1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2024-cü il 24 oktyabr tarixli 1-N nömrəli qərarı ilə təsdiq edilmiş "İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası"nın 3.5-ci bəndinin ikinci cümləsi çıxarılsın.
2. Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (E. Nəsibov).
3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün (L. Hüseynzadə).
4. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.
nazir III dərəcəli dövlət ədliyyə müşaviri Fərid Əhmədov