1. Müəyyən edilsin ki:
1.1. "Nəqliyyat haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin üçüncü hissəsində hər iki halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 6-cı maddəsinin üçüncü hissəsində ikinci halda "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.3. həmin Qanunun 6-cı maddəsinin üçüncü hissəsində birinci halda "orqan (qurum)" dedikdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti, o cümlədən onun strukturuna daxil olan qurumlar nəzərdə tutulur.
2. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı" təsdiq edilsin ( əlavə olunur ).
3. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı" təsdiq edilsin ( əlavə olunur ).
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Nəqliyyat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 1 aprel tarixli 162-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
5. "Nəqliyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 165 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 427 (Cild I) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
"2. Müəyyən edilsin ki:
2.1. "Nəqliyyat haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin üçüncü hissəsində hər iki halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 6-cı maddəsinin üçüncü hissəsində ikinci halda "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
2.3. həmin Qanunun 21-ci maddəsinin 2-ci hissəsində, 22-ci maddəsinin 3-cü hissəsinin ikinci cümləsində və 4-cü hissəsinin üçüncü cümləsində, 25-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.4. həmin Qanunun 6-cı maddəsinin üçüncü hissəsində birinci halda "orqan (qurum)" dedikdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti, o cümlədən onun strukturuna daxil olan qurumlar nəzərdə tutulur.".