1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2015-ci il 28 iyul tarixli 30/06 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında" 1 №-li forma (Miqrasiya) rüblük (illik) rəsmi statistika hesabatı fоrmаsında aşağıdakı dəyişikliklər edilsin:
1.1. "III Bölmə. 20_ ilin ___ rübü ərzində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verildiyi (müddətinin uzadıldığı) hallar üzrə sayı, nəfərlə" bölməsi üzrə cədvəlin 474-1-ci sətrinə "mütəxəssis" sözündən sonra "və ya yüksəkixtisaslı miqrant" sözləri əlavə edilsin;
1.2. "X Bölmə. Hesabat dövrünün sonuna Azərbaycan Respublikası ərazisində iş icazəsinin alınması tələb olunmayan hallar üzrə qeydə alınmış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı, nəfərlə" bölməsi üzrə cədvələ aşağıdakı məzmunda 1265-ci sətir əlavə edilsin: Yüksəkixtisaslı miqrantlar (mütəxəssis olduğu sahə üzrə fəaliyyət göstərdikdə)
2. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
3. Aparatın Əmək statistikası və Əhali statistikası şöbələrinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsinlər.
4. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinə həvalə olunsun. Sədr Tahir Budaqov