Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri, möhtərəm Prezident İlham Əliyev.
Dost ölkənizin Müstəqillik Günü münasibətilə Bəhreyn Krallığının xalqı və hökuməti adından və öz adımdan Zati-alinizə səmimi təbriklərimizi, ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayırıq.
Zati-alinizə məmnuniyyətlə ən yüksək ehtiramımı bildirirəm.
Hörmətlə, Həməd bin İsa Al Xəlifə Bəhreynin Kralı