə parçalamaq üçün 230 Nyuton güc tələb edən buraxılış antenası ilə təchiz edilən idarəedilməyən pilotsuz aerostat antenaya 15 m-dən çox olmayan intervalda rəngli bayraqlar və ya lentlər bərkidilməmişdirsə uçmamalıdır;
9.3.6. əməliyyatın yerinə yetirilməsi zamanı aerostatın özü, qoşqusu və ya ayrılıb-ayrılmamasından asılı olmayaraq, yüklü işıqla təchiz edilmədiyi halda idarəedilməyən pilotsuz ağır aerostat günəşin batması və çıxması arasında (uçuş yüksəkliyinə uyğunlaşdırılmış) təyin edilən digər müddət ərzində 60 000 fut (18 300 m) barometrik yüksəklikdən aşağıda uçmamalıdır;
9.3.7. uzunluğu 15 m-dən çox olan asma cihazı ilə (aydın görünən rənglərlə rənglənmiş açıq paraşütdən başqa) təchiz edilən idarəedilməyən pilotsuz ağır aerostat asma cihazı yaxşı görünən rəngbərəng zolaqla rənglənməmişdirsə və ya ona rəngli bayraqlar bərkidilməmişdirsə, günəşin çıxması və batması arasında 60 000 futdan (18 300 m-dən) aşağı barometrik yüksəklikdə uçmamalıdır.
9.4. Uçuşsonlandırma:
9.4.1. idarəedilməyən pilotsuz ağır aerostatın operatoru bu Qaydaların 9.3.3.1- ci və 9.3.3.2-ci abzasları ilə tələb olunan müvafiq uçuşsonlandırma cihazlarını aşağıdakı hallarda işə salmalıdır:
9.4.1.1. hava şəraitinin əməliyyat üçün təyin olunmuş şəraitdən pis olması məlum olduqda;
9.4.1.2. nasazlıq və ya hər hansı digər səbəb yerinə yetiriləcək əməliyyatı hava hərəkəti və ya yerdəki şəxslər və ya əmlak üçün təhlükəli etdikdə;
9.4.1.3. digər dövlətin ərazisindən hava məkanına icazəsiz daxil olmazdan əvvəl.
9.5. Uçuşqabağı xəbərdarlıq:
9.5.1. idarəedilməyən pilotsuz orta və ya ağır kateqoriyalı aerostatların nəzərdə tutulan uçuşu haqqında xəbərdarlıq uçuş tarixindən ən azı 7 (yeddi) gün əvvəl müvafiq hava hərəkətinə xidmət məntəqəsinə verilməlidir;
9.5.2. nəzərdə tutulan uçuş haqqında xəbərdarlığa hava hərəkətinə xidmət məntəqəsi tərəfindən tələb edilə bilən aşağıdakı məlumatlar daxil edilməlidir:
9.5.2.1. aerostatın identifikasiya nişanı və ya layihə kodu;
9.5.2.2. aerostatın təsnifatı və təsviri;
9.5.2.3. uyğun olduqda SSR kodu və ya İstiqamətsiz Radio Mayak (NDB) tezliyi;
9.5.2.4. istismarçının adı və telefon nömrəsi;
9.5.2.5. havaya qalxma məntəqəsi;
9.5.2.6. havaya qalxmanın təxmini vaxtı (və ya bir neçə havaya qalxmanın başlanma və sona çatma vaxtı);
9.5.2.7. havaya qalxacaq aerostatların sayı və havaya qalxmalar arasında planlaşdırılmış interval (bir neçə havaya qalxma olduqda);
9.5.2.8. qalxmanın təxmini istiqaməti;
9.5.2.9. kreyser yüksəkliyi (yüksəklikləri) (barometrik yüksəklik);
9.5.2.10. 60 000 fut (18 300 m) barometrik yüksəklikdə və ya həmin yüksəklikdən aşağıda olduqda, kreyser yüksəkliyinə çatmağın təxmini vaxtı və yeri və ya 60 000 fut (18 300 m) barometrik yüksəkliyin keçilməsinin təxmini vaxtı və yeri (əməliyyat fasiləsiz aparılan havaya qalxmalardan ibarət olduqda, məlumata daxil ediləcək vaxt sıradakı birinci və sonuncu havaya qalxmanın müvafiq yüksəkliyə (yəni, 122136Z-130330Z) çatmasının təxmini vaxtıdır);
9.5.2.11. uçuşa xitam verilməsinin təxmini tarixi, vaxtı və yerə enmə (aşkaredilmə) sahəsinin planlaşdırılan yeri. Aerostatların uzunmüddətli uçuşlar yerinə yetirdiyi və bunun nəticəsində uçuşun tamamlanması tarixinin və vaxtının, yerə dəymə yerinin dəqiqliklə təyin edilməsi mümkün olmadıqda, "uzunmüddətli" terminindən istifadə edilməlidir. Yerə enmə (aşkaredilmə) sahəsi birdən çox olarsa, hər sahə müvafiq təxmini yerə dəymə vaxtı ilə birlikdə siyahıda qeyd edilməlidir. Daxil edilməsi tələb edilən vaxt sıradakı birinci və sonuncu uçuşun təxmini vaxtıdır (yəni, 070330Z072300Z);
9.5.2.12. bu Qaydaların 9.5.2-ci yarımbəndinə uyğun olaraq, qeyd edilən suya enməyə dair ilkin məlumatda aparılan dəyişikliklər suya enmənin təxmini vaxtından azı 6 (altı) saat əvvəl, mühüm vaxt elementi daxil olan günəş və ya kosmos tədqiqatları zamanı isə əməliyyatın başlanmasının təxmini vaxtından ən azı 30 (otuz) dəqiqə əvvəl müvafiq hava hərəkətinə xidmət məntəqəsinə göndərilməlidir;
9.5.3. havaya qalxma barədə xəbərdarlıq:
9.5.3.1. idarəedilməyən pilotsuz orta və ya ağır aerostat havaya qalxdıqdan dərhal sonra operator aşağıdakı məlumatları müvafiq hava hərəkətinə xidmət məntəqəsinə bildirməlidir:
9.5.3.1.1. aerostatın uçuş identifikasiyası;
9.5.3.1.2. havaya qalxma sahəsi;
9.5.3.1.3. havaya qalxmanın faktiki vaxtı;
9.5.3.1.4. 60 000 fut (18 300 m) barometrik yüksəkliyi keçməsinin təxmini vaxtı və ya 60 000 fut (18 300 m) yüksəklikdə, yaxud həmin yüksəklikdən aşağıda kreyser yüksəkliyinə çatmağının təxmini vaxtı, təxmini yeri;
9.5.3.1.5. əvvəlcədən bu Qaydaların 9.5.2.7-ci və 9.5.2.8-ci abzaslarına uyğun olaraq, bildirilmiş məlumatda edilən hər hansı dəyişikliklər.
9.5.4. uçuşun bitməsi barədə xəbərdarlıq:
9.5.4.1. bu Qaydaların 9.5.1-ci yarımbəndinə uyğun olaraq idarəedilməyən pilotsuz orta və ya ağır aerostatın əvvəlcədən nəzərdə tutulmuş uçuşunun bitməsi məlum olduqda, istismarçı dərhal müvafiq hava hərəkətinə xidmət məntəqəsinə məlumat verməlidir. 9.6. Hava gəmisinin olduğu yer barədə qeydlər və məlumatlar:
9.6.1. 60 000 fut (18 300 m) və ya aşağı barometrik hündürlükdə hərəkət edən idarə edilməyən pilotsuz ağır aerostatın operatoru uçuş trayektoriyasına nəzarət etməli və aerostatın yeri haqqında hava hərəkəti xidməti tərəfindən tələb edilən məlumatları göndərməlidir. Hava hərəkəti xidməti aerostatın yeri haqqında məlumatların daha kiçik intervallarla verilməsini tələb etmirsə, operator hər 2 (iki) saatdan bir müvafiq qeyd aparmalıdır;
9.6.2. 60 000 futdan (18 300 m) artıq barometrik yüksəklikdə hərəkət edən idarə edilməyən pilotsuz ağır aerostatın operatoru uçuşa nəzarət etməli və aerostatın yeri haqqında hava hərəkəti xidməti tərəfindən tələb edilən məlumatları göndərməlidir. Hava hərəkəti xidməti aerostatın vəziyyəti haqqında məlumatları daha qısa intervallarla verilməsini tələb etmədikdə, istismarçı hər 24 (iyirmi dörd) saatdan bir yer haqqında qeyd aparmalıdır;
9.6.3. yerini bu Qaydaların 9.6.1-ci və 9.6.2-ci yarımbəndlərinə uyğun olaraq qeydə almaq mümkün deyildirsə, operator müvafiq hava hərəkətinə xidmət məntəqəsinə dərhal məlumat verməlidir. Həmin bildirişə son məlum olan yer daxil edilməlidir. Aerostatın müşayiəti bərpa edildikdə, bu barədə müvafiq hava hərəkətinə xidmət məntəqəsinə dərhal məlumat verilməlidir;
9.6.4. idarəedilməyən pilotsuz ağır aerostatın planlaşdırılmış enişinə başlamazdan 1 (bir) saat əvvəl operator aerostata dair aşağıdakı məlumatları müvafiq ATS məntəqəsinə göndərməlidir:
9.6.4.1. cari coğrafi mövqe;
9.6.4.2. cari hündürlük (barometrik yüksəklik);
9.6.4.3. uyğun olduqda 18 300 m (60 000 fut) barometrik yüksəkliyi keçmənin təxmini vaxtı;
9.6.4.4. əməliyyatın başa çatmasının təxmini vaxtı və yeri;
9.6.5. əməliyyat başa çatdıqda, idarəedilməyən pilotsuz ağır və ya orta aerostatın operatoru müvafiq hava hərəkətinə xidmət məntəqəsini bu barədə məlumatlandırmalıdır.
10. Məsafədən idarəedilən aviasiya sistemləri
10.1. Ümumi istismar qaydaları aşağıdakılardır:
10.1.1. məsafədən idarəedilən aviasiya sistemləri (MİEAS) dövlət eksperimental və dövlət aviasiyasına münasibətdə MN-in, mülki eksperimental və mülki aviasiyaya münasibətdə Agentliyin icazəsi olmadan istismar edilməməlidir;
10.1.2. MİEAS-ın uçuşunun yerinə yetiriləcəyi hər bir dövlətin icazəsi olmadan digər dövlətin ərazisi üzərində uçuş yerinə yetirilmir. Belə icazə müvafiq dövlətlər arasında saziş formasında ola bilər;
10.1.3. MİEAS-ın açıq dəniz səthi üzərində uçuşu müvafiq ATS ilə ilkin razılaşma olmadan yerinə yetirilmir;
10.1.4. bu Qaydaların 10.1.2-ci və 10.1.3-cü yarımbəndlərində qeyd edilən icazə və razılaşma uçuşdan əvvəl, yəni uçuş əməliyyatının planlaşdırılması zamanı alınmalıdır;
10.1.5. MİEAS qeydiyyata alındığı dövlət, istismarçı dövlət (əgər başqa dövlətdirsə) və uçuşların yerinə yetiriləcəyi dövlət (dövlətlər) tərəfindən müəyyən edilən şərtlərə uyğun olaraq istismar edilir;
10.1.6. uçuş planları bu Qaydaların 3-cü hissəsinin müddəalarına uyğun olaraq təqdim edilir;
10.1.7. MİEAS uçuşun yerinə yetiriləcəyi konkret hava məkanı üçün müəyyən edilmiş bort avadanlığının mövcudluğuna və xarakteristikalarına dair tələblərə cavab verməlidir.
10.2. Beynəlxalq Mülki Aviasiya Təşkilatının Assambleyasının A37-15 nömrəli Qətnaməsinin G əlavəsinə əsasən, hava gəmilərinin müəyyən kateqoriyaları, dərəcələri və ya tiplərinə, yaxud pilot dərəcələrinə aid edilən beynəlxalq standartlar qüvvəyə minənə qədər, milli qanunvericiliyə uyğun olaraq verilən və ya qüvvədə olan şəhadətnamə, vəsiqə və ya sertifikatlar, uçuş və enmə də daxil olmaqla, əraziləri üzərində uçuşların yerinə yetirilməsi məqsədilə digər dövlətlər tərəfindən tanınmalıdır.
10.3. Əməliyyat icazəsi üçün sorğular bu Qaydaların 10.1.1-ci yarımbəndinə uyğun olaraq həyata keçirilir.
11. Hava məkanından istifadə zamanı zəruri vəzifələr və hüquqlar
11.1. Hava hərəkətinin təşkilinə görə məsuliyyətin və aviasiya fəaliyyəti sahəsində ölkədaxili və beynəlxalq tələblərə əməl olunmasına nəzarətin Azərbaycan Respublikasına həvalə edildiyi rayonlarda hava məkanından istifadə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.
11.2. HHX müvafiq mərkəzi hava məkanı istifadəçilərinin sorğuları (cədvəlləri, qrafikləri) əsasında hava məkanından istifadə edilməsinə icazə verir və bu Qaydalara uyğun olaraq HHX orqanlarına, eləcə də Hərbi Hava Qüvvələrinin (bundan sonra - HHQ) orqanlarına bu barədə məlumat verir.
11.3. Hava məkanından istifadə ilə bağlı sorğuların göndərilməsi və icazələrin verilməsi bu Qaydalara uyğun olaraq həyata keçirilir.
11.4. Bu Qaydaların 12.38-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, qeyd edilən icazəni almadan hava məkanından istifadə qadağandır.
11.5. Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun tərtib edilmiş və HHX-yə təqdim edilmiş uçuş planı tranzit uçuşlar yerinə yetirən mülki hava gəmilərinin Azərbaycan Respublikasının hava məkanından istifadəsi üçün əsasdır. Bu prosedurun yerinə yetirilməsi haqqında müddəalar Aeronaviqasiya Məlumatları Toplusunda öz əksini tapmışdır.
11.6. Bu Qaydalara uyğun olaraq hava məkanından istifadə qadağan edilə və ya məhdudlaşdırıla bilər.
11.7. Hava məkanından istifadənin təşkili ilə bağlı məsələlər üzrə normativ hüquqi aktlar bu Qaydalara uyğun olaraq işlənilib hazırlanmalıdır.
11.8. Hava məkanında fəaliyyət zamanı istifadə qaydalarını pozan şəxslər bu Qaydalara əməl olunmasına nəzarət edən (bu Qaydaların 11.13-cü və 11.14-cü
bəndlərində göstərilmiş) orqanların tələbi ilə öz qüvvələri və ya öz vəsaiti hesabına hava məkanından istifadə qaydalarının pozulması hallarına və ya belə fəaliyyətə son qoymalıdırlar.
11.9. Bu Qaydaların tələblərinin pozulmasında təqsirli olan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
11.10. Dövlət maraqları nəzərə alınmaqla, hava məkanının bütün istifadəçiləri ondan istifadə sahəsində hüquq bərabərliyinə malikdirlər.
11.11. Hava məkanı istifadəçisinin hüquqları:
11.11.1. hava gəmilərinin uçuşlarının və hava məkanında həyata keçirdikləri digər fəaliyyət növünün təhlükəsizliyinin, müntəzəmliyinin və əlverişliliyinin uçuşların təhlükəsizliyinə və aviasiyanın təhlükəsizliyinə görə məsuliyyət daşıyan orqanlar tərəfindən təmin edilməsi;
11.11.2. hava məkanından istifadə ilə bağlı olan, konkret istifadəçinin fəaliyyətinə ziyan vura biləcək fəaliyyət barədə HHT (uçuşları idarəetmə) orqanlarından müvafiq məlumat almaq;
11.11.3. hava məkanı strukturunun və onun elementlərinin təkmilləşdirilməsinə dair müəyyən edilmiş qaydada təkliflər vermək;
11.11.4. hava məkanından istifadəyə dair Azərbaycan Respublikasının normativ hüquqi aktlarının hazırlanması, onlara əlavə və dəyişikliklərin edilməsi haqqında təkliflər vermək.
11.12. Hava məkanı istifadəçisinin vəzifələri:
11.12.1. hava məkanında fəaliyyət göstərərkən Qanunu, hava məkanından istifadəni tənzimləyən digər normativ hüquqi aktları, bu Qaydaları və Aeronaviqasiya Məlumatlar Toplusunun müddəalarını rəhbər tutmaq;
11.12.2. hava məkanından istifadə ilə bağlı vaxtlı-vaxtında sorğular (cədvəllər, qrafiklər) vermək;
11.12.3. HHX mərkəzlərindən (rayonlarından) müvafiq icazə alındıqdan sonra həmin icazədə irəli sürülən şərtlərə əsasən hava məkanında fəaliyyət göstərmək;
11.12.4. hava məkanından istifadənin başlanması və sona çatması barədə Hava Hərəkətinin Təşkili Vahid Sisteminin (HHT VS) və HHQ-nin müvafiq əməliyyat orqanlarına vaxtında məlumat vermək;
11.12.5. axtarış-xilasetmə işlərinin həyata keçirilməsində, habelə aviasiya hadisəsinə və ya insidentinə uğrayan və ya aviasiya hadisəsinə və ya insidentinə uğramış hava gəmilərinə yardım göstərilərkən, HHX orqanlarına kömək etmək;
11.12.6. hava məkanından istifadə haqqında məlumatların müəyyən edilmiş növ və formalarını tətbiq etmək;
11.12.7. aeronaviqasiya məlumatlarına dair dərc olunan rəsmi sənədlərdən istifadə etmək.
11.13. MN hava məkanının istifadəsi ilə bağlı aşağıdakı vəzifələri həyata keçirir:
11.13.1. Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarına və onun təşkilinə nəzarəti;
11.13.2. hava məkanından istifadənin tamamilə dövlət tərəfindən tənzimlənməsini:
11.13.2.1. real təhdid və müharibə (silahlı münaqişə) dövründə;
11.13.2.2. dinc dövrdə həyəcan, gücləndirilmiş hazırlıq və (və ya) hərbi vəziyyət elan edildikdə;
11.13.2.3. xüsusi olaraq dövlət eksperimental və dövlət aviasiyası üçün nəzərdə tutulmuş zona və rayonlarda.
11.14. RİNN hava məkanının istifadəsi ilə bağlı aşağıdakı vəzifələri həyata keçirir:
11.14.1. Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarına və onun təşkilinə nəzarəti;
11.14.2. dinc dövrdə (həyəcan, gücləndirilmiş hazırlıq və ya hərbi vəziyyət elan edilmədikdə) xüsusi olaraq dövlət eksperimental və dövlət aviasiyası üçün nəzərdə tutulmuş zona və rayonlardan kənarda hava məkanından istifadə və hava hərəkətinin təşkili ilə bağlı fəaliyyətin dövlət tərəfindən tənzimlənməsini;
11.14.3. hava məkanının istifadəçiləri barədə məlumatların, o cümlədən sərhəd və gömrük nəzarətindən keçməli olan uçuşlar barədə məlumatların əvvəlcədən sərhəd və gömrük orqanlarına verilməsi məsələsinin qanunvericiliyə uyğun formada tənzimlənməsini.
11.15. MN, RİNN və onların tabeliyində olan strukturlar öz səlahiyyətləri daxilində:
11.15.1. hava məkanından istifadə məsələlərinə dair aktları (əmr, qayda, əsasnamə və təlimatları) hazırlayır, hava məkanının aidiyyəti istifadəçiləri ilə razılaşdırır, təsdiq edir, dərc edir və hava məkanı istifadəçilərinə göndərir;
11.15.2. bu Qaydalara əməl olunmasına nəzarəti təşkil edir.
11.16. Azərbaycan Respublikasının hava məkanının tənzimlənməsini və ondan istifadə sahəsində fəaliyyətin əlaqələndirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının müdafiə naziri və rəqəmsal inkişaf və nəqliyyat naziri tərəfindən tərkibi və əsasnaməsi təsdiq edilən İdarələrarası Qrup yaradılır.
11.17. Azərbaycan Respublikasının hava məkanından istifadənin dövlət tənzimlənməsi və ona nəzarət üzrə əlaqələndirilməyə dair fəaliyyət İdarələrarası Qrupun həmsədrlərinə həvalə edilir.
11.18. İdarələrarası Qrup tərəfindən qanunvericiliyə uyğun olaraq qəbul edilmiş qərarlar Azərbaycan Respublikasının hava məkanının bütün istifadəçiləri üçün məcburidir.
12. Azərbaycan Respublikasının hava məkanından istifadənin təşkili
12.1. Hava məkanından istifadənin təşkili HHX orqanları tərəfindən hava məkanı istifadəçiləri üçün müəyyən edilmiş zona və rayonlarda bu Qaydalara uyğun olaraq həyata keçirilir.
12.2. HHX orqanları arasında qarşılıqlı əlaqə rabitə kanalları vasitəsilə həyata keçirilir. HHX orqanları arasında qarşılıqlı əlaqəni təmin edən rabitə kanallarının kəsilməsi qadağandır.
12.3. Azərbaycan Respublikasının hava məkanı strukturunun məcmuəsi İdarələrarası Qrupun qərarı ilə təsdiq edilir. Zəruri hallarda bu struktura vaxtlı-vaxtında əlavə və dəyişikliklər edilir.
12.4. Azərbaycan Respublikasının hava məkanının strukturu aşağıdakı elementlərdən ibarətdir:
12.4.1. Hava Hərəkətinin Təşkili Vahid Sisteminin (HHT VS) mərkəz və rayonları;
12.4.2. Azərbaycan Respublikasının dövlət sərhədində sərhədboyu zolağın hava məkanı;
12.4.3. aerodrom və aeroqovşaqların rayonları;
12.4.4. hava yolları;
12.4.5. hava gəmilərinin uçuş marşrutları;
12.4.6. düzləndirilmiş hava yolları;
12.4.7. Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçuş üçün hava dəhlizləri;
12.4.8. hava yollarına daxilolma (çıxış) dəhlizləri;
12.4.9. hava gəmilərinin uçuşları üçün nəzərdə tutulmuş xüsusi zonalar (təyyarə sürmə texnikasının öyrənilməsi zonaları (pilotaj zonaları), sınaq uçuşları zonaları, hava gəmilərinin aşağı və ən aşağı hündürlüklərdə uçduğu zonalar, hava gəmilərinin səsdən iti sürətlə uçduğu zonalar, hava gəmilərinin havada əlavə yanacaq doldurmaq və yanacağı boşaltmaq üçün uçduğu zonalar, hava gəmilərinin dəyişkən profil üzrə uçduğu zonalar və s.);
12.4.10. qadağan edilmiş zonalar;
12.4.11. uçuşlara məhdudiyyətlərin qoyulduğu zonalar;
12.4.12. təhlükəli zonalar (raketlərin buraxıldığı və yerə düşdüyü zonalar);
12.4.13. poliqon rayonları;
12.4.14. partlatma işlərinin aparıldığı rayonlar;
12.4.15.dolu əleyhinə atəş zonaları;
12.4.16. aviasiya işlərinin yerinə yetirildiyi rayonlar;
12.4.17. xüsusi rayonlar;
12.4.18. hava məkanında fəaliyyətin həyata keçirilməsi üçün müəyyən edilən digər xüsusi elementlər.
12.5. Hava məkanı strukturunun elementlərinin sərhədləri coğrafi koordinatlar, hündürlüklər əsasında müəyyən edilir, müvafiq təlimatlarda göstərilir və aeronaviqasiya məlumatlarına dair sənədlərdə dərc edilir.
12.6. Aerodromda hava gəmilərinin uçuşlarının yerinə yetirilməsi məqsədilə hava məkanının zəruri hissəsi və aerodrom rayonu müəyyən edilir. Aerodrom rayonunun hüdudları (aerodromun mülkiyyət formasından, təsərrüfat və operativ idarəetmənin kim tərəfindən həyata keçirildiyindən asılı olmayaraq) aerodrom rəhbərinin təqdimatına əsasən MN və RİNN tərəfindən təsdiq edilir.
12.7. Hava məkanında hava yolları (trasları) müəyyən edilir.
12.8. Bu Qaydalara uyğun olaraq hava yollarının (traslarının) açılması barədə təkliflər onların açılmasında maraqlı olan hava məkanı istifadəçiləri tərəfindən hazırlanır. Beynəlxalq hava yollarının açılmasına dair irəli sürülən təkliflər MN, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə razılaşdırılır.
12.9. Hava məkanı istifadəçilərinin hava yollarına dair təkliflərinə Agentlik tərəfindən baxılır və bu zaman hava məkanının bütün istifadəçilərinin maraqları nəzərə alınır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallar istisna edilməklə, MN-in uçuşlara nəzarət və onların idarə edilməsi üzrə orqanlarının icazəsi olmadan Azərbaycan Respublikasına məxsus hava məkanının beynəlxalq hava yollarından kənarda xarici dövlətə mənsub hava gəmilərinin uçuşları üçün istifadə olunmasına yol verilmir.
12.10. Azərbaycan Respublikasının hava yollarının siyahısı və onda edilmiş düzəlişlər Agentlik tərəfindən dərc olunur.
12.11. Beynəlxalq hava yollarının siyahısı Aeronaviqasiya Məlumatlar Toplusunda dərc edilir. Beynəlxalq uçuşlar üçün açıq olan hava xətləri Azərbaycan Respublikasının hava yolları siyahısına daxil edilir.
12.12. Ərazinin relyefi və buradakı maneələr nəzərə alınmaqla, hava yolları vizual uçuş qaydaları əsasında aşağı eşelondan aşağı hündürlüklərdə uçuşlar üçün açıq elan edilir.
12.13. Hava məkanında düzləndirilmiş hava yolları müəyyən edilə və orada şəraitə uyğun verilmiş trayektoriyalar tətbiq edilə bilər. Məlumatların hazırlanması, təsdiqi, dərc olunması və düzləndirilmiş hava yollarının istifadəyə verilməsi hava yolları üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir.
12.14. Hava məkanında birbaşa hava yollarının və şəraitə uyğun verilmiş trayektoriyaların istifadə olunması haqqında qərar MN-in uçuşlara nəzarət və onların idarə edilməsi üzrə orqanları və HHX tərəfindən qəbul edilir.
12.15. Uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə şəraitə uyğun verilmiş trayektoriyanın tətbiqi haqqında qərarın verilməsi üçün təcili tədbirlərin görülməsi tələb olunduqda, HHX orqanı (konkret hava gəmisinin uçuşuna nəzarət edən orqan) manevrin təhlükəsizliyinin təhlili barədə HHX-yə məlumat vermək şərtilə müstəqil surətdə bu qərarı qəbul edə bilər.
12.16. Beynəlxalq uçuşlar yerinə yetirilərkən, Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçub keçmə xüsusi olaraq ayrılmış hava dəhlizləri vasitəsilə həyata keçirilir.
12.17. Beynəlxalq hava yolu ilə beynəlxalq uçuşlar yerinə yetirilərkən, hava yolu sahəsinin Azərbaycan Respublikasının dövlət sərhəd xətti ilə kəsişdiyi yer Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçub keçmə üçün xüsusi olaraq ayrılmış hava dəhlizi hesab edilir.
12.18. Beynəlxalq hava yollarından kənarda daimi beynəlxalq uçuşlar yerinə yetirilərkən, uçuş marşrutu sahəsinin Azərbaycan Respublikasının dövlət sərhəd xətti ilə kəsişdiyi yer Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçub keçmə üçün xüsusi olaraq ayrılmış hava dəhlizi hesab edilir və bu dəhliz Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçub keçmək üçün nəzərdə tutulmuş hava dəhlizləri siyahısına daxil edilir.
12.19. Xüsusi olaraq ayrılmış dəhlizlərdən kənarda birdəfəlik beynəlxalq uçuşlar yerinə yetirilərkən, Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçub keçmə MN-in icazəsi ilə bu Qaydalara əsasən (bu Qaydaların 13.9-cu bəndində göstərilmiş hallar istisna edilməklə) həyata keçirilir.
12.20. Xüsusi olaraq ayrılmış hava dəhlizinin hündürlük və en parametrləri aşağıdakılara uyğundur:
12.20.1. beynəlxalq hava yolu ilə beynəlxalq uçuş yerinə yetirilərkən - hava yolunun parametrlərinə;
12.20.2. hava yolundan kənarda beynəlxalq uçuş yerinə yetirilərkən - bu Qaydaların 12.7-ci bəndinə müvafiq olaraq uçuş marşrutunun parametrlərinə.
12.21. Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçub keçmə üçün xüsusi olaraq ayrılmış dəhliz beynəlxalq hava yolu sahəsinin oxunun və ya uçuş marşrutunun Azərbaycan Respublikasının dövlət sərhəd xətti ilə kəsişmə nöqtəsinin coğrafi koordinatları ilə göstərilir.
12.22. Əlaqədar təşkilatların təqdimatına əsasən Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçub keçmə üçün xüsusi olaraq ayrılmış dəhliz Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə razılaşdırılmaqla, MN və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təsdiq edilir.
12.23. Hava yollarından kənarda yerləşən aerodromlar üçün MN-in uçuşlara nəzarət və onların idarə edilməsi üzrə orqanları tərəfindən hava yollarına giriş (çıxış) marşrutları müəyyən edilir.
12.24. Hava məkanında qadağan edilmiş zonalar və məhdudiyyət zonaları müəyyən edilə bilər.
12.25. Zəruri hallarda RİNN dövlət mənafelərini nəzərə alaraq, fəaliyyət istiqamətlərinə uyğun olaraq, MN, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin,
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin təkliflərinə əsasən hava məkanının konkret hissələrini mülki aviasiya üçün qadağan olunmuş və ya məhdudlaşdırılmış zona kimi müəyyən edir. Belə qadağa və məhdudiyyətlər onların tətbiqi üçün əsas götürülmüş hallar aradan qaldırıldıqda qüvvəsini itirir.
12.26. Qadağan edilmiş zonalarda və məhdudiyyət zonalarında aşağıdakı hallar istisna olmaqla, hava məkanından istifadə qadağandır:
12.26.1. qaydaları pozan hava gəmilərinin ələ keçirilməsi məqsədilə yerinə yetirilən uçuşlar, həmçinin dövlətin maraqlarına xidmət edən digər operativ tapşırıqların yerinə yetirilməsi;
12.26.2. axtarış-xilasetmə işlərinin aparılması, habelə təbii və texnogen xarakterli fövqəladə hallar zamanı yardım göstərilməsi məqsədilə uçuşların yerinə yetirilməsi.
12.27. Bu Qaydalarda nəzərdə tutulmayan hallarda qadağan edilmiş zonalarda və məhdudiyyət zonalarında hava məkanından istifadə zəruri olduqda, hava məkanının əlaqədar istifadəçiləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin icazəsini almalıdırlar.
12.28. Qadağan edilmiş zonalar və məhdudiyyət zonaları haqqında məlumatlar aeronaviqasiya məlumatlarına dair sənədlərdə dərc edilir.
12.29. Raketlərin havaya buraxıldığı və yerə düşdüyü, habelə onların ayrılan hissələrinin yerə düşdüyü rayonlarda hava məkanından təhlükəsiz istifadəni təmin etmək məqsədilə təhlükəli zonalar müəyyən edilir. Təhlükəli zonaların sərhədləri və hava gəmilərinin həmin zonalar üzərindən uçması üçün minimal təhlükəsiz hündürlüklər MN tərəfindən müəyyən edilir. Təhlükəli zonalar haqqında məlumatlar aeronaviqasiya məlumatlarına dair sənədlərdə, zəruri hallarda isə mediada dərc edilir.
12.30. Güllə atıcılığı, raketlərin havaya buraxılması, bombaların atılması, partlatma işləri, dolu əleyhinə atəş zamanı, habelə elektromaqnit və digər şüalanmaya səbəb olan fəaliyyət, eləcə də digər analoji fəaliyyət prosesində hava məkanından təhlükəsiz istifadəni təmin etmək məqsədilə poliqon, partlatma işləri, dolu əleyhinə atəş rayonları müəyyən edilir.
12.31. Poliqon, partlatma işləri, dolu əleyhinə atəş rayonlarının sərhədləri mərmilərin, raketlərin uçuş yüksəkliyi və maksimal üfüqi uçuş məsafəsi, onların qəlpələrinin yayılma radiusu və s. nəzərə alınmaqla müəyyən edilir. Bundan əlavə qeyd edilən rayonların sərhədləri aerodromların dövrə üzrə uçuş sxemlərindən və belə rayonlardan kənarda yerləşən hava yollarının sərhədlərindən ən azı 6 mil (10 km) aralıda yerləşməlidir.
12.32. Güllə atıcılığına, raketlərin havaya buraxılmasına, bombaların atılmasına, partlatma işlərinə, hidrometeoroloji proseslərə fəal təsir göstərilməsi ilə bağlı işlərə və digər analoji fəaliyyətə görə məsuliyyət daşıyan vəzifəli şəxslər onlar üçün müəyyən olunmuş rayonun hava məkanına vizual və ya radiolokasiya nəzarətini təşkil edirlər. HHT VS orqanlarından məlumat daxil olduqda və ya qeyd edilən rayonlarda hava gəmiləri müstəqil surətdə aşkar edildikdə, bu rayonlarda həyata keçirilən fəaliyyət dərhal dayandırılır.
12.33. Aviasiya işlərinin həyata keçirilməsi məqsədilə aviasiya işləri rayonları müəyyən edilə bilər. Daimi aviasiya işləri rayonlarının sərhədləri HHT VS BM-in və AHH İM-in müvafiq orqanları tərəfindən hava məkanı istifadəçilərinin təqdimatına əsasən müəyyən edilir.
12.34. Hava məkanının ayrı-ayrı hissələrində xüsusi rayonlar müəyyən edilə bilər. Qeyd edilən rayonlarda hava gəmilərinin uçuşları HHT VS orqanlarının hava məkanından istifadəyə dair icazəsi olmadan yerinə yetirilir.
12.35. Aşağı eşelondan aşağı hündürlüklərdə uçuşların yerinə yetirilməsi üçün xüsusi rayonlar mülki eksperimental və mülki aviasiya istismarçılarının təklifləri nəzərə alınmaqla, Agentliyin təqdimatına əsasən MN-in qərarı ilə HHT VS zonasında müəyyən edilir.
12.36. Xüsusi rayonlarda hava məkanından istifadə edərkən, hava məkanının istifadəçiləri yaxınlıqda yerləşən HHT VS orqanlarına fəaliyyətə başlamaları barədə dərhal məlumat verməli və onlardan zəruri aeronaviqasiya məlumatlarını almalıdırlar.
12.37. Formalaşmaqda olan hava, meteoroloji və aeronaviqasiya şəraitindən asılı olaraq, hava hərəkətinin planlaşdırılması və ona xidmət prosesində fəaliyyətin vaxtlı-vaxtında və keyfiyyətlə yerinə yetirilməsi məqsədilə hava məkanından istifadə sahəsində dövlət maraqlarına uyğun olaraq hava məkanından çevik istifadənin əlaqələndirilməsi həyata keçirilir.
12.38. HHT VS mərkəzlərinin icazəsi olmadan hava məkanından istifadəyə aşağıdakı hallarda icazə verilir:
12.38.1. hava hücumunun qarşısının alınması, Azərbaycan Respublikasının dövlət sərhədinin pozulmasının və ya Azərbaycan Respublikasının ərazisinə hərbi müdaxilənin qarşısının alınması, Azərbaycan Respublikasının dövlət sərhəd pozuntusu və hərbi müdaxilə hallarına son qoyulması;
12.38.2. təbii və texnogen xarakterli fövqəladə hallar zamanı, habelə axtarışxilasetmə işləri aparılarkən yardım göstərilməsi;
12.38.3. kosmik aparatların havaya buraxılması, yerə enməsi, qeyd edilən aparatların və onların heyətlərinin axtarışı və təxliyəsi;
12.38.4. bu Qaydaların pozulmasının qarşısının alınması və baş vermiş pozuntu hallarının aradan qaldırılması;
12.38.5. xüsusi rayonlarda uçuşların yerinə yetirilməsi.
12.39. HHT VS mərkəzlərinin icazəsi olmadan hava məkanından istifadə etməyə qərar vermiş şəxslər bu barədə müvafiq HHT VS mərkəzlərinə və HHQ orqanlarına dərhal məlumat verməlidirlər. HHT VS mərkəzlərinin icazəsi olmadan hava məkanından istifadə etməyə qərar vermiş şəxslər, habelə HHT VS mərkəzləri və HHQ orqanları öz zonalarında və HHT VS rayonlarında hava məkanından istifadənin təhlükəsizliyinin təmin edilməsi üçün mümkün olan bütün tədbirləri görməlidirlər.
12.40. Hava məkanından istifadənin planlaşdırılması və əlaqələndirilməsi prosesində HHX mərkəzləri hava məkanından istifadənin bəyan olunmuş şərtlərində (yer, zaman, hündürlük) dəyişikliklər edə bilər. Qeyd edilən dəyişikliklər razılaşdırılmalı və fəaliyyətin nəzərdə tutulmuş başlanma vaxtından 2 (iki) saat əvvəl sorğunu təqdim edənin, zəruri hallarda isə HHQ orqanlarının və digər əlaqədar orqanlara bu barədə məlumat verilməlidir. Mülki aerodromlardan yerinə yetirilən tras üzrə uçuşlar üçün hava məkanından istifadənin bəyan olunmuş şərtlərində dəyişikliklərin edilməsi hava gəmilərinin hərəkəti haqqında məlumatlar cədvəlinə və ya Beynəlxalq Mülki Aviasiya Təşkilatında istifadə edilən digər təyin olunmuş məlumat növlərinə, habelə Azərbaycan Respublikasında qəbul edilən, MN ilə razılaşdırılmaqla, Agentlik tərəfindən təsdiq olunan təlimatlara (sazişlərə) uyğun həyata keçirilir.
12.41. Fəaliyyətin qadağan olunması və sorğuların ləğv edilməsi barədə qərarlar hava məkanından istifadəyə müvafiq icazələr vermək hüququna malik olan HHX mərkəzləri tərəfindən qəbul edilir.
12.42. Hava məkanından istifadənin planlaşdırılması və əlaqələndirilməsi zamanı HHX mərkəzlərinin müvafiq hərbi və mülki sektorları müvəqqəti, yerli rejimlər və qısamüddətli məhdudiyyətlər tətbiq edə bilər.
12.43. Azərbaycan Respublikasının hava məkanından istifadəyə dair müvəqqəti, yerli rejimlərin və qısamüddətli məhdudiyyətlərin işlənib hazırlanması və müəyyən edilməsi bu Qaydaların 14-cü hissəsinə uyğun olaraq həyata keçirilir.
12.44. Müxtəlif hava məkanı istifadəçiləri tərəfindən beynəlxalq uçuşlar yerinə yetirilərkən, Azərbaycan Respublikasının hava məkanından istifadəyə dair icazə aşağıdakılara əsasən verilir:
12.44.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə;
12.44.2. birdəfəlik uçuşların yerinə yetirilməsinə dair Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən verilən icazələrə;
12.44.3. birdəfəlik uçuşların yerinə yetirilməsinə dair Agentlik tərəfindən verilən icazələrə;
12.44.4. birdəfəlik uçuşların yerinə yetirilməsinə dair Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilən icazələrə;
12.44.5. mülki hava gəmilərinin tranzit uçuşlarının yerinə yetirilməsinə dair HHT VS BM tərəfindən verilən icazələrə.
12.45. Eksperimental hava gəmilərinin birdəfəlik beynəlxalq uçuşlarının yerinə yetirilməsi ilə bağlı icazə mülki eksperimental aviasiyaya münasibətdə Agentlik, dövlət eksperimental aviasiyaya münasibətdə isə MN tərəfindən rəsmiləşdirilir.
12.46. Azərbaycan Respublikasının dövlət aviasiyasına mənsub hava gəmilərinə Azərbaycan Respublikasının hüdudlarından kənara birdəfəlik uçuşlar yerinə yetirmək üçün icazə Qanun və bu Qaydalara uyğun olaraq, MN tərəfindən verilir.
12.47. Azərbaycan Respublikasının Aeronaviqasiya Məlumatlar Toplusunda, bu Qaydalarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının hava məkanının milli və xarici istifadəçilər tərəfindən istifadə olunması ilə bağlı digər fəaliyyətin həyata keçirilməsinə dair icazə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən verilir.
12.48. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikasına və xarici dövlətlərə mənsub mülki hava gəmiləri tərəfindən yerinə yetirilən müntəzəm beynəlxalq uçuşlar uçuş cədvəllərinə uyğun həyata keçirilir.
12.49. Agentlik xarici dövlətlərə mənsub mülki hava gəmilərinin müəyyən edilmiş beynəlxalq hava yolları ilə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarına birdəfəlik uçuşlar yerinə yetirməsinə icazələr verir.
12.50. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırmaqla, xarici dövlətlərə mənsub hava gəmilərinin beynəlxalq uçuşlar üçün açıq olmayan hava limanlarına, aerodromlara və helikopter meydançalarına birdəfəlik beynəlxalq uçuşlar yerinə yetirməsinə hərbi hava limanlarına, aerodromlara və helikopter meydançalarına münasibətdə MN, mülki hava limanlarına, aerodromlara və helikopter meydançalarına münasibətdə Agentlik tərəfindən icazələr verilir. Xarici dövlətlərə mənsub hava gəmilərinin Azərbaycan Respublikasına birdəfəlik uçuşlarının razılaşdırılması və onlara icazələrin verilməsi üzrə dövlət orqanlarının qarşılıqlı surətdə fəaliyyətinə dair təlimat Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə
razılaşdırılmaqla, hərbi hava limanlarına, aerodromlara və helikopter meydançalarına münasibətdə MN, mülki hava limanlarına, aerodromlara və helikopter meydançalarına münasibətdə Agentlik tərəfindən hazırlanır və təsdiq edilir.
12.51. Qanunun müddəaları, Aeronaviqasiya Məlumatlar Toplusunda təsbit edilmiş icazə almaq üçün müraciət qaydaları, bu Qaydalar, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri pozulduğu təqdirdə, Agentlik xarici dövlətlərə mənsub hava gəmilərinin birdəfəlik uçuşlarına icazə verməkdən imtina edir.
12.52. Agentlik xarici dövlətlərin aviasiya təşkilatlarının kanalları vasitəsilə daxil olan xarici dövlətlərin mülki hava gəmilərinin uçuşları barədə sorğulara cavab verir.
12.53. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (MN ilə razılaşdırmaqla) xarici dövlətə mənsub olan dövlət hava gəmisinin (dövlət, hökumət və parlament başçılarının, xarici işlər nazirlərinin və onların rəhbərlik etdiyi nümayəndə heyətlərinin çatdırılması ilə bağlı xarici dövlətlərə mənsub hava gəmilərinə) birdəfəlik uçuşlarına, həmçinin qarşılıqlı razılaşma əsasında diplomatik kanalların istifadəsi nəzərdə tutulan tranzit uçuşlara icazələr verir. Hava gəmilərinin beynəlxalq uçuşlar üçün açıq olmayan hava limanlarına və aerodromlara enməsi zərurəti yarandıqda, bu barədə Agentlikdən, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən əlavə razılıq alınmalıdır.
12.54. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası ilə diplomatik əlaqələri olmayan xarici dövlətlərə mənsub hava gəmilərinin birdəfəlik uçuşlarına icazələrin verilməsinə dair təkliflə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edir və təklif əsaslı olduğu halda Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən icazə verilir.
12.55. Xarici dövlətlərə mənsub hava gəmiləri Azərbaycan Respublikasına birdəfəlik uçuşlar yerinə yetirərkən, Agentlik və MN (ona aid olan hissədə) zəruri hallarda həmin hava gəmiləri üçün müşayiət heyətləri ayırır. Birdəfəlik uçuşlar xarici dövlətlərə mənsub hava gəmiləri tərəfindən beynəlxalq hava yolları ilə və beynəlxalq hava limanlarına və aerodromlara yerinə yetirildikdə, müşayiət heyətləri qarşılıqlı razılaşmaya əsasən ayrılmaya bilər.
12.56. Agentlik bu Qaydalara uyğun olaraq uçuşlar yerinə yetirən xarici dövlətlərə mənsub hava gəmilərinin heyətlərinə aşağıdakı məlumatları (onlara aid olan hissədə) təqdim edir:
12.56.1. Azərbaycan Respublikasının mülki hava limanlarının və (və ya) aerodromlarının dövlət reyestrinə (birgə bazalı aerodromlar istisna edilməklə) və Azərbaycan Respublikası hava limanlarının və (və ya) aerodromlarının dövlət reyestrinə daxil edilmiş mülki təyinat aerodromları, ehtiyat aerodromları, habelə uçuş marşrutu üzrə yerləşən radiotexniki vasitələr barədə;
12.56.2. Azərbaycan Respublikasının mülki və dövlət aerodromlarının dövlət reyestrlərinə daxil edilməmiş təyinat aerodromları, habelə birgə bazalı aerodromlar barədə (MN ilə razılaşdırmaqla).
12.57. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Agentlik tərəfindən verilən hava gəmilərinin uçuşlarına dair icazələr barədə məlumat icazələrin verilməsi ilə eyni vaxtda HHT VS BM və AHH İM-ə təqdim olunur.
12.58. Hava məkanından istifadənin planlaşdırılması HHT VS BM-in hərbi və mülki sektorları tərəfindən həyata keçirilir.
12.59. Hava məkanından istifadəyə nəzarət HHT VS orqanları, HHQ orqanları, habelə hava məkanı istifadəçilərinin hava hərəkətinə xidmət (uçuşları idarəetmə) orqanları tərəfindən onlar üçün müəyyən edilmiş HHT VS rayon və zonalarında həyata keçirilir.
12.60. Radiolokasiya tanıma sistemi ilə təchiz olunmuş Azərbaycan Respublikasının bütün hava gəmiləri (o cümlədən, beynəlxalq uçuşlar yerinə yetirən hava gəmiləri) Azərbaycan Respublikasının hava məkanında uçuşlar yerinə yetirərkən, onların radiolokasiya tanıma qurğuları işə salınmalıdır. Aeronaviqasiya Məlumatlar Toplusunda qeyd edilmiş prosedurlara uyğun olaraq, radiolokasiya tanıma qurğularının quraşdırılmasının nəzərdə tutulmadığı və ya nasaz qurğulara malik hava gəmilərində uçuşla bağlı HHX orqanlarına sorğu göndərildiyi və onlardan ayrıca icazə alındığı hallar istisna edilməklə, radiolokasiya tanıma qurğuları olmadan hava gəmilərinin cihaz üzrə uçuş qaydalarına əsasən uçuş yerinə yetirməsi qadağandır. Radiolokasiya tanıma qurğularının quraşdırılmasının nəzərdə tutulmadığı hava gəmilərində uçuşların yerinə yetirilməsi hər bir konkret halda uçuşla bağlı verilən sorğularda şərtləndirilir.
12.61. HHQ orqanları radiolokasiya nəzarəti, habelə aşağıdakı hava gəmilərinin və digər maddi obyektlərin hərəkəti barədə məlumatların müvafiq HHT VS mərkəz və rayonlarına verilməsini təmin edir:
12.61.1. Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmək istəyən və ya dövlət sərhədini qanunsuz keçən;
12.61.2. tanınmamış hava gəmiləri və digər maddi obyektlər;
12.61.3. hava məkanından istifadə qaydalarını pozanlar barədə pozuntu dayandırılan anadək və Qanunun 8.2-ci maddəsinə uyğun olaraq uçuşun davam etdirilməsinə dair verilmiş icazənin "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi tərəfindən icrasınadək;
12.61.4. "Fəlakət" siqnalı verənlər;
12.61.5. liter reys və ya nəzarət altında uçuş yerinə yetirənlər;
12.61.6. axtarış-xilasetmə işlərinin aparılması məqsədilə uçuş yerinə yetirənlər;
12.61.7. komanda hava məntəqələri və idarəetmə məntəqələri qismində uçuşlar yerinə yetirənlər;
12.61.8. nəzarət edilən hədəflər qismində uçuşlar yerinə yetirənlər.
12.62. Uçuşun təhlükəsizliyinə təhdid yarandıqda, o cümlədən hava gəmisinin bortunda qanunsuz müdaxilə aktı ilə bağlı təhlükə yarandıqda, hava gəmisinin heyəti "Fəlakət" siqnalı verir. Hava gəmisi heyətindən "Fəlakət" siqnalı daxil olduqdan sonra bütün HHX (uçuşları idarəetmə) orqanları fəlakətə uğrayan heyətə yardım göstərilməsi ilə bağlı zəruri tədbirlər görməli, habelə hava gəmisinin olduğu yer barədə və digər zəruri məlumatları dərhal HHT VS mərkəzlərinə və HHQ orqanlarına çatdırmalıdır.
12.63. Hava məkanında tanınmamış hava gəmiləri və digər maddi obyektlər peyda olduqda, müstəsna hallarda "Çətir" siqnalı verilir. Bu siqnal havada olan bütün hava gəmilərinin (qaydaları pozan hava gəmiləri ilə mübarizə üçün cəlb edilən və axtarış və xilasetmə funksiyalarını yerinə yetirən hava gəmiləri istisna edilməklə) dərhal eniş etməsi və ya qeyd edilən rayondan çıxması tələbini nəzərdə tutur.
12.64. HHX (uçuşları idarəetmə) orqanları yuxarı HHX (uçuşları idarəetmə) orqanlarına, müvafiq HHT VS mərkəzlərinə və HHQ orqanlarına aşağıdakı hallarda dərhal məlumat verməlidir:
12.64.1. hava gəmisi Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçdikdə və ya belə bir təhlükə mövcud olduqda;
12.64.2. hava hərəkətinə xidmət rayonunda tanınmamış hava gəmiləri və ya digər maddi obyektlər peyda olduqda;
12.64.3. hava gəmisi tərəfindən "Fəlakət" və ya "Basqın (ələ keçirmə)" siqnalları verildikdə;
12.64.4. hava gəmisi müəyyən olunmuş vaxtda təyin edilmiş yerə gəlmədikdə (əgər hava gəmisinin olduğu yer məlum deyilsə);
12.64.5. hava gəmisi ilə rabitə əlaqəsi kəsildikdə;
12.64.6. hava gəmisinin heyəti tərəfindən HHX (uçuşları idarəetmə) orqanının tələbləri yerinə yetirilmədikdə;
12.64.7. hava gəmisinin bortuna qanunsuz müdaxilə aktı barədə məlumat (o cümlədən, anonim xarakterli) daxil olduqda;
12.64.8. hava məkanından istifadə qaydalarının pozulması faktı aşkar edildikdə və ya belə pozuntu faktı barədə məlumat daxil olduqda.
12.65. Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarının pozulmasına aşağıdakılar aiddir:
12.65.1. bu Qaydaların 12.38-ci bəndində qeyd edilmiş hallar istisna edilməklə, sorğu (cədvəl, qrafik) göndərmədən, HHQ orqanlarını xəbərdar etmədən, sorğu (cədvəl, qrafik) qüvvəyə minməzdən qabaq və qüvvədəolma müddəti bitdikdən sonra hava məkanından istifadə edilməsi;
12.65.2. bu Qaydaların 12.38-ci bəndində qeyd edilmiş hallar istisna olmaqla, HHT VS-nin müvafiq operativ orqanının icazəsi olmadan hava məkanından istifadə edilməsi;
12.65.3. müəyyən olunmuş hava məkanından istifadə şərtlərinin yerinə yetirilməməsi;
12.65.4. HHX (uçuşları idarəetmə) orqanlarının və yaxalayan-qırıcı təyyarənin komandalarının yerinə yetirilməməsi;
12.65.5. aşağıdakı hava gəmiləri istisna edilməklə, sorğuya cavab verməyən hava gəmisinin radiolokasiya tanıma sistemi üzrə uçuş yerinə yetirməsi:
12.65.5.1. radiolokasiya tanıma qurğularının quraşdırılmasının nəzərdə tutulmadığı hava gəmiləri;
12.65.5.2. aparatların təmirinin mümkün olmadığı xarici dövlətlərin hava limanlarından və aerodromlardan (enmə meydançalarından) və ya çətinliklə gedilə bilən rayonlarda yerləşən aerodromlardan (enmə meydançalarından) havaya qalxan, radiolokasiya tanıma qurğuları nasaz vəziyyətdə olan hava gəmiləri;
12.65.5.3. nəzarət məqsədləri üçün uçuş yerinə yetirən hava gəmiləri;
12.65.5.4. radiolokasiya tanıma qurğuları uçuş zamanı sıradan çıxan və HHX (uçuşları idarəetmə) orqanlarının və ya HHQ orqanlarının radiotexniki vasitələri tərəfindən tanınan hava gəmiləri;
12.65.6. Azərbaycan Respublikasının dövlət sərhədindən keçid qaydalarına, habelə Azərbaycan Respublikasının dövlət sərhədində sərhədboyu zolaq üzərindəki hava məkanından istifadə qaydalarına riayət edilməməsi;
12.65.7. müəyyən edilmiş müvəqqəti, yerli rejimlərə və ya qısamüddətli məhdudiyyətə əməl edilməməsi;
12.65.8. sorğuda göstəriləndən artıq miqdarda hava gəmiləri qrupunun uçuş yerinə yetirməsi;
12.65.9. xüsusi icazə alınmadan qadağan olunmuş zonanın və məhdud zonanın hava məkanından istifadə edilməsi;
12.65.10. məcburi enmə halları istisna edilməklə, hava gəmisinin nəzərdə tutulmayan (bəyan edilməyən) aerodromda (meydançada, rayonda) yerə enməsi;
12.65.11. şaquli, uzununa və yana eşelonlama qaydalarının hava gəmisi tərəfindən pozulması;
12.65.12. uçuşların təhlükəsizliyinə xələl gətirən hallar istisna edilməklə, hava gəmisinin HHX (uçuşları idarəetmə) orqanının icazəsi olmadan hava yolunun və marşrutunun sərhədlərindən kənara çıxması.
12.66. HHQ orqanları hava məkanından istifadə qaydalarının pozulması faktını aşkar etdikdə və ya HHX (uçuşları idarəetmə) orqanlarından belə bir məlumat aldıqda,
"Rejim" siqnalını elan edir. Həmin siqnal pozuntuya yol vermiş hava məkanı istifadəçisinə aid olan HHT VS-nin operativ orqanlarının, həmçinin qaydaları pozmuş hava gəmisinin nəzərinə çatdırılır.
12.67. Beynəlxalq uçuşlar yerinə yetirilərkən, hava məkanından istifadənin qadağan edilməsi barədə qərar HHT VS BM-in və AHH İM-in növbə rəisləri tərəfindən qəbul edilir. MN-in uçuşlara nəzarət və onların idarə edilməsi üzrə orqanları və qadağanın şamil edildiyi hava məkanı istifadəçisi qəbul olunmuş qərardan xəbərdar edilir.
12.68. Hava məkanının istifadəçisi hava hərəkətinin uçuşu ilə bağlı olan pozuntunu dayandırmaq barədə HHX (uçuşları idarəetmə) orqanının əmrini yerinə yetirmədikdə, HHQ-in Mərkəzi Komanda Məntəqəsinin əməliyyat növbətçisinin qərarına əsasən növbətçi hava gəmiləri havaya qalxaraq, qeyd edilən hava gəmisini ən yaxın aerodroma (meydançaya) enməyə məcbur edir. Məcburi qaydada yerə enmək barədə xüsusi tələblərə riayət etməyən, bortunda pozuntu törədilməsində təqsiri olmayan sərnişinlərin olması barədə düzgün məlumat olmayan və ya özünümüdafiə tələb edilən halda hava gəmisinin məhvinə icazə verilir.
12.69. Hava məkanından istifadə qaydalarının pozulmasının səbəbləri aydınlaşdırıldıqdan sonra beynəlxalq uçuşun və ya HHT VS-nin sərhədlərindən keçidlə bağlı olan uçuşun bundan sonra yerinə yetirilməsinə dair icazə Qanunun 8.2-ci maddəsinə uyğun olaraq yerinə yetirilir. Bu məsələ ilə bağlı xarici dövlətin aidiyyəti üzrə məlumatlandırılmasını Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir.
12.70. Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarının pozulması ilə bağlı hər bir fakt üzrə bu Qaydaların 16-cı hissəsinə əsasən araşdırma aparılır. Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarının pozulması faktının araşdırılması HHX (uçuşları idarəetmə) və HHQ orqanlarının məlumatları, hava gəmiləri kapitanlarının məruzələri, obyektiv nəzarət materialları, habelə pozuntu faktından xəbərdar olan digər orqanların və vətəndaşların məlumatları əsasında həyata keçirilir.
12.71. Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarının pozulmasında təqsirli olan hava məkanı istifadəçiləri, HHX (uçuşları idarəetmə) orqanları, fiziki və hüquqi şəxslər hava məkanından istifadə qaydalarının pozulmasının qarşısını almaq məqsədilə qüvvə və vasitələrin istifadəsi ilə bağlı olan xərcləri pozuntunun törədilməsində bilavasitə iştirakçı və təqsirli olan istifadəçilərin hesabından Agentliyin müvafiq maliyyə hesabına ödəyirlər.
12.72. Çox yüngül uçuş aparatlarının hava məkanının "G" sinfindən istifadəsi bu Qaydalardan fərqli olaraq tənzimlənir və dispetçer xidmətlərinin (hava hərəkətini idarəetmə orqanlarının) məsuliyyət zonalarında xidmət rəhbərliyinə qabaqcadan xəbərdarlıq verilməsi yolu ilə həyata keçirilir. Xəbərdarlıq verilməsi üsulları Aeronaviqasiya Məlumatlar Toplusunda dərc edilir. Belə hallarda hava məkanından istifadə idarəetmə orqanı tərəfindən xidmət göstərilmədən yerinə yetirilir. Çox yüngül uçuş aparatlarının uçuş təhlükəsizliyinin təmin edilməsinə görə tam məsuliyyət həmin uçuşların istismarçılarına həvalə edilir. 13. Hava məkanı strukturunun elementlərindən istifadə edilməsi
13.1. Beynəlxalq uçuşlar yerinə yetirən hava gəmilərinin Azərbaycan Respublikasının dövlət sərhədini keçməsi Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçuş üçün nəzərdə tutulmuş xüsusi hava dəhlizləri vasitəsilə həyata keçirilir.
Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçuş üçün zəruri olan məlumatlar Aeronaviqasiya Məlumatlar Toplusunda dərc edilir.
13.2. Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən keçməklə uçuşu yerinə yetirən hava gəmilərinə aid məlumatın ötürülməsi HHT VS BM, AHH İM və həmsərhəd dövlətin HHX orqanları ilə HHX qaydaları üzrə razılaşmaların bəndlərinə əsasən birbaşa rabitə kanalları vasitəsilə yerinə yetirilir.
13.3. Hava gəmisinin heyəti müvafiq dövlətin Aeronaviqasiya Məlumatlar Toplusunda göstərilən Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə aid qaydalarını yerinə yetirməyə borcludur.
13.4. HHT VS mərkəzinin icazəsi olmadan Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçuş qadağandır.
13.5. Azərbaycan Respublikasının dövlət sərhədi yaxınlığında yerləşən aerodromdan havaya qalxan hava gəmisinin heyəti dövlət sərhədini keçmək üçün ərazisinə uçuş yerinə yetirməli olduğu dövlətin HHX orqanı ilə birbaşa rabitə kanallarına malik olan müvafiq HHT VS mərkəzindən yoladüşmə aerodromunda icazə alır. Hava gəmisi havaya qalxdıqdan sonra ona icazə vermiş HHT VS mərkəzi qeyd edilən hava gəmisinin tipi, icazənin nömrəsi (reysin, bortun nömrəsi və ya çağırış siqnalı), uçuş eşelonu (hündürlüyü), faktiki yoladüşmə vaxtı və Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçuşun hesablanmış vaxtı barədə hava gəmisini öz hava məkanında qəbul edəcək dövlətin müvafiq HHX orqanına dərhal məlumat verir. HHT VS mərkəzi qeyd edilən məlumatı dərhal müvafiq HHQ orqanlarına ötürür.
13.6. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, həmsərhəd dövlətlərin HHX orqanları ilə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmamışdırsa və HHT VS orqanı tərəfindən digər göstərişlər verilməmişdirsə, Azərbaycan Respublikasında və onunla həmsərhəd olan dövlətdə qəbul edilmiş eşelonlama sistemləri arasında fərq yarandıqda, eşelonların əvəz edilməsi Azərbaycan Respublikasının dövlət sərhədinə 15 mil (27,8 km) qalmış başa çatdırılmalıdır.
13.7. Hava gəmisi Azərbaycan Respublikasının dövlət sərhədini keçdikdən sonra uçuşu davam etdirə bilmirsə, bu zaman Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən əks istiqamətdə uçuş, bir qayda olaraq, HHT VS mərkəzinin icazəsi ilə eyni marşrut üzrə yerinə yetirilir. HHT VS mərkəzi belə bir icazə verdikdən sonra bu barədə müvafiq HHQ orqanına, həmçinin həmsərhəd dövlətin HHX orqanlarına dərhal məlumat verir.
13.8. Bu Qaydalara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun verilmiş icazə əsasında yerinə yetirilən uçuş zamanı radiorabitənin sıradan çıxdığı hal istisna edilməklə, Azərbaycan Respublikasının hava məkanına daxil olarkən, radiorabitədən istifadə etməyən hava gəmisinin Azərbaycan Respublikasının dövlət sərhədini keçməsi qadağandır.
13.9. Qəza şəraitində HHT VS BM xarici dövlətə mənsub hava gəmilərinə Azərbaycan Respublikasının hava məkanına daxil olmaq üçün icazə verir. HHT VS BM bu barədə HHQ orqanlarına, Azərbaycan Respublikasının ərazisinə enmə nəzərdə tutulduqda isə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə məlumat verir. Qəza və ya təbii fəlakət zamanı hava gəmisinin heyət üzvlərinə, sərnişinlərə təcili tibbi yardım göstərilməsi üçün, habelə digər analoji səbəblərdən hava gəmisinin (uçuş qurğusunun) Azərbaycan Respublikasının hava məkanına məcburən daxil olması Azərbaycan Respublikasının dövlət sərhədindən keçid qaydalarının pozulması kimi qiymətləndirilmir. Hava gəmisi
Azərbaycan Respublikasının dövlət sərhədini məcburən keçdikdə, komanda verən pilot bu barədə müvafiq HHT VS mərkəzinə dərhal məlumat verməli, onun göstərişlərini, o cümlədən yardım göstərmək və ya baş verənlərin səbəblərini aydınlaşdırmaq məqsədilə gəlmiş hava gəmisindən verilən göstərişləri yerinə yetirməlidir. HHT VS mərkəzləri yuxarıda göstərilən səbəblərdən Azərbaycan Respublikasının dövlət sərhədini keçən hava gəmiləri (uçuş qurğuları) barədə müvafiq HHQ orqanlarına, RİNN-ə (habelə Agentliyə), Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, həmçinin həmsərhəd dövlətin HHX orqanına dərhal məlumat verməlidir.
13.10. Bu Qaydaları pozmaqla Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçan (uçmuş) hava gəmisi (uçuş qurğusu) Azərbaycan Respublikasının dövlət sərhədini pozan hava gəmisi hesab edilir. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsinə cəlb edilən HHQ orqanları qaydaları pozan hava gəmisi (uçuş qurğusu) barədə bu Qaydalara və Qanunun 8.2-ci maddəsinə uyğun olaraq tədbirlər görürlər.
13.11. Radiolokasiya tanıma sistemi ilə təchiz edilməyən (uçuşa dair sorğuda şərtləşdirilmiş hallardan başqa), habelə HHX (uçuşları idarəetmə) orqanları ilə ikitərəfli radiorabitəyə malik olmayan hava gəmilərinin Azərbaycan Respublikasının dövlət sərhədində sərhədboyu zolağın hava məkanında uçuş yerinə yetirməsi qadağandır.
13.12. Hava məkanının istifadəçiləri aerodromlardan (meydançalardan) kənarda hava gəmilərinin məcburi tərk edilməsi halları barədə müvafiq HHT VS mərkəzlərinə və HHQ orqanlarına məlumat verməli və həmin hava gəmilərinin yerini göstərməlidirlər.
13.13. Azərbaycan Respublikasının dövlət sərhədində sərhədboyu zolaqda hava məkanı strukturunun elementlərinin dəyişdirilməsi əlavə olaraq Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Agentliklə razılaşdırılır və HHQ komandanı tərəfindən təsdiq edilir.
13.14. Azərbaycan Respublikasının dövlət sərhədində sərhədboyu zolaqda uçuş zamanı müəyyən edilmiş hava yolundan və marşrutdan məcburi kənaraçıxma bir qayda olaraq, Azərbaycan Respublikası ərazisinin daxilinə doğru yerinə yetirilir.
13.15. Azərbaycan Respublikasının dövlət sərhədinin pozulmasının qarşısını almaq məqsədilə sərhədboyu zonada yerləşən aerodromlar hava gəmilərinin uçuşlarına nəzarəti təmin edən radiotexniki vasitələrlə təchiz olunmalıdır.
13.16. Aerodrom (aeroqovşaq) rayonunda hava məkanından istifadə "Aerodrom (aeroqovşaq) rayonunda uçuşların yerinə yetirilməsinə dair təlimat"a uyğun olaraq həyata keçirilir.
13.17. Aerodrom zonaları, müəyyən edilmiş hündürlüyə qalxma, enmə və enməyə giriş marşrutları üfüqi müstəvidə bir-birindən və hava yolları sərhədlərindən: radiolokasiya nəzarəti həyata keçirildikdə - ən azı 6 mil (11 km), radiolokasiya nəzarəti həyata keçirilmədikdə isə - ən azı 12 mil (22 km) aralı olmalıdır.
13.18. Məhdud hava məkanına malik olan aerodrom (aeroqovşaq) rayonlarında qeyd edilən göstəricilər 2 (iki) dəfə az ola bilər. Belə hallarda aerodrom zonaları, müəyyən edilmiş hündürlüyə qalxma, enmə və enməyə giriş marşrutları şaquli müstəvidə bir-birindən, hava yollarının sərhədlərindən ən azı 2000 fut (610 m) aralı olmalıdır. Ayrı-ayrı hallarda hava gəmilərinin uçuşları aerodrom zonalarında vizual uçuş qaydaları əsasında saatda 160 mil (296 km) və daha aşağı sürətlə yerinə yetirilərkən, HHQ komandanının qərarı ilə aşağıdakı göstəricilər müəyyən edilə bilər:
13.18.1. şaquli müstəvidə - 1000 fut (305 m);
13.18.2. üfüqi müstəvidə - 3 mil (5,6 km).
13.19. Məhdud hava məkanına malik olan aerodrom rayonlarında aerodrom uçuşları yerinə yetirilərkən, HHT VS mərkəzlərinin hərbi və mülki sektorları hava yollarında və hava məkanı strukturunun digər elementlərində məhdudiyyətlər tətbiq edə bilər.
13.20. Mülki aerodromların yerləşdiyi, habelə aviasiya işlərinin aparıldığı rayonlarda hava yolları ilə hava gəmiləri uçuşlarının yerinə yetirilməsi qaydasını tənzimləyən aviasiya qaydaları bu Qaydaların tələbləri nəzərə alınmaqla hazırlanır və HHQ komandanı ilə razılaşdırılmaqla, Agentliyin İdarə Heyətinin sədri tərəfindən təsdiq edilir.
13.21. Hava gəmilərinin uçuşlarının hava yollarından kənardakı marşrutlar üzrə (o cümlədən, hava yollarını kəsib keçməklə) yerinə yetirilməsini tənzimləyən qaydalar bu Qaydalar nəzərə alınmaqla hazırlanır və Agentlikilə razılaşdırılmaqla, HHQ komandanı tərəfindən təsdiq edilir.
13.22. Hava məkanında şaquli, uzununa və yan eşelonlamanın minimal intervalları müəyyən edilir.
13.23. Dövlət eksperimental və dövlət aviasiyası üçün xüsusi təyin edilmiş zona və ərazilər istisna olmaqla, nəzarət edilən hava məkanında uçuşları yerinə yetirən hava gəmiləri üçün şaquli, uzununa və yan eşelonlamanın minimal intervalları bu Qaydalara uyğun olaraq müəyyən edilir.
13.24. Nəzarət edilməyən hava məkanında uçuşları yerinə yetirən hava gəmiləri üçün şaquli, uzununa və yan eşelonlamanın minimal intervalları bu Qaydalara uyğun olaraq müəyyən edilir.
13.25. Hava gəmilərinin yaşayış məntəqələri üzərindən uçuşları elə hündürlükdə yerinə yetirilməlidir ki, nasazlıq olduğu təqdirdə, yaşayış məntəqəsindən kənarda və ya yaşayış məntəqəsinin hüdudları daxilində nəzərdə tutulmuş xüsusi uçuş-enmə meydançalarında yerə enmək mümkün olsun. Aerodrom rayonunda uçuş sxemləri (o cümlədən, havaya qalxma və enmə kursları) hava gəmilərinin yaşayış məntəqələri, partlayış, təhlükəli və digər obyektlər üzərindən uçuşlarını istisna etməli, bu mümkün olmadıqda isə həmin uçuşları maksimal dərəcədə məhdudlaşdırmalıdır.
13.26. Aviasiya işləri, hava gəmilərinin nümunəvi uçuşları, paraşütlə tullanmalar həyata keçirilərkən, bağlanan aerostatlar, dirijabllar yaşayış məntəqələri üzərindən uçarkən, HHT VS orqanları bu Qaydalara uyğun olaraq hava məkanından istifadəyə dair icazələr verir (hava məkanı istifadəçilərinin dövlət və yerli özünüidarə orqanlarından icazə alması şərtilə). Qeyd edilən hallarda hava məkanından istifadəyə dair qayda və şərtlər müvafiq HHT VS mərkəzləri ilə ən azı 5 (beş) gün əvvəl razılaşdırılmalıdır.
13.27. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq və bu Qaydaların 12.38-ci bəndində göstərilmiş hallarda yerinə yetirilən uçuşlar istisna edilməklə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmadan xüsusi mühafizə olunan təbiət ərazilərinin üzərindəki hava məkanının istifadəsi 6600 fut (2013 metr) həqiqi hündürlükdən aşağı qadağandır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmış xüsusi mühafizə olunan təbiət əraziləri barədə zəruri məlumatları MN-ə və RİNN-ə təqdim edir.
13.28. Ətraf mühitin mühafizəsi məqsədilə aviasiya uçuşları yerinə yetirilərkən, hava məkanından istifadə Azərbaycan Respublikası müdafiə nazirinin, ekologiya və təbii sərvətlər nazirinin və rəqəmsal inkişaf və nəqliyyat nazirinin əmri ilə təsdiq olunan "Ətraf mühitin mühafizəsi üzrə ixtisaslaşdırılmış uçuşların (trasdankənar uçuşlar da daxil olmaqla) yerinə yetirilməsinə dair təlimat"a əsasən həyata keçirilir.
13.29. Səsdən iti sürətlə uçuşlar üçün MN-in icazəsi lazımdır. Hava gəmilərinin səsdən iti sürətlə uçuşları üçün hava məkanının 36400 fut (11102 m) eşelondan yuxarı hissəsi istifadə edilməlidir.
13.30. Kosmik obyektlərin havaya buraxılması, hava məkanında manevr etməsi və yerə endirilməsi bu Qaydalar nəzərə alınmaqla həyata keçirilir.
13.31. Azərbaycan Respublikasının ərazisində kosmik obyektlərin, o cümlədən xarici obyektlərin havaya buraxılması və yerə endirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş poliqonların hüdudları daxilində həyata keçirilir.
13.32. Kosmik fəaliyyət həyata keçirilərkən, qəza şəraiti və ya digər gözlənilməz hadisələr baş verərsə, kosmik obyektlər digər rayonlarda yerə endirilə bilər (müvafiq HHT VS mərkəzlərini, MN-in nəzdində axtarış və xilasetmə xidmətlərini, dövlət və yerli özünüidarə orqanlarını və digər əlaqədar orqanları xəbərdar etməklə).
13.33. MN HHT VS orqanlarına Azərbaycan Respublikasının ərazisində kosmik obyektlərin havaya buraxılması və yerə enməsi, həmçinin uçuş trayektoriyaları Azərbaycan Respublikasının hava məkanından və HHT-yə görə məsuliyyətin Azərbaycan Respublikasına həvalə olunduğu hava məkanından keçən kosmik obyektlər barədə məlumat verir.
13.34. Xarici dövlətə mənsub kosmik obyektin Yer orbitinə və ya kosmik fəzaya buraxılması, həmçinin onun Yerə qaytarılması məqsədilə Azərbaycan Respublikasının hava məkanı üzərindən birdəfəlik uçuşu, Azərbaycan Respublikasının müvafiq xidmətlərinə həmin obyektin uçuşunun vaxtı, yeri, trayektoriyası və digər şərtləri barədə qabaqcadan məlumat verilməsi şərtilə həyata keçirilə bilər.
13.35. Güllə atıcılığı, raket buraxılışı, desant çıxarılması və aviasiya poliqonunda hava məkanından istifadə ilə bağlı digər fəaliyyətin həyata keçirilməsi qaydası Agentlikilə razılaşdırılan və HHQ komandanı tərəfindən təsdiq edilən "Aviasiya poliqonunda uçuşların yerinə yetirilməsinə dair təlimat"la müəyyən edilir.
13.36. Partlatma işlərinin aparıldığı rayonda hava məkanından istifadə HHQ komandanı və Agentliyin İdarə Heyətinin sədri tərəfindən təsdiq edilən partlatma işlərinin yerinə yetirilməsinə dair təlimata uyğun olaraq həyata keçirilir.
13.37. Meteoroloji proseslərə fəal təsir göstərmək məqsədilə dolu əleyhinə atəş rayonundakı hava məkanından istifadə qaydaları əlaqədar idarə və HHQ tərəfindən işlənib hazırlanır və HHQ komandanı, o cümlədən Agentliyin İdarə Heyətinin sədrinin əmri ilə təsdiq edilən "Azərbaycan Respublikasının ərazisində dolu əleyhinə güllə atıcılığının təşkili və yerinə yetirilməsinə dair təlimat"a uyğun həyata keçirilir.
13.38. Bu Qaydaların 13.37-ci bəndində nəzərdə tutulan Təlimat əlaqədar təşkilatlarla və müvafiq HHT VS mərkəzi ilə qabaqcadan razılaşdırılaraq poliqon rayonlarının, partlatma işlərinin və dolu əleyhinə güllə atıcılığının həyata keçirildiyi rayonların sərhədləri, maksimal fəaliyyət hündürlükləri, bu fəaliyyəti idarəetmə məntəqələrinin yeri göstərilən, həmçinin hava məkanından təhlükəsiz istifadəni təmin etmək üçün zəruri olan digər məlumatlar verilən 1:200000 miqyaslı xəritə ilə birlikdə təsdiq olunmaq üçün HHQ komandanına və Agentliyin İdarə Heyətinin sədrinə təqdim edilir.
13.39. Hava gəmilərinin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün müvafiq HHT VS mərkəzi ilə poliqon rayonlarının, partlatma işlərinin və dolu əleyhinə güllə atıcılığının həyata keçirildiyi rayonların idarəetmə məntəqələri arasında ikitərəfli operativ rabitə təşkil edilməlidir. Rabitə əlaqəsi olmadan poliqonların işi və güllə atıcılığı qadağandır. Belə telefon, radiotelefon, teleqraf və digər rabitənin təşkilinə görə həmin rayonların təyin edilməsində maraqlı olan hava məkanının istifadəçiləri məsuliyyət daşıyırlar.
13.40. Şar-zondlar, radiozondlar, şar-pilotlar və bunlara bənzər maddi obyektlər (bundan sonra - şar-zondlar) havaya buraxılarkən, hava məkanından istifadə ilə əlaqədar idarə tərəfindən işlənib hazırlanan və HHQ komandanı və Agentliyin İdarə Heyəti sədrinin əmri ilə təsdiq edilən "Azərbaycan Respublikasının ərazisində şarzondların havaya buraxılmasına dair təlimat"a uyğun həyata keçirilir. Şar-zondlar stasionar və səyyar məntəqələrdən havaya buraxılır. Əgər bir neçə səyyar məntəqə 2 (iki) km radius məsafəsində yerləşərsə, o zaman onlar bir buraxılma məntəqəsi kimi qəbul edilir.
13.41. Şar-zondların yerləşdiyi HHT VS mərkəzləri həmin şar-zondların havaya buraxılması məntəqələri və HHQ orqanları ilə davamlı əlaqəyə malik olmalıdır. Belə bir əlaqə HHT VS mərkəzi ilə əlaqəyə malik olan ən yaxın HHX (uçuşları idarəetmə) orqanı vasitəsilə yaradıla bilər.
13.42. Şar-zondların havaya buraxılması məntəqələri ilə HHT VS mərkəzləri və HHQ orqanları arasında rabitənin təşkilinə görə məsuliyyət həmin məntəqələrin sahibi olan, onların təsərrüfat və operativ idarə olunması ilə məşğul olan hava məkanı istifadəçilərinə həvalə edilir.
13.43. Şar-zondların havaya buraxılması məntəqələrinin siyahısı, rabitənin təşkili sxemi, sorğuların (qrafiklərin) verilməsi, HHT VS mərkəzləri və HHQ orqanlarının şar-zondların havaya buraxılması və hərəkəti barədə xəbərdar edilməsi qaydası Agentlikilə razılaşdırılan HHQ komandanı tərəfindən təsdiq edilən "Şar-zondların buraxılması üzrə təlimat"a əsasən yerinə yetirilir.
13.44. Şar-zondların havaya buraxılması məqsədilə təşkil edilən stasionar məntəqələrin yerləşdirilməsi və şar-zondların səyyar məntəqələrdən havaya buraxıldığı yerlər HHQ komandanı və Agentliklə razılaşdırılır.
13.45. Əlaqədar dövlət orqanları və təşkilatlar tərəfindən hava limanlarının, aerodromların və helikopter meydançalarının inşası və yenidən qurulması Qanunun 13-cü maddəsinə və müvafiq olaraq müəyyən edilmiş digər normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.
13.46. Əhalinin sağlamlığına, habelə təşkilatların fəaliyyətinə mümkün mənfi təsirin qarşısını almaq məqsədilə hər bir aerodrom üçün mülki-yaşayış, mədəni-məişət və sənaye tikintisinin məhdudlaşdırıldığı zona müəyyən edilir. Uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə fiziki və hüquqi şəxslər tərəfindən hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsi Qanunun 11-ci maddəsinə və müvafiq olaraq müəyyən edilmiş digər normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.
13.47. Obyektlərin aerodrom rayonunda yerləşdirilməsində maraqlı olan təşkilatlar bu məsələni müvafiq aerodromun rəhbərliyi ilə razılaşdırmalıdırlar. Birgə bazalı aerodromda obyektlərin yerləşdirilməsinin razılaşdırılması bu aerodromda hava gəmilərinin bazası olan bütün hava məkanı istifadəçilərinin maraqları nəzərə alınmaqla həyata keçirilir. Aşağıdakıların yerləşdirilməsi barədə razılıq əldə olunmalıdır:
13.47.1. harada yerləşməsindən asılı olmayaraq, radiotexniki vasitələrin normal işinə mane ola biləcək rabitə və elektrik ötürmə xətləri, həmçinin radio və elektromaqnit şüalarının digər mənbələri;
13.47.2. harada yerləşməsindən asılı olmayaraq, partlayış təhlükəli obyektlər;
13.47.3. harada yerləşməsindən asılı olmayaraq, tullantı qazlarının qəza hallarında yandırılması üçün istifadə edilən, 165 fut (50,3 m) və daha artıq hündürlüyü (alovun mümkün olan qalxma hündürlüyü nəzərə alınmaqla) olan məşəl qurğuları;
13.47.4. harada yerləşməsindən asılı olmayaraq, aerodrom rayonlarında görüntünün pisləşməsinə səbəb ola biləcək sənaye müəssisələri və digər müəssisə və qurğular.
13.48. Hava yanaşmaları zolaqlarında aerodromun nəzarət nöqtəsindən 30 kmdən az məsafədə, hava yanaşmaları zolaqlarından kənarda isə 9 mildən (16,7 km-dən) az məsafədə quşların kütləvi şəkildə cəlb edilməsinə səbəb olan qida tullantılarının toplanması, heyvandarlıq fermalarının, sallaqxanaların və digər obyektlərin tikintisi qadağandır.
13.49. Daimi və müvəqqəti hündür qurğulara malik olan, onların təsərrüfat və operativ idarəçiliyini həyata keçirən şəxslər hava gəmiləri uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə aerodromların yararlılıq normalarına uyğun olaraq, həmin qurğularda öz hesablarına gecə və gündüz nişanlama işarələrini yerləşdirməlidirlər.
13.50. Aerodromyanı ərazidə uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün tikinti işlərinin dayandırılması və tikinti obyektlərinin sökülməsi Qanunun 11-ci maddəsinə və müvafiq olaraq müəyyən edilmiş digər normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.
14. Azərbaycan Respublikasının hava məkanından istifadə ilə bağlı müvəqqəti, yerli rejimlərin və qısamüddətli məhdudiyyətlərin müəyyən edilməsi qaydası
14.1. Hava məkanının bütün istifadəçiləri hava məkanından bərabər istifadə hüququna malikdirlər. Hava məkanının 2 (iki) və daha artıq istifadəçi tərəfindən eyni vaxtda istifadə olunmasına ehtiyac duyulduqda, dövlət maraqlarına uyğun olaraq müvəqqəti, yerli rejimləri və qısamüddətli məhdudiyyətləri tətbiq etməklə, qeyd edilən istifadəçilərin fəaliyyəti müəyyən rayonlarda qadağan olunur və ya məhdudlaşdırılır.
14.2. Hava məkanından istifadə ilə bağlı müvəqqəti rejim Agentliyi xəbərdar etməklə, HHQ komandanı tərəfindən aşağıdakı hallarda müəyyən edilir və AHH İM vasitəsilə hava məkanının müəyyən hissəsinin hüdudları daxilində (o cümlədən, Azərbaycan Respublikasının hava yollarında, habelə beynəlxalq hava yollarında və mülki aerodrom rayonlarında) 3 (üç) günədək müddətə tətbiq edilir:
14.2.1. ölkənin milli təhlükəsizliyinə təhdid olduqda;
14.2.2. hava gəmiləri liter reysi ilə uçuş yerinə yetirərkən;
14.2.3. axtarış-xilasetmə tədbirləri həyata keçirilərkən, kosmik obyektlər havaya buraxılarkən və yerə enərkən, təlimlər, hava paradları keçirilərkən, yeni aviasiya texnikası nümayiş etdirilərkən, habelə hava məkanından istifadəyə təhlükə törədə biləcək digər fəaliyyət (radioşüalanma, işıq və elektromaqnit şüaları və s.) həyata keçirilərkən;
14.2.4. aviasiya və raket texnikasının sınaqdan çıxarılması (tədqiq edilməsi), rekordların müəyyən edilməsi, HHQ hissələrinin döyüş hazırlığının yoxlanılması, Azərbaycan Respublikasının beynəlxalq uçuşlarının təmin edilməsi məqsədilə uçuşlar, eləcə də aerostat uçuşları yerinə yetirilərkən.
14.3. Hava məkanından istifadə ilə bağlı yerli rejim HHT VS BM-in və AHH İMin rəhbərləri tərəfindən HHT VS-nin hava məkanının müəyyən hissəsinin hüdudları çərçivəsində (o cümlədən, HHT VS zonasının aşağı hava məkanındakı hava yollarında) 3 (üç) günədək müddətə müəyyən edilir.
14.4. Hava məkanından istifadəyə dair qısamüddətli məhdudiyyətlər hava məkanından istifadənin gündəlik planını təmin etmək məqsədilə HHT VS BM rəhbərləri tərəfindən HHT VS rayonlarında (o cümlədən, hava yollarında) 3 (üç) saatadək müddətə müəyyən edilir. Fövqəladə hallar baş verdikdə, qısamüddətli məhdudiyyətlər
beynəlxalq uçuşlar üçün açıq olan aerodromlarda 3 (üç) saatadək müddətə müəyyən edilə bilər.
14.5. Hava məkanı istifadəçilərinin müvafiq orqanları və HHT VS mərkəzləri müvəqqəti və yerli rejimlər fəaliyyətə başlamazdan 3 (üç) saat əvvəl onların təmin edilməsinə hazır olmaları barədə HHT VS BM-ə və AHH İM-ə müəyyən edilmiş qaydada məlumat verməlidirlər.
14.6. Müvəqqəti, yerli rejimləri və qısamüddətli məhdudiyyətləri tətbiq edən orqanlar onlara əməl olunmasına nəzarəti həyata keçirirlər.
14.7. Müvafiq HHT VS orqanları hava məkanından istifadə ilə bağlı fəaliyyətin təmin edilməsi üçün müəyyən edilən rejimləri tətbiq etməyə hazır olduqlarını təsdiqləmədiyi halda, belə bir fəaliyyətin həyata keçirilməsi qadağandır.
14.8. Azərbaycan Respublikasının hava məkanından istifadə ilə bağlı müvəqqəti, yerli rejimlərin və qısamüddətli məhdudiyyətlərin müəyyən edilməsi aşağıdakı qaydada müəyyən edilir:
14.8.1. hava məkanından istifadə tam qadağan edilməklə (müvəqqəti, yerli rejimlərin və qısamüddətli məhdudiyyətlərin tətbiqində maraqlı olan hava məkanı istifadəçilərinin fəaliyyəti istisna təşkil edir);
14.8.2. hava məkanından istifadə qismən qadağan edilməklə (bu zaman hava məkanının digər istifadəçilərinin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilir).
14.9. Müvəqqəti, yerli rejimlərin və qısamüddətli məhdudiyyətlərin tətbiq edildiyi rayonların sərhədləri hər bir konkret halda həyata keçirilən tədbirə uyğun şəkildə müəyyən edilir və bu zaman hava məkanının digər istifadəçiləri tərəfindən istifadəsi minimum səviyyədə məhdudlaşdırılır.
14.10. Müvəqqəti, yerli rejimlərin və qısamüddətli məhdudiyyətlərin tətbiq edildiyi rayonların sərhədləri müəyyən edilərkən, bu Qaydaların 13.24-cü bəndi ilə müəyyən edilmiş eşelonlama qaydaları, eləcə də maddi obyektlərin hesablanmış hərəkət trayektoriyasından maksimal dərəcədə kənara çıxmaları nəzərə alınmalıdır.
14.11. Müvəqqəti və yerli rejimlərin müəyyən edilməsi ilə bağlı təqdimatlar (bundan sonra - rejimin müəyyən edilməsi ilə bağlı təqdimatlar) müvafiq HHT VS orqanı ilə qabaqcadan razılaşdırılmaq şərtilə hava məkanının istifadəçiləri tərəfindən işlənib hazırlanır.
14.12. Müvəqqəti rejimin tətbiq edildiyi və hava gəmilərinin uçuşları üçün hava məkanından istifadənin qismən qadağan edildiyi rayonların hava yollarında FL30/900 m - FL100/3300 m, FL150/4500 m - FL200/6000 m, FL270/8100 m - FL410/12100 m diapazonlarında iki yanaşı eşelon ayrılır; beynəlxalq hava yollarında FL290/9100 m - FL410/12100 m diapazonunda mütləq iki qoşa yanaşı eşelon ayrılır.
14.13. Aşağı eşelondan aşağı yüksəkliklərdə rejimin müəyyən edilməsi ilə bağlı təqdimatlarda zəruri hallarda qeyd edilən hündürlüklərdə fəaliyyət növləri, onların yeri, vaxtı və yüksəkliyi əlavə olaraq qeyd edilir. HHT VS BM belə rayonlarda hava məkanından istifadəyə dair sorğular aldıqda, aşağı eşelondan aşağı yüksəkliklərdə uçuşların yerinə yetirilməsinin mümkünlüyünü müəyyən edir.
14.14. Mərkəzi hərəkət cədvəlləri üzrə hava gəmilərinin uçuşlarının yerinə yetirildiyi mülki aerodrom rayonlarında müvəqqəti rejim müəyyən edilərkən, bir qayda olaraq, radiusu 18 milə (33,4 km-ə) bərabər (beynəlxalq hava limanları üçün - 30 mil (55,6 km) olan hava məkanı (mülki aerodromlara uyğun olan hava yolları ilə uçuşlar üçün müəyyən edilmiş müvəqqəti rejimin fəaliyyət rayonunda ayrılmış yuxarı eşelonun hündürlüyü ilə şaquli müstəvidə məhdudlaşdırılmış hava məkanı) və imkan daxilində hava yollarına giriş (çıxış) zamanı hündürlüyə qalxma (enmə) üçün marşrut sahələri ayrılır.
14.15. Hava gəmilərinin 18 mil/33,4 km (beynəlxalq hava limanları və aerodromlar üçün - 30 mil/55,6 km) radius məsafədə FL100/3000 m eşelondan başlayaraq, daha aşağı eşelonda mülki aerodrom rayonları üzərindən uçuşları hava məkanından təhlükəsiz istifadə məqsədilə müstəsna hallarda yerinə yetirilir və mərkəzi cədvəllər üzrə yerinə yetirilən reyslərin gəlmə intensivliyi ən aşağı olduğu dövrdə hava gəmilərinin qəbulu və buraxılması tam qadağan edilir.
14.16. Hava gəmilərinin qəbulu və buraxılmasının qismən məhdudlaşdırılması halları uçuşlar birgə bazalı aerodromlardan və ya bir aerodrom qovşağına daxil olan aerodromlardan həyata keçirilir və aerodrom (aeroqovşaq) rayonunda uçuşların yerinə yetirilməsinə dair təlimatla müəyyən edilmiş sxemlər üzrə yerinə yetirilir və bu zaman tədbirlərdə iştirak edən hava gəmilərinin uçuşlarına üstünlük verilir. Dövlət eksperimental və dövlət aviasiyası hava gəmilərinin bu rayondan uçub keçməsi şərtləri AHH İM tərəfindən qabaqcadan işlənib hazırlanır.
14.17. Hava gəmilərinin 30 mil (55,6 km) radius məsafədə FL100/3000 m eşelonundan aşağı eşelonda beynəlxalq uçuşlar üçün açıq olan aerodrom rayonları üzərindən uçuşları uçub-qalxma və enmə kursları ilə kəsişmədən həyata keçirilir.
14.18. Hava gəmilərinin (o cümlədən, nəzarət məqsədlərinin) marşrutu üzrə uçuşun təmin edilməsi üçün müvəqqəti, yerli rejimlər və qısamüddətli məhdudiyyətlər müəyyən edilərkən, aşağıdakı hüdudlar daxilində hava məkanı ayrılır: 14.18.1.üfüqi müstəvidə:
14.18.1.1. aşağı və son dərəcə aşağı yüksəkliklərdə - 12 mil (22,2 km) enində (marşrut oxundan hər iki tərəfə 6 mil (11 km);
14.18.1.2. orta və yuxarı yüksəkliklərdə - 24 mil (44,5 km) enində (marşrut oxundan hər iki tərəfə 12 mil (22,2 km);
14.18.1.3. stratosferdə, habelə açıq dəniz üzərində, uçuş yüksəkliyindən asılı olmayaraq, sahil xəttinin radiolokasiya görüntüsü xaricində - 30 mil (55,6 km) enində (marşrut oxundan hər iki tərəfə 15 mil (27,8 km);
14.18.2. şaquli müstəvidə - qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi və uçuş yüksəkliklərinin saxlanılması zamanı hava gəmilərinin normativ kənara çıxmaları nəzərə alınmaqla, uçuş qaydalarının tərtibi zamanı təhlükəsizliyin təmin edilməsi üçün zəruri olan eşelonların minimal sayı.
14.19. Daha böyük hava məkanının ayrılmasının zəruriliyi rejimin müəyyən edilməsi ilə bağlı təqdimatda əsaslandırılır.
14.20. Havada növbətçilik zonalarını və nəzarət hədəflərini yaxalayarkən, yerinə yetirilən manevrlər nəzərə alınmaqla, yaxalayan hava gəmiləri üçün üfüqi və şaquli müstəvilərdə rejimin fəaliyyət rayonunun sərhədləri müəyyən edilir. Hündürlüyə qalxmaq, seçilmiş rayonlara uçuş yerinə yetirmək, qayıtmaq və eniş etmək üçün rejim müəyyən edilmir. Bu zaman uçuşların təhlükəsizliyi yaxalayan-qırıcı hava gəmilərini bilavasitə idarə edən komanda məntəqələri tərəfindən həyata keçirilir.
14.21. Yaxalayan-qırıcı təyyarələr nəzarət hədəflərini yaxalamaq üçün havaya qalxdıqda, komanda məntəqələri uçuş kursları barədə müvafiq HHT VS mərkəzlərinə məlumat verir və hədəflərin yaxalanması ilə bağlı manevrlərin yerinə yetirilməsi rayonunu və hündürlüklərin diapazonlarını dəqiqləşdirir. Müəyyən edilmiş rejimlərə uyğun olaraq, HHT VS mərkəzlərinə eşelonlar ayrılır və yaxalama rayonlarında hava şəraitinin xüsusiyyətləri barədə məlumat verilir.
14.22. Avtomatlaşdırılmış aerostatların uçuşlarının təmin edilməsi üçün hava məkanının parametrləri hava məkanının istifadəçisi tərəfindən qeyd edilərək, rejimin müəyyən edilməsi ilə bağlı təqdimatda əks olunur.
14.23. Fəal və passiv maneələrin tətbiq edildiyi marşrutların rayonu və sahələri hava yolları ilə və aerodrom rayonlarında hava gəmilərinin uçuşlarının təhlükəsizliyinin təmin edilməsi nəzərə alınmaqla seçilir.
14.24. Yerli rejimlərin müəyyən edilməsi ilə bağlı təqdimatlarda, həmin təqdimatların qoşma xəritələrində, habelə uçuşlara dair sorğuların digər məlumatlar bölməsində marşrut zonaları və sahələri, onlara aid olan fəal, passiv və ya kombinasiya edilmiş maneələrin tətbiq edilmə vaxtı, hündürlüyü və dalğaların diapazonları (santimetrlik, desimetrlik və metrlik diapazonlar) ayrı-ayrılıqda, həmçinin maneələrin təsirinə məruz qalan radiolokasiya vasitələrinin növləri göstərilir.
14.25. Radiolokasiya vasitələrinə maneələrin yaradılması barədə məlumatların, eləcə də müvəqqəti rejim haqqında digər informasiyanın HHT VS mərkəzlərinə aid olan qismi müəyyən olunmuş qaydada qeyd edilən mərkəzlərə çatdırılır.
14.26. Hava məkanından istifadənin təhlükəsizliyinə xələl gətirə biləcək hallar baş verdikdə HHT VS BM və AHH İM maneələrin tətbiqinin dayandırılması üçün tədbirlər görməli, o cümlədən maneələri yaradan təyyarəyə komandalar verməlidirlər.
14.27. Hava məkanından mütəmadi istifadə zamanı müvəqqəti, yerli rejimlərin və ya qısamüddətli məhdudiyyətlərin müəyyən edilməsinin tələb olunduğu daimi məhdudiyyət zonaları müəyyən edilə və onlara nömrə verilə bilər. Qeyd edilən zonalarda müvəqqəti, yerli rejimlərin və ya qısamüddətli məhdudiyyətlərin müəyyən edilməsinə dair təqdimatda zonanın nömrəsi, tarix, müddət və hündürlüklərin diapazonları göstərilir.
14.28. Hava məkanından istifadənin xarakterindən asılı olaraq, rejimin müəyyən edilməsi ilə bağlı təqdimatda aşağıdakılar qeyd edilir:
14.28.1. tədbirin həyata keçirilmə tarixi (ən çoxu iki əsas və iki ehtiyat tarixin göstərilməsinə icazə verilir) və onun xarakteristikası (təlim, sınaq, raket buraxılışları və s.);
14.28.2. rejim tətbiq ediləcəyi rayon müəyyən edilərkən:
14.28.2.1. rayonun coğrafi koordinatlarla göstərilən sərhədləri;
14.28.2.2. rejimin tətbiqinin başlandığı və sona çatdığı vaxt;
14.28.2.3. hava gəmilərinin hava yolları ilə və mülki aerodrom rayonlarında uçuşları üçün ayrılmış eşelonlar;
14.28.2.4. mülki aerodrom rayonlarındakı məhdudiyyətlər;
14.28.2.5. təlim zamanı baş verən xüsusi hallarda uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün ehtiyat eşelonu;
14.28.3. uçuş marşrutları müəyyən edilərkən:
14.28.3.1. müvəqqəti və ya yerli rejimlərlə təmin edilən hava gəmiləri uçuşlarının marşrut sahələri;
14.28.3.2. hava gəmilərinin miqdarı və növləri;
14.28.3.3. məhdudiyyət zolağının eni;
14.28.3.4. hər bir marşrut üçün ayrılan eşelonlar; uçuş qaydasının dərinliyi (hava gəmilərinin arasındakı vaxt intervalı) 10 (on) dəqiqədən artıq olmayan qrupların və təkbaşına uçan hava gəmilərinin marşrut sahələrində və ya hərəkət cədvəlində rejimin başlandığı və sona çatdığı vaxt;
14.28.3.5. hündürlüyə qalxma və enmə hüdudları;
14.28.3.6. radiolokasiya tanınma sistemi işlək vəziyyətdə olmayan hava gəmilərinin uçuş marşrutunun sahələri;
14.28.3.7. radio və radiolokasiya vasitələrinə maneələrin tətbiq edilməsi sahələri;
14.28.3.8. uçuş qaydasının dəqiqələrlə ifadə olunmuş dərinliyi (bu zaman qrupların uçuş qaydalarından 30 (otuz) dəqiqə və daha artıq intervalla irəlidə gedən hava kəşfiyyatçıları rejim müəyyən edilməsi ilə bağlı təqdimatda qeyd olunur və
verilmiş sorğulara müvafiq olaraq HHX (uçuşları idarəetmə) orqanları tərəfindən məhdudiyyətsiz təqdim edilə bilər);
14.28.3.9. uçuş qaydası üzrə mikroeşelonlama;
14.28.3.10. hava gəmilərinin mülki aerodrom rayonlarının hava məkanına daxil olduğu və oranı tərk etdiyi vaxt;
14.28.4. qadağan olunmuş zonalara daxilolma üçün icazə;
14.28.5. maneələrin təsirinə məruz qalan radiolokasiya stansiyalarının növləri;
14.28.6. rejim barədə məlumat almayan orqanlar;
14.28.7. rejimin şamil edilmədiyi hava gəmiləri və aerodromlar;
14.28.8. təlimlərin (tədbirlərin) rəhbərinin soyadı, vəzifəsi və onunla əlaqə yaratma qaydası;
14.28.9. rejimin müəyyən edilməsi ilə bağlı təqdimatı hazırlamış vəzifəli şəxsin soyadı və telefon nömrəsi.
14.29. Hava gəmilərinin bir neçə aerodromdan eyni vaxtda havaya qalxması, müəyyən rayonlarda şaquli və üfüqi müstəvidə manevr etməklə, bir neçə marşrut üzrə uçuşların yerinə yetirilməsi planlaşdırılan təlimlərin (tədbirlərin) təmin edilməsi üçün müvəqqəti və yerli rejimlərin müəyyən edilməsi ilə bağlı təqdimatlara xəritələr əlavə edilir. Həmin xəritələrdə bu Qaydaların 14.28.2-ci və 14.28.3-cü yarımbəndlərində verilmiş məlumatlar, həmçinin rejimin müəyyən edilməsi və qarşıya qoyulmuş vəzifənin yerinə yetirilməsinin düzgün dərk edilməsi üçün zəruri olan digər məlumatlar öz əksini tapır.
14.30. Azərbaycan Respublikasının hava məkanından istifadə ilə bağlı müvəqqəti rejimin müəyyən edilməsi ilə bağlı təqdimatlar HHT VS BM-ə aşağıdakılar tərəfindən təqdim edilir:
14.30.1. MN, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi hissələri, təşkilatları və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Aparatı;
14.30.2. mülki eksperimental və mülki aviasiyaya münasibətdə Agentlik, dövlət eksperimental və dövlət aviasiyasına münasibətdə MN;
14.30.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə xarici dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəlikləri.
14.31. Mülki aviasiya təşkilatlarının fəaliyyəti ilə əlaqədar müvəqqəti rejimin müəyyən edilməsi üzrə təqdimatlar HHT VS BM vasitəsilə təqdim edilir.
14.32. Bir neçə təşkilatın iştirakı ilə tədbirlər keçirilərkən, müvəqqəti rejimin müəyyən edilməsi ilə bağlı təqdimat tədbirin keçirilməsinə görə məsuliyyət daşıyan təşkilat tərəfindən təqdim edilir.
14.33. HHT VS mərkəzlərinin birində konkret rayonda yerləşən təşkilatlar tərəfindən müvəqqəti rejimlərin müəyyən edilməsi üzrə təqdimatlar həmin HHT VS mərkəzi ilə razılaşdırıldıqdan sonra təqdim edilir.
14.34. Müvəqqəti və yerli rejimlərin müəyyən edilməsi ilə bağlı təqdimatlar bu Qaydaların 14.30.1-ci yarımbəndində sadalanan idarələrin qərargah rəisləri tərəfindən, təşkilatlarda isə rejimlərin müəyyən edilməsində səlahiyyətli şəxslər (rəhbərlər və ya onların müavinləri) tərəfindən imzalanır.
14.35. Yerli rejimlərin müəyyən edilməsi ilə bağlı təqdimatlar HHT VS BM-ə təqdim edilir.
14.36. Hava məkanından istifadəyə dair sorğular qısamüddətli məhdudiyyətlərin müəyyən edilməsi ilə bağlı təqdimatlar qismində çıxış edir.
14.37. Liter reysi ilə yerinə yetirilən uçuşların təmin edilməsi üçün müvəqqəti rejimlərin müəyyən olunması ilə bağlı təqdimatlar (hərəkət cədvəli) Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətli nümayəndəsi tərəfindən HHT VS BM-ə və AHH İM-ə təqdim edilir. Bu Qaydaların 12.53-cü bəndinə uyğun olaraq, digər dövlətlərin başçılarının və nümayəndə heyətlərinin Azərbaycan Respublikasına liter reysi ilə yerinə yetirilən uçuşları və ya Azərbaycan Respublikasının ərazisindən tranzit uçuşları barədə məlumatlar uçuşa və ya təyinat məntəqəsində enməyə dair icazə ilə eyni vaxtda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən HHT VS BM-ə təqdim edilir.
14.38. Müvəqqəti rejimlərin müəyyən edilməsi ilə bağlı təqdimatlar teleqram və ya poçt vasitəsilə HHT VS BM-ə və AHH İM-ə aşağıdakı müddətlərdə təqdim edilir:
14.38.1. rejimin tətbiq edilməsinə 7 (yeddi) gün qalmış — MN-in planları əsasında hava məkanından istifadəni təmin etmək üçün;
14.38.2. rejimin tətbiq edilməsinə 2 (iki) gün qalmış - xüsusi şəraitdə MN-in göstərişinə əsasən fəaliyyətin təmin edilməsi üçün;
14.38.3. rejimin tətbiq edilməsinə 24 (iyirmi dörd) saat qalmış - kosmik aparatların havaya buraxılmasını, kosmik obyektlərin endirilən aparatlarının axtarışı və təxliyəsi ilə bağlı uçuşları, avtomatlaşdırılmış aerostatların uçuşlarını təmin etmək üçün;
14.38.4. rejimin tətbiq edilməsinə 12 (on iki) saat qalmış - liter reysi ilə uçuş yerinə yetirən hava gəmilərinin uçuşlarını təmin etmək üçün;
14.38.5. rejimin tətbiq edilməsinə 12 (on iki) saat qalmış - Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə yerinə yetirilən müşahidə uçuşlarını təmin etmək üçün;
14.38.6. rejimin tətbiq edilməsinə 3 (üç) saat qalmış - təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı yardım göstərilərkən, uçuşları təmin etmək üçün;
14.38.7. rejimin tətbiq edilməsinə 5 (beş) gün qalmış - uçuşların və bu Qaydaların 14.38.3-cü yarımbəndində qeyd edilməyən digər fəaliyyətin təmin edilməsi üçün.
14.39. Yerli rejimlərin müəyyən edilməsi ilə bağlı təqdimatlar rejimin tətbiq edilməsinə 5 (beş) gün qalmışdan gec olmayaraq, teleqram və ya poçt vasitəsilə HHT VS BM-ə və AHH İM-ə təqdim edilir.
14.40. Müstəsna hallarda axtarış-xilasetmə tədbirlərinin görülməsi, təbii fəlakət zamanı yardım məqsədilə hava gəmilərinin uçuşları, hava gəmilərinin liter reysi ilə uçuşları, idarəetməni itirmiş aerostatların uçuşları, kosmik obyektlərin buraxılması və endirilməsi üçün müvəqqəti və yerli rejimlər HHT VS mərkəzləri tərəfindən rejim barədə ilkin təqdimat verilmədən MN-in uçuşlara nəzarət və onların idarə edilməsi üzrə orqanlarına mütləq məlumat verməklə müəyyən edilir. Tədbirləri təşkil edən rəhbərlər rayonların və həmin rayonlarda hava məkanından istifadənin təhlükəsizliyinin təmin edilməsinin şərtlərini HHT VS mərkəzləri ilə razılaşdırırlar. Belə hallarda məhdudiyyətlər HHT VS BM-in və AHH İM-in növbə rəislərinin komandasına əsasən sonradan yazılı surətdə təsdiq edilməklə tətbiq olunur.
14.41. Döyüş hazırlığı yoxlanılarkən, gözlənilməzliyə nail olmaq üçün MN-in göstərişinə əsasən hava məkanından istifadə ilə bağlı qısamüddətli məhdudiyyətlər sorğu verilmədən müəyyən edilə bilər. Belə olan halda məhdudiyyətlərin müəyyən olunması üçün informasiya HHT VS mərkəzlərinə 2 (iki) saat əvvəl, HHT VS BM-ə isə 4 (dörd) saat əvvəl təqdim edilir.
14.42. Eyni məkanda və eyni vaxtda həyata keçirilməsi nəzərdə tutulan tədbirlər üçün rejimlərin müəyyən edilməsi ilə bağlı 2 (iki) və daha artıq təqdimat alındıqda, HHT VS BM-in və AHH İM-in növbə rəisləri həmin tədbirləri başqa vaxta keçirmək hüququna malikdirlər və təqdimatları təqdim etmiş təşkilatlara bu barədə dərhal məlumat
verməyə, həmçinin dövlət maraqlarına uyğun olaraq fəaliyyət müddətini onlarla razılaşdırmağa borcludurlar.
14.43. Bu Qaydaların 14.38-ci və 14.39-cu bəndlərində göstərilmiş müddətlər başa çatdıqdan sonra HHT VS BM-ə və AHH İM-ə daxil olmuş rejimlərin müəyyən edilməsi ilə bağlı təqdimatlara baxılmır və onlarla bağlı rejimlər müəyyən edilmir.
14.44. Müvəqqəti rejimlər HHT VS BM və AHH İM tərəfindən işlənib hazırlanır və HHT VS BM-in və AHH İM-in rəhbərləri tərəfindən təsdiq edilir. Zəruri hallarda HHT VS BM müvəqqəti rejimin müəyyən edilməsi ilə bağlı təqdimat layihəsini, habelə hava yolları, mülki aerodrom rayonları üçün ayrılmış hava məkanından istifadə qaydalarına dair təklifləri hazırlayır.
14.45. Təsdiq olunmuş müvəqqəti rejim barədə aidiyyəti məlumat HHT VS BM tərəfindən müvafiq HHT VS mərkəzlərinə, MN-in uçuşlara nəzarət və onların idarə edilməsi üzrə orqanlarına, tədbirləri təşkil edən hava məkanı istifadəçilərinə, həmçinin aidiyyəti olduqda mülki aviasiyanın digər HHX orqanlarına çatdırılır.
14.46. HHT VS BM və AHH İM tərəfindən hazırlanmış yerli rejimlərin müəyyən edilməsi ilə bağlı təqdimat layihələri HHT VS BM-in və AHH İM-in rəhbərləri tərəfindən razılaşdırılaraq təsdiq edilir.
14.47. HHT VS mərkəzləri təsdiq olunmuş müvəqqəti, yerli rejimlər əsasında öz HHT VS rayonlarında hava məkanından istifadəyə dair qadağa və məhdudiyyətləri müəyyən edirlər. Müvəqqəti və ya yerli rejimin müəyyən edilməsi ilə bağlı HHT VS BM-ə və AHH İM-ə təqdimatın hazırlanması mərhələsində HHT VS mərkəzləri hava yolları sahələrinin, aerodrom rayonlarının (o cümlədən, beynəlxalq hava limanlarına aid olanların) və aviasiya işlərinin aparıldığı rayonların hava məkanından istifadəyə dair qadağa və məhdudiyyətlər barədə təkliflər, həmçinin birbaşa hava yollarının, dolayı marşrutların, əlavə uçuş eşelonlarının (hündürlüklərinin) ayrılması barədə təkliflər hazırlayaraq, həmin təklifləri HHT VS BM-ə və AHH İM-ə təqdim edirlər.
14.48. Hava məkanından istifadənin təhlükəsizliyini təmin etmək məqsədilə HHQ Qərargahı ilə razılaşdırıldıqdan sonra HHT VS BM-in müvəqqəti və yerli rejimlərin layihələrində vaxt, yer və hündürlüklərlə bağlı dəyişikliklər etmək hüququ vardır. Təqdimatları göndərmiş hava məkanı istifadəçilərinə həmin dəyişikliklər barədə məlumat verilir.
14.49. Müvəqqəti və yerli rejimlərə uyğun olaraq müəyyən edilmiş hava məkanından istifadəyə dair qadağa və məhdudiyyətlər barədə Azərbaycan Respublikasının hava məkanının strukturu məcmuəsində yerləşdirilmiş müvəqqəti və yerli rejimlərin, hava məkanından istifadəyə dair qadağa və məhdudiyyətlərin nəzərə çatdırılması (ləğv edilməsi) sxemi əsasında məlumat verilir.
14.50. Mülki aerodromlarda hava gəmilərinin qəbulunu və yola salınmasını qadağan etməklə, müvəqqəti rejimin tətbiq olunması ilə bağlı tədbir yalnız 3 (üç) saat təxirə salına bilər. Uçuşlar yerinə yetirilmədikdə və ya onların intensivliyi aşağı olduqda, göstərilən vaxt yalnız HHT VS BM və AHH İM-lə razılaşdırılmaqla qısaldıla bilər.
14.51. Mülki aerodromlarda hava gəmilərinin qəbulunu və yola salınmasını qadağan etməklə yerli rejimin tətbiq olunması ilə bağlı tədbir yalnız 2 (iki) saat təxirə salına bilər. Uçuşlar yerinə yetirilmədikdə və ya onların intensivliyi aşağı olduqda, göstərilən vaxt yalnız HHT VS BM və AHH İM-lə razılaşdırılmaqla qısaldıla bilər.
14.52. Hava məkanından istifadə ilə bağlı müvəqqəti, yerli rejimlər və qısamüddətli məhdudiyyətlər onları tətbiq edən HHT VS mərkəzləri tərəfindən ləğv olunur. Müvəqqəti, yerli rejimlər və qısamüddətli məhdudiyyətlər həyata keçirilən tədbirlərin rəhbərlərinin rəsmi məlumatlarına əsasən vaxtından əvvəl də ləğv edilə bilər.
14.53. Müvəqqəti və ya yerli rejimlərin tətbiqinin nəzərdə tutulduğu tədbirlərin həyata keçirilməsi mümkün olmadıqda, təqdimat göndərmiş təşkilatlar qeyd edilən tədbirlərin ləğv edilməsi və ya başqa vaxta keçirilməsi barədə müvafiq HHT VS mərkəzlərinə dərhal məlumat verməlidirlər.
15. Uçuşların təhlükəsizliyinin meteoroloji təminatının həyata keçirilməsi
15.1. Hava hərəkəti xidmətlərini təmin edən meteoroloji xidmət təminatı Qanunun 57.6-cı maddəsinin tələbləri nəzərə alınmaqla meteoroloji xidmət təminatçıları tərəfindən həyata keçirilir.
15.2. Meteoroloji xidmət təminatçıları meteoroloji təminatı bu Qaydaların və Konvensiyaya 3 nömrəli Əlavənin tələblərinə uyğun şəkildə həyata keçirməlidirlər.
15.3. Hava gəmisi istismarçıları, uçuş heyətinin üzvləri, hava hərəkətinə xidmət məntəqələri, axtarış və xilasetmə məntəqələri, hava limanlarının idarəetməsi və aeronaviqasiya fəaliyyəti ilə əlaqədar olan digər şəxslər (meteoroloji xidmət istifadəçiləri) öz funksiyalarını icra etmək üçün meteoroloji xidmət məlumatları ilə tam təmin olunmalıdırlar.
15.4. Meteoroloji xidmət təminatçıları meteoroloji funksiyaların yerinə yetirilməsi məqsədilə lazımi sayda strukturlar (Konvensiyaya 3 nömrəli Əlavəyə uyğun olaraq idarə, bölmə və s.) yaratmalı və meteoroloji xidmət istifadəçilərinin tələbatının ödənilməsi üçün meteoroloji xidmətlərin göstərilməsini təmin etməlidirlər.
15.5. Meteoroloji xidmət təminatçıları müvafiq sahədə fəaliyyət göstərən işçi heyətinin ixtisaslaşmasının, səriştəsinin, təhsil və təliminin Ümumdünya Meteorologiya Təşkilatının tələblərinə uyğun olmasını təmin etməlidirlər.
15.6. Meteoroloji xidmət təminatçıları meteoroloji xidmət istifadəçilərinə təqdim olunan meteoroloji məlumatların keyfiyyətinin idarə edilməsini təmin etmək üçün lazım olan qaydaları, prosesləri və resursları özündə birləşdirən keyfiyyət sistemi yaratmalıdırlar. Keyfiyyət sistemi Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) 9000 seriyalı beynəlxalq standartlarına uyğun olmalı və Azərbaycan Respublikasının bu sahədə dövlət tənzimlənməsini həyata keçirən səlahiyyətli orqanı tərəfindən texniki tənzimləmə və ölçmələrin vahidliyinin təmin edilməsi məqsədilə sertifikatlaşdırılmalıdır.
15.7. Keyfiyyət sisteminin yoxlanılması üçün auditlər təşkil edilməlidir. Audit nəticəsində uyğunsuzluq aşkar edildiyi hallarda, meteoroloji xidmət təminatçıları uyğunsuzluqların səbəblərini müəyyən etmək və aradan qaldırmaq üçün tədbirlər görməlidirlər. Audit prosesi və onun nəticələri rəsmiləşdirilməlidir.
15.8. Meteoroloji xidmət istifadəçilərinə təqdim edilən meteoroloji məlumatlarda insan amili aspektləri nəzərə alınmalı və həmin məlumatlar minimum şərh tələb edən formalarda təqdim edilməlidir.
15.9. Azərbaycan Respublikasının beynəlxalq hava nəqliyyatında fəaliyyət göstərən istismarçıları onlara məxsus Azərbaycan Respublikasında qeydiyyata alınmış hava gəmiləri tərəfindən meteoroloji müşahidələrin aparılmasını, bu müşahidələrin qeydə alınmasını və onlara dair hesabat verilməsini təmin etməlidirlər.
16. Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarının pozulması hallarının araşdırılması, uçotunun aparılması və təhlili 16.1. Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarının pozulması hallarının araşdırılması qayda pozuntularının səbəblərinin müəyyən edilməsi və onların qarşısının alınmasına dair tövsiyələrin hazırlanması məqsədilə həyata keçirilir. Araşdırma qayda pozuntusu barədə məlumat alındıqdan dərhal sonra
başlanmalı və 7 (yeddi) gün müddətində başa çatdırılmalıdır. Göstərilən müddət ərzində pozuntunun səbəbini müəyyən etmək mümkün olmadıqda, araşdırma uzadıla bilər, lakin bu müddət 7 (yeddi) gündən artıq olmamalıdır. 16.2. Hava məkanının milli istifadəçilərinin fəaliyyəti ilə bağlı olan hava məkanından istifadə qaydalarının pozulması halları dövlət, mülki və eksperimental aviasiya üçün müəyyən olunmuş qaydada araşdırılır, uçota alınır və təhlil edilir. Hava məkanından istifadə qaydalarının pozulmasının araşdırılması üzrə Komissiya (bundan sonra — Komissiya) İdarələrarası Qrupun həmsədrləri tərəfindən təşkil edilir. İdarələrarası Qrupun həmsədrlərinin müavinlərindən biri Komissiyanın sədri təyin olunur. HHT VS-nin əməliyyat orqanlarının nümayəndələri Komissiyanın tərkibinə daxil edilir.
16.3. Azərbaycan Respublikasının hava məkanının xarici istifadəçilərinin fəaliyyəti ilə bağlı olan Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarının pozulması halları mülki aviasiya üçün müəyyən edilmiş qaydada araşdırılır, uçota alınır və təhlil edilir. Belə hallarda Komissiyanı Agentlik təşkil edir. HHT VS-nin əməliyyat orqanlarının, MN-in nəzarət və uçuşları idarəetmə orqanlarının, həmçinin xarici istifadəçinin nümayəndələri Komissiyanın tərkibinə daxil edilirlər. Hava məkanının bütün istifadəçiləri ilə baş verən aviasiya hadisələri və insidentlər Qanuna əsasən yaradılmış Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə Daimi komissiya tərəfindən araşdırılır. 16.4. Komissiya öz fəaliyyətində Qanunu, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, bu Qaydaları və digər normativ hüquqi aktları rəhbər tutur. 16.5. Komissiyanın sədri aşağıdakı hüquqlara malikdir:
16.5.1. araşdırma ilə bağlı olan məsələlər üzrə Komissiya üzvlərinə sərəncam və göstərişlər vermək;
16.5.2. araşdırma üçün zəruri olan materialları aidiyyəti hüquqi və fiziki şəxslərdən tələb etmək;
16.5.3. araşdırmada iştirak etmək məqsədilə lazımi mütəxəssisləri müəyyən edilmiş qaydada cəlb etmək.
16.6. Qayda pozuntusu ilə bilavasitə əlaqəsi olan hüquqi və fiziki şəxslər bu Qaydaların pozulmasının araşdırılması üçün zəruri materialları Komissiyaya təqdim etməyə borcludurlar. 16.7. Komissiyanın sədrinin vəzifələri aşağıdakılardır:
16.7.1. Komissiyanın işinə şəxsən rəhbərlik etmək;
16.7.2. araşdırmanın vaxtında, dolğun və obyektiv aparılmasını, sənədlərin lazımi qaydada tərtib olunmasını təmin etmək;
16.7.3. müəyyən edilmiş müddətədək araşdırma aktını hazırlayıb, təsdiq olunmaq üçün təqdim etmək. 16.8. Komissiyanın üzvləri aşağıdakı hüquqlara malikdirlər:
16.8.1. pozulma faktına aid bütün materiallarla tanış olmaq;
16.8.2. komissiyanın iş qaydasına və bu Qaydaların pozulmasının qarşısının alınması üzrə materialların hazırlanmasına dair təkliflər vermək. 16.9. Komissiya üzvlərinin vəzifələri aşağıdakılardır:
16.9.1. araşdırmada şəxsən iştirak etmək;
16.9.2. Komissiya sədrinin sərəncam və göstərişlərini yerinə yetirmək;
16.9.3. pozuntu faktının səbəblərini araşdırarkən və təqsirkar şəxsi müəyyən edərkən obyektiv olmaq.
16.10. Bu Qaydaların pozulması faktlarının araşdırılması üçün aşağıdakılardan istifadə edilir:
16.10.1. pozuntu ilə bilavasitə əlaqəsi olan şəxslərin raportları, izahat və məlumat vərəqələri, şahidlərin verdiyi məlumatlar;
16.10.2. planlar, qrafiklər, cədvəllər və Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarını tənzimləyən digər sənədlər;
16.10.3. yerüstü obyektiv nəzarət vasitələrinin (radiolokasiya stansiyaları, radiohündürlükölçənlər, pelenqatorlar, sorğuçular, fotonəzarət cihazları, maqnitofon yazıları, hava gəmilərinin radiolokasiya izlənməsi və s.) məlumatları;
16.10.4. obyektiv nəzarət üzrə bort vasitələrinin (uçuş parametrlərini qeyd edən cihazlar, maqnitofon yazıları, fotonəzarət və s.) məlumatları.
16.11. Komissiya aşağıdakıları aydınlaşdırmalıdır:
16.11.1. pozuntu faktı ilə bilavasitə əlaqəsi olan aviasiya personalının hazırlıq səviyyəsini, habelə onların funksional vəzifələrinin icrasına hazır olmasına nəzarətin həyata keçirilməsinin keyfiyyətini;
16.11.2. radiolokasiya nəzarətinin və rabitənin keyfiyyətini;
16.11.3. HHT VS orqanı ilə müəyyən edilmiş qaydaları pozmaqla, fəaliyyət göstərən Azərbaycan Respublikasının hava məkanı istifadəçisinin əməliyyat orqanı arasında qarşılıqlı əlaqə qaydasını;
16.11.4. pozuntu faktı ilə bilavasitə əlaqəsi olan şəxslərin müəyyən edilmiş əmək və istirahət rejiminə riayət etməsini, tibbi müayinədən keçməsini, həmçinin müayinənin nəticələrini.
16.12. Araşdırma prosesində əldə edilmiş materialları və məlumatları öyrəndikdən sonra Komissiya qaydaların pozulmasının səbəblərini müəyyən edir və pozuntuların qarşısının alınması ilə bağlı zəruri tədbirlərin görülməsi üçün tövsiyələr hazırlayır. Pozuntu faktının araşdırılmasının nəticələri bu Qaydaların 12 nömrəli əlavəsi ilə müəyyən edilmiş aktla rəsmiləşdirilir və həmin akt komissiyanın sədri və üzvləri tərəfindən imzalanır. Komissiyanı təşkil edən vəzifəli şəxs araşdırma aktını təsdiq edir. Aktın təsdiq edildiyi tarix araşdırmanın son tarixi hesab olunur (pozulma faktı araşdırma nəticəsində təsdiq olunmadığı hallarda da belə akt tərtib edilir).
16.13. Pozuntunun araşdırılmasına dair aktın əsli İdarələrarası Qrupun və HHT VS-nin rəhbərləri tərəfindən pozuntu faktı baş verdiyi andan 15 (on beş) gündən gec olmayaraq tərtib olunur, onun təsdiq edilmiş surətləri isə əlaqədar şəxslərə göndərilir. Araşdırma materialları aktın əslinə, materialların təsdiq edilmiş surətləri isə aktın surətlərinə əlavə olunur.
16.14. Həyata keçirilmiş araşdırmanı natamam və qeyri-obyektiv hesab edən komissiya üzvü aktı imzalayarkən, öz xüsusi rəyini yazılı şəkildə ifadə etməlidir. Həmin xüsusi rəy akta əlavə olunur. Azərbaycan Respublikasının hava məkanının istifadəçisi isə təkrar araşdırmanın aparılması barədə İdarələrarası Qrup qarşısında vəsatət qaldırmaq hüququna malikdir.
16.15. Pozuntunun qeyri-obyektiv və natamam araşdırılması faktı təsdiq edildikdə, İdarələrarası Qrupun həmsədrləri təkrar araşdırma aparmaq məqsədilə HHT VS-nin əməliyyat orqanlarının, MN-in uçuşları idarəetmə və nəzarət orqanlarının nümayəndələrinin, əlaqədar şəxslərin iştirakı ilə komissiya təşkil edir.
16.16. Pozuntu ilə bağlı aparılmış araşdırmanın materiallarına əsasən İdarələrarası Qrup müvafiq hüquqi və fiziki şəxslərə hava hərəkətindən istifadənin təhlükəsizliyinin təmin edilməsi üzrə təcili tədbirlərin görülməsinə dair tövsiyələr göndərir.
16.17. Pozuntu faktlarının uçotu HHT VS-nin əməliyyat orqanları tərəfindən bu Qaydaların 13 nömrəli əlavəsi ilə müəyyən edilmiş jurnallarda aparılır.
16.18. HHT orqanları və HHT VS mərkəzləri Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarının pozulması faktları barədə operativ məlumatı HHT
VS BM-ə təqdim edirlər. Azərbaycan Respublikası HHT VS BM-in və AHH İM-in rəisləri Azərbaycan Respublikasının HHT VS-də aşkar edilmiş hava məkanından istifadə qaydalarının pozulması faktları barədə birgə hazırlanmış bu Qaydaların 14 nömrəli əlavəsi ilə müəyyən edilmiş məruzəni hər ayın 10-dək İdarələrarası Qrupa təqdim edirlər.
16.19. İdarələrarası Qrup bu Qaydaların pozulmasına dair hər yarımillikdə analitik materiallar hazırlayaraq qrupun həmsədrlərinin imzası ilə əlaqədar şəxslərə göndərir.
16.20. Bu Qaydalara əsasən icazə olmadıqda enməyə, Agentlik tərəfindən verilmiş uçuş icazəsində olmayan hava gəmisi tərəfindən uçuş yerinə yetirməyə, habelə faktiki uçuş məlumatları ilə uçuşdan əvvəl verilən sorğu arasında uyğunsuzluq olması ilə bağlı pozuntulara dair Agentlik tərəfindən Doc 7100-ə uyğun tədbirlər görülür.
17. Yekun müddəa Bu Qaydalarda nəzərdə tutulan bütün tələblərin yerinə yetirilməsinə nəzarət aidiyyəti üzrə Qanunun 6.3-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş dövlət orqanları (qurumları) tərəfindən həyata keçirilir.
"Hava məkanından istifadə və uçuş Qaydaları"na 1 nömrəli əlavə Naviqasiya işıqları Burada: 1) qırmızı - hava gəmisinin üfüqi müstəvisindən yuxarı və aşağı proyeksiya edilən və 110 dərəcə bucaq altında uzununa oxun solundan görünə bilən işıq; 2) yaşıl - hava gəmisinin üfüqi müstəvisindən yuxarı və aşağı proyeksiya edilən və 110 dərəcə bucaq altında uzununa oxun sağından görünə bilən işıq; 3) ağ - hava gəmisinin üfüqi müstəvisindən yuxarı və aşağı proyeksiya edilən və uzununa oxdan keçən şaquli müstəviyə uzununa oxdan 140 dərəcə bucaq altında görünə bilən işıq. Qeyd. Digər məqsədlər üçün quraşdırılmış enmə işıqlarından və planeri işıqlandıran fənərlərdən toqquşmanın qarşısının alınması işıqlarına əlavə olaraq hava gəmisinin görünməsini yaxşılaşdırmaq üçün istifadə oluna bilər.
"Hava məkanından istifadə və uçuş Qaydaları"na 2 nömrəli əlavə VMC-də görünüş və bulud minimumundan məsafə* Mütləq hündürlüklərin diapazonu Hava məkanının sinfi Uçuşda görünüş həddi Buludlara qədər məsafə Dəniz səviyyəsindən 3050 m (10 000 fut) yuxarı A***BСDEFG 8 km Üfüqi 1500 m Şaquli 300 m (1000 fut) Dəniz səviyyəsindən 3050 m (10 000 fut) aşağı və 900 m (3000 fut) yuxarı və ya yer səthindən 300 m (1000 fut) yuxarı (hansı daha böyükdürsə) A***BСDEFG 5 km Üfüqi 1500 m Şaquli 300 m (1000 fut) Dəniz səviyyəsindən 900 m (3000 fut) aşağı və ya yer səthindən 300 m (1000 fut) yuxarı (hansı daha böyükdürsə) A***BСDE 5 km Üfüqi 1500 m Şaquli 300 m (1000 fut) FG 5 km** Buludlu hava olmadıqda və yer və ya su səthi aydın göründükdə * Keçid yüksəkliyinin mütləq hündürlüyü AMSL-dən 3050 m (10000 fut) aşağı olduqda, 10000 fut əvəzinə FL100 istifadə edilməlidir. ** Müvafiq səlahiyyətli ATS-nin göstərişinə əsasən:
1. uçuş zamanı görünmə hüdudu ən azı 1500 m-dək zəiflədikdə aşağıdakı şərtlərlə uçuşların yerinə yetirilməsinə icazə verilə bilər:
1.1. üstünlük təşkil edən görünmə hüdudu şəraitində digər hava gəmilərini və ya hər hansı maneələri vaxtında aşkar edərək toqquşmanın qarşısını almağa imkan yaradan sürətlə və ya;
1.2. digər hava gəmilərinin qarşıya çıxması ehtimalı, bir qayda olaraq, az olduğu şəraitdə, məsələn hava hərəkətinin intensivliyinin aşağı olduğu zonalarda və aşağı yüksəkliklərdə xüsusi aviasiya işləri yerinə yetirilən zaman;
2. helikopterlər digər hava gəmilərini və ya hər hansı maneələri vaxtında aşkar edərək toqquşmanın qarşısını almağa imkan yaradan sürətlə manevrlər yerinə yetirdikdə, uçuşda görünmə hüdudu gündüz ən azı 1500 m, gecə isə ən azı 3000 m olan şəraitdə helikopterlərin uçuşuna icazə verilir. ***A sinifli hava məkanında VMC minimumları komanda verən pilotlara məlumat üçün daxil edilmişdir və A sinifli hava məkanında VFR üzrə uçuşların yerinə yetirilməsinə razılığı bildirmir.
"Hava məkanından istifadə və uçuş Qaydaları"na 3 nömrəli əlavə Hava məkanının təsnifatı Sinif Uçuş növü Eşelonlaşdırma Göstərilən xidmət Sürət həddi* Radiorabitə tələbləri İcazəyə zərurət А Yalnız IFR Bütün hava gəmiləri Hava hərəkətinin idarə edilməsi Tətbiq edilmir Fasiləsiz ikitərəfli radiorabitə Bəli В IFR Bütün hava gəmiləri Hava hərəkətinin idarə edilməsi Tətbiq edilmir Fasiləsiz ikitərəfli radiorabitə Bəli VFR Bütün hava gəmiləri Hava hərəkətinin idarə edilməsi Tətbiq edilmir Fasiləsiz ikitərəfli radiorabitə Bəli С IFR IFR-ə nisbətən IFR VFR-ə nisbətən IFR Hava hərəkətinin idarə edilməsi Tətbiq edilmir Fasiləsiz ikitərəfli radiorabitə Bəli VFR IFR-ə nisbətən VFR 1) IFR üzrə eşelonlaşdırma məqsədilə hava hərəkətinin idarə edilməsi 2) VFR / VFR üzrə hərəkət haqqında məlumat (tələb edildikdə, havada toqquşmanın qarşısının alınması üzrə tövsiyə) AMSL-də 10000 futdan (3050 m) aşağıda 250kt IAS Fasiləsiz ikitərəfli radiorabitə Bəli D IFR IFR-ə nisbətən IFR Hava hərəkətinin idarə edilməsi, VFR uçuşları haqqında məlumat (tələb edildikdə, havada toqquşmanın qarşısının alınması üzrə tövsiyə) AMSL-də 10000 futdan (3050 m) aşağıda 250kt IAS Fasiləsiz ikitərəfli radiorabitə Bəli VFR Tətbiq edilmir IFR və VFR uçuşları haqqında məlumat (tələb edildikdə, havada toqquşmanın qarşısının alınması üzrə tövsiyə) AMSL-də 10000 futdan (3050 m) aşağıda 250kt IAS Fasiləsiz ikitərəfli radiorabitə Bəli
Sinif Uçuş növü Eşelonlaşdırma Göstərilən xidmət Sürət həddi* Radiorabitə tələbləri İcazəyə zərurət Е IFR IFR-ə münasibətdə IFR Hava hərəkətinin idarə edilməsi və imkan daxilində VFR üzrə uçuşlar barədə məlumat AMSL-də 10000 futdan (3050 m) aşağıda 250kt IAS Fasiləsiz ikitərəfli radiorabitə Bəli VFR Tətbiq edilmir İmkan daxilində hərəkət barədə məlumat AMSL-də 10000 futdan (3050 m) aşağıda 250kt IAS Xeyr Xeyr F IFR İmkan daxilində IFR-ə nisbətən IFR Hava hərəkətinə məsləhət (konsultativ) xidmət; uçuş informasiya xidməti AMSL-də 10000 futdan (3050 m) aşağıda 250kt IAS Fasiləsiz ikitərəfli radiorabitə Xeyr VFR Tətbiq edilmir Uçuş informasiya xidməti AMSL-də 10000 futdan (3050 m) aşağıda 250kt IAS Xeyr Xeyr G IFR Tətbiq edilmir Uçuş informasiya xidməti AMSL-də 10000 futdan (3050 m) aşağıda 250kt IAS Fasiləsiz ikitərəfli radiorabitə Xeyr VFR Tətbiq edilmir Uçuş informasiya xidməti AMSL-də 10000 futdan (3050 m) aşağıda 250kt IAS Xeyr Xeyr * Mütləq keçid hündürlüyü orta dəniz səviyyəsindən 10 000 futdan (3050 m) aşağı olduqda, 10 000 fut əvəzinə FL 100 istifadə edilməlidir.
"Hava məkanından istifadə və uçuş Qaydaları"na 4 nömrəli əlavə Qarşısını kəsən hava gəmisinin verdiyi siqnallar və qarşısı kəsilən hava gəmisinin verdiyi cavablar Sıra №-si Qarşısını kəsən hava gəmisinin siqnalları Mənası Qarşısı kəsilən hava gəmisinin cavabları Mənası 1. Gündüz və ya gecə — qarşısı kəsilən hava gəmisindən az yuxarıda və ya qabağında və adətən solundakı (qarşısı kəsilən hava gəmisi helikopter olduqda sağındakı) vəziyyətdən hava gəmisinin yellədilməsi və naviqasiya işıqlarının qeyri-müntəzəm intervallarla yandırılıbsöndürülməsi (helikopter olduğu halda, həmçinin enmə işıqlarını) və təsdiq edildikdən sonra yavaş dönmə səviyyəsi, adətən istənilən istiqamətdən sola (helikopter olduğu halda sağa). Qeyd 1. Meteoroloji şərait və ya ərazi qarşısını kəsən hava gəmisindən yuxarıda verilmiş vəziyyətlərin və dönüşün istiqamətini əks tərəfə çevirməyi tələb edə bilər. Qeyd 2. Qarşısı kəsilən hava gəmisi qarşısını kəsən hava gəmisi ilə yanaşı uça bilmədikdə, sonuncu ippodrom tipli enməyə giriş sırasına uçmalı və qarşısı kəsilən hava gəmisini hər dəfə keçdikdə yellənməlidir Sizin qarşınız kəsilib, göstərişlərimə riayət edin Gündüz və ya gecə hava gəmisinin yellədilməsi, naviqasiya işıqlarının qeyrimüntəzəm intervallarla yandırılıbsöndürülməsi Qeyd. Qarşısı kəsilən hava gəmisi tərəfindən görüləcək əlavə tədbirlər bu Qaydaların 3.34-cü bəndində verilmişdir Oldu, riayət edəcəyəm 2. Gündüz və ya gecə — qarşısı kəsilən hava gəmisindən 90º və ya daha artıq bucaq altında uçuş yolunu kəsməmək şərtilə dönmə manevri edib hündürlüyün yığılması Öz istiqamətinizlə davam edin Gündüz və ya gecə — hava gəmisinin yellədilməsi Oldu, riayət edəcəyəm Gündüz və ya gecə — hava gəmisinin təkərlərinin havada buraxılması (əgər bu mümkündürsə), enmə işıqlarının işə salınması və istifadə olunan uçma-enmə zolağının üzərindən uçulması, yaxud qarşısı kəsilən helikopterdirsə, helikopter enmə meydançasının üzərindən uçulması Gündüz və ya gecə — hava gəmisinin təkərlərinin havada buraxılması (əgər bu mümkündürsə), enmə işıqlarının işə salınması, qarşısını kəsən hava gəmisinin arxasınca uçmaqda davam edilməsi və əgər uçma-enmə zolağının və ya enmə meydançasının üzərindən ötüb keçdikdən sonra enmə nəzərdə tutulmuşdursa və həmin yerdə təhlükəsiz enmə mümkündürsə, enmə manevri etməyə başlanılması
3. Helikopter olan hallarda qarşısını kəsən helikopterin enmə manevri etməklə, enmə meydançasının yaxınlığında havada qalması Bu aerodroma enin Oldu, riayət edəcəyəm
"Hava məkanından istifadə və uçuş Qaydaları"na 5 nömrəli əlavə Qarşısı kəsilən hava gəmisinin verdiyi siqnallar və qarşısını kəsən hava gəmisinin aldığı cavablar Sıra №-si Qarşısı kəsilən hava gəmisinin siqnalları Mənası Qarşısını kəsən hava gəmisinin cavabları Mənası 1. Gündüz və ya gecə — hava gəmisinin təkərlərinin havada yığılması (əgər bu mümkündürsə), enmə işıqlarının yandırılıb-söndürülməsi, enmə üçün nəzərdə tutulan uçma-enmə zolağının və ya enmə meydançasının üzərində aerodrom səviyyəsindən 1000 fut (300 m) hündürlükdən yüksək, lakin 2000 fut (600
m) hündürlükdən yüksək olmamaq şərtilə (vertolyotlar üçün 170 fut (50 m), lakin 330 fut (100 m) hündürlükdən yüksək olmamaq şərtilə uçuşun dairəvi davam etdirilməsi. Enmə işıqlarını yandırıb söndürmək mümkün olmadıqda, hava gəmisinin digər işıqlarının yandırılıbsöndürülməsi Təyin etdiyiniz aerodrom uyğun deyil Gündüz və ya gecə — qarşısı kəsilən hava gəmisi qarşısını kəsən hava gəmisinin ehtiyat aerodromuna qədər arxasınca getməsini tələb etdikdə, qarşısını kəsən hava gəmisi enmə təkərlərini qaldırır (əgər bu mümkündürsə) və qarşısını kəsən hava gəmisi üçün müəyyən edilmiş Sıra 1 siqnallarından istifadə edir. Qarşısı kəsilən hava gəmisinin buraxılmasına dair qərar verildikdə, qarşısını kəsən hava gəmisi, qarşısını kəsən hava gəmisi üçün müəyyən edilmiş Sıra 2 siqnallarından istifadə edir Oldu, dediklərimə riayət edin Oldu, davam edə bilərsiniz 2. Gündüz və ya gecə — yanıb-sönən işıqlardan ayırd edilə biləcək tərzdə bütün mövcud işıqların müntəzəm yandırılıbsöndürülməsi Riayət etmək mümkün deyil Gündüz və ya gecə — qarşısını kəsən hava gəmisi üçün müəyyən edilmiş bu cədvəlin 2-ci bəndindəki siqnallardan istifadə edin Oldu 3. Gündüz və ya gecə — bütün mövcud işıqların qeyri-müntəzəm yandırılıbsöndürülməsi Qəza vəziyyəti Gündüz və ya gecə — qarşısı kəsilən hava gəmisi üçün müəyyən edilmiş bu cədvəlin 2-ci bəndindəki siqnallardan istifadə edin Oldu
"Hava məkanından istifadə və uçuş Qaydaları"na 6 nömrəli əlavə Aerodrom zonasında hərəkət üçün siqnallar İşıq Aerodromdakı idarəetmə məntəqəsindən uçuşdakı hava gəmisinə yerdəki hava gəmisinə Müvafiq hava gəmisi istiqamətinə yönəlmiş (aşağıdakı şəkilə bax): dəyişməz yaşıl dəyişməz qırmızı yaşıl işıqlar sırası qırmızı işıqlar sırası ağ işıqlar sırası Aidiyyəti hava gəmisinə doğru istiqamətlənmiş (bu əlavə ilə müəyyən edilmiş şəkilə uyğun): Enməyə icazə verilmişdir Digər hava gəmisinə yol verin və dövrə vurmağa davam edin Enmək üçün qayıdın* Aerodrom enmə üçün yararsızdır, enməyə icazə verilmir Bu aerodroma enin və perrona doğru hərəkət edin* Qalxma üçün icazə verilmişdir Dur Yerlə sürməyə icazə verilmişdir İstifadə olunan enmə meydançasından kənarda yerdə sürmə Aerodromdakı başlanğıc nöqtəsinə qayıt qırmızı pirotexnika işıqları Heç bir əvvəlki təlimatlara baxmayaraq, hal-hazırda enməyə icazə verilmir * Enmə və yerdə sürülmə icazələri vaxtında veriləcəkdir.
"Hava məkanından istifadə və uçuş Qaydaları"na 7 nömrəli əlavə
Vizual yerüstü işarələr Şəkil 1 Şəkil 2 Şəkil 3 Şəkil 4 Şəkil 5 Şəkil 6 Şəkil 7 Şəkil 8 Şəkil 9
Şəkil 10 Şəkil 11 Şəkil 12
"Hava məkanından istifadə və uçuş Qaydaları"na 8 nömrəli əlavə Müşayiət siqnalları Şəkil 1 Şəkil 2 Şəkil 3 Şəkil 4 Şəkil 5
Şəkil 6 Şəkil 7 Şəkil 8 Şəkil 9 Şəkil 10 Şəkil 11
Şəkil 12 Şəkil 13 Şəkil 14 Şəkil 15 Şəkil 16 Şəkil 17
Şəkil 18 Şəkil 19 Şəkil 20 Şəkil 21 Şəkil 22 Şəkil 23
Şəkil 24 Şəkil 25 Şəkil 26 Şəkil 27 Şəkil 28 Şəkil 29
Şəkil 30 Şəkil 31 Şəkil 32 Şəkil 33 Şəkil 34 Şəkil 35
"Hava məkanından istifadə və uçuş Qaydaları"na 9 nömrəli əlavə Hava gəmisinin qarşısını kəsən (və ya qarşısı kəsilən) zaman rabitə Qarşısını kəsən hava gəmisi tərəfindən istifadə üçün ifadələr Qarşısı kəsilən hava gəmisi tərəfindən istifadə üçün ifadələr ifadə tələffüz* mənası ifadə tələffüz* mənası CALL SİGN KOL SA-IN Çağırış siqnalınız nədir?
CALL SİGN (çağırış siqnalı)** KOL SA-IN (çağırış siqnalı) Çağırış siqnalım (çağırış siqnalı) FOLLOW FOL-LO Mənə riayət et WİLCO riayət edəcəyəm VİLL-KO oldu DESCEND DEE-SEND Enmə üçün aşağı düş CAN NOT KANN NOTT Riayət edə bilmirəm YOU LAND YOU LAND Bu aerodroma en REPEAT REE-PEET Təlimatınızı təkrar edin PROCEED PRO-SEED Hərəkəti davam etdir AM LOST AM LOSST Azmışam MAYDAY MAYDAY Qəza vəziyyətindəyəm HIJACK*** HI-JACK Qaçırılmışam LAND (yerin adı) LAAND (yerin adı) Mən (yerin adı) enməyi xahiş edirəm DESCEND DEE-SEND Enməni xahiş edirəm * Bu qrafada xüsusi əhəmiyyətli hecaların altından xətt çəkilmişdir. ** Veriləcək çağırış siqnalı hava hərəkətinə xidmət məntəqələri ilə radiotelefon rabitəsində istifadə olunan və uçuş planında hava gəmisinin çağırış siqnalına uyğun gələn siqnaldır. *** Bəzi hallarda "HIJACK" ifadəsinin istifadəsi üçün şərait olmaya bilər və ya onun istifadəsi arzuedilməz ola bilər.
"Hava məkanından istifadə və uçuş Qaydaları"na 10 nömrəli əlavə Kreyser hündürlükləri UÇUŞUN MAQNİT İSTİQAMƏTİ 000 dərəcədən 179 dərəcəyədək 180 dərəcədən 359 dərəcəyədək IFR uçuşları VFR uçuşları IFR uçuşları VFR uçuşları hündürlük hündürlük hündürlük hündürlük FL metr fut FL metr fut FL metr fut FL metr fut
və s.
1 500 2 150 2 750 3 350 3 950 4 550 5 200 5 800 6 400 7 000 7 600 8 250 8 850 9 450 10 050 10 650 11 300 11 900 12 500 13 700 14 950 və s. 1 000 3 000 5 000 7 000 9 000 11 000 13 000 15 000 17 000 19 000 21 000 23 000 25 000 27 000 29 000 31 000 33 000 35 000 37 000 39 000 41 000 45 000 49 000 və s. - -
- - 1 050 1 700 2 300 2 900 3 500 4 100 4 700 5 350 5 950 6 550 7 150 7 750 8 400 - - 3 500 5 500 7 500 9 500 11 500 13 500 15 500 17 500 19 500 21 500 23 500 25 500 27 500
və s.
1 200 1 850 2 450 3 050 3 650 4 250 4 900 5 500 6 100 6 700 7 300 7 900 8 550 9 150 9 750 10 350 10 950 11 600 12 200 13 100 14 350 15 550 və s. 2 000 4 000 6 000 8 000 10 000 12 000 14 000 16 000 18 000 20 000 22 000 24 000 26 000 28 000 30 000 32 000 35 000 36 000 38 000 40 000 43 000 47 000 51 000 və s. - -
- - 1 350 2 000 2 600 3 200 3 800 4 400 5 050 5 650 6 250 6 850 7 450 8 100 8 700 - - 4 500 6 500 8 500 10 500 12 500 14 500 16 500 18 500 20 500 22 500 24 500 26 500 28 500
"Hava məkanından istifadə və uçuş Qaydaları"na 11 nömrəli əlavə İdarəedilməyən pilotsuz aerostatların təsnifatı Xarakteristikalar Yükün kütləsi (kiloqramla) 1 2 3 4 5 6 daha çox Kəndir və ya digər asma vasitələri 230 Nyuton və ya daha çox Fərdi yük paketi Səthi sıxlığı 13 q/sm 2 - dən çox Səthi sıxlığı 13 q/sm 2 - dən az Ümumi çəki (asma vasitəsi, səthi sıxlığı və ya fərdi paketin çəkisi meyar kimi qəbul edilmir) AĞIR YÜNGÜL ОRТА
"Hava məkanından istifadə və uçuş Qaydaları"na 12 nömrəli əlavə Hava məkanından istifadə və uçuş qaydalarının pozulmasının araşdırılmasının nəticələrinə dair AKT
1. 20____ il "___" _____tarixində pozuntu faktı müəyyən edilmişdir (fəaliyyətin xarakteri, növü, yeri və şəraiti, aviasiyanın növü, hava gəmisinin sahibi və hava gəmisinin istismarçısı, hava gəmilərinin tipi, onların bort nömrələri, çağırış siqnalları, reys nömrələri, uçuş eşelonu (hündürlüyü) və s.). 2._______________________________________________________ ____________________________________________________________ əmri ilə təyin olunmuş komissiya pozuntu faktının araşdırılmasını həyata keçirmişdir.
3. Araşdırma nəticəsində müəyyən olunmuşdur (pozuntuya səbəb olmuş şərait):______________________________________________________ ____________________________________________________________ ____________________________________________________________ ____________________________________________________________
4. Pozuntunun səbəbləri, təqsirkar şəxslər, görülmüş və ya görülən tədbirlər: ____________________________________________________________ ____________________________________________________________ ____________________________________________________________
5. Komissiyanın təklifləri (belə pozuntu hallarının qarşısını almaq məqsədilə həyata keçirilməli olan tədbirlər, onların müddəti və konkret icraçıları): ____________________________________________________________ ____________________________________________________________ Komissiyanın sədri: ____________________ ___________________ (imza və tarix) (adı və soyadı) Komissiyanın üzvləri: ____________________ ___________________ (imza və tarix) (adı və soyadı) ____________________ __________________ (imza və tarix) (adı və soyadı) ____________________ __________________ (imza və tarix) (adı və soyadı)
"Hava məkanından istifadə və uçuş Qaydaları"na 13 nömrəli əlavə HHT VS-nin ____________________________ hava hərəkətinin təşkili vahid sisteminin __________________zonasında hava məkanından istifadə qaydalarının pozulması faktlarının uçota alınması JURNALI Azərbaycan Respublikası HHT VS-nin Baş (rayon) mərkəzinin hava məkanından istifadə qaydalarının pozulması faktlarının cari uçotu Sıra nömrəsi Tarix Pozuntunun baş verdiyi yer Pozuntunun növü Hava gəmisinin tipi, aviasiyanın növü, hava gəmisinin sahibi və hava gəmisinin istismarçısı Qayda pozucusunun fəaliyyətinin xarakteri Pozuntunun qarşısının alınması üzrə HHQ orqanlarının və HHT VS orqanlarının gördüyü tədbirlər İbtidai istintaq materialları üzrə səbəblər və təqsirkar şəxslər Pozuntu barədə kimə məlumat verilmişdir 20________ ilin ______ ayı ərzində Hava məkanından istifadə qaydalarının pozulması faktlarının aylıq (illik) uçotu Sıra nömrəsi Aviasiyanın növü Pozuntunun növləri Sorğular (cədvəllər), sorğular qüvvəyə minməzdən əvvəl və ya müddəti başa çatdıqdan sonra HHQ orqanlarının bildirişləri Müvafiq operativ HHT VS orqanının icazələri Operativ HHT VS orqanları tərəfindən müəyyən olunmuş hava məkanından istifadə şərtlərinə əməl edilməməsi HHX (uçuşları idarəetmə) orqanlarının və ya yaxalayanqırıcı təyyarənin komandalarının yerinə yetirilməməsi Radiolokasiya tanıma sistemi (VRL) sorğuya cavab verməyən hava gəmisinin uçuşu Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçuş qaydalarının və Azərbaycan Respublikasının dövlət sərhədində sərhədboyu zolağının hava məkanından istifadə qaydalarının pozulması Müəyyən edilmiş müvəqqəti, yerli rejimlərə və qısamüddətli məhdudiyyətlərə riayət olunmaması Sorğuda göstərilənlərdən artıq sayda hava gəmilərinin uçub keçməsi Xüsusi icazə olmadan qadağan olunmuş zonanın, məhdudiyyət zonasının hava məkanından istifadəsi Hava gəmisinin nəzərdə tutulmayan (bəyan edilməyən) aerodroma (meydançaya, rayona) enməsi Hava gəmisi tərəfindən şaquli, uzununa və yan eşelonlama qaydalarının pozulması HHX (uçuşları idarəetmə) orqanının icazəsi olmadan hava gəmisinin hava yolu və marşrutun sərhədindən yol verilən normadan artıq məsafədən kənara çıxması Hava məkanından istifadə qaydalarının pozulması faktlarının miqdarı Hava gəmilərinin bir-biri ilə və digər maddi obyektlərlə təhlükəli yaxınlaşma hallarının sayı 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16
"Hava məkanından istifadə və uçuş Qaydaları"na 14 nömrəli əlavə Künc ştampının yeri Azərbaycan Respublikasının hava məkanından istifadə və hava hərəkətinin təşkili üzrə İdarələrarası Qrupun rəhbərlərinə Hava hərəkətinin təşkili vahid sisteminin ______________________zonasında hava məkanından istifadə qaydalarının pozulması faktları barədə məlumat veririk.
1. 20 ______ il "___" _________tarixindən 20_____ il "___" ___________ tarixinədək HHT VS, HHQ orqanları tərəfindən Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarının pozulması faktları (pozuntuların miqdarı göstərilir) aşkar edilmişdir: Hər bir pozuntu üzrə tarix, vaxt, yer (HHT VS zonası və rayonu, hava yolunun və ya uçuş marşrutunun sahəsi, poliqonun adı və s.), hava gəmisinin növü, aviasiyanın növü, qaydaları pozan hava gəmisinin hansı dövlət orqanına və ya təşkilata aid olması, bort nömrəsi (hava gəmisi komandirinin çağırış siqnalı), reysin nömrəsi, uçuş eşelonu (hündürlüyü), HHX (uçuşları idarəetmə) orqanı, qısaca şərait barədə, pozuntunun qarşısının alınması ilə bağlı HHT VS, HHQ orqanlarının gördüyü tədbirlər, səbəblər, təqsirkar şəxslər və istintaqın nəticələri üzrə onlar barədə görülən tədbirlər (istintaqın müddəti, aktın nömrəsi, təsdiq olunduğu tarix, komissiyanın rəyi), pozuntu barədə kimə və nə zaman operativ məlumat verilməsi göstərilir.
2. Pozuntuların qarşısının alınması ilə bağlı tədbirlər:
HHT VS zonasında hava məkanından istifadə qaydalarının pozulmasının qarşısının alınması, hava məkanından istifadənin planlaşdırılması və koordinasiyasının təkmilləşdirilməsi, hava gəmilərinin uçuşlarının bilavasitə idarə edilməsi ilə bağlı hesabat ayında həyata keçirilmiş, həmçinin cari ay üçün planlaşdırılan konkret tədbirlər barədə məlumat verilir. Azərbaycan Respublikasının HHT VS-nin və AHH İM-in rəhbərləri _________________________________ _______________________________ (adı və soyadı, imzası) (hərbi rütbəsi, adı və soyadı, imzası) ________________________________