Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır: Maddə 1. Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası gəlirlər 37 161 838,6 min manat, xərclər 37 713 661,1 min manat məbləğində olmaqla təsdiq edilsin. Maddə 2. Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icra olunmuş gəlirləri və xərcləri aşağıdakı kimi qəbul edilsin: Sıra №-si Göstəricilər Məbləğ (manatla)
2.1. Gəlirlərin mənbələri 37 161 838 561 2.1.1. Fiziki şəxslərin gəlir vergisi 1 839 247 387 2.1.2. Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 6 786 901 799 2.1.3. Hüquqi şəxslərin torpaq vergisi 54 291 859 2.1.4. Hüquqi şəxslərin əmlak vergisi 338 479 371 2.1.5. Əlavə dəyər vergisi 8 894 256 813 2.1.5.1. Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi 4 609 130 553 2.1.6. Sadələşdirilmiş vergi 382 868 549 2.1.7. Aksizlər 1 555 693 063 2.1.7.1. Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksizlər 204 373 365 2.1.8. Yol vergisi 135 905 437 2.1.8.1. Azərbaycan Respublikasının ərazisinə idxal olunan yanacağa görə və xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi 44 449 323 2.1.9. Mədən vergisi 173 341 557 2.1.10. Gömrük rüsumları 1 790 749 760 2.1.11. Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar 112 119 898 2.1.12. Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar 1 933 837
Sıra №-si Göstəricilər Məbləğ (manatla) 2.1.13. Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər 577 763 183 2.1.14. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) daxilolmalar (transfertin yuxarı həddi) 12 781 000 000 2.1.15. Dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 37 573 784 2.1.16. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar 15 053 109 2.1.17. Dövlət rüsumu 305 015 003 2.1.18. Vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalar 72 780 456 2.1.19. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 547 895 539 2.1.20. Azərbaycan Respublikası Mərkəzi Bankının reallaşdırılmış mənfəətinin sərbəst qalığı 250 000 000 2.1.21. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondları üzrə daxilolmalar 69 913 718 2.1.22. Sair daxilolmalar 439 054 439
2.2. Xərclərin istiqamətləri 37 713 661 144 2.2.1. Ümumi dövlət xidmətləri 4 114 999 703 2.2.1.1. qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının fəaliyyəti 1 461 459 063 2.2.1.2. beynəlxalq münasibətlər 783 524 635 2.2.1.3. xarici yardımlar 79 605 258 2.2.1.4. elm 197 167 093 2.2.1.5. seçkilərin keçirilməsi və statistika tədbirləri 104 758 729 2.2.1.6. büdcələrarası transfertlər 192 876 505 2.2.1.6.1. Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya (transfertin yuxarı həddi) 185 150 000 2.2.1.6.2. yerli (bələdiyyələr) büdcələrə verilən dotasiya 6 391 640 2.2.1.6.3. yerli (bələdiyyələr) büdcələrə verilən subvensiya 1 334 865 2.2.1.7. dövlət borcu 1 295 608 420 2.2.2. Müdafiə və milli təhlükəsizlik 6 562 197 451 2.2.2.1. müdafiə qüvvələri 2 110 472 698 2.2.2.2. milli təhlükəsizlik 404 065 832 2.2.2.3. sərhəd xidməti 517 510 660 2.2.2.4. müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar 4 316 021 2.2.2.5. müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər 3 525 832 240 2.2.2.5.1. xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 3 492 880 396
Sıra №-si Göstəricilər Məbləğ (manatla) 2.2.3. Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq 2 809 811 132 2.2.3.1. məhkəmə hakimiyyəti 137 954 958 2.2.3.2. hüquq mühafizə 2 088 898 679 2.2.3.3. prokurorluq 128 140 035 2.2.3.4. məhkəmə qərarlarının icrası 8 628 268 2.2.3.5. hüquqi yardım 5 539 153 2.2.3.6. məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq sahələrinə aid edilən digər fəaliyyətlər 440 650 039 2.2.4. Təhsil 4 390 064 757 2.2.4.1. məktəbəqədər təhsil 423 701 848 2.2.4.2. ümumi təhsil 2 289 350 323 2.2.4.3. peşə təhsili 77 116 721 2.2.4.4. orta ixtisas təhsili 92 288 218 2.2.4.5. ali təhsil 579 366 078 2.2.4.6. əlavə təhsil 18 718 679 2.2.4.7. təhsil sahəsində tətbiqi tədqiqatlar 5 885 247 2.2.4.8. təhsil sahəsində digər müəssisə və tədbirlər 903 637 643 2.2.5. Səhiyyə 1 828 828 627 2.2.5.1. poliklinikalar və ambulatoriyalar 2 007 866 2.2.5.2. xəstəxanalar 217 939 471 2.2.5.3. səhiyyə sahəsində tətbiqi tədqiqatlar 7 046 812 2.2.5.4. səhiyyə sahəsində proqramlar və digər xidmətlər 1 601 834 478 2.2.5.4.1. icbari tibbi sığorta fonduna ayrılan vəsait 1 367 987 690 2.2.6. Sosial müdafiə və sosial təminat 4 151 108 103 2.2.6.1. sosial müdafiə 448 340 569 2.2.6.2. sosial təminat 5 020 819 2.2.6.3. sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlər 3 697 746 715 2.2.6.3.1. dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait 1 232 000 000 2.2.7. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət 496 986 919 2.2.7.1. mədəniyyət və incəsənət sahəsində fəaliyyət 203 867 584 2.2.7.2. televiziya, radio və nəşriyyat 67 582 154 2.2.7.3. bədən tərbiyəsi və gənclər siyasəti 62 936 391 2.2.7.4. yaradıcı ittifaq, cəmiyyət və dini tədbirlər 17 925 960 2.2.7.5. mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti sahəsinə aid olan digər müəssisə və tədbirlər 144 674 830
Sıra №-si Göstəricilər Məbləğ (manatla) 2.2.8. Mənzil və kommunal təsərrüfatı 319 479 340 2.2.8.1. mənzil təsərrüfatı 66 587 906 2.2.8.2. kommunal təsərrüfatı 146 026 165 2.2.8.3. su təsərrüfatı 1 638 904 2.2.8.4. mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər 105 226 365 2.2.9. Kənd təsərrüfatı 1 095 770 030 2.2.9.1. kənd təsərrüfatı tədbirləri 524 659 715 2.2.9.2. baytarlıq 29 242 466 2.2.9.3. meliorasiya 438 056 549 2.2.9.4. kənd təsərrüfatı üzrə digər müəssisə və tədbirlər 103 811 300 2.2.10. Ətraf mühitin mühafizəsi 361 881 911 2.2.10.1. bioloji zənginliyin qorunması 8 539 755 2.2.10.2. torpaq və yerquruluşu 18 600 000 2.2.10.3. hidrometeorologiya tədbirləri 8 679 661 2.2.10.4. meşə təsərrüfatı 19 024 058 2.2.10.5. balıqçılıq və ovçuluq 1 296 333 2.2.10.6. ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsi 305 459 370 2.2.10.7. ətraf mühitin mühafizəsi sahəsinə aid edilən digər xidmətlər 282 734 2.2.11. İqtisadi fəaliyyət 9 701 195 637 2.2.11.1. nəqliyyat və rabitə 506 439 256 2.2.11.2. iqtisadi və kommersiya fəaliyyəti 49 008 044 2.2.11.3. tikinti və şəhərsalma 8 006 417 147 2.2.11.3.1. dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) 3 181 398 635 2.2.11.3.2. işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası 4 824 019 902 2.2.11.4. geodeziya və faydalı qazıntılar 6 836 889 2.2.11.5. yanacaq və enerji kompleksi 11 150 309 2.2.11.6. iqtisadi fəaliyyət sahələri üzrə tətbiqi tədqiqatlar 144 000 2.2.11.7. iqtisadi fəaliyyət ilə bağlı digər xidmətlər 1 121 199 992 2.2.12. Əsas bölmələrə aid edilməyən xərclər 1 880 392 987 2.2.12.1. ehtiyat fondları 710 758 507 2.2.12.1.1. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu 244 795 263 2.2.12.1.2. dövlət büdcəsinin ehtiyat fondu 465 963 244 2.2.12.2. məqsədli büdcə fondları 568 079 832 2.2.12.2.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondları 568 079 832 2.2.12.2.1.1. işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası 230 000 000 2.2.12.3. valyuta konvertasiyası 1 480 530
Sıra №-si Göstəricilər Məbləğ (manatla) 2.2.12.4. əsas bölmələrə aid edilməyən tədbirlər üzrə digər fəaliyyət 600 074 118 2.2.12.4.1. dövlət ehtiyatlarının yaradılması 45 000 000 2.2.12.4.2. fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər 19 977 353 2.2.12.4.3. ehtiyata və ya istefaya buraxılmış hərbçilərə mənzil kirayəsi ilə bağlı xərclər 12 881 897 2.2.12.4.4. sosial-iqtisadi və digər tədbirlər üzrə xərclər 522 214 868 2.2.13. 2024-cü ildə xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə yaranan fərq məbləği 944 547
2.3. Dövlət büdcəsinin kəsiri 551 822 583
2.4. 2025-ci il yanvarın 1-nə vahid xəzinə hesabının sərbəst qalığı 1 837 805 194 Maddə 3. Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 19.5-ci maddəsinə uyğun olaraq istifadə edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 4 iyul 2025-ci il