Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəsmi emblemi kənarı boyunca ensiz qızılı haşiyə olan dairə formasındadır. Dairənin kənarı boyunca ensiz qızılı haşiyədən sonra ağ qövs, ağ qövsdən sonra isə ensiz qızılı haşiyə yerləşir. Həmin ağ qövs boyunca tünd mavi hərflərlə yuxarıda "AZƏRBAYCAN RESPUBLİKASI", aşağıda "XÜSUSİ RABİTƏ VƏ İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ DÖVLƏT XİDMƏTİ" sözləri yazılmışdır. "AZƏRBAYCAN" sözündən əvvəl və "RESPUBLİKASI" sözündən sonra qızılı rəngli kiçik səkkizguşəli ulduz təsvir edilmişdir. Dairənin daxilində kənarı boyunca ikinci ensiz qızılı haşiyəyə bitişik tünd mavi rəngli dairə, həmin dairənin daxilində mərkəzi xəttindən sol tərəfi qızılı, sağ tərəfi ağ rəngdə olan 8 ədəd rombşəkilli xüsusi ornament və 3 paralel istiqamətdə hər paralel üzrə 4 ədəd olmaqla üzü sağa tərəf hərəkət görüntülü, qızılı rəngli 12 ədəd şüa təsviri verilmişdir. Tünd mavi rəngli dairədə yerləşdirilən rombşəkilli xüsusi ornamentlər düzülüş əsasında dairənin mərkəzində səkkizguşəli ulduz təsviri yaradır. Dairənin mərkəzində üzü yuxarı baxan qızılı rəngli aypara və 5 kənar nöqtəsi həmin ayparanın təsvirinə toxunan, tərəfləri ağ və qızılı rəngdə olan səkkizguşəli ulduz əks olunmuşdur (rəsmi emblemin şəkli əlavə olunur). "Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəsmi embleminin təsviri"nə əlavə