Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri.
Azərbaycanın milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Sizə səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Zati-alinizə cansağlığı və səadət, qardaş ölkənizə və onun xalqına isə daha da çox tərəqqi və rifah arzu edirəm.
Dərin hörmətlə, Şeyx Abdullah bin Həməd Al Tani Qətər Dövləti Əmirinin müavini