Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri.
Prezident Donald Trampın şahidliyi ilə Amerika Birləşmiş Ştatlarında Azərbaycanın mühüm rolu olan sülh sazişi ilə bağlı Birgə Bəyannamənin imzalanması münasibətilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri adından Sizə ən səmimi təbriklərimizi çatdırırıq.
Bu tarixi nailiyyət təkcə diplomatiyanın və dövlətçiliyin təntənəsi deyil, həm də təfəkkürün bölücülük üzərində qələbə çalmasının sübutudur.
Bu, Qafqaz regionunda davamlı sülhün təmin edilməsi istiqamətində həlledici addımdır və bölgənin bütün xalqları üçün sabitliyin, firavanlığın təmin olunmasında, əməkdaşlığın inkişafında tarixi hadisə kimi yadda qalacaqdır. Biz, həmçinin bu sülhün ailələrin, uşaqların və icmaların hələ də əziyyət çəkdikləri hər bir məkana çatacağına inanırıq.
Biz Zati-alinizin xalqlar arasında anlaşmanın və konstruktiv dialoqun möhkəmləndirilməsi istiqamətində uzaqgörənlik, daimi fədakarlıq və sarsılmaz sadiqlik nümayiş etdirərək bu prosesin uğurla nəticələnməsinə şəxsi və həlledici töhfəsini xüsusi vurğulayırıq.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycanın qlobal sülh səylərində etibarlı və hörmətli tərəfdaş kimi artan roluna şahidlik etməkdən qürur duyur və ortaq dəyərlərimizin prinsiplərinə uyğun olaraq, xalqlar, mədəniyyətlər arasında körpülər quran təşəbbüsləri dəstəkləməyə hazırdır.
Zati-aliləri, ən dərin hörmət və ehtiramımızı qəbul etməyinizi xahiş edirik.
Vayra Vike-Freyberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti İsmail Serageldin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti Rosen Plevneliyev 2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti Zlatko Laqumciya 2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri Eka Tkeşelaşvili 2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini İvo Yosipoviç 2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti Çaba Koroşi BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri Mladen İvaniç 2014-2015, 2016-2017-ci illərdə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Volkan Bozkır BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Vuk Yeremiç BMT Baş Assambleyasının 67-ci sessiyasının sədri Amina Qurib-Fakim 2015-2018-ci illərdə Mavrikinin Prezidenti Petar Stoyanov 1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti Suzan Elliot Amerika Xarici Siyasət üzrə Milli Komitəsinin prezidenti və baş icraçı direktoru Filip Vuyanoviç 2003-2018-ci illərdə Monteneqronun Prezidenti Dimitris Avramopulos 2014-2019-cu illərdə miqrasiya, daxili işlər və vətəndaşlıq üzrə Avropa komissarı İv Leterme 2008, 2009-2011-ci illərdə Belçika Krallığının Baş naziri