AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ QƏRAR № 3-18/Q-7/2025 Bakı şəhəri 05 may 2025-ci il "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına və xüsusi rütbəsi olan əməkdaşlarına məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə"nin 8.2.1-ci və 10.10.4-cü yarımbəndlərini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına və xüsusi rütbəsi olan əməkdaşlarına məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
2. Hüquq idarəsi (Rəşadət Cəbrayılov) Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
3. İctimaiyyətlə əlaqə idarəsi (Səbuhi Ağayev) bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsindən (Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"nin 5.5-ci bəndi nəzərə alınmaqla) sonra 72 saat müddətində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) informasiya ehtiyatında, eləcə də qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin internet informasiya ehtiyatında yerləşdirilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etsin.
4. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsi (Nailə Mürsəliyeva) Qərarın surətinin Nazirliyin Aparatının aidiyyəti struktur bölmələrinə, sisteminə daxil olan qurumlarına və Akademiyasına göndərilməsini təmin etsin.
5. Bu Əsasnamə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Nazir general-polkovnik Kəmaləddin Heydərov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 may 2025-ci il tarixli 3-18/Q7/2025 nömrəli Qərarı ilə təsdiq edilmişdir Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına və xüsusi rütbəsi olan əməkdaşlarına məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə "Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 fevral tarixli 67 nömrəli Qərarının 2-ci hissəsinin icrası məqsədilə hazırlanmışdır və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (bundan sonra — Nazirlik) hərbi qulluqçularına və xüsusi rütbəsi olan əməkdaşlarına (bundan sonra - əməkdaş) məharət dərəcələrinin təyin edilməsi qaydasını müəyyən edir.
1.2. Məharət dərəcələri əməkdaşa peşə hazırlığının səviyyəsindən və xidmət ilindən asılı olaraq verilir.
1.3. Məharət dərəcələrinin verilməsi əməkdaşın sosial müdafiəsinin gücləndirilməsi, peşəkarlıq səviyyəsinin artırılması, nizam-intizamın möhkəmləndirilməsi məqsədi daşıyır.
1.4. Məharət dərəcələri aşağıda qeyd edilən ardıcıllıqla verilir:
- Fövqəladə hallar orqanlarında 3 ildən az olmayaraq xidmət etdikdə və məharət dərəcəsi olmadıqda — "II məharət dərəcəsi"; - "II məharət dərəcəsi" aldığı tarixdən 3 il xidmət etdikdən sonra — "I məharət dərəcəsi"; - "I məharət dərəcəsi" aldığı tarixdən 2 il xidmət etdikdən sonra — "Usta məharət dərəcəsi".
1.5. Məharət dərəcələrinin verilməsi üçün fövqəladə hallar nazirinin əmri ilə təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən ibarət komissiya (lar) yaradılır.
1.6. Komissiya azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Komissiyanın iş qaydası və səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə müəyyən edilir.
1.7. Komissiyanın iclasının vaxtı onun sədri tərəfindən müəyyənləşdirilir və qiymətləndirmənin başlanmasına ən azı 2 həftə qalmış əməkdaşlara xəbər verilir. Məharət dərəcələrinin verilməsi üçün qiymətləndirməyə buraxılan əməkdaşların siyahısı komissiyaya, onun işinin başlanmasına 7 gün qalmış təqdim edilir.
1.8. Komissiyanın vəzifələri:
1.8.1. təqdim olunan məlumatların obyektivliyini qiymətləndirmək;
1.8.2. məharət dərəcələrinin verilməsi üçün müəyyən olunmuş qaydalara riayət etmək;
1.8.3. irəli sürülən tələblər üzrə məharət dərəcələrinin verilməsi üçün qiymətləndirməni keçirmək və onların sənədləşdirilməsini təmin etmək;
1.9. İxtisaslı mütəxəssis kimi fövqəladə hallar orqanlarında rəhbər vəzifəyə (Nazirliyin Aparatı üzrə: nazir müavinləri, Baş hərbi ekspert, Baş yanğın təhlükəsizliyi eksperti, baş idarə rəisi və müavini, müstəqil idarə rəisi və müavini, müstəqil şöbə rəisi və müavini, qurumlar üzrə: qurum rəisi, birinci müavini və müavini, yanğınsöndürmə qərargahının rəisi, Aparatında idarə rəisi və müavini, yanğınsöndürmə qüvvələrinin idarəetmə Mərkəzinin rəisi və müstəqil şöbənin rəisi, Nazirliyin Akademiyası üzrə: Akademiya rəisi, birinci müavini, müavini və şöbə rəisi ) təyin olunmuş əməkdaş bu Əsasnamənin 1.4-cü bəndində nəzərdə tutulmuş ardıcıllıq və müddətlər gözlənilmədən "Usta" məharət dərəcəsinin verilməsi üçün komissiyaya təqdim edilir.
1.10. On il və daha çox xidmət ili olan və məharət dərəcəsi olmayan əməkdaş bu Əsasnamənin 1.4-cü bəndində göstərilən ardıcıllıq və müddətlər gözlənilmədən "I məharət dərəcəsi"nin verilməsi üçün komissiyaya təqdim edilir. Həmin əməkdaş növbəti məharət dərəcəsinin verilməsi üçün "I məharət dərəcəsi" aldıqdan 1 il sonra komissiyaya buraxılır.
1.11. Öz vəzifə borclarını layiqincə yerinə yetirən, müvafiq aidiyyəti sahə üzrə nəzəri bilikləri, operativ-xidməti vəzifələrin icrası üzrə praktik vərdişləri, habelə fərdi normativlərin yerinə yetirilməsi qiymətləndirilərkən "əla" və "yaxşı" qiymət almış əməkdaş ərizəsinə və birbaşa rəislərinin xidməti xasiyyətnaməsinə əsasən komissiyaya təqdim edilir. Barəsində intizam cəzası (tənbeh) tətbiq edilmiş əməkdaş həmin cəza (tənbeh) qüvvədə olduğu müddətdə komissiyaya buraxılmır və ona həmin müddətdə məharət dərəcəsi verilmir. Sosial məzuniyyətdə olma dövrü məharət dərəcəsində olma müddətinə daxil edilir və məharət dərəcəsində olma müddəti bu Əsasnamənin 1.4-cü bəndinə uyğun hesablanır.
1.12. Başqa vəzifəyə keçirilmiş (vəzifədə irəli çəkilmiş şəxslər istisna olmaqla) əməkdaşa növbəti məharət dərəcələrinin verilməsi məsələsinə həmin vəzifədə 6 ay xidmət etdikdən sonra baxılır.
1.13. Digər hüquq-mühafizə orqanlarında və hərbi qurumlarda xidmət keçmiş fövqəladə hallar orqanlarında xidmətə qəbul edilən əməkdaşın məharət dərəcələri həmin il komissiya tərəfindən təsdiq edilməsi şərti ilə saxlanılır. Bu əməkdaşın məharət dərəcəsi olmadıqda həmin orqanlarda və qurumlardakı xidmət ili onlara müvafiq məharət dərəcəsinin verilməsi üçün nəzərə alınır.
1.14. Məharət dərəcələri əməkdaşa Azərbaycan Respublikası fövqəladə hallar nazirinin əmri ilə verilir.
1.15. Məharət dərəcələrinin verilməsi ilə əlaqədar yaranmış mübahisəli məsələlərin həlli üçün əməkdaş və komissiyanın üzvləri Nazirliyin rəhbərliyinə, habelə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilərlər.
2. Məharət dərəcələrinin verilməsi qaydası
2.1. Məharət dərəcələrinin verilməsi üçün komissiya tərəfindən əməkdaşın müvafiq aidiyyəti sahə üzrə nəzəri bilikləri, operativ-xidməti vəzifələrin icrası üzrə praktik vərdişləri, habelə fərdi normativlərin yerinə yetirilməsi (1,2,3 nömrəli əlavələr) nəzərə alınmaqla aşağıdakı hazırlıq növləri üzrə qiymətləndirilmədən keçirilir: - xidməti-peşə hazırlığı; - texniki hazırlıq; - atəş hazırlığı; - silahsız özünümüdafiə; - sıra hazırlığı; - fiziki hazırlıq; - ilk tibbi yardım; - uçuş hazırlığı.
2.2. Qiymətləndirmənin nəticəsi "məqbul" və ya "qeyri-məqbul" ilə qiymətləndirilir.
2.3. Hər bir əməkdaşa məharət dərəcəsinin verilməsinə dair qiymətləndirmənin nəticələri komissiyanın üzvləri tərəfindən imzalanmış protokolda əks etdirilir.
2.4. Həmin protokollar əsasında əməkdaşa məharət dərəcələrinin verilməsi müvafiq əmrlə rəsmiləşdirilir.
2.5. Üzürlü səbəblərdən (məzuniyyətdə və ya ezamiyyətdə olması, xəstə olduğuna görə və s.) müəyyən olunmuş müddətdə məharət dərəcələri təsdiqlənməmiş əməkdaşlar xidmətə çıxdıqdan sonrakı üç ay müddətdə komissiyaya təqdim edilirlər.
2.6. Məharət dərəcələrindən məhrum edilmiş və yaxud məharət dərəcəsi bir pillə aşağı salınmış əməkdaşların, həmin gündən etibarən 1 il keçdikdən və ya üzərlərindən intizam cəzası (tənbeh) tədbiri götürüldükdən sonra məharət dərəcələrini bərpa etmək üçün yenidən komissiyaya təqdim edilmək hüquqları vardır.
2.7. Məharət dərəcəsi almış əməkdaşa müəyyən olunmuş nümunədə döş nişanı və vəsiqə verilir (4 və 5 nömrəli əlavələr) və əməkdaşın şəxsi işinə məharət dərəcəsinin verilməsi barədə əmrin surəti əlavə edilir.
2.8. Komissiyanın rəyinə əsasən müvafiq məharət dərəcəsi almayan əməkdaşın sənədləri komissiyaya növbəti tədris ilində yenidən təqdim edilir.
2.9. Aşağıda göstərilən hallarda əməkdaşın məharət dərəcəsi, həmin dərəcələri onlara vermək səlahiyyətinə malik vəzifəli şəxs tərəfindən bir pillə aşağı salına bilər: - intizam cəzası (tənbeh) qaydasında tutduğu vəzifədən azad edildikdə; - tutduğu vəzifədən bir pillə aşağı vəzifəyə keçirildikdə və ya daşıdığı rütbə bir pillə aşağı salındıqda; - texnikadan istifadə etdikləri zaman onların təqsiri üzündən qəza baş verdikdə; - intizam cəzası (tənbeh) qaydasında və ya attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi müəyyən edildikdə.
2.10. Əməkdaş vaxtında məharət dərəcələrinə təqdim edilmədikdə, xidməti araşdırma aparılmaqla səhlənkarlığa yol vermiş, bu işə cavabdeh olan işçilər barəsində intizam cəzası (tənbeh) tətbiq edilir və əməkdaşın məharət dərəcəsinə təqdim olunması təmin edilir.
2.11. Azərbaycan Respublikası Nazirliyin Tibb Xidməti tərəfindən verilən arayış əsasında sağlamlıq vəziyyətinə görə fiziki hazırlıqdan azad edilmiş əməkdaşın yalnız nəzəri hazırlığı qiymətləndirilir.
3. Məharət dərəcəsinə görə əməkdaşın aylıq vəzifə maaşına əlavələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 fevral tarixli 67 nömrəli Qərarına uyğun olaraq məharət dərəcələrinə görə pul ödənişləri aylıq vəzifə maaşının aşağıdakı faizləri həcmində ödənilir: Kiçik zabit, baş zabit, orta, böyük və ali rəis heyətindən olan əməkdaşlara: - II məharət dərəcəsinə görə - 15% - Iməharət dərəcəsinə görə - 25% - "Usta" məharət dərəcəsinə görə - 35% Müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi qulluqçularına, kiçik rəis və sıravi heyətdən olan əməkdaşlara: - II məharət dərəcəsinə görə - 10% - Iməharət dərəcəsinə görə - 15% - "Usta" məharət dərəcəsinə görə - 25% Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 may 2025-ci il tarixli 3-18/Q-7/2025 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə 1 nömrəli Əlavə Məharət dərəcələrinin verilməsi ilə bağlı qiymətləndirmə zamanı fövqəladə hallar orqanlarının əməkdaşlarına (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin əməkdaşları istisna olmaqla) qarşı irəli sürülən ümumi tələblər
1. Kiçik və baş zabit heyəti bilməlidir:
- "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"ni, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrini, fövqəladə hallar orqanlarının fəaliyyətini tənzimləyən qanunvericiliyi; - öz xidməti hüquq və vəzifələrini; - xüsusi texnikanın və rabitə vasitələrinin, mühafizə və fəal müdafiə vasitələrinin tətbiqi qaydalarını; - mövcud xüsusi texnikanın və rabitə vasitələrinin iş prinsiplərini, taktiki-texniki göstəricilərini, onların istismarı və onlara xidmətin göstərilməsi qaydalarını.
2. Kiçik və baş zabit heyəti bacarmalıdır:
- öz işini planlaşdırmağı; - xidmət sahəsi üzrə uçot və hesabat aparmağı; - mövcud xüsusi texnika və rabitə vasitələrini işə hazırlamağı və tətbiq etməyi, onların tətbiqi nəticələrini sənədli surətdə tərtib etməyi; - fərdi mühafizə və fəal müdafiə vasitələrindən istifadə etməyi; - təcili tibbi yardım gələnədək ilk tibbi yardım göstərməyi.
3. Orta və böyük rəis heyəti bilməlidir:
- "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanununu, "Azərbaycan Respublikasının fövqəladə hallar orqanları işçilərinin etik davranış Qaydaları"nı, fövqəladə hallar orqanlarının fəaliyyətini tənzimləyən qanunvericiliyi; - öz xidməti hüquq və vəzifələrini; - xüsusi texnikanın və rabitə vasitələrinin, mühafizə və fəal müdafiə vasitələrinin tətbiqi qaydalarını; - kargüzarlığın aparılması işini; - mövcud xüsusi texnikanın və rabitə vasitələrinin iş prinsiplərini, taktiki-texniki göstəricilərini, onların istismarı və onlara xidmətin göstərilməsi qaydalarını.
4. Orta və böyük rəis heyəti bacarmalıdır:
- öz işini planlaşdırmağı; - xidmət sahəsi üzrə uçot və hesabat aparmağı; - mövcud xüsusi texnika və rabitə vasitələrini işə hazırlamağı və tətbiq etməyi, onların tətbiqi nəticələrini sənədli surətdə tərtib etməyi; - fərdi mühafizə və fəal müdafiə vasitələrindən istifadə etməyi; - təcili tibbi yardım gələnədək ilk tibbi yardım göstərməyi.
5. Müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi qulluqçuları bilməlidir:
- "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"ni, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrini, fövqəladə hallar orqanlarının fəaliyyətini tənzimləyən qanunvericiliyi; - öz xidməti hüquq və vəzifələrini; - xüsusi texnikanın və rabitə vasitələrinin, mühafizə və fəal müdafiə vasitələrinin tətbiqi qaydalarını; - mövcud xüsusi texnikanın və rabitə vasitələrinin iş prinsiplərini, taktiki-texniki göstəricilərini, onların istismarı və onlara xidmətin göstərilməsi qaydalarını.
6. Müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi qulluqçuları bacarmalıdır:
- operativ vəziyyətdə fövqəladə hadisələr zamanı müstəqil istiqamət seçməyi və düzgün qərar qəbul etməyi; - xidməti sənədləri düzgün tərtib etməyi; - mövcud texnika və xüsusi avadanlıqları işə hazırlamağı və tətbiq etməyi; - fərdi mühafizə vasitələrindən istifadə etməyi; - təcili tibbi yardım gələnə qədər ilk tibbi yardım göstərməyi.
7. Kiçik rəis heyəti bilməlidir:
- Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanununu, "Azərbaycan Respublikasının fövqəladə hallar orqanları işçilərinin etik davranış Qaydaları"nı, fövqəladə hallar orqanlarının fəaliyyətini tənzimləyən qanunvericiliyi; - hadisə yerində kiçik rəis heyətinin vəzifə və davranış qaydalarını; - mövcud texniki və rabitə vasitələrinin iş prinsiplərini və taktiki-texniki göstəricilərini, onların istismarı və onlara xidmət göstərilməsi qaydalarını.
8. Kiçik rəis heyəti bacarmalıdır:
- operativ vəziyyətdə fövqəladə hadisələr zamanı müstəqil istiqamət seçməyi və düzgün qərar qəbul etməyi; - xidməti sənədləri düzgün tərtib etməyi; - mövcud texnika və xüsusi avadanlıqları işə hazırlamağı və tətbiq etməyi; - fərdi mühafizə vasitələrindən istifadə etməyi; - təcili tibbi yardım gələnə qədər ilk tibbi yardım göstərməyi.
9. Sıravi heyət bilməlidir:
- "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanununu, "Azərbaycan Respublikasının fövqəladə hallar orqanları işçilərinin etik davranış Qaydaları"nı, fövqəladə hallar orqanlarının fəaliyyətini tənzimləyən qanunvericiliyi; - öz xidməti hüquq və vəzifələrini;
10. Sıravi heyət bacarmalıdır:
- öz işini planlaşdırmağı; - mövcud texnika və xüsusi avadanlıqları işə hazırlamağı və tətbiq etməyi; - fərdi mühafizə vasitələrindən istifadə etməyi; - təcili tibbi yardım gələnə qədər ilk tibbi yardım göstərməyi. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 may 2025-ci il tarixli 3-18/Q-7/2025 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə 2 nömrəli Əlavə Məharət dərəcələrinin verilməsi ilə bağlı qiymətləndirmə zamanı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin əməkdaşlarına qarşı irəli sürülən ümumi tələblər
1. Kiçik və baş zabit heyəti bilməlidir:
- "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"ni, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrini, Tibb Xidmətinin fəaliyyətini tənzimləyən qanunvericiliyi, öz xidməti hüquq və vəzifələrini; - sağlamlığın qorunması üzrə əmrlərin, təlimatların və digər rəhbər sənədlərin tələblərini; - müxtəlif tibbi sənədlərin tərtibatını, kargüzarlığın aparılması işini; - fərdi mühafizə vasitələrinin və müəssisədə mövcud olan tibbi avadanlıqların əsas növlərini və təyinatını.
2. Kiçik və baş zabit heyəti bacarmalıdır:
- öz işini planlaşdırmağı; - xidmət sahəsi üzrə uçot və hesabat aparmağı; - mövcud xüsusi texnika və rabitə vasitələrini işə hazırlamağı və tətbiq etməyi, onların tətbiqi nəticələrini sənədli surətdə tərtib etməyi; - fərdi mühafizə vasitələrindən və aidiyyəti tibbi avadanlıqlardan istifadə etməyi. - təcili tibbi yardım gələnədək ilk tibbi yardım göstərməyi. - ixtisas profilinə uyğun müvafiq tibbi yardım göstərməyi; - tibbi qeydiyyat kitablarını aparmağı;
3. Orta və böyük rəis heyəti bilməlidir:
- "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanununu, "Azərbaycan Respublikasının fövqəladə hallar orqanları işçilərinin etik davranış Qaydaları"nı, Tibb xidmətinin fəaliyyətini tənzimləyən qanunvericiliyi; - öz xidməti hüquq və vəzifələrini; - sağlamlığın qorunması üzrə əmrlərin, təlimatların və digər rəhbər sənədlərin tələblərini; - müxtəlif tibbi sənədlərin tərtibatını, kargüzarlığın aparılması işini; - fərdi mühafizə vasitələrinin və müəssisədə mövcud olan tibbi avadanlıqların əsas növlərini və təyinatını.
4. Orta və böyük heyəti bacarmalıdır:
- ixtisas profilinə uyğun müvafiq tibbi yardım göstərməyi; - öz işini planlaşdırmağı; - tibbi qeydiyyat kitablarını aparmağı; - xidmət sahəsi üzrə uçot və hesabat aparmağı; - fərdi mühafizə vasitələrindən və aidiyyəti tibbi avadanlıqlardan istifadə etməyi.
5. Müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi qulluqçuları bilməlidir:
- "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"ni, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrini; - öz xidməti hüquq və vəzifələrini; - müxtəlif profilli xəstəliklərə dair tibbi yanaşmaları; - fərdi mühafizə vasitələrinin və müəssisədə mövcud olan tibbi avadanlıqların əsas növlərini və təyinatını.
6. Müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi qulluqçuları bacarmalıdır:
- həkiməqədər tibbi yardım göstərməyi, orta tibb işçisi vərdişlərinin tətbiqini; - xidməti sənədləri düzgün və savadlı tərtib etməyi; - xidmət sahəsi üzrə uçot və hesabat aparmağı; - fərdi mühafizə vasitələrindən və aidiyyəti tibbi avadanlıqlardan istifadə etməyi.
7. Kiçik rəis heyəti bilməlidir:
- "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanununu, "Azərbaycan Respublikasının fövqəladə hallar orqanları işçilərinin etik davranış Qaydaları"nı; - müxtəlif profilli xəstəliklərə dair tibbi yanaşmaları; - fərdi mühafizə vasitələrinin və müəssisədə mövcud olan tibbi avadanlıqların əsas növlərini və təyinatını.
8. Kiçik rəis heyəti bacarmalıdır:
- həkiməqədər tibbi yardım göstərməyi, orta tibb işçisi vərdişlərinin tətbiqini; - xidməti sənədləri düzgün və savadlı tərtib etməyi; - xidmət sahəsi üzrə uçot və hesabat aparmağı; - fərdi mühafizə vasitələrindən və aidiyyəti tibbi avadanlıqlardan istifadə etməyi.
9. Sıravi heyət bilməlidir:
- "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanununu, "Azərbaycan Respublikasının fövqəladə hallar orqanları işçilərinin etik davranış Qaydaları"nı; - öz xidməti hüquq və vəzifələrini.
10. Sıravi heyət bacarmalıdır:
- həkiməqədər tibbi yardım göstərməyi, orta tibb işçisi vərdişlərinin tətbiqini; - xidməti sənədləri düzgün tərtib etməyi; - fərdi mühafizə vasitələrindən və aidiyyəti tibbi avadanlıqlardan istifadə etməyi. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 may 2025-ci il tarixli 3-18/Q-7/2025 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə 3 nömrəli Əlavə
1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin uçuş heyəti vəzifələrində xidmət keçən hərbi qulluqçularının qiymətləndirilməyə buraxılması üçün uçuş normaları
2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin hava gəmisinin heyəti vəzifələrində xidmət keçən hərbi qulluqçularına qiymətləndirilməyə buraxılması üçün uçuş normaları Hava gəmisinin növü Məharət dərəcəsi Uçuş vaxtı (saatla) Uçuş əməliyyatlarının sayı Ümumi Gündüz, sadə və mürəkkəb meteoroloji şəraitdə Təyyarə 2-ci 1-ci Usta
Helikopter 2-ci 1-ci Usta
Hava gəmisinin növü Məharət dərəcəsi Uçuş vaxtı (saatla) Uçuş əməliyyatlarının sayı Ümumi Müstəqil Gündüz, sadə və mürəkkəb meteoroloji şəraitdə Təyyarə 2-ci 1-ci Usta
Helikopter 2-ci 1-ci Usta
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 may 2025-ci il tarixli 3-18/Q-7/2025 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə 4 nömrəli Əlavə Üz qabığı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının məharət dərəcəsi VƏSİQƏSİ İç üzü _________________________________ _________________________________ (vəsiqə sahibinin soyadı, adı atasının adı) _________________________________ _________________________________ _________________________________ _________________________________ (rütbəsi, vəzifəsi) "II məharət dərəcəsi" _________________________________ (orqanın adı) _________________________________ "___" ________ 20 il tarixli _____ №-li əmrlə verilmişdir. _________________________________ _________________________________ (vəzifəli şəxsin soyadı, adı atasının adı) _________________________________ _________________________________ "I məharət dərəcəsi" ______________ (orqanın adı) _________________________________ "___" ________ 20 il tarixli ______ №-li əmrlə verilmişdir. _________________________________ _________________________________ (vəzifəli şəxsin soyadı, adı atasının adı) _________________________________ ___________________________________ (rütbəsi, vəzifəsi) _________________________________ _________________________________ (imzası) M. Y.
"Usta məharət dərəcəsi" _________________________________ (orqanın adı) _________________________________ "___" ________ 20 il tarixli _______№-li əmrlə verilmişdir. _________________________________ _________________________________ (rütbəsi, vəzifəsi) _________________________________ _________________________________ (imzası) M. Y.
(vəzifəli şəxsin soyadı, adı atasının adı) _________________________________ _________________________________ (rütbəsi, vəzifəsi) _________________________________ _________________________________ (imzası) M. Y.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 may 2025-ci il tarixli 3-18/Q-7/2025 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə 5 nömrəli Əlavə